Gündəm

Müsahibə

  • " width="300" height="266" />
    Məleykə Abbaszadə:"İmtahanların ödənişli olması sənəd verən məzunların sayını azaldıb..."
  • " width="300" height="266" />
    Türkiyəli tədqiqatçı Gürbüz Mızrak:"Ermənilər kilsələrində “İncil”i belə, Türkcə oxuyurdular"
  • " width="300" height="266" />
    Alman politoloq:"Gec-tez, Trampa ittiham elan olunacaq...” – Müsahibə
  • " width="300" height="266" />
    Arif Rəhimzadə:“Azərbaycan xalqının və dövlətinin formalaşmasında SSRİ və Rusiyanın böyük rolu olub” –MÜSAHİBƏ
  • " width="300" height="266" />
    Türk politoloqdan qalmaqallı açıqlama:“Rusiya Bəşər Əsədin öldürülməsinin qarşısını ala bilməz” – Müsahibə
  • " width="300" height="266" />
    Hikmət Hacıyev:"Edvard Nalbandyan indi də Rusiya XİN-in adından danışmağa başlayıb..."
  • " width="300" height="266" />
    Polşa müdafiə nazirinin sabiq müavini:“Rusiyanın parçalanacağı fikri realdır” – Müsahibə
  • " width="300" height="266" />
    İlyas İsmayılov səhiyyə sistemini sərt tənqid etdi:"Kasıblar klinikalardan əllərində ölüm hökmüylə çıxırlar..." - MÜSAHİBƏ
  • " width="300" height="266" />
    Deputat Azərbaycana ən böyük təhlükənin Rusiyadan gözlənildiyini açıqladı:"Sabitliyi pozmaq, hakimiyyəti ələ keçirmək istəyəcəklər" - MÜSAHİBƏ
  • " width="300" height="266" />
    Səfir: “Avstriya ATƏT sədri olaraq tərəfləri məcbur edə bilməz” –Müsahibə

Qaynar Qazan

  • " width="300" height="266" />
    Müsavat Başqanı 1993-cü il hadisələrindən danışdı:“Sürət Hüseynova hərbi təzyiq nəticəsində Milli Qəhrəman adı verildi”-VİDEO
  • " width="300" height="266" />
    Novella Cəfəroğlu açdı sandığı:"Heydər Əliyev gələndə ona birinci qapısını Əli İnsanov açdı" - VİDEO
  • " width="300" height="266" />
    Novella Cəfəroğludan qorxulu xəbərdarlıq:“Bircə rus qüvvələri ölkədə çaxnaşma salmasınlar” - VİDEO
  • " width="300" height="266" />
    Novella Cəfəroğlu “Qaynar Qazan”da:"Amerika səfiri Elçibəylə bizim evdə görüşdü...” - VİDEO
  • " width="300" height="266" />
    Keçmiş Müdafiə nazirindən Şuşayla bağlı açıqlamalar:“Mayın 4-də MTN-in Şuşa şöbəsi qapısını bağlayıb aradan çıxdı” - VİDEO
  • " width="300" height="266" />
    Rahim Qazıyevdən sabiq baş prokurora çağırış:“Əli Ömərovun zərrə qədər ləyaqəti qalıbsa...”-VİDEO
  • " width="300" height="266" />
    Keçmiş batalyon komandiri Şuşadan nələr dedi:“Hərbi hissəni qəsdən buraxdılar" - VİDEO
  • " width="300" height="266" />
    Şuşa batalyonunun komandiri:“Qərbi azərbaycanlıları qəfildən, zorla Şuşadan çıxardılar” - VİDEO
  • " width="300" height="266" />
    Sabiq hərəkatçıdan şok iddia:“Elçibəyin Kələkidən gəlməsini müxalifət istəmirdi”-VİDEO
  • " width="300" height="266" />
    Keçmiş döyüşçüdən ANS rəhbərliyinə ağır ittihamlar:"Cəbhə xəttindəki mövqeləri çəkib CNN-ə satırdılar" - VİDEO

Qapalı Mövzu



Vəkil Bürosu

İyun 2017
BE ÇA Ç CA C Ş B
« May    
 1234
567891011
12131415161718
19202122232425
2627282930  

XƏBƏR LENTİ

24 İyun 2017
23 İyun 2017
22 İyun 2017

29 Dekabr 2016 - 12:50

Səfir: “Qətər Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsini dəstəkləyir” –MÜSAHİBƏ

yusif

Strateq.az Qətərin Azərbaycandakı səfiri Yusif Əl Saainin APA-ya müsahibəsini oxucularına təqdim edir: 

– Son vaxtlar Qətər dövləti ilə Azərbaycan arasında münasibətdə inkişaf müşahidə edilir. Bu il Qətər əmirinin Azərbaycana səfəri həyata keçirildi, gələn il isə Azərbaycan prezidentinin səfər planlaşdırılır. Səfər zamanı hər hansı müqavilələrin imzalanması gözlənilirmi? 

– Qətər dövləti və Azərbaycan arasındakı əlaqələr ötən illər ərzində xeyli inkişaf edib. Şeyx Təmim bin Həməd Al Taninin 2016-cı ilin martında Azərbaycana səfəri iki ölkə arasında iqtisadiyyat və investisiya sahələrində əlaqələrin möhkəmlənməsinə təkan verib. Bu səfər çərçivəsində tərəflər arasında əlaqələrin bütün sahələrdə inkişafına gətirib çıxaran bir sıra sazişlər imzalanıb. Qarşıdan gələn ilin əvvəllərində Azərbaycan prezidenti İlham Əliyevin Qətər dövlətinə səfərinin iki dost ölkə arasında mövcud möhkəm və sarsılmaz əlaqələrin inkişafına səbəb olacağına, qarşılıqlı hörmət və dostluğa, səmimi münasibətlərə əsaslanan əməkdaşlığın möhkəmlənməsinə təkan verəcəyinə, investisiya və ticarət sahələrində yeni imkanlar açacağına ümid edirik. Eyni zamanda, sözügedən səfər zamanı ikitərəfli əlaqələrin möhkəmləndirilməsi və həqiqi strateji tərəfdaşlıq əlaqələrinin yaradılmasında mühüm rol oynayacaq bir sıra yeni sazişlərin imzalanacağı gözlənilir.

Qətər-Azərbaycan əlaqələri özəlliyi ilə seçilir. İki ölkə rəhbərləri arasında olan mövcud dostluq əlaqələri qardaşlıq münasibətlərinə söykənir. Bu əlaqələr ötən müddət ərzində yüksələn xətlə inkişaf edib. Müştərək iqtisadi, ticari, texniki komissiyanın yaradılması barədə sənəd imzalanıb, bu da iqtisadi və ticarət sahələrindəki əməkdaşlığın yüksək səviyyəli  siyasi əlaqələrlə paralel səviyyədə inkişaf etməsinə gətirib çıxaracaq. Hazırda sözügedən komissiyanın birinci toplantısına hazırlıq işləri gedir və bu toplantı zamanı iqtisadi əməkdaşlığın genişləndirilməsi, ticarət mübadiləsi həcminin artırılması, Azərbaycan tərəfinin Qətər tərəfinə təklif etdiyi investisiya imkanlarının öyrənilməsi və bir sıra digər problemlər, o cümlədən, iki ölkə arasında əməkdaşlığın müştərək istiqamətləri, birgə maraq doğuracaq layihələrin  yerinə yetirilməsi mexanizmi kimi məsələlərin müzakirə edilməsi nəzərdə tutulur. Komissiya həmçinin prezident İlham Əliyevin qarşıdan gələn ilin əvvəllərində Dohaya nəzərdə tutulan səfəri zamanı imzalanacaq sazişlərin üzərində lazımi tamamlama işlərini görməyi planlaşdırır.

– Ümumilikdə iki ölkə arasında iqtisadi əlaqələri necə qiymətləndirirsiniz? 

– Hər iki ölkənin malik olduğu böyük imkanlara və hüquqi bazanın mövcudluğuna baxmayaraq, iqtisadiyyat və ticarət sahələrindəki əməkdaşlığın səviyyəsi siyasi münasibətlərin səviyyəsi ilə düz mütənasib deyil. Əminəm ki,  yaxın zamanlarda, xüsusən də, iqtisadi və ticari əməkdaşlıqda hər iki tərəfin xeyrinə olacaq böyük bir inkişaf müşahidə edəcəyik. Qeyd etdiyim kimi, birgə iqtisadi, ticari, texniki komissiyanın yaradılması iqtisadiyyat və ticarət sahələrindəki əməkdaşlığın inkişafına təkan verəcək.

 Qətərlə Azərbaycan arasında siyasi əlaqələr hansı səviyyədədir? İki ölkənin beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığını necə qiymətləndirirsiniz? 

– Qətər dövləti Azərbaycanın müstəqilliyini tanıyan ilk dövlətlər sırasındadır. Hazırda hər iki ölkə  BMT, İƏT və digər beynəlxalq təşkilatlar çərçivəsində sıx əməkdaşlıq edir. Qətər dövlətini Azərbaycanla bütün səviyyələrdə seçilən əlaqələr birləşdirir. Ümid edirik ki, bu əlaqələr gələcəkdə də sürətlə inkişaf edəcək və çiçəklənəcək.

– Əməkdaşlıq daha hansı konkret sahələrdə inkişaf edir?
 

– Müştərək iqtisadi, ticari, texniki komissiyanın yaradılması iqtisadi və strateji əməkdaşlıq yolunda yeni səhifə açmaqla yanaşı, investisiyalar sahəsində, xüsusilə də, inşaat, turizm və kənd təsərrüfatı sahələrindəki investisiyalar üçün geniş imkanlar yaradacaq. Bu da iki dost ölkə arasında əməkdaşlığın strateji tərəfdaşlıq səviyyəsinə çatmasına gətirib çıxaracaq.

– Hər il İƏT-də Dağlıq Qarabağ münaqişəsi ilə bağlı işğala son qoyulmasına çağırış edən sənəd qəbul edilir. Qətər bu sənədi dəstəkləyən ölkələrdən biridir. Sizcə münaqişənin həlli üçün daha hansı addımlara ehtiyac var? 

– Qətər dövlətinin bu münaqişədə mövqeyi dəyişməzdir. Biz Azərbaycanın bütün hüquqlarının, o cümlədən ərazi bütövlüyünün, suverenliyinin beynəlxalq qanunlara və Təhlükəsizlik Şurasının 822, 853, 874, 884 saylı qətnamələrinə müvafiq olaraq bərpa edilməsini dəstəkləyirik. Sözsüz, bu, Cənubi Qafqazda  sabitlik və sülhün bərqərar olmasına gətirib çıxaracaq. Qətər dövləti bütün münaqişələrin, o cümlədən Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq qanunlara əsasən dinc yolla həllini dəstəkləyir və eyni zamanda, bütün əlaqədar beynəlxalq təşkilatları bu münaqişənin ədalətli və Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həlli üçün öz səylərini birləşdirməyə çağırır.