Gündəm

Müsahibə

  • " width="300" height="266" />
    UKRAYNA XARİCİ KƏŞFİYYAT XİDMƏTİNİN SABİQ RƏHBƏRİ:"Ən başlıcası Putinin ətrafıdır" - MÜSAHİBƏ
  • " width="300" height="266" />
    Abid Şərifov:“Kimsə övladımın yekəbaşlıq etməsi ilə bağlı bir kəlimə eşidib?”
  • " width="300" height="266" />
    “Azad demokratlar”ın lideri Sülhəddin Əkbər:"2004-cü ildən Rusiya kəşfiyyatı Azərbaycanda sistemli və aktiv iş aparır" - MÜSAHİBƏ
  • " width="300" height="266" />
    Avropa İttifaqının Bakıdakı nümayəndəsi:“Azərbaycanlıların 51 faizi bizə etibar edir” – MÜSAHİBƏ
  • " width="300" height="266" />
    Eldar Namazov Rusiyadakı seçkilərdən danışdı:“Bu perspektiv Kremli çox qorxudur” – MÜSAHİBƏ
  • " width="300" height="266" />
    Əvəz Temirxan “20 Yanvar” hadisələrinin gizli məqamlarını açdı:"Zayçevlə mübahisəmiz düşdü, o, tələb etdi ki, bunları protokoldan çıxarım..."
  • " width="300" height="266" />
    Sabiq YAP-çı deputatdan maraqlı açıqlamalar:"Dövlət şəxsi hisslərin idarəçiliyə daşınmasından əziyyət çəkir" - MÜSAHİBƏ
  • " width="300" height="266" />
    Ayaz Mütəllibov:“20 Yanvarın araşdırılması üçün məhkəmə qurulmasını istəyirəm” – MÜSAHİBƏ
  • " width="300" height="266" />
    ATƏT nümayəndəsi Azərbaycanda medianın durumunu sərt tənqid etdi:"Rəsmilər söz versələr də, bunu yerinə yetirmirlər" - MÜSAHİBƏ
  • " width="300" height="266" />
    Əliməmməd Nuriyev:“BDU-ya müstəqillik verilməsi 100 illik yubileyinə ən böyük töhfə olardı”

Qaynar Qazan

Qapalı Mövzu





Vəkil Bürosu

Qadın Sözü

Yanvar 2018
BE ÇA Ç CA C Ş B
« Dek    
1234567
891011121314
15161718192021
22232425262728
293031  

XƏBƏR LENTİ

21 Yanvar 2018
20 Yanvar 2018

29 Dekabr 2016 - 10:12

AMEA-nın vitse-prezidenti:“Bizə 120 institut lazımdır, ya yox? Bunu müəyyənləşdirməliyik”-MÜSAHİBƏ

ibrahim-quli

AMEA-nın vitse-prezidenti, akademik İbrahim Quliyevin Trend-ə müsahibə verib.

Strateq.az müshaibəni oxuculara təqdim edir:

– Azərbaycanda elmi müəssisələrin akkreditasiyası gözlənilirmi?

– Hazırda bu məsələ müzakirə olunur. Bunun üçün Nazirlər Kabinetinin qərarı ilə Akkreditasiya Komissiyası yaradılacaq.

– Bu komissiyanın yaradılması hansı zərurətdən irəli gəlir?

– AMEA öz daxilində müəssisələrinin fəaliyyətini yaxşı kimi qiymətləndirə bilər. Amma ona, eləcə də işçiyə kənardan da qiymət verilir. Azərbaycanda 120-dən çox elmi müəssisə var. Onların hamısı eyni effektivliklə işləmir. Ona görə də bu komissiya baxacaq ki, hansı institut səmərəli, hansı institut səmərəsiz işləyir. Yəqin ki, gələn ilin yanvar-fevral aylarında bu məsələyə baxılacaq.

– Azərbaycan üçün 120-dən çox elmi müəssisənin olması çox deyilmi? Sizcə, onların istiqamətlər üzrə birləşdirilməsi vacib deyil?

– Bəli, vacibdir. Akkreditasiya məsələsi də bunu gündəmə gətirmək üçün qoyulub. Bu strukturu optimallaşdırmaq lazımdır. Müəyyənləşdirməliyik ki, bizə 120 institut lazımdır, ya yox.

– Onda belə aydın olur ki, akkreditasiya nəticəsində Azərbaycandakı elmi müəssisələrin sayı azaldıla bilər.

– Ola bilər. Elmi müəssisələrin fəaliyyətində struktur dəyişiklikləri olacaq,effektsiz işləyən institutlar ixtisara salınacaq.

– Ola bilərmi ki, optimallaşdırmadan sonra AMEA sistemində olmayan institutlar da AMEA-nın tabeliyinə verilsin və onlar bir mərkəzdən idarə edilsin?

– Xeyr. Çünki institutların bir çoxu ayrı-ayrı nazirliklərin tabeliyindədir və onlar tətbiqi işlərlə məşğuldurlar. Məsələn, SOCAR-ın, Kənd Təsərrüfatı Nazirliyinin və digər qurumların institutları var. Amma onların da fəaliyyətinə baxılacaq.

– Ümumilikdə bu gün AMEA-nın nəzdində fəaliyyət göstərən elmi müəssisələrin fəaliyyəti necə qiymətləndirilə bilər? Onlar elmi fəaliyyətləri səmərəli edə bilirlərmi?

– Biz bunun üçün çalışırıq. Amma bunun üçün büdcədən kənar maliyyə vəsaiti də lazımdır. Buna görə gərək institutlar özləri də vəsait qazansınlar. O vəsait olmasa, çox neqativ proses baş verə bilər. Çünki mən bir çox ölkələrin Elmlər Akademiyasında olmuşam. Onların bəziləri tamam bağlanıb, bəziləri isə birləşdirilib. Məsələn, Özbəkistanda Elmlər Akademiyası nəzdində 58 institut var idi. Onlardan 22-si qalıb. Ukraynada da çox çətin vəziyyətdir. İndi həqiqətən də bir qədər ayrı dövrdür.

– Akkreditasiya işçilərin də işdən çıxarılmasına səbəb ola bilər?

– Xeyr. Söhbət institutların özlərinin iş keyfiyyətinin, onların elmi fəaliyyətinin qiymətləndirilməsindən gedir. Ancaq sonra konkret olaraq, alimlərə, işçilərə keçəcəyik.

– Bəs, onda bu prosesin işçilərə nə zaman şamil olunacağı gözlənilir?

– Hələlik bu məsələ gündəmdə deyil, ona baxmırıq. Amma hazırlaşırıq ki, Nazirlər Kabineti nəzdində Komissiya yaradaq. Bu komissiya da institutların fəaliyyətinin yenidən monitorinqini aparacaq.

– Məlumatlara görə, gələn il ərzində AMEA-nın institutlarında çalışan işçilər ixtisar ediləcək və ya onların iş qrafiki dəyişdiriləcək. Bu məlumat həqiqəti əks etdirirmi?

– Xeyr, bu məsələ gündəlikdə yoxdur. Amma akkreditasiya olduqdan sonra hökumət yəqin ki, öz qərarını verəcək.

– İqtisadi vəziyyətlə əlaqədar gələn il AMEA sistemində çalışan işçilərin əməkhaqları azaldıla bilər?

– Xeyr. Hələlik nəzərdə tutulmayıb.