Gündəm

Müsahibə

  • " width="300" height="266" />
    Məleykə Abbaszadə:"İmtahanların ödənişli olması sənəd verən məzunların sayını azaldıb..."
  • " width="300" height="266" />
    Türkiyəli tədqiqatçı Gürbüz Mızrak:"Ermənilər kilsələrində “İncil”i belə, Türkcə oxuyurdular"
  • " width="300" height="266" />
    Alman politoloq:"Gec-tez, Trampa ittiham elan olunacaq...” – Müsahibə
  • " width="300" height="266" />
    Arif Rəhimzadə:“Azərbaycan xalqının və dövlətinin formalaşmasında SSRİ və Rusiyanın böyük rolu olub” –MÜSAHİBƏ
  • " width="300" height="266" />
    Türk politoloqdan qalmaqallı açıqlama:“Rusiya Bəşər Əsədin öldürülməsinin qarşısını ala bilməz” – Müsahibə
  • " width="300" height="266" />
    Hikmət Hacıyev:"Edvard Nalbandyan indi də Rusiya XİN-in adından danışmağa başlayıb..."
  • " width="300" height="266" />
    Polşa müdafiə nazirinin sabiq müavini:“Rusiyanın parçalanacağı fikri realdır” – Müsahibə
  • " width="300" height="266" />
    İlyas İsmayılov səhiyyə sistemini sərt tənqid etdi:"Kasıblar klinikalardan əllərində ölüm hökmüylə çıxırlar..." - MÜSAHİBƏ
  • " width="300" height="266" />
    Deputat Azərbaycana ən böyük təhlükənin Rusiyadan gözlənildiyini açıqladı:"Sabitliyi pozmaq, hakimiyyəti ələ keçirmək istəyəcəklər" - MÜSAHİBƏ
  • " width="300" height="266" />
    Səfir: “Avstriya ATƏT sədri olaraq tərəfləri məcbur edə bilməz” –Müsahibə

Qaynar Qazan

  • " width="300" height="266" />
    Müsavat Başqanı 1993-cü il hadisələrindən danışdı:“Sürət Hüseynova hərbi təzyiq nəticəsində Milli Qəhrəman adı verildi”-VİDEO
  • " width="300" height="266" />
    Novella Cəfəroğlu açdı sandığı:"Heydər Əliyev gələndə ona birinci qapısını Əli İnsanov açdı" - VİDEO
  • " width="300" height="266" />
    Novella Cəfəroğludan qorxulu xəbərdarlıq:“Bircə rus qüvvələri ölkədə çaxnaşma salmasınlar” - VİDEO
  • " width="300" height="266" />
    Novella Cəfəroğlu “Qaynar Qazan”da:"Amerika səfiri Elçibəylə bizim evdə görüşdü...” - VİDEO
  • " width="300" height="266" />
    Keçmiş Müdafiə nazirindən Şuşayla bağlı açıqlamalar:“Mayın 4-də MTN-in Şuşa şöbəsi qapısını bağlayıb aradan çıxdı” - VİDEO
  • " width="300" height="266" />
    Rahim Qazıyevdən sabiq baş prokurora çağırış:“Əli Ömərovun zərrə qədər ləyaqəti qalıbsa...”-VİDEO
  • " width="300" height="266" />
    Keçmiş batalyon komandiri Şuşadan nələr dedi:“Hərbi hissəni qəsdən buraxdılar" - VİDEO
  • " width="300" height="266" />
    Şuşa batalyonunun komandiri:“Qərbi azərbaycanlıları qəfildən, zorla Şuşadan çıxardılar” - VİDEO
  • " width="300" height="266" />
    Sabiq hərəkatçıdan şok iddia:“Elçibəyin Kələkidən gəlməsini müxalifət istəmirdi”-VİDEO
  • " width="300" height="266" />
    Keçmiş döyüşçüdən ANS rəhbərliyinə ağır ittihamlar:"Cəbhə xəttindəki mövqeləri çəkib CNN-ə satırdılar" - VİDEO

Qapalı Mövzu



Vəkil Bürosu

İyun 2017
BE ÇA Ç CA C Ş B
« May    
 1234
567891011
12131415161718
19202122232425
2627282930  

XƏBƏR LENTİ

25 İyun 2017
24 İyun 2017

18 İyun 2017 - 11:24

Alman politoloq:"Gec-tez, Trampa ittiham elan olunacaq...” – Müsahibə

Politoloq və ABŞ üzrə ekspert Kristian Hake hesab edir ki, Ağ Evdə hərc-mərclik hökm sürür. O əmindir ki, Donald Trampa qarşı araşdırmanı artıq dayandırmaq olmaz. Lakin impiçmentə hələ çox var. 2016-cı il Amerika prezident seçkilərinə mümkün Rusiya müdaxiləsini araşdırmaqla məğul olan ABŞ özəl prokuroru və FTB keçmiş direktoru Robert Müller Donald Trampa yaxın şəxslərin maliyyə sövdələşmələri ilə maraqlanmağa başlayıb. “The Washington Post” xəbər verir ki, o cümlədən Trampın kürəkəni və baş müşaviri Cared Kuşnerin. Politoloq və Bonn universitetinin fəxri professoru Kristian Hake Almaniyanın populyar “Deutsche Welle” nəşrinə müsahibədə bildirib ki, bu – prezidentin durumunun pisləşməsi əlamətidir.  O, prezident Nikson və dövlət katibi Kissincerin dövründə ABŞ-da fəal çalışıb və ABŞ siyasəti üzrə aparıcı mütəxəssisdir. Hake əmindir ki, araşdırma qar topası kimi çoxalacaq. Bu, impiçmentə aparacaqmı?

Politoloqun bu və başqa suallara cavablarını Strateq.az-n oxucularına təqdim edirik.

 

– Cənab Hake, “The Washington Post” qəzetinin məlumatına əsasən, özəl prokuror Robert Müller Trampın hüquq qaydalarını əngəllməyə cəhd edib-etmədiyini aydınlaşdırmağa səy göstərməklə araşdırmanı genişləndirib. Bu, prezident üçün nə deməkdir?

– Bu məni qətiyyən təəccübləndirmir. Bu cür ittihamlar artıq çoxdan var və şübhə var ki, Tramp təkcə FTB-nin keçmiş başçısı Ceyms Komiyə deyil, həm də digər məxfi xidmətlərin rəislərinə təzyiq göstərib. Həm də əgər Müller onun özünə qarşı araşdırma aparırsa, bu hadisə davam edəcək. Gec, ya tez, Trampa ittiham elan olunacaq. Rusiyanın seçkilərə müdaxiləsi və yaxud prezident postunda öz maliyyə maraqlarını yeritdiyi haqda eşitsək, onda bu hadisə hələ indiyədək görünməmiş miqyaslara keçəcək. Riçard Niksonun fəaliyyəti də yüngül cinayət kimi görünəcək. Hesab edirəm ki, bu araşdırmada yeni, çox ciddi epizodlar meydana çıxa bilər.

– Və araşdırma yeni səviyyəyə qalxar?

– Güman edirəm ki, bəli. Trampın yalan danışdığını artıq aydınlaşdırmışıq. Və istisna etməzdim ki, o, bunu and altında da edəcək. Məsələ bundadır ki, onun yalanının üstü açılacaqmı? Bundan başqa, daxili-siyasi qarşıdurma kursu getdikcə davam edir. Tramp öz tərəfdarlarına “Baxın, sistem bizi istəmir. Sistem korlanıb” deməkdən ötrü əlindən gələni edəcək. Hüquqi diskussiyalar medalın yalnız bir üzüdür. Həmişə cəmiyyət üçün onun dalındakı nəticələrə baxmaq lazımdır. Böyük bir yanğının törəməsi üçün kiçik bir qığılcım bəs edə bilər.

– Mən sualı başqa cür qoyuram. Qanun baxımından Tramp hazırda pis durumdadır?

– Biz həmişə diqqətə almalıyıq ki, ABŞ-dakı hüquq sistemi Avropanınkından fərqlənir. Orada iş ləng görülür, lakin bu hüquq sistemi işə girişsə, onda onu dayandırmaq artıq mümkün deyil. Onun sonrakı işi qar topasını xatırladır. Bu impiçmentmi və yaxud vəzifədən uzaqlaşdırmaqmı olacağı əsas sualdan asılı olacaq: respublikaçılar hələ nə qədər uzun müddətə Trampdan yapışacaqlar?

İmpiçment üçün əvvəlcə Təmsilçilər Palatasında sadə səs çoxluğu, sonra isə Senatda səslərin üçdə ikisi də lazımdır. Və yaxud artıq ABŞ Konstitusiyasına 25-ci düzəliş mövcuddur – buna əsasən, vitse-prezident və hökumət Konqreslə birgə işləməklə prezidenti vəzifəsindən kənarlaşdıra bilər. Lakin hələlik bu ehtimal azdır.

– Özəl prokuror Müller bundan sonra hansı işləri görəcək?  

– İstintaq üzrə ilk planlar artıq məlumdur. Müller və müxalifət buna istinad edir ki, getdikcə daha çox vəzifəli şəxs deyəcək: bu prezidentdənsə konstitusiya andım mənim üçün daha önəmlidir. Hazırda Ağ Evdə hərc-mərclik hökm sürür. Getdikcə bayıra daha çox informasiya sızır. İnformasiya bu cür mətbuata və ya komissiyalardakı müstəntiqlərin  əlinə düşür. Lakin unutmamalıyıq: ABŞ təkcə “The New York Times” deyil. Ancaq bu qəzeti oxusan, düşünmək olar ki, Tramp bir həftədən sonra öz vəzifəsindən aşar. Lakin Trampın ölkədə sarsılmaz  populyarlığı var. Tramp ağıllıdırsa, ən yaxın vaxtlarda hansısa infrastruktur tədbirləri, bir növ, “yeni respublikaçı sövdələşməsi” haqda məlumat verər.

– Müllerin araşdırmasından nələri gözləməyinə dəyər?

– Bu məsələdə proqnoz verməyə cürət etməzdim. Araşdırmanın uzun  sürəcəyindən savayı. Ehtimal ki, növbəti ilədək çəkəcək. Bəs Tramp necə olacaq? O, həm iki həftədən sonra vəzifəsindən məhrum ola bilər, həm də ikinci müddətə vəzifədə ola bilər. Amma artıq cinahları faş edib: Rusiya ilə əlaqələr, maliyyə maraqları və üzərinə işıq düşən və paralel araşdırmalar aparılacaq sair məsələlər. Yekunda bu, ona gətirib çıxara bilər ki, Konqresdəki respublikaçılar narahat olub deyəcəklər: bu prezident bizə xeyir gətirməkdən daha çox ziyan vurur.

– Siz artıq "Uotergeyt" qalmaqalı ilə tutuşdurma aparıbsınız. İndiki duruma hansı paralellər var?

– Nikson, ən azı, parlaq xarici siyasət aparırdı. Çevrəsində, sadəcə, ona qarşı danışa bilməyən xeyli tərəfdarı var idi. Trampla bağlı durum tam başqadır. O özünə loyal adamlar deyil, özündən asılı adamlar çevrəsi yaradıb.

– CNN və Amerikanın başqa KİV-ləri bu həftə spekulyasiya edirdi ki, Tramp sadəcə özəl prokuroru işdən azad edə bilərdi. Bu cür addımın hansı nəticələri ola bilərdi?

– Trampın bu hüququ var. Oxşar epizod Nikson hadisəsində də var idi. O, 1973-cü ildə "Uotergeyt" qalmaqalının ortasında özəl prokuror Arçibald Koksu azad etdi və bununla da özünə zərbə vurdu. Yox, Tramp buna qədər getməz. Bu, onun vəziyyətini yalnız ağırlaşdırardı.

 

Tərcümə Strateq.az-ındır.