Gündəm

Müsahibə

  • " width="300" height="266" />
    “Putini noyabrda cəzalandıracaqlar” –Ukrayna Rusiyanı tələyə salan yem olacaqmı? - MÜSAHİBƏ
  • " width="300" height="266" />
    Ramil Quliyev iddialara cavab verdi:"Bu uğuru Azərbaycanda qazanmağım mümkün deyildi"
  • " width="300" height="266" />
    Fransa səfiri xanım Orelia Buşez:“Fransa şirkətləri Azərbaycan iqtisadiyyatına dəstək göstərməyə hazırdır” - MÜSAHİBƏ
  • " width="300" height="266" />
    Gülər Əhmədova:“İnsan özü ilə xoşbəxt deyilsə, heç kimlə də xoşbəxt olmayacaq” - MÜSAHİBƏ
  • " width="300" height="266" />
    “Qarabağın 18-ci əsrədək olan etnik tərkibi və əhali sayı barədə dəqiq məlumatlar yoxdur” –MÜSAHİBƏ
  • " width="300" height="266" />
    50 yaşlı Elçin Mirzəbəyli:“Mənim kimi adamlar, adətən, ayaq üstə ölürlər” – MÜSAHİBƏ
  • " width="300" height="266" />
    Qəzada ölən 74 yaşlı kişinin oğlu:"Əli Həsənov və onun ailəsindən heç kəs bizə zəng etməyib"
  • " width="300" height="266" />
    “Mənə Əli Həsənovun heç nəyi lazım deyil, oğlumu qaytarsınlar…” –Qəzada ölən gəncin anasından fəryadlı açıqlamalar
  • " width="300" height="266" />
    Sürət Hüseynov adının qəsdən gündəmə gətirildiyini açıqladı:"Bütün bunları Sinan edib" - MÜSAHİBƏ
  • " width="300" height="266" />
    Erməni politoloqdan xoflu bəyanat:“Türkiyə S-400-ü Naxçıvanda yerləşdirsə, Azərbaycan İrəvanı və bütün Ararat vadisini təhdid etməyə başlayacaq"

Qaynar Qazan

  • " width="300" height="266" />
    Sabiq Baş nazir Nobelə gedir:"Turan Birliyini yeni nəsil texnologiya ilə qura bilərik"-VİDEO
  • " width="300" height="266" />
    Beycan Fərzəliyevdən tarixi açıqlamalar:“Eiçibəy xəstəliyini uzun müddət gizlətdi, heç kimə demədi” - VİDEO
  • " width="300" height="266" />
    Sabiq Baş nazirdən heyrətamiz iddia:“Yusif Məmmədəliyevin ölümü müəmmalıdır, onu öldürdülər” - VİDEO
  • " width="300" height="266" />
    Becan Fərzəliyevdən şok müsahibə:“Elçibəy Heydər Əliyevi sevirdi”-VİDEO
  • " width="300" height="266" />
    Rusiyadakı keçmiş səfirimizdən ilginc proqnoz:“Rusiya çökəcək, o zaman çox şey dəyişəcək”- VİDEO
  • " width="300" height="266" />
    Azərbaycanın Rusiyadakı keçmiş səfirindən maraqlı açıqlamalar:“İlham Əliyev Rusiyaya qarşı bizdən yaxşı siyasət aparır”-VİDEO
  • " width="300" height="266" />
    “Qaynar Qazan”da Elşad Musayev:"Vahid namizəd kənardan gətirilə bilər" (VİDEO)
  • " width="300" height="266" />
    İsa Qəmbər bəzi sirlər açdı:"Qurban Məmmədovun baş prokuror olmasını Elçibəy məsləhət bilmədi"-VİDEO
  • " width="300" height="266" />
    İsa Qəmbər 24 il əvvəlki həbsindən danışdı:"...onda bildim ki, məni həbs edəcəklər"-VİDEO
  • " width="300" height="266" />
    Müsavat Başqanı 1993-cü il hadisələrindən danışdı:“Sürət Hüseynova hərbi təzyiq nəticəsində Milli Qəhrəman adı verildi”-VİDEO

Qapalı Mövzu

  • " width="300" height="266" />
    MTN Antiterror Mərkəzinin həbsdə olan sabiq rəisi:“Elə çıxır ki, hər şeyi mən etmişəm, məndən yuxarıda heç kim olmayıb”  
  • " width="300" height="266" />
    “Eldar Mahmudov bura gəlsin, dindirilsin” –Generalların məhkəməsində sensasion faktlar açıqlandı
  • " width="300" height="266" />
    “O ev mənə yox, bacıma məxsus olub” –Beytulla Hüseynov MTN generallarının məhkəməsində ifadə verdi
  • " width="300" height="266" />
    “Çingizin qardaşının oğurlanması ilə bağlı sübutlar var, niyə cinayət işi açmırsız?” –Çovdarovdan ilginc açıqlamalar
  • " width="300" height="266" />
    Baş mühasib 567 min, aparat rəhbəri 2 milyon ödədi… –Həbsdəki rabitəçilərdən yeni xəbər
  • " width="300" height="266" />
    “Onların Fərhad Əliyevin yaxın adamları və kəndçiləri olduğunu öyrəndim və…” –Generalın “Vosmoy bazarı” üzrə ifadəsi
  • " width="300" height="266" />
    General məhkəməyə gəldi, jurnalistlərin sualından yayındı –VİDEO, FOTOLAR
  • " width="300" height="266" />
    General Hilal Əsədovun arvadı Çovdarovun məhkəməsində ifadə verdi:“Atam bazarı mənə bağışladı”
  • " width="300" height="266" />
    “Məni şəhərə gətirib Əli Abbasovla üzləşdirdilər…” –Rabitəçilərdən şok ifadələr
  • " width="300" height="266" />
    Eldar Mahmudovun dəstəsi MTN polkovnikini niyə intihara sövq edib? –Kərəm Həsənovun adı keçən işdə heyrətamiz faktlar üzə çıxır


Vəkil Bürosu

Avqust 2017
BE ÇA Ç CA C Ş B
« İyl    
 123456
78910111213
14151617181920
21222324252627
28293031  

XƏBƏR LENTİ

21 Avqust 2017
20 Avqust 2017
19 Avqust 2017

29 İyul 2017 - 12:30

Sülhəddin Əkbər:"Rusiya öz müttəfiqlərindən mövqelərini açıq şəkildə bildirməsini istəyəcək"


Azad Demokratlar Partiyasının sədri, təhlükəsizlik məsələləri üzrə ekspert Sülhəddin Əkbər Teleqraf.com saytına Rusiya-NATO münasibətləri, Moskvanın “Qərb-2017” hərbi təlimləri, Pribaltikada NATO qüvvələrinin cəmləşməsi, Türkiyə-ABŞ əlaqələri, ABŞ-ın İran strategiyası və digər mövzularda müsahibə verib.

Strateq.az həmin müsahibəni oxucularına təqdim edir:

 

– Sülhəddin bəy, Rusiya 3 diviziyasını Ukrayna ilə sərhəddə göndərib. Artıq Ukrayna Baş Qərargah rəisi Mujenko bundan ciddi narahatlığını ifadə edib, bildirib ki, bu addım sürətli hücum məqsədilə atılır. Siz bu haqda nə düşünürsünüz?

– Ümumiyyətlə, Rusiya ilə ABŞ arasında aparılan məxfi danışıqlar müsbət nəticə verməyib və geopolitik qarşıdurma həm qlobal, həm də regional miqyasda həlledici mərhələyə daxil olub. Sözsüz ki, Rusiya da öz qərarını verib. Bir sıra geopolitik sınma xətləri üzərində qarşıdurma kəskinləşəcək. Əlavə edim ki, bu sınma xətlərindən biri də GUAM xəttidir. Başqa sözlə, GUAM ölkələri daxilində olan konfliktlərin qızışması ehtimalı güclüdür. Həm GUAM, həm də Qara Dəniz-Baltik xətti üzrə və mümükündür ki, Mərkəzi Asiya xətti üzrə də konfliktlər yenidən qızışsın. Bu konfliktlərdən ən ciddisi də Ukrayna böhranı, Donbasın bir hissəsinin işğalı, Krımın Rusiyaya ilhaq edilməsidir. Təsadüfü deyil ki, son zamanlar Ukrayna böhranında yeni narahatedici tendensiyalar yaranıb. Rusiya bu istiqamətdə hərbi aktivliyini artırıb.

– Sentyabrda Rusiya və Belarus 100 min hərbçinin iştirakı ilə “Qərb- 2017” hərbi təlimlərinə start verəcək. Beynəlxalq medianın yazdıqlarına əsasən, demək olar ki, Avropa bunu narahatlıqla qarşılayır…

– Bəli, Rusiya “Qərb-2017” hərbi təlimləri planlaşdırır. Və bu, təkcə Ukraynanı deyil, bütün NATO ölkələrini narahat edir. Narahatçılıq onunla bağlıdır ki, həm Ukraynada böhran dərinləşə bilər, həm də Rusiya təlim adı ilə hərbi hissələrini Belarusda yerləşdirər və geri çəkməz. Bu da, faktiki Şərqi Avropada yeni şəraitin yaranması olacaq. Və sözsüz ki, bu halda ABŞ və Avropadan yeni addımların atılmasını tələb edəcək. Məncə, son zamanlar Prezident Putinin aktiv fəaliyyəti, görüşləri və apardığı müzakirələr də regionda yaranan geopolitk durumla bağlıdır. Rusiya artıq öz müttəfiq və tərəfdaşlarından mövqelərini açıq şəkildə bildirməsini istəyəcək.

– Rusiyanın 3 diviziyasını Ukrayna sərhəddinə toplaması sürətli hücum üçün əsas ola bilərmi?

– Rusiyanın hansı gizli planlarının olması haqda fikir söyləmək çətindir. Ancaq hər halda Ukraynanın narahatlığı varsa, deməli, bunun ciddi əssları var. Ukrayna kəşfiyyatının əlində informasiya ola bilər. Müttəfiq ölkələr də bu barədə Ukraynaya məlumat verir. ABŞ başda olmaqla bir sıra NATO ölkələri Ukraynanın ordu quruculuğuna, müdafiə potensialının inkişafına dəstək verirlər. Bu yaxınlarda ABŞ Müdafiə naziri Ceyms Mettisin Ukraynaya səfəri gözlənilir və rəsmi Kiyevin açıqladığı informasiyaya görə, ciddi anlaşmalar imzalanacaq. Habelə Ukraynanın 9 taborunu ABŞ ordusunun mütəxəssisləri hazırlayacaq. Sözsüz ki, bu, Rusiyanı narahat edən məqamdır. Eləcə də Ukraynaya müdafiə xarakterli öldürücü silahların verilməsi gündəmdədir. Odur ki, vəziyyət mürəkkəbdir və Rusiyanın hansı addım atacağını proqnozlaşdırmaq çətindir. Hər halda vəziyyət mürəkkəbləşəcək.

– Ancaq iş ondadır ki, iyun ayında da NATO “Alovlu ildırım” kod adı ilə Litvada hərbi təlimlər keçirib və bu istiqamətə müəyyən qədər ordu cəmləşdirib…

– NATO hazırda təlimlərini intensivləşdirib. Həm Qara dənizdə, həm Pribaltikada, həm də Ukraynada hərbi təlimlər keçirir. Yeri gəlmişkən, iyulun 30-da da NATO-nun Gürcüstanda hərbi təlimləri başlayacaq. NATO postsovet ölkələrində və ya postsovet məkanı sərhədləri yaxınlarında hərbi təlimlərini və fəaliyyətini aktivləşdirib.

– Görünən odur ki, Avropanın narahatlığı daha çox Pribaltika istiqaməti ilə bağlıdır. Bu regionda NATO-nun böyük hərbi qüvvələrinin cəmləşmədiyi haqda fikirlər səslənir. Niyə Pribaltikada olan NATO ordusu ildə 2-3 dəfə yerdəyişmə edir?

– Mən Rusiyanın hər hansı bir NATO ölkəsinə hücum planlaşdırdığını düşünmürəm. Əgər hərbi-siyasi durumda mürəkkəbləşmə olacaqsa, bu, ilk olaraq özünü GUAM xəttində büruzə verəcək. Biz bunu ilk olaraq Ukraynada və Gürcüstanda gözləməliyik. Habelə Moldova və Azərbaycan daxilində yaradılan süni münaqişə ocaqlarını aktivləşdirmək ehtimalı da istisna edilməməlidir.

– NATO-Rusiya arasında müharibə ehtimalı varmı?

– Yenə deyirəm, mən birbaşa Rusiyanın hər hansı bir NATO ölkəsinə hücum edəcəyini gözləmirəm. Əlbəttə, bunun nəzəri baxımdan ehtimalı var, lakin sıfıra yaxındır. Ancaq Rusiya gələcəkdə NATO-ya üzv olmağı planlaşdıran ölkələrlə bağlı iş aparır. Bura ilk olaraq Ukrayna və Gürcüstan daxildir.

– Bu arada Amerika rəhbərliyi Türkiyənin Rusiyadan S-400 raketdən müdafiə kompleksi almasına ciddi etiraz edir. Sizcə, buna səbəb nədir?

– Əslində ABŞ və Avropa Türkiyəyə qarşı yanlış siyasət aparır. Faktiki olaraq, onların PKK və PKK-ya yaxın olan YPG, PYD və digərlərinə dəstək verməsi, İraq və Suriyada kürd dövləti qurmaq istəyi, yaxın gələcəkdə Türkiyə istiqamətində bu dövlətin ərazilərini genişləndirmək niyyətləri çox yanlışdır. Əgər bu yanlış strategiya israrla davam etdirilərsə, Türkiyə-ABŞ, Türkiyə-Avropa və Türkiyə-NATO münasibətlərində gərginlik yaşanacaq, Ankara məcbur olub Rusiya ilə yaxınlaşacaq. Bu da ABŞ, Avropa və NATO-nun Rusiya, eləcə də postsovet məkanına hesablanan strategiyasında ciddi problemlər yarada bilər. Odur ki, Qərb strateqlərinin kürd kartı üzərində qurduqları strategiyaya yenidən baxıb-baxmayacaqları maraqlıdır.

– İran ətrafında nə baş verir və qərbin İranla bağlı strategiyası nədən ibarətdir?

– Əgər Tramp hakimiyyətdə qalacaqsa və müddətini başa vuracağına imkan tapacaqsa, məncə, əsas hədəf ölkələr Şimali Koreya və İran olacaq. İran strategiyasını əslində Tramp administrasiyası durmadan inkişaf etdirir. Son Qətər böhranı, Körfəz ölkələri arasında, eləcə də Körfəz ölkələri ilə İran və Türkiyə arasında yaşanan gərginlik əslində İran strategiyasının tərkib hissəsidir. ABŞ anti-İran koalisiyası formalaşdırıb və kim bu koalisiyaya qoşulmayacaqsa, onu “cəzalandırmaq” niyyətindədir. Mən yaxın müddətdə ABŞ-ın İran strategiyasını inkişaf etdirəcəyini güman edirəm. Amma bu, Rusiyanın addımlarından da çox asılıdır. Əgər Rusiya aqressiv hərəkət etməkdə davam edəcəksə, ola bilsin ki, Rusiya məsələsi ön plana çıxsın. Hələlik gündəlikdə strateji öncəlikləri sıralasaq, birinci yerdə Şimali Koreya, ikinci yerdə İran, üçüncü yerdə Rusiya gəlir. Ancaq təhdidin böyüklüyünə görə Rusiya birinci yerdədir.

– Siz İrana qarşı hərbi hərəkətlənmə gözləyirsinizmi?

– Açığı, ABŞ-ın İran strategiyası tam aydın deyil. ABŞ-ın xarici siyasəti Tramp dönəmində işlənib başa çatdırılmayıb. Nəinki İran siyasəti, ümumiyyətlə, Dövlət Departamenti komplektləşdirilməyib. Dövlət Departamentinə mühüm təyinatlar belə olmayıb. Odur ki, bu strategiyanın ilin sonuna şəkillənəcəyini düşünürəm. İrana qarşı ABŞ və müttəfiqləri maksimum yumşaq gücdən istidfadə etməyə çalışacaq, daxili faktorlardan yaralanmaq niyyətində olacaq və hərbi gücə əl atmağa tələsməyəcəklər. Eyni zamanda da hərbi güc tətbiqini daima masa üzərində saxlayacaqlar.

Teleqraf.com