Gündəm

  • " width="300" height="266" />
    Baş katib Yaqland Moskvaya gedib:“Rusiyanı AŞPA-ya  qaytarmaq üçün buradayam"
  • " width="300" height="266" />
    Ərdoğandan Vaşinqtona təhdid: “Hər şeyin qarşılığı var” –Rəsmi Ankara ilə ABŞ bu dəfə Öcalana görə üz-üzə gəldi
  • " width="300" height="266" />
    Prezident İlham Əliyev:“Məscid dağıdan Ermənistan  heç vaxt müsəlman ölkələrinin dostu ola bilməz”
  • " width="300" height="266" />
    Kərkükdə ordu ilə peşmərgə yenə toqquşdu –Kürdlər türkmənlərin qərargahını yandırdı, rəsmi Bağdad Bərzaniyə 2 saat vaxt verdi
  • " width="300" height="266" />
    Oqtay Əsədov AŞPA-nın baş katibinə  müraciət etməyin əleyhinə çxıdı:“Onsuz da  xeyri yoxdur”
  • " width="300" height="266" />
    Azərbaycanlı namizəd, dostları və qayınatası seçki qərargahının qabağında güllələndi –Marneulidə şok hadisə + FOTO
  • " width="300" height="266" />
    “Trampa dedim ki, İŞİD-i birlikdə yox edək, razılaşmadı…” –Ərdoğandan maraqlı açıqlamalar
  • " width="300" height="266" />
    Prezident Xanbala Orucova general-mayor ali hərbi rütbəsi verdi –Sərəncam
  • " width="300" height="266" />
    Bakı şəhər Baş Polis İdarəsində əməliyyat müşavirəsi:"Bu il 228 nəfərdən ibarət 99 qrup zərərsizləşdirilib, 223  bağlı cinayət açılıb..."
  • " width="300" height="266" />
    İraq Ali Məhkəməsi Bərzaninin müavini haqda həbs qərarı çıxardı –O, görüldüyü yerdə tutulacaq

Müsahibə

  • " width="300" height="266" />
    MƏRKƏZİ KƏŞFİYYAT İDARƏSİNİN TƏHLİLÇİSİ POL QOBL:"Rusiya Bakının sədaqətini təmin etməyincə, münaqişənin həllinə imkan verməyəcək"
  • " width="300" height="266" />
    Britaniyanın Cənubi Qafqazdakı hərbi attaşesi:"Azərbaycanın NATO ilə əməkdaşlıq səylərini yüksək qiymətləndiririk" - MÜSAHİBƏ
  • " width="300" height="266" />
    Sabiq respublika prokuroru İlyas İsmayılov:“Yazıçı Anarı  Prokurorluğa dəvət elədim, cinayət işini qabağına qoydum...”
  • " width="300" height="266" />
    Rauf Arifoğludan sensasion açıqlamalar və etiraflar:"HEYDƏR ƏLİYEVƏ XEYLİ HAQSIZLIQ ETMİŞİK" - Müsahibə
  • " width="300" height="266" />
    Təhsil Nazirliyinin şöbə müdiri:"Tarix İnstitutu xəritə ilə bağlı heç bir irad bildirməyib, təklif verməyib"
  • " width="300" height="266" />
    Türkiyəli politoloq:“Rusiya bizim üçün qətiyyən Qərbin alternativi ola bilməz” - MÜSAHİBƏ
  • " width="300" height="266" />
    “ABŞ RƏSMİ ANKARADAN QİSAS ALIR” –“Mehr News”a müsahibəsində türk politoloq gərginliyin səbəblərini açıqlayır
  • " width="300" height="266" />
    Deputat Asim Mollazadə:“MƏMURLARIN CİLOVLANMASININ VAXTI ÇATIB” - Müsahibə
  • " width="300" height="266" />
    Fransa tarixçisi:“RUSİYA İRANLA SƏUDİYYƏ ARASINDAKI ZİDDİYYƏTİ AZALTMAĞA ÇALIŞIR" – Müsahibə  
  • " width="300" height="266" />
    Sabiq Xarici İşlər naziri Tofiq Zülfüqarov:"İctimaiyyətə "Lavrov planı"nın mahiyyəti tam açıqlanmalıdır" - MÜSAHİBƏ

Qaynar Qazan

  • " width="300" height="266" />
    Sərdar Cəlaloğludan skandal yaradacaq sözlər:"Cəfər Cabbarlının “Od gəlini” pyesi qadağan olunmalıdır"-VİİDEO
  • " width="300" height="266" />
    Nobeli adiləşdirən adam – Sərdar Cəlaloğlu:"Gücsüz mitinqlər güclü iqtidarı bir az da gücləndirir"-VİDEO
  • " width="300" height="266" />
    İlkin Rüstəmzadənin Anasından şok müsahibə:“İlkin müdafiədən narazıdır, dostlarından incimişəm”-VİDEO
  • " width="300" height="266" />
    Elçibəyin dostu 17 illik sirri açdı:“Cənazəsi ilə birlikdə bir çanta pul gətirdim” - VİDEO
  • " width="300" height="266" />
    Mirmahmud Mirəlioğlundan şok açıqlamalar:“Elçibəyin ölümündə müəmma var!”-VİDEO
  • " width="300" height="266" />
    Zəminə Allahyarova yaxın tarixə işıq salır:“Heydər Əliyev Beycana "oğlum" deyirdi” - VİDEO
  • " width="300" height="266" />
    23 illik dostu Elçibəyin son günlərindən danışdı:“Elçibəyin əleyhinə danışanların hələ də günahı var və cəzalarını çəkib qurtarmayıblar”-VİDEO
  • " width="300" height="266" />
    Beycan Fərzəliyevin xanımı 25 ildən sonra danışdı:“Heydər bəy də, Əbülfəz bəy də çox maraqlı həmsöhbət idilər”-VİDEO
  • " width="300" height="266" />
    Sabiq Baş nazir Nobelə gedir:"Turan Birliyini yeni nəsil texnologiya ilə qura bilərik"-VİDEO
  • " width="300" height="266" />
    Beycan Fərzəliyevdən tarixi açıqlamalar:“Eiçibəy xəstəliyini uzun müddət gizlətdi, heç kimə demədi” - VİDEO

Qapalı Mövzu




Vəkil Bürosu

Oktyabr 2017
BE ÇA Ç CA C Ş B
« Sen    
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031  

XƏBƏR LENTİ

21 Oktyabr 2017
20 Oktyabr 2017

05 Yanvar 2017 - 14:42

AVCİYA prezidenti:"Öncə informasiya meydanında Ermənistanı məğlub etməliyik" - MÜSAHİBƏ

elxan-suleymanov

Strateq.az Milli Məclisin deputatı, AVCİYA prezidenti Elxan Süleymanovun APA-ya müsahibəsini oxuculara təqdim edir:

 

– Tanınmış Amerika sosioloji araşdırma mərkəzi AVCİYA-nın layihəsini dünyada ikinci ən məşhur petisiya kimi qiymətləndirdi. Bu barədə nə deyə bilərsiniz?

– Bəli, Amerikanın Pew Tədqiqat Mərkəzi dekabrın 28-də dərc etdiyi hesabatda Ağ Ev Administrasiyasının rəsmi saytında yerləşdirilmiş “Biz Xalqıq” platformasının 2011-2016-cı illər ərzində olan fəaliyyətini və bu platforma vasitəsilə Ağ Ev Administrasiyasına ünvanlanan müraciətlər və bu müraciətlərin cavablandırılması vəziyyətini araşdırıb.

Öncə vurğulamaq istərdim ki, “Biz Xalqıq” platforması 2011-ci ildə Barak Obama Administrasiyası tərəfindən yaradılmış və kifayyət qədər ciddi bir platformadır. Həm bu saytın bütün dünyada çoxmilyonlu izləyiciləri var, həm də sayta edilən müraciətlərə Ağ Evin rəsmi reaksiyasını almaq mümkündür. Bu platforma ilə bağlı araşdırma aparmış Mərkəz özü də dünya səviyyəsində tanınmış bir sosioloji araşdırma qurumudur. Bu Mərkəz Amerikanı və dünyanı formalaşdıran məsələləri araşdırır, ABŞ siyasəti və strategiyasını, ABŞ-ın sosial və demoqrafik istiqamətlərini öyrənir, bu kimi sahələrdə peşəkar təhlillər aparır.

Pew Tədqiqat Mərkəzinin bu hesabatında bildirilir ki, 5 il ərzində Ağ Ev Administrasiyasına ümumilikdə 4799 petisiya ünvanlanıb və bunlardan cəmi 227-nə Administrasiya tərəfindən cavab verilib, “Ədalətin Bərqərar Olunması və Böyük Fəlakətin Qarşısının Alınması naminə” adlı petisiya isə Ağ Evə müraciət platforması tarixində ikinci ən məşhur petisiyadır. Bilirsiniz ki, bu petisiya ötən ilin aprel ayında Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCİYA) tərəfindən açıldı və petisiyaya Ağ Ev Administrasiyası çox qısa müddətdə cavab verdi.

AVCİYA-nın bu layihəsi bir neçə baxımdan çox uğurlu oldu. Birincisi, petisiyaya bütün Azərbaycan xalqı, bütün türk dünyası qoşuldu və zəruri olan imza sayından 3.5 dəfə artıq imza toplandı. İkincisi, Ağ Evin müraciətimizə cavabı Azərbaycan üçün böyük bir siyasi dəstək idi. ABŞ bu cavabında Dağlıq Qarabağ ətrafı ərazilərin Azərbaycanın nəzarətinə qaytarılmasına və Dağlıq Qarabağın statusunun müəyyən olunmasına dair təcili danışıqlar aparmağa çağırış etdi. Eyni zamanda, Amerika Tədqiqat Mərkəzinin bu petisiyanı dünyada ikinci ən məşhur petisiya kimi qiymətləndirməsi bu saytın çoxmilyonlu izləyicisinin diqqətini bir daha bu məsələyə yönəltdi, Ermənistanın işğalçı siyasəti yenidən aktuallaşdırıldı.

– Petisiya ideyası necə yarandı və məqsəd nə idi?

– 26 yanvar 2016-cı il tarixində AŞPA 2085 saylı qətnamə qəbul etdi. AŞPA-nın bu qətnaməsi ilk dəfə olaraq məhz Ermənistan dövlətinin Azərbaycan torpaqlarını işğal etməsini rəsmən sənədləşdirdi. Yəni, sənədin qəbul edilməsinə səs vermiş 47 Avropa Şurası üzvü Ermənistan dövlətini işğalçı kimi tanıdı və Ermənistan silahlı qüvvələrinin işğal bölgəsindən dərhal geri çəkilməsini tələb etdi. Bilirsiniz ki, bu qətnamə qəbul edilməmişdən 2 il əvvəl AVCİYA “Sərsəng harayı” layihəsi ilə bu sahədə iş aparmağa başlamışdı və mən qətnamə təklifi ilə AŞPA katibliyinə müraciət etmişdim. Başladığımız bu iş nəinki AVCİYA-nın, Azərbaycanın böyük bir qələbəsi oldu. Lakin biz bununla kifayətlənmədik və Azərbaycanın haqq səsinin bütün dünyaya çatdırılmasını istədik. Ağ Evin “Biz Xalqıq” platforması bunun üçün tam uyğun bir meydan idi. Bu səbəbdən “Ədalətin Bərqərar Olunması və Böyük Fəlakətin Qarşısının Alınması naminə” petisiyası ilə ABŞ Prezidenti Administrasiyasına müraciət etdik. Məqsədimiz həm Ermənistanın işğalçı siyasəti ilə bağlı bütün dünyanı məlumatlandırmaq, həm də torpaqlarımızın işğaldan azad edilməsi üçün ABŞ kimi nəhəng bir güc mərkəzinin dəstəyini almaq idi.

– Qeyd etdiyiniz qətnamənin ərsəyə gəlməsinin səbəbi sizin AŞPA katibliyinə təqdim etdiyiniz qətnamə təklifi olmuşdu.  Bu işdə hansı təzyiqlərlə rastlaşdınız, hansı çətinliklər oldu?

– Həmin vaxt AŞPA katibliyinə iki qətnamə layihəsi təklif etmişdim: “Azərbaycanın Dağlıq Qarabağ və digər işğal edilmiş ərazilərində gərginliyin artması”, “Azərbaycanın sərhədyanı bölgələrinin sakinlərinin qəsdən sudan məhrum edilməsi”. Adlar fərqli olsa dahər iki təklifdə mahiyyət və məqsəd eyni idi – Ermənistan dövlətinin işğalçı siyasətini ifşa etmək, Azərbaycan torpaqlarının işğaldan azad edilməsi üçün AŞPA kimi nüfuzlu beynəlxalq qurumun qətnaməsinə nail olmaq. Hər iki sənədlə bağlı iki ildən artıq mübarizə aparmalı olduq. Çünki bütün beynəlxalq qurumlarda olduğu kimi AŞPA-da da Azərbaycanın düşmənləri çoxdur, erməni lobbisi kifayət qədər gücə malikdir. Bu səbəbdən də 4 dəfə AŞPA Sədarət Komitəsində, Büroda və Komitələrdə baxıldıqdan sonra nəhayət, məruzəçilər təyin edildi. Lakin Ermənistan tərəfinin çoxşaxəli fəaliyyəti, siyasətçilərlə yanaşı, kilsənin, din xadimlərinin, incəsənət nümayəndələrinin səfərbər olması məruzələrdən birinin – Britaniyalı parlamentari Robert Volterin “Azərbaycanın Dağlıq Qarabağ və digər işğal edilmiş ərazilərində gərginliyin artması” məruzəsinin qarşısını cəmi 4 səs fərqi ilə ala bildi. 2085 saylı qətnamə qəbul edildikdən sonra isə onun mahiyyəti düşmənlərimizi şoka saldı. Onlar bu mübarizədə uduzduqlarını hələ də həzm edə bilmir, özlərinə xas təxribatlarını indi də davam etdirirlər. 

– Bilirik ki, işğalçı tərəf bu məğlubiyyətin təşvişi səbəbindən genişmiqyaslı kampaniyaya başlayıb. Bu kampaniya ilə onlar nəyəsə nail ola bilirlərmi?

– Ermənistan tərəfi Azərbaycan torpaqlarını işğal etmələrini məhz “Dağlıq Qarabağ münaqişəsi” ifadəsi altında gizlədir. Bununla onlar dünya ictimaiyyətində çaşqınlıq yaradır, özlərini işğalçı deyil, münaqişə tərəfi kimi təqdim edirlər. Bu səbəbdən onlar “Azərbaycanın Dağlıq Qarabağ və digər işğal edilmiş ərazilərində gərginliyin artması” adlı bir sənədin qəbul edilməsini 25 illik strategiyanın məhvi kimi qiymətləndirirdilər və bunun üçün onlar dövlət səviyyəsində iş apararaq, ATƏT-in Minsk Qrupunu da ələ almaqla, cəmi 4 səs fərqi ilə bu məruzənin qarşısını ala bildilər. Lakin 2085 saylı qətnamənin qəbul edilməsi də Ermənistanın yaratdığı çoxillik obrazı ifşa etdi və bunu anlayan işğalçı tərəf  genişmiqyaslı kampaniya aparır. Bir misal deyim: 2085 saylı qətnamə Bosniyalı parlamentari Miliça Markoviçin məruzəsi əsasında qəbul edilmişdi. Erməni lobbisi və anti-Azərbaycan qüvvələr bu gün də bu xanıma təzyiq edirlər, ona böhtan və iftiralar atırlar. Onlar guya Miliça Markoviçin bu məruzəni Azərbaycanın sifarişi ilə hazırladığını bəyan etməklə 2085 saylı qətnaməni zərərsizləşdirmək istəyirlər. Erməni lobbisi bu məqsədlə Bosniyanın və Herseqovinanın AŞPA-dakı səfirini, bu ölkənin AŞPA-dakı nümayəndə heyətinin rəhbərini də bu işə cəlb edib. Qurulmuş ssenari üzrə, Bosniyanın AŞPA-dakı səfiri Bosniya parlamentinə anonim məktub ünvanlayır və Miliça Markoviçin Azərbaycan tərəfinin sifarişini yerinə yetirdiyini bildirir. İkinci mərhələdə Bosniyanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri bu məktubu ictimailəşdirir. Hazırda Miliça Markoviç məsələ ilə bağlı hər iki şəxsi məhkəməyə verib. Biz Ermənistanın, erməni lobbisinin bu kimi təxribatlarına artıq alışmışıq və hesab edirəm ki, onlar bununla heç nəyə nail ola bilməyəcək. Biz isə bu kimi təhdidlərdən çəkinməyərək öz haqq işimizi davam etdirir və etdirəcəyik.

– 2085 saylı qətnamənin Azərbaycan torpaqlarının işğaldan azad edilməsi üçün hansı təsiri ola bilər və qətnamədə qoyulan tələblərin icrası üçün nə etməli?

– Hesab edirəm ki, biz döyüş meydanlarından öncə informasiya meydanında Ermənistanı məğlub etməliyik. 2085 saylı qətnamə ilk növbədə bu müharibədə bizim əsas silahımız, daim istifadə edə biləcəyimiz istinaddır. Biz hər zaman bu sənədə istinad etməklə Ermənistan təbliğat maşınını susdura, Ermənistanın işğal etdiyi tarixi Azərbaycan torpaqlarını özününküləşdirməsinin qarşısı almağa nail ola bilərik.

Qətnaməni qəbul etmiş AŞPA torpaqlarımızı Ermənistanın işğalından azad edəcək gücə malik bir qurum deyil, lakin biz mütəmadi olaraq bu barədə məsələ qaldırmalı, Ermənistana qarşı sansksiyaların tətbiq edilməsinə nail olmalıyıq. Bununla yanaşı bütün mövcud beynəlxalq platformalarda da iş aparılmalı, Ermənistana qarşı beynəlxalq təzyiqlərin olunmasını tələb etməliyik. 

– Sizcə Azərbaycan vətəndaş cəmiyyəti, Azərbaycan QHT-ləri, Azərbaycan mediası Ermənistan təbliğat maşınına qarşı mübarizədə yetərincə aktivdirmi?

– Vətəndaşlığından, siyasi mənsubiyyətindən, sosial statusundan asılı olmayaraq hər bir erməni Azərbaycan torpaqlarının işğalının ört-basdır edilməsini özünə borc hesab edir və hər zaman bu məsələdə tərəddüdsüz səfərbər olurlar. Lakin çox-çox təəssüf hissi ilə deyərdim ki, bizlər bu işdə kifayət qədər fəal deyilik.

Hazırda müzakirə etdiyimiz petisiya Azərbaycanın mühüm bir qələbəsi oldu. Ağ Ev Administrasiyasının mühüm bir platformasında Azərbaycan həqiqətlərinin müzakirə edilməsi, ABŞ-ın Azərbaycan xalqının çağırışına müsbət reaksiya verməsi və nəhayət elə ABŞ-ın tədqiqat mərkəzinin bu petisiyanı yenidən gündəmə gətirməsi olduqca vacib məsələlərdir. Petisiyanın dünyada ikinci olması ilə bağlı hesabat 1 həftədir, dərc edilib, bu barədə ölkəmizdə hər hansı bir müzakirə, çıxış varmı!? Elə internet mediada kiçik monitorinq aparsaq, bu suala asanlıqla cavab tapa bilərik.

Torpaqlarımızın erməni tapdağı altındakı iniltisi hər bir Azərbaycanlının dərdidir və kimliyindən asılı olmayaraq, hər bir Azərbaycanlı erməni təbliğat maşınına qarşı mübarizə aparmalı, torpaqlarımızın işğaldan azad edilməsi istiqamətində zəruri olan bütün cəbhələrdə öz töhfəsini verməlidir.   (APA)