Gündəm

Müsahibə

  • " width="300" height="266" />
    Mahmud Məmmədquliyev: “Avropa İttifaqı ilə Azərbaycan arasında danışıqlar başlayıb” –MÜSAHİBƏ
  • " width="300" height="266" />
    Rüstəm İbrahimbəyov:“Ermənilər gülür ki, Heydər Əliyevin yaratdığı o boyda təşkilatı, gör, nə günə salıblar”
  • " width="300" height="266" />
    Tofiq Zülfüqarov:“Rusiya ilə Azərbaycan arasında böhranlı elementlər mövcuddur”
  • " width="300" height="266" />
    Beynəlxalq Bankın İdarə Heyətinin sədri:"...Bankın özəlləşdirilməsinə hazırlıq başlanacaq"
  • " width="300" height="266" />
    Azərbaycanlı iş adamı Ərdoğan haqda:"Türkiyənin Atatürkdən sonra ən böyük lideri, ən böyük şansıdır" -MÜSAHİBƏ
  • " width="300" height="266" />
    Sabiq təhsil naziri Nazim Əkbərov:"Allah müəllimlik peşəsini cəmiyyətin varlı olmayan təbəqəsinə həvalə edib”
  • " width="300" height="266" />
    Qarabağ qazisi Rey Kərimoğlu:"Canını vətən uğrunda qurban verənin ailəsi 180 manatın ümidinə buraxılmamalıdır"
  • " width="300" height="266" />
    “Aqrolizinq”in sabiq sədri Heydər Əsədovu “vurdu”:"Nazirlikdə güclü mütəxəssislər qalmayıb..."
  • " width="300" height="266" />
    Azərbaycandan deportasiya edilmiş Ziya Şahin:"Təyyarədə 3 saat ərzində gözyaşı tökdüm"
  • " width="300" height="266" />
    Şahın oğlu İranda hakimiyyət dəyişikliyi haqda:"...İnqilablar vasitəsilə mümkün olduğuna inanıram"

Qaynar Qazan

  • " width="300" height="266" />
    Sabiq hərəkatçıdan şok iddia:“Elçibəyin Kələkidən gəlməsini müxalifət istəmirdi”-VİDEO
  • " width="300" height="266" />
    Keçmiş döyüşçüdən ANS rəhbərliyinə ağır ittihamlar:"Cəbhə xəttindəki mövqeləri çəkib CNN-ə satırdılar" - VİDEO
  • " width="300" height="266" />
    Sabiq hərəkatçıdan maraqlı açıqlamalar:"Cavid Qurbanovun işini Ziya Məmmədovdan mən xahiş etdim"-VİDEO&FOTO
  • " width="300" height="266" />
    Pənah Hüseyndən müxalifətə çağırış:“Prezidentliyə vahid namizədin seçilməsi istiqamətində prosesi başlatmaq lazımdır”-VİDEO
  • " width="300" height="266" />
    Pənah Hüseyn elə sirrin üstünü açdı ki… –“İsa Qəmbər prezident Elçibəyin məzuniyyətə getməsini təklif edirdi” - VİDEO
  • " width="300" height="266" />
    Pənah Hüseyn hakimiyyətlə “dialoq oyunu”ndan danışdı:“Müsavat partiyası Prezident Aparatında məxsusi görüş tələb etdi” - VİDEO
  • " width="300" height="266" />
    Əjdər Əsədov 1987-ci ildə itirilən torpaqlardan danışdı:“Şamil Rəsizadəni ona görə döydülər ki...”-VİDEO
  • " width="300" height="266" />
    Keçmiş raykom katibindən şok açıqlamalar:“Çardaxlını yumruq və armaturla ermənilərdən təmizlədik”-VİDEO
  • " width="300" height="266" />
    Sabiq raykom katibindən sensasion açıqlamalar:“Hücum Çardaxlıdan başlamalı idi, Stepanakertdən yox” - VİDEO
  • " width="300" height="266" />
    Alqış Həsənoğludan sərt sözlər:“Əli İnsanov çoxdan işdən çıxarılmalı və qovulmalı idi”-VİDEO

Qapalı Mövzu



Vəkil Bürosu

May 2017
BE ÇA Ç CA C Ş B
« Apr    
1234567
891011121314
15161718192021
22232425262728
293031  

XƏBƏR LENTİ

24 May 2017

08 Yanvar 2017 - 02:14

Hansı hal baş ağrıları daha təhlükəlidir? –Professor Şərif Mahalov danışır

sherif-mahalov

Səhiyyə Nazirliyinin baş nevroloqu, tibb elmləri doktoru, Nevrologiya və tibbi genetika kafedrasının müdiri, professor Şərif Mahalov bu gün hər kəsi narahat edən baş ağrılarından danışır:

 

– Şərif müəllim, son zamanlar hər birimizi narahat edən və müxtəlif xəstəliklərin təzahürü kimi meydana çıxan əlamətlərdən biri də baş ağrılarıdır. Bunun səbəbləri nədir?

– Baş ağrısı – həkimlik təcrübəsində ən çox rast gəlinən şikayətlərdir. Bu hal təkcə başda deyil, bütün orqanizmdə narahatlıq hissi ilə müşayiət olunur. Baş ağrılarını 2 əsas kateqoriyaya  bölmək olar: birincili və ikincili.

Birincili baş ağrılarına – miqren, gərginlik baş ağrıları, klaster baş ağrıları, struktur dəyişiklik ilə əlaqəsi olmayan müxtəlif tip baş ağrıları aiddir. Simptomatik baş ağrılarına isə başın travması, damar patologiyası, kəllədaxili qeyri-damar patologiyası, müəyyən maddələrin qəbulu və ya onlardan imtina, infeksiya, metabolik pozğunluqlar, kəllə, boyun, göz, burun, burun ətrafı ciblər, diş, ağız və digər kəllə və üz strukturlarının patologiyası ilə əlaqədar olan baş ağrıları aid edilir.

Baş ağrılarının çox səbəbləri var. Bunlar arterial təzyiqin dəyişməsi, baş beynin iltihabı, travması və şişləri, nevralgiyalar, vegetativ disfunksiya, gün və istivurma -intoksikasiyası və s. Baş ağrıları qədər müxtəlifliyi olan başqa əlamət yoxdur.

Baş ağrıları uzunmüddətli, göynədici, kəskin, eyni zamanda dözülməz olmaqla bütün başı əhatə edə və ya ancaq gicgah nahiyəsində lokallaşa bilər.

İkitərəfli göynədici baş ağrıları bir sıra hallarda arterial hipotoniyanı müşayiət edir. Bu tip baş ağrıları adətən yuxudan sonra səhər saatlarında meydana gəlir və gicgah nahiyələrini əhatə edir.

– Psixogen baş ağrıları necə yaranır?

– Bu növ baş ağrıları da son vaxtlar çox geniş yayılıb. Bu ad altında psixiki və fiziki xarakterli gərginlik, o cümlədən həyəcan vəziyyətində və depressiyada meydana gələn baş ağrıları birləşdirilir. Belə hallarda ağrının xarakterini təsvir etmək çətin olur. O, göynədici, sıxıcı, ənsə, alın və ya gicgah nahiyələrində məhdudlaşa, həmçinin bütün başı əhatə edə bilər.

Baş ağrısı miqrenin əsas, hətta yeganə təzahürüdür. Miqrenin bir sıra formaları var. Bu zaman ağrı üzdə meydana gələ, qəfləti, qısamüddətli və intensiv (“İldırımsürətli”) ola bilər. Bəzən ağrılar biri digərini əvəz edərək bir neçə gün davam edə, ürəkbulanma və qusma ilə müşayiət oluna bilər.

Xorton (histamin) baş ağrıları periodik olaraq qısa tutmalarla (15 dəqiqə – 2 saat) təzahür edir. Adətən, belə baş ağrıları ya gecə vaxtı, ya da səhər meydana gəlir. Ağrı çox güclü, yandırıcı, deşici olur, qəflətən meydana gəlir və başın bir tərəfində göz nahiyəsində məhdudlaşır. Xorton baş ağrıları əsasən 20 yaşdan yuxarı kişilərdə rast gəlinir.

Əgər baş ağrıları zökəm əlamətləri ilə təzahür edirsə, bu hal beyin qişalarının iltihabı – meningit haqqında düşünməyə əsas verir. Meningit zamanı baş ağrıları güclü olur, gözə təzyiq edə, ürəkbulanma və qusma ilə müşayiət oluna bilər. 

-Son  zamanlar insanlar qəfləti başlayan kəskin baş ağrılarından əziyyət çəkirlər. Bunun səbəbləri nədir?

– Qəfləti başalayan kəskin baş ağrıları (huşun itməsi və bədənin müəyyən nahiyəsində hissiyyatın itməsi ilə gedən) baş beyinə qansızma zamanı meydana gəlir. Adətən, bu hal arterial təzyiqin yüksəlməsi və beyin damarlarının aterosklerozu zamanı ortaya çıxır. Ona görə belə hallarda “Təcili yardım”ı vaxtında çağırmaq lazımdır.

Əgər baş ağrısı qəflətən meydana gəlir, tez zamanda müntəzəm və intensiv olursa, nevroloqa müraciəti gecikdirmək olmaz. Belə ağrı baş beyin şişlərinin ilkin əlaməti də ola bilər.

Adətən, baş ağrısı kəllə nahiyəsindən kənara çıxmır. Məsələn, boyun nahiyəsinin osteoxondrozu, spondiloartriti, radikulit çox vaxt baş ağrıları ilə müşahidə olunur. Alın və gicgah nahiyəsində olan ağrılar burun ətrafı ciblərdə olan iltihab – haymorit və ya frontit zamanı ola bilər. Baş ağrısı və üzdə olan keyimə, adətən, üçlü sinirin nevralgiyası və üz sinirinin neyropatiyası zamanı olur.

Baş ağrılarının digər forması toksiki baş ağrısıdır. Bu hal bəzi maddələrlə zəhərlənmələr və ya dərman preparatlarının qəbulundan sonra yarana bilər.

Axıcı baş ağrıları tam sağlam insanlarda qapalı məkanlarda meydana gələ bilər (beyinə oksigen çatışmazlığı nəticəsində). Bu hal dəm qazı, avtomobil qazları, boya buxarlanması, kəskin ətirlər tərəfindən baş verə bilər. Güclü baş ağrıları gün və istivurma zamanı da yaranır.

Gördüyünüz kimi, baş ağrılarının bir çox səbəbləri var. Bu, təəccüblü hal deyil, çünki ağrı orqanizmin təhlükə anında verdiyi siqnaldır. Belə siqnallarda ağrının baş beyni və onun ətrafındakı toxumalarla əlaqəli şəkildə yayılması daha ciddi əlamət kimi sayılmalıdır.  

– Bəs baş ağrıları zamanı müxtəlif dərmanlardan istifadə etməyin nə kimi təhlükəsi var?

– Belə vəziyyətdə çox miqdarda ağrıkəsici preparatlar qəbul etmək təhlükəlidir. Bu, ciddi fəsadlarla nəticələnə bilər.

Bundan başqa, analgetiklərin uzun müddətli qəbulu baş beynin ağrı əleyhinə mərkəzinin süstləşməsinə və yeni azbus (dərmanlar tərəfindən törənən) baş ağrılarının meydana gəlməsinə səbəb ola bilər. Baş ağrılarının profilaktikası məqsədi ilə beyin damarlarını yüngül fiziki yüklə məşq elətdirmək, təmiz havada olmaq, dərmanlardan hədsiz dərəcədə istifadə etməmək lazımdır. Əgər baş ağrısı davamlı olarsa, özü-özünü müalicə etməklə məşğul olmaq əvəzinə, təxirə salmadan nevroloq-həkimə müraciət etmək lazımdır.

525.az