Gündəm

Müsahibə

  • " width="300" height="266" />
    Deputat Avropa Şurasından aralanmaq çağırışlarının əleyhinə çıxdı:"Münasibətlərin korlanması Rusiyanın maraqlarına cavab verir" - MÜSAHİBƏ
  • " width="300" height="266" />
    İqtisadçı alim Qubad İbadoğlu:"İlin sonunda Azərbaycan valyuta bazarında gərginlik artacaq" - MÜSAHİBƏ
  • " width="300" height="266" />
    MƏRKƏZİ KƏŞFİYYAT İDARƏSİNİN TƏHLİLÇİSİ POL QOBL:"Rusiya Bakının sədaqətini təmin etməyincə, münaqişənin həllinə imkan verməyəcək"
  • " width="300" height="266" />
    Britaniyanın Cənubi Qafqazdakı hərbi attaşesi:"Azərbaycanın NATO ilə əməkdaşlıq səylərini yüksək qiymətləndiririk" - MÜSAHİBƏ
  • " width="300" height="266" />
    Sabiq respublika prokuroru İlyas İsmayılov:“Yazıçı Anarı  Prokurorluğa dəvət elədim, cinayət işini qabağına qoydum...”
  • " width="300" height="266" />
    Rauf Arifoğludan sensasion açıqlamalar və etiraflar:"HEYDƏR ƏLİYEVƏ XEYLİ HAQSIZLIQ ETMİŞİK" - Müsahibə
  • " width="300" height="266" />
    Təhsil Nazirliyinin şöbə müdiri:"Tarix İnstitutu xəritə ilə bağlı heç bir irad bildirməyib, təklif verməyib"
  • " width="300" height="266" />
    Türkiyəli politoloq:“Rusiya bizim üçün qətiyyən Qərbin alternativi ola bilməz” - MÜSAHİBƏ
  • " width="300" height="266" />
    “ABŞ RƏSMİ ANKARADAN QİSAS ALIR” –“Mehr News”a müsahibəsində türk politoloq gərginliyin səbəblərini açıqlayır
  • " width="300" height="266" />
    Deputat Asim Mollazadə:“MƏMURLARIN CİLOVLANMASININ VAXTI ÇATIB” - Müsahibə

Qaynar Qazan

  • " width="300" height="266" />
    “Quran”a izah yazan Sərdar Cəlaloğlu:“Təriqətlərə bölünmənin yanlış olduğu "Quran"da göstərilib” - VİDEO
  • " width="300" height="266" />
    Sərdar Cəlaloğlu Rəsul Quliyevdən danışdı:"Onda gördüm ki, bu, Heydər Əliyevin siyasətini dəstəkləmir" - VİDEO
  • " width="300" height="266" />
    Nobeli adiləşdirən adam – Sərdar Cəlaloğlu:"Gücsüz mitinqlər güclü iqtidarı bir az da gücləndirir"-VİDEO
  • " width="300" height="266" />
    İlkin Rüstəmzadənin Anasından şok müsahibə:“İlkin müdafiədən narazıdır, dostlarından incimişəm”-VİDEO
  • " width="300" height="266" />
    Elçibəyin dostu 17 illik sirri açdı:“Cənazəsi ilə birlikdə bir çanta pul gətirdim” - VİDEO
  • " width="300" height="266" />
    Mirmahmud Mirəlioğlundan şok açıqlamalar:“Elçibəyin ölümündə müəmma var!”-VİDEO
  • " width="300" height="266" />
    Zəminə Allahyarova yaxın tarixə işıq salır:“Heydər Əliyev Beycana "oğlum" deyirdi” - VİDEO
  • " width="300" height="266" />
    23 illik dostu Elçibəyin son günlərindən danışdı:“Elçibəyin əleyhinə danışanların hələ də günahı var və cəzalarını çəkib qurtarmayıblar”-VİDEO
  • " width="300" height="266" />
    Beycan Fərzəliyevin xanımı 25 ildən sonra danışdı:“Heydər bəy də, Əbülfəz bəy də çox maraqlı həmsöhbət idilər”-VİDEO
  • " width="300" height="266" />
    Sabiq Baş nazir Nobelə gedir:"Turan Birliyini yeni nəsil texnologiya ilə qura bilərik"-VİDEO

Qapalı Mövzu




Vəkil Bürosu

Oktyabr 2017
BE ÇA Ç CA C Ş B
« Sen    
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031  

XƏBƏR LENTİ

24 Oktyabr 2017
23 Oktyabr 2017

13 İyun 2017 - 22:07

Hikmət Hacıyev:"Edvard Nalbandyan indi də Rusiya XİN-in adından danışmağa başlayıb..."

Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev APA-ya maraqlı müsahibə verib.

Strateq.az həmin müsahibəni təqdim edir:

– Ermənistan xarici işlər naziri Edvard Nalbandyanın Estoniya xarici işlər naziri ilə keçirdiyi mətbuat konfransında səsləndirdiyi fikirlər barədə nə deyə bilərdiniz?

– Belə təəssürat yaranır ki, Ermənistan XİN-də ya Helsinki Yekun Aktı və BMT Təhlükəsizlik Şurasının qətnamələrinin nə olduğunu bilmirlər, ya da qəsdən Helsinki Yekun Aktı və BMT Nizamnaməsini təhrif edərək erməni xalqını aldatmağa çalışırlar. BMT Təhlükəsizlik Şurasının qətnamələrini təhrif etmək səlahiyyəti heç kimə verilməyib. Münaqişənin həlli üçün prinsipial baza olan BMT Təhlükəsizlik Şurasının 822 (1993), 853 (1993), 874 (1993), 884 (1993) saylı qətnamələri Azərbaycana qarşı gücdən istifadəni, Azərbaycanın ərazilərinin işğalını pisləyir və ölkəmizin suverenliyi, ərazi bütövlüyünü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığını bir daha təsdiq edir. Güc tətbiq edərək dövlətlərin beynəlxalq səviyyədə tanınmış sərhədlərinin dəyişdirilməsi cəhdlərinin qəbuledilməzliyini vurğulayır. Sözügedən qətnamələrdə BMT Təhlükəsizlik Şurası Dağlıq Qarabağ regionunu Azərbaycanın ayrılmaz tərkib hissəsi kimi bir daha təsbit edir və Azərbaycanın işğal edilmiş bütün ərazilərindən işğalçı qoşunların dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edir.

Ünvanlı bəyanatlardan danışan Ermənistan XİN rəhbərinə yalnız ATƏT-in Minsk qrupu həmsədrlərinin dövlət başçıları səviyyəsində 10 iyul 2009-cu il Akvil və 26 iyun 2010-cu il tarixli Muskokada verdikləri bəyanatları xatırlatmaq kifayətdir. Həmsədr ölkələrin dövlət başçıları səviyyəsində verilmiş bu bəyanatlarında Helsinki Yekun Aktı əsasında hazırlanmış elementlərə görə münaqişənin həllində ilkin addım kimi Dağlıq Qarabağ ətrafındakı işğal olunmuş ərazilərin geri qaytarılması nəzərdə tutulub. Münaqişənin mərhələli həllini nəzərdə tutan yenilənmiş Madrid prinsiplərinin də birinci bəndi bundan ibarətdir. Prezidentlərin Sankt-Peterburq görüşünün və hal-hazırda danışıqlar masasında olan sənədin də mahiyyəti budur. Ünvanlı şəkildə Ermənistandan öz qoşunlarının işğal olunmuş ərazilərdən çıxarılması tələb olunsa da, Ermənistan hələ də buna məhəl qoymur və Minsk qrupu həmsədrlərinin dövlət başçısı səviyyəsində olan bəyanatlarını da təhrif etməkdən çəkinmir.

– Ermənistan XİN rəhbəri Moskva görüşündə hazırda danışıqlar masasında olan təkliflər üzrə substantiv danışıqlar aparılmadığını deyib.

– Ermənistan tərəfinin substantiv danışıqlar ifadəsindən xüsusi qorxusu var. ATƏT Minsk qrupunun həmsədrləri və BMT baş katibi dəfələrlə münaqişənin həlli üçün tərəfləri substantiv danışıqlara çağırsalar da, Ermənistan XİN rəhbəri hər dəfə bu ifadədən yayınmağa çalışır. Çünki substantiv danışıqlar həmsədrlərin qeyri-məqbul hesab etdikləri “status-kvo”nun dəyişdirilməsini, yəni işğal olunmuş Azərbaycan ərazilərindən Ermənistan qoşunlarının çıxarılması daxil olmaqla, kompleks tədbirləri ehtiva edir. ATƏT-in Minsk qrupunun həmsədrləri adından danışan Ermənistan XİN rəhbəri indi də Rusiya Federasiyası XİN-in adından danışmağa başlayıb.

Aprelin 26-da Moskvaya nə üçün getdiyini Ermənistan XİN rəhbəri özü bilər.

Onu deyə bilərik ki, həmin gün Moskvada nazirlər səviyyəsində keçirilmiş görüşdə hal-hazırda danışıqlar masasında olan təkliflər müzakirə olunub. Ermənistan XİN rəhbərinin üç ölkənin nazirinin Moskva görüşündə yalnız bir neçə cümlədən ibarət press-reliz hazırlamaqla məşğul olduğunu deməsi özünü gülüş yerinə qoymaqdır.

Ermənistan XİN-in bu kimi qeyri-ciddi və lazımsız açıqlamalarla danışıqlar prosesinə xələl gətirir. Bunun əvəzinə Ermənistan tərəfinin hal-hazırda danışıqlar masasında olan sənəd üzrə substantiv danışıqlarda konstruktiv iştirak etməsi münaqişənin həllinə və regionda davamlı sülhün təmin olunmasına xidmət edərdi.