Gündəm

Müsahibə

  • " width="300" height="266" />
    SÜLHƏDDİN ƏKBƏRDƏN MARAQLI PROQNOZLAR:“Hakimiyyət daxilində böyük müxalifət formalaşır” – MÜSAHİBƏ
  • " width="300" height="266" />
    PROFESSOR QULU MƏHƏRRƏMLİ JURNALİSTİKAMIZ HAQDA:“Ev iti olub, yağlanıb-piyləniblər…” - (MÜSAHİBƏ)
  • vahid_ehmedov_yeni.jpg" width="300" height="266" />
    Vahid Əhmədov:“Azərbaycanda 2018-ci ildə bu iki nəfərdən biri prezident seçiləcək” – MÜSAHİBƏ
  • " width="300" height="266" />
    İLYAS İSMAYILOV NƏRİMANOVUN MÜDAFİƏSİNƏ QALXDI:"Generallarımızı məhz o, ermənilərin əlindən xilas etdi..." - MÜSAHİBƏ
  • " width="300" height="266" />
    MEHMAN ƏLİYEV HÖKUMƏTİN MEDİA SİYASƏTİNİ SƏRT TƏNQİD ETDİ:"Hakimiyyət cəmiyyətlə informasiya mübadiləsini tamam itirib"- Müsahibə
  • " width="300" height="266" />
    Tomas de Vaal:“Qafqaz Moskvanın gündəliyində daha aşağı prioritetə keçib” – MÜSAHİBƏ
  • " width="300" height="266" />
    POLİS RƏİSİ NARDARAN ƏMƏLİYYATININ DETALLARINI AÇDI:"Onların başı üzərində Azərbaycan yox, "Hizbullah"ın bayrağı dalğalanırdı" - MÜSAHİBƏ
  • " width="300" height="266" />
    Deputat Vahid Əhmədov:"Azərbaycan üçün bu qədər nazirlik, komitə çoxdur..."
  • " width="300" height="266" />
    Keçmiş deputatdan sensasion müsahibə:"Ətrafımda olanlar mənə şər atdı, ən böyük zərbəni isə rəfiqəm vurdu..."
  • " width="300" height="266" />
    Sabiq türk kəşfiyyatçısı:"Türkiyənin artıq səhv addımlar atmağa dözümü qalmayıb..."

Qaynar Qazan

Qapalı Mövzu





Vəkil Bürosu

Dekabr 2017
BE ÇA Ç CA C Ş B
« Noy    
 123
45678910
11121314151617
18192021222324
25262728293031

XƏBƏR LENTİ

11 Dekabr 2017
10 Dekabr 2017
09 Dekabr 2017

31 İyul 2017 - 12:23

Məşhur alman politoloqu:“Amerika Rusiyaya iqtisadi müharibə elan edib, Avropa isə bunun girovuna çevrilib” – Müsahibə

novosti-dny.ru, 30.07.2017


ABŞ-Rusiya münasibətləri sürətlə pisləşir. ABŞ-ın yeni sanksiyalar paketi və Rusiyanın əks-tədbirləri iki nüvə dövlətinin münasibətlərini uçurum kənarına daha çox yaxınlaşdırıb. ABŞ və Rusiya hənəkləşmək həddindən çəkilib, demək olar, artıq dəyənəkləşməyə keçiblər. Bu isə bütün dünya üçün nəticələr törədəcək. Təəccüblü deyil ki, ABŞ-ın Rusiyaya qarşı sanksiyalarının yeni “dərəcə”sinə qarşı ilk olaraq Avropa Birliyi çıxış edib. Almaniyanın səsi hamıdan bərk gəlib, çünki alman şirkətləri Rusiya korporasiyaları ilə biznes apararkən xüsusən də energetika sahəsində əsaslı çətinliklərlə üzləşəcək. Almaniya və AB-də ABŞ-ın yeni antirusiya sanksiyalarına necə yanaşırlar, Berlin ABŞ-ın “Rusiya siyasəti”nə düzəlşilər edilməsi məqsədilə Vaşinqtona effektli təsir göstərə bilərmi və antirusiya sanksiyalar zərfinin qəbul edilməsi Amerika-Avropa qarşılıqlı münasibətlərində necə əks olunacaq? Təsvir edilən müşkülü Rusiya nəşrinə şərh etmiş məşhur alman politoloqu Aleksandr Rarın müsahibəsini Strateq.az oxucularına təqdim edirik.

 

-Cənab Rar, ABŞ-ın Rusiyaya nisbətdə yeni sanksiyalarına Almaniya tərəfindən bu cür kəskin etirazın səbəbi nədir? Almaniya əvvəllər Vaşinqtonun sanksiya siyasətini dəstəkləyib. Məsələ Almaniya iqtisadi maraqlarının müdafiəsindədir, yaxud burada bütünlükdə AB və xüsusən də Berlinin geopolitik maraqlarının komponenti var?

-Bilirsiniz, indi durum özgə cürdür. Almaniya hazırda ABŞ-ın yeni sanksiyalarından mənfəətdar deyil, çünki bu, Rusiyada işləyən alman firmalarına dolayısı ilə toxunur. Sanksiyaların yeni zərfinin gerçəkləşdirilməsi zamanı alman firmaları üçün Rusiyada biznes aparmaq, demək olar, faktiki mümkün olmayacaq – xüsusən də Rusiya dövlət korporasiyaları ilə, infrastruktur layihələri və xeyli başqalarına da aiddir. Almanlar bu üzdən sadəcə razılaşmırlar ki, amerikalılar onlara Rusiya ilə biznes aparmağı yasaqlasın, Rusiya bazarından getmək əmri versin və energetika təhlükəsizliyinin təminatında özünü necə aparmaq göstərişi versinlər. Düşünürəm ki, almanlar ABŞ-ın yeni sanksiyalarının tətbiqinə qarşı çıxışı davam etdirəcəklər, amma təəssüf ki, Almaniya hələ bütün Avropa Birliyi deyil. AB-nin digər xeyli üzvü ya qorxaqlıqdan, ya da sadəcə Rusiyanı vurmaq istəyindən Vaşinqton siyasətini müdafiə edir. Almaniya və Fransa əleyhinə çıxış edəcək, başqa Avropa ölkələri isə Amerika sanksiyalarına nisbətdə özlərini fərqli aparırlar. Sanksiyaların prezident Donald Tramp tərəfindən bəyəniləcəyi praktik olaraq heç kimdə şübhə doğurmur. Bu günlərdə Avropa komissiyasının prezidenti Jan-Klod Yunker ABŞ Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edəcəyi halda Avropa Birliyinin mümkün cavabını təcili müzakirə etməyə çağırıb.

-AB cavab müdafiə tədbirləri almağa və Rusiya ilə kooperasiya məsələsində ABŞ sanksiyalarından yan keçməyə hazırdırmı?

-Düşünürəm ki, bunu nəzəriyyədə etmək mümkündür. Əslində, Amerika dünyanın maliyyə sisteminə nəzarət edir və Amerika bazarında işləyən Qərb şirkətlərinə münasibətdə sərt xətt aparacaq. Rusiyada işləyən Avropa firmalarının əksəriyyəti isə həm də Amerika bazarında təmsil olunub. Buna görə də burada hər şey çox-çox qəlizdir və Avropa üçün mənfi məqamlar çoxdur. Müşkül bundadır ki, Amerika prezidentinin iş bacarığı yoxdur və dövləti tamam başqa adamlar yönəldir. Kimi Konqresdə, kimi xüsusi xidmətlərdə və kəşfiyyatda. Görünür, onlar qorxulu işə girişməyi və Rusiya ilə münasibətləri bütünlüklə korlamağı qət ediblər. Onlar Rusiyaya iqtisadi müharibə elan ediblər, Avropa isə bütün bunların girovuna çevrilib. Avropa bu durumdan yaxa qurtarmağı bacarıb-bacarmayacağı böyük sualdır.

-Fikir var ki, Amerikanın Rusiya enerji şirkətlərinə qarşı sanksiyalarının hədəflərindən biri  AB-yə Amerikanın özünün şistli qazını zorla qəbul etdirməkdir. Xüsusən də Almaniyanın handelsblatt.com nəşri bu haqda ətraflı yazıb. Yəni ABŞ-ın Avropanın energetika bazarında möhkəmlənmək istəyi var, bu belədir?

-Bu o qədər bəllidir ki, hətta əlavə şərhlərə ehtyac yoxdur. Bəli, belədir. Amerikalılar Rusiya qazını Avropa bazarından qovmaq və onu özünün şistli qazı ilə doldurmaq istəyirlər. Bu o qədər aşkardır ki, Almaniyada ciddi hiddət doğurur, çünki həyasızlıq həddinə çatıb.

-Donald Tramp hələlik sanksiyalar haqda yeni qanunu imzalamayıb. Almaniya və ya AB öz marağını qorumaqdan ötrü bəyanatlardan savayı hansısa konkret iş görə bilər?

-Almaniya bəyanatlarla çıxış edir və gözləmə mövqeyi tutub. Almaniya Amerika ilə dalaşmaq istəmir və ümid edir ki, hər halda, son anda ya Tramp bu qanunu imzalamayacaq, ya da elə tamamlanacaq ki, Qərb  şirkətlərinin maraqlarına toxunmasın. Əgər bunu etməsələr, Amerika və Almaniya arasında ciddi çəkişmə başlanacaq, amma güman etmirəm ki, Berlin bu məsələdə Avropa Birliyinin bütün ölkələrini öz ətrafında cəmləşdirə bilər. Təəssüf ki, Avropanın daxilində Rusiya ilə həqiqətən münaqişəyə girmək və yaxud münasibətləri ağırlaşdırmağa hazır olan dövlətlər var. Bu, Polşa, Baltikyanı dövlətlər və s.-dir. Avropada bu cür durum hökm sürüncə gələcəyə boylanmaq bizim üçün çox çətin olacaq.

-Antirusiya sanksiyaları indiki şəkildə tam bəyəniləndən sonra AB və ABŞ arasında münasibətlərin kəskin şəkildə soyuyacağını gözləməyinə dəyərmi? Bu nəyə səbəb ola bilər?

-Dəqiq proqnozlar vermək çətindir. Biz kürəsəl qeyri-müəyyənlik dövründə yaşayırıq. Dünyanın mənzərəsi dəyişilir. Mən artıq qeyd etmişəm ki, almanlar onsuz da dəhşətli şəkildə hövsələdən çıxıblar və təkcə bu sanksilara görə deyil. Amerika iqlim üzrə sazişdən çıxır, öz daxilində faktiki olaraq proteksionçu siyasət aparır, Şərqi Avropa ilə münaqişələri çoxaldır, AB öz üzvlərinə – Polşa və Macarıstana qarşı sanksiyalar tətbiq edir. Dünya dedikcə qeyri-sabitdir və nəyisə proqnozlaşdırmaq çox çətindir. Rusiyaya gəlincə, mən praktik olaraq əminəm ki, bütün bunların nəticəsində Avropadan daha çox uzaqlaşacaq və Asiyaya yönələcək. O həmçinin Avrasiya İqtisadi Birliyinin möhkəmlənməsi üçün böyük səylər qoyacaq. Yəni sanksiyaların nəticəsi Rusiya və AB arasında “siyasi çuxur”un dərinləşməsi, həm də RF-nin Asiya vektorunun güclənməsi ola bilər. Asiyada da bunda maraqlıdırlar. Hindistan və Çin kimi ölkələr ABŞ-ın özünü necə apardığı və yeni sanksiyaları necə asanlıqla tətbiq etdiyini görür. Onlar başa düşürlər ki, bu, sabah onlara da toxunacaq. Bu üzdən amerikalılarla çox ehtiyatla iş görəcəklər. ABŞ-da gördüyümüz isə dərinləşdikcə bütün dünya sisteminə yetərincə mənfi təsir göstərəcək qürub əlamətləridir.

 

Tərcümə Strateq.az-ındır.