Gündəm

Müsahibə

  • " width="300" height="266" />
    Deputatdan sensasion açıqlamalar:“Bəzi məmurlar prezidentdən daha çox, Rusiya, Türkiyə və İrandan qorxurlar”
  • " width="300" height="266" />
    Məleykə Abbaszadə:"İmtahanların ödənişli olması sənəd verən məzunların sayını azaldıb..."
  • " width="300" height="266" />
    Türkiyəli tədqiqatçı Gürbüz Mızrak:"Ermənilər kilsələrində “İncil”i belə, Türkcə oxuyurdular"
  • " width="300" height="266" />
    Alman politoloq:"Gec-tez, Trampa ittiham elan olunacaq...” – Müsahibə
  • " width="300" height="266" />
    Arif Rəhimzadə:“Azərbaycan xalqının və dövlətinin formalaşmasında SSRİ və Rusiyanın böyük rolu olub” –MÜSAHİBƏ
  • " width="300" height="266" />
    Türk politoloqdan qalmaqallı açıqlama:“Rusiya Bəşər Əsədin öldürülməsinin qarşısını ala bilməz” – Müsahibə
  • " width="300" height="266" />
    Hikmət Hacıyev:"Edvard Nalbandyan indi də Rusiya XİN-in adından danışmağa başlayıb..."
  • " width="300" height="266" />
    Polşa müdafiə nazirinin sabiq müavini:“Rusiyanın parçalanacağı fikri realdır” – Müsahibə
  • " width="300" height="266" />
    İlyas İsmayılov səhiyyə sistemini sərt tənqid etdi:"Kasıblar klinikalardan əllərində ölüm hökmüylə çıxırlar..." - MÜSAHİBƏ
  • " width="300" height="266" />
    Deputat Azərbaycana ən böyük təhlükənin Rusiyadan gözlənildiyini açıqladı:"Sabitliyi pozmaq, hakimiyyəti ələ keçirmək istəyəcəklər" - MÜSAHİBƏ

Qaynar Qazan

  • " width="300" height="266" />
    Müsavat Başqanı 1993-cü il hadisələrindən danışdı:“Sürət Hüseynova hərbi təzyiq nəticəsində Milli Qəhrəman adı verildi”-VİDEO
  • " width="300" height="266" />
    Novella Cəfəroğlu açdı sandığı:"Heydər Əliyev gələndə ona birinci qapısını Əli İnsanov açdı" - VİDEO
  • " width="300" height="266" />
    Novella Cəfəroğludan qorxulu xəbərdarlıq:“Bircə rus qüvvələri ölkədə çaxnaşma salmasınlar” - VİDEO
  • " width="300" height="266" />
    Novella Cəfəroğlu “Qaynar Qazan”da:"Amerika səfiri Elçibəylə bizim evdə görüşdü...” - VİDEO
  • " width="300" height="266" />
    Keçmiş Müdafiə nazirindən Şuşayla bağlı açıqlamalar:“Mayın 4-də MTN-in Şuşa şöbəsi qapısını bağlayıb aradan çıxdı” - VİDEO
  • " width="300" height="266" />
    Rahim Qazıyevdən sabiq baş prokurora çağırış:“Əli Ömərovun zərrə qədər ləyaqəti qalıbsa...”-VİDEO
  • " width="300" height="266" />
    Keçmiş batalyon komandiri Şuşadan nələr dedi:“Hərbi hissəni qəsdən buraxdılar" - VİDEO
  • " width="300" height="266" />
    Şuşa batalyonunun komandiri:“Qərbi azərbaycanlıları qəfildən, zorla Şuşadan çıxardılar” - VİDEO
  • " width="300" height="266" />
    Sabiq hərəkatçıdan şok iddia:“Elçibəyin Kələkidən gəlməsini müxalifət istəmirdi”-VİDEO
  • " width="300" height="266" />
    Keçmiş döyüşçüdən ANS rəhbərliyinə ağır ittihamlar:"Cəbhə xəttindəki mövqeləri çəkib CNN-ə satırdılar" - VİDEO

Qapalı Mövzu



Vəkil Bürosu

İyun 2017
BE ÇA Ç CA C Ş B
« May    
 1234
567891011
12131415161718
19202122232425
2627282930  

XƏBƏR LENTİ

27 İyun 2017
26 İyun 2017

31 Dekabr 2016 - 21:34

Yazıçı Əkrəm Əylisli:"Bizi qarşıda heç də firavan və rahat günlər gözləmir"

ekrem-eylis

“Azərbaycanlılar nəinki dünyada, heç daxildə həmrəy deyillər”, – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günündə yazıçı Əkrəm Əylisli AzadlıqRadiosu-na müsahibəsində belə deyir. O, Yeni İl öncəsi ayaqüstü müsahibəsində gələn ildən gözləntilərinə də toxunur: 

 

– Əkrəm bəy, dünya azərbaycanlıları nə dərəcədə həmrəy görünürlər?

– Azərbaycanlılar heç daxildə həmrəy deyillər, o ki qala dünyada. Həmrəy olmaq üçün mənəvi əsas, mənəvi fundament tapılmayıb. O mənəvi fundament tapılandan sonra milli həmrəylikdən danışmaq olar.

– Siz İran və Azərbaycan azərbaycanlılarının münasibətlərini nəzərdə tutursunuz?

-Xeyr. İran Azərbaycanı ilə bizim aramızda mənəvi irsiyyət yoxdur. Bir millət ola bilərik, ancaq mədəni və mənəvi birliyimiz yoxdur. Həmrəy olmaq üçün birgə mədəni və mənəvi inkişaf lazımdır. Biz birgə inkişaf eləmirik, axı.

– Sizcə, hansı dəyər bütün azərbaycanlıları birləşdirir?

– Necə deyim sizə… əgər biz bu dəyəri tapsaq… Əvvəla, bu dəyərin ünvanını bilmək lazımdır. Bu dəyərin ünvanını biləndən sonra o dəyər barəsində danışmaq olar.

– Son illərdə Azərbaycan dünyada diaspor biçimində təşkilatlanmağa çalışır, onlarla diaspor təşkilatı var. Sizcə, onlar Azərbaycana nə dərəcədə lobbiçilik edirlər?

– Bizim milli mənfiliklərimiz bu məsələdə də özünü hərtərəfli göstərir. Bir-birləri ilə didişir, bir-birlərini nəyə görəsə görmək istəmirlər. Bunlar hamıya məlumdur, soruşsanız da, soruşmasaz da. Hər kəs orda (diaspor təşkilatlarında – red.) nə baş verdiyini görür.

– Əkrəm bəy, bir neçə saatdan sonra il dəyişəcək. Yeni ilə Azərbaycan xalqı nə ilə gedir?

– Hər halda bu il çox hadisələr baş verdi. Yaranmış iqtisadi problemlər gələn ilə böyük ümidlər vermir. Hamımız istəyirik ki, gələn il yaxşı olsun. Həmişə hamı istər ki, gələn il bu ildən yaxşı olsun. Mən bədbin adam deyiləm, amma görürəm ki, bizi qarşıda heç də firavan və rahat günlər gözləmir. Bilirsinizmi, cəmiyyətin ovqatından asılıdır: tənəzzüləmi köklənib, inkişafamı? Cəmiyyət tənəzzülə köklənəndə, gözlənilməz hadisələr çox olur.

– Sözünüzdən belə anlamaq olur ki, bu gün Azərbaycan cəmiyyəti tənəzzülə köklənib…

– Mən onu hiss edirəm ki, bütövlükdə götürəndə, ovqat nikbin deyil.

– Əkrəm bəy, bir yazıçı kimi 2016-cı ilə bir kəlmə ilə yekun vurmaq istəsəniz, hansı sözü işlədərdiniz?

– Hansı sözlə yekun vurardım? O sözü fikirləşib tapmaq lazımdır. Siz o sözün yerini boş qoyun… Siz məndən metafora istəyirsiniz. Metafora bədahətən, havadan gəlmir, onu tapmaq üçün oturub düşünmək lazımdır.