XƏBƏR LENTİ

17 Noyabr 2019
16 Noyabr 2019

Digər Xəbərlər

05 Sentyabr 2019 - 15:51

Yeni televiziya yayımına icazə verildi –Gürcüstanda

Gürcüstanın Milli Kommunikasiya Komissiyası yeni “Mtavari arxi” (“Əsas kanal”) televiziya kanalının yayımına icazə verib.

Bu barədə teleşirkətin direktoru Nika Qvaramia məlumat verib.

O bildirib ki, komissiya şirkətin təqdim etdiyi sənədləri araşdırıb və onların qanunun tələblərinə cavab verdiyini müəyyən edib.

N.Qvaramia qeyd edib ki, “Mtavari arxi” sentyabrın 9-da bütün Gürcüstan üzrə yayıma start verəcək.

Qeyd edək ki, N.Qvaramia “Rustavi 2” televiziya kanalının keçmiş baş direktorudur. O, bu ilin iyulunda vəzifəsindən uzaqlaşdırılandan sonra ötən ay yeni teleşirkət təsis edib/Report.