Gündəm

Müsahibə

  • " width="300" height="266" />
    UKRAYNA XARİCİ KƏŞFİYYAT XİDMƏTİNİN SABİQ RƏHBƏRİ:"Ən başlıcası Putinin ətrafıdır" - MÜSAHİBƏ
  • " width="300" height="266" />
    Abid Şərifov:“Kimsə övladımın yekəbaşlıq etməsi ilə bağlı bir kəlimə eşidib?”
  • " width="300" height="266" />
    “Azad demokratlar”ın lideri Sülhəddin Əkbər:"2004-cü ildən Rusiya kəşfiyyatı Azərbaycanda sistemli və aktiv iş aparır" - MÜSAHİBƏ
  • " width="300" height="266" />
    Avropa İttifaqının Bakıdakı nümayəndəsi:“Azərbaycanlıların 51 faizi bizə etibar edir” – MÜSAHİBƏ
  • " width="300" height="266" />
    Eldar Namazov Rusiyadakı seçkilərdən danışdı:“Bu perspektiv Kremli çox qorxudur” – MÜSAHİBƏ
  • " width="300" height="266" />
    Əvəz Temirxan “20 Yanvar” hadisələrinin gizli məqamlarını açdı:"Zayçevlə mübahisəmiz düşdü, o, tələb etdi ki, bunları protokoldan çıxarım..."
  • " width="300" height="266" />
    Sabiq YAP-çı deputatdan maraqlı açıqlamalar:"Dövlət şəxsi hisslərin idarəçiliyə daşınmasından əziyyət çəkir" - MÜSAHİBƏ
  • " width="300" height="266" />
    Ayaz Mütəllibov:“20 Yanvarın araşdırılması üçün məhkəmə qurulmasını istəyirəm” – MÜSAHİBƏ
  • " width="300" height="266" />
    ATƏT nümayəndəsi Azərbaycanda medianın durumunu sərt tənqid etdi:"Rəsmilər söz versələr də, bunu yerinə yetirmirlər" - MÜSAHİBƏ
  • " width="300" height="266" />
    Əliməmməd Nuriyev:“BDU-ya müstəqillik verilməsi 100 illik yubileyinə ən böyük töhfə olardı”

Qaynar Qazan

Qapalı Mövzu





Vəkil Bürosu

Qadın Sözü

Yanvar 2018
BE ÇA Ç CA C Ş B
« Dek    
1234567
891011121314
15161718192021
22232425262728
293031  

XƏBƏR LENTİ

21 Yanvar 2018
20 Yanvar 2018

08 İyun 2017 - 14:07

Səfir: “Avstriya ATƏT sədri olaraq tərəfləri məcbur edə bilməz” –Müsahibə

“Hər iki tərəf təkliflərin icrasıyla bağlı gərək qərara, ortaq məxrəcə gəlsin”

Avstriyanın Azərbaycandakı səfiri Aksel Vexin Strateq.az saytına müsahibəsi

Cənab səfir, Avstriya  bu il ATƏT-ə sədrlik edir. Avstriya bəyan edib ki, əsas diqqəti ATƏT məkanında münaqişələrin həllinə, terrorizm və miqrasiya məsələlərinə yönəldəcək. Artıq 27 ildir ki, Qarabağ münaqişəsinin ədalətli həllinin şahidi olmuruq.  23  ildir ki, Qarabağ nizamlanmasında əsas vasitəsi kimi çıxış edir.  Bu 23 ildə biz yalnız uzun-uzadı danışıqların şahidi olmuşuq. Necə düşünürsünuz, ATƏT və Minsk qrupunun bu uğursuzluğu nə ilə izah oluna bilər?

– Avstriya ATƏT-in sədri olaraq daha çox tərəflər arasındakı danışıqların aparılmasına təşviq etmək, təşəbbüslər irəli sürmək, bu prosesin dəstəklənməsinə yönəlik addımlar atmaq istəyir. Lakin münaqişənin həlli ilə bağlı konkret addımları tərəflər özü atmalıdır.  Bununla bağlı Minsk Qrupu da mövcuddur və münaqişənin həlli üçün təkliflər irəli sürülür, addımlar atılıb. Dediyim kimi, hər iki tərəf bu təkliflər üzərində işləyib onun icrasıyla bağlı konkter addımlar atmalıdır. Bu məsələ onların üzərinə düşür. Avstriya ATƏT-in sədri olaraq onları konkret nəyisə qəbul etmək üçün məcbur edə bilməz.

Bayaq dediyim kimi, 23 ildə biz yalnız uzun-uzadı danışıqların şahidi olmuşuq, konkret addımlar hiss olunmur, atılmır…

– Təkliflər artıq bir neçə ildir göz qabağındadır. Sadəcə onların icrası olmayıb. Hər iki tərəf onun icrasıyla bağlı gərək qərara, ortaq məxrəcə gəlsin.

– Ümumiyyətlə, Minsk qrupunun fəaliyyətini necə dəyərləndirərdiniz?

Minsk Qrupu və həmsədrlər bu münaqişənin həlli üçün yaradılıb. Onlar münaqişənin həllinə səy göstərir və bununla bağlı fəaliyyətləri var. Hər iki tərəf bu formatın üzərində dayanıb işləməlidir.

– Azərbaycan cəmiyyətində artıq Minsk qrupuna bir etimadsızlıq formalaşıb. Hətta, ironik olaraq Minsk qrupu həmsədrlərinin regiona səfərlərini “turist gəzintisi” adlandırırlar…

Bu barədə çox soz deyə bilmərəm. Artıq bir neçə 10 ildir təkliflər var, masa üzərindədir. Təkrar edirəm, bu təkliflərin üzərində işləmək hər iki dövlətin üzərinə düşür. Hansını istəyir onu qəbul etsin. Yəni heç bir tərəfi məcbur etmək etmək olmaz ki məhz bunu etməlisən. Minsk qrupunun bu sahədə böyük ekspertizası var. Son addımlara tərəflər özü getməlidir.

– ATƏT sədri olaraq Avstriya Qarabağ nizamlanması ilə bağlı hansı təşəbbüslərlə çıxış etmək niyyətindədir?

Bu, hansı təşəbbüslərin olmasına bağlıdır. Əgər tərəflər istəsə, Avstriya münaqişə həllinə töhvə gətirə biləcək məsələlərdə, məsələn, etibaryaradıcı, regionda kəndlilərin vəziyyətinin yaxşılaşdırılmasıyla bağlı, hər iki ölkənin gənc nəslinin müəyyən qədər bir-birinə barışığa gətirilməsi, keçmiş tarixi məqamları ortaya qoymaqla paralellər göstərmək, flora-faunanın qorunub saxlanması kim tədbirləri dəstəkləyə bilər. Müxtəlif ideyalar, təşəbbüslər ola bilər, şərt odur ki tərəflər özləri də bunu istəsin.

– Avstriya – Azərbaycan əlaqələrinin hazırkı səviyyəsini necə qiymətləndirmək olar? Vyana-Bakı əməkdaşlığı daha çox hansı istiqamətlərdə irəliləyib?


– Ölkələrimiz arasındakı əlaqələr, münasibətlər çox gözəl səviyyədədir.  Düşünürəm ki, ikitərəfli münasibətlərdə qarşılıqlı səfərləri artırmaq lazımdır. Elm, turizm sahələrində yaxşı əməkdaşlığımız mövcuddur. Dəmir yolları, kənd təsərrüfatı kimi perespektivli, vacib sahələrdə əməkdaşlığı dərinləşdirməkdə maraqlıyıq.  Xüsusən, İpək Yolu layihəsi üzərində işləmək istərdik. Bu sahədə bizim də maraqlarımız var.

Bu layihələrlə bağlı hər hansı görüşlər, danışıqlar olubmu?

– Azərbaycan tərəfi ilə dəmir yolları sahəsində görüşlər keçirilib. Azərbaycan tərəfindən nümayəndə heyəti müntəzəm olaraq Avstriyaya gedib Vyana Limanında olur.  Avstriya Federal Kənd Təsərrüfatı, Meşə, Ətraf Mühit və Su Təsərrüfatı nazirinin  Azərbaycana gəlişi nəzərdə tutulub.  Həmçinin, Ailə və gənclərlı iş üzrə nazir, daxili işlər nazirinin də Azərbaycana səfəri gündəmdədir. Biz bu səfərləri iyun-iyul ayları üçün nəzərdə tutmuşduq. Lakin Avstriyada keçirilən erkən seçkilərə görə, müəyən vaxtadək təxirə salınıb.

– Bəs bu il ərzində yüksək, məsələn, ölkə başçıları səviyyəsində səfərlər gözlənilirmi?

–  Bildiyiniz kimi Avstriyanın Federal prezidenti yeni seçilib. O seçiləndən sonra ilk rəsmi səfərlərini bir qayda olaraq Avropa İttifaqı  ölkələrinə edir. Oktyabrın 15-də Avstriyada erkən parlament seçkiləri nəzərdə tutulur. Bununla əlaqədar federal prezidentin hökumətin formalaşmasında da rolu böyükdür. Buna görə də, bu məsələləri nəzərə alıb inanmıram ki,  bu ilin sonuna kimi hər iki ölkə arasında belə yüksək səviyyədə səfərlər olsun.

– Səfirlik olaraq ilin sonuna kimi hər hansı tədbirlərin keçirilməsi ilə bağlı nə kimi planlarınız var?

–   Bu ay Avstriyanın məşhur FREYWILLE zərgəlik brendi məhsullarının prezentasiyası keçiriləcək. Avstriya-Azərbaycan arasındakı diplomatik münasibətlərin 25-illiyi ilə bağlı payız aylarında konfrans nəzərdə tutulub. Avstriyalı gənc müğənni Chiara Thaleri dəvət edib onun burada yerli sənətçilərlə birgə hansısa layihəsini təşkil etmək istəyirik. Avstriya-Azərbaycan birgə hökumətlərarası komissiyanın növbəti iclasının Vyanada keçirilməsi gözlənilir.  

Laçın SƏMLA

Strateq.az