Gündəm

Müsahibə

  • " width="300" height="266" />
    “Putini noyabrda cəzalandıracaqlar” –Ukrayna Rusiyanı tələyə salan yem olacaqmı? - MÜSAHİBƏ
  • " width="300" height="266" />
    Ramil Quliyev iddialara cavab verdi:"Bu uğuru Azərbaycanda qazanmağım mümkün deyildi"
  • " width="300" height="266" />
    Fransa səfiri xanım Orelia Buşez:“Fransa şirkətləri Azərbaycan iqtisadiyyatına dəstək göstərməyə hazırdır” - MÜSAHİBƏ
  • " width="300" height="266" />
    Gülər Əhmədova:“İnsan özü ilə xoşbəxt deyilsə, heç kimlə də xoşbəxt olmayacaq” - MÜSAHİBƏ
  • " width="300" height="266" />
    “Qarabağın 18-ci əsrədək olan etnik tərkibi və əhali sayı barədə dəqiq məlumatlar yoxdur” –MÜSAHİBƏ
  • " width="300" height="266" />
    50 yaşlı Elçin Mirzəbəyli:“Mənim kimi adamlar, adətən, ayaq üstə ölürlər” – MÜSAHİBƏ
  • " width="300" height="266" />
    Qəzada ölən 74 yaşlı kişinin oğlu:"Əli Həsənov və onun ailəsindən heç kəs bizə zəng etməyib"
  • " width="300" height="266" />
    “Mənə Əli Həsənovun heç nəyi lazım deyil, oğlumu qaytarsınlar…” –Qəzada ölən gəncin anasından fəryadlı açıqlamalar
  • " width="300" height="266" />
    Sürət Hüseynov adının qəsdən gündəmə gətirildiyini açıqladı:"Bütün bunları Sinan edib" - MÜSAHİBƏ
  • " width="300" height="266" />
    Erməni politoloqdan xoflu bəyanat:“Türkiyə S-400-ü Naxçıvanda yerləşdirsə, Azərbaycan İrəvanı və bütün Ararat vadisini təhdid etməyə başlayacaq"

Qaynar Qazan

  • " width="300" height="266" />
    Sabiq Baş nazir Nobelə gedir:"Turan Birliyini yeni nəsil texnologiya ilə qura bilərik"-VİDEO
  • " width="300" height="266" />
    Beycan Fərzəliyevdən tarixi açıqlamalar:“Eiçibəy xəstəliyini uzun müddət gizlətdi, heç kimə demədi” - VİDEO
  • " width="300" height="266" />
    Sabiq Baş nazirdən heyrətamiz iddia:“Yusif Məmmədəliyevin ölümü müəmmalıdır, onu öldürdülər” - VİDEO
  • " width="300" height="266" />
    Becan Fərzəliyevdən şok müsahibə:“Elçibəy Heydər Əliyevi sevirdi”-VİDEO
  • " width="300" height="266" />
    Rusiyadakı keçmiş səfirimizdən ilginc proqnoz:“Rusiya çökəcək, o zaman çox şey dəyişəcək”- VİDEO
  • " width="300" height="266" />
    Azərbaycanın Rusiyadakı keçmiş səfirindən maraqlı açıqlamalar:“İlham Əliyev Rusiyaya qarşı bizdən yaxşı siyasət aparır”-VİDEO
  • " width="300" height="266" />
    “Qaynar Qazan”da Elşad Musayev:"Vahid namizəd kənardan gətirilə bilər" (VİDEO)
  • " width="300" height="266" />
    İsa Qəmbər bəzi sirlər açdı:"Qurban Məmmədovun baş prokuror olmasını Elçibəy məsləhət bilmədi"-VİDEO
  • " width="300" height="266" />
    İsa Qəmbər 24 il əvvəlki həbsindən danışdı:"...onda bildim ki, məni həbs edəcəklər"-VİDEO
  • " width="300" height="266" />
    Müsavat Başqanı 1993-cü il hadisələrindən danışdı:“Sürət Hüseynova hərbi təzyiq nəticəsində Milli Qəhrəman adı verildi”-VİDEO

Qapalı Mövzu

  • " width="300" height="266" />
    MTN Antiterror Mərkəzinin həbsdə olan sabiq rəisi:“Elə çıxır ki, hər şeyi mən etmişəm, məndən yuxarıda heç kim olmayıb”  
  • " width="300" height="266" />
    “Eldar Mahmudov bura gəlsin, dindirilsin” –Generalların məhkəməsində sensasion faktlar açıqlandı
  • " width="300" height="266" />
    “O ev mənə yox, bacıma məxsus olub” –Beytulla Hüseynov MTN generallarının məhkəməsində ifadə verdi
  • " width="300" height="266" />
    “Çingizin qardaşının oğurlanması ilə bağlı sübutlar var, niyə cinayət işi açmırsız?” –Çovdarovdan ilginc açıqlamalar
  • " width="300" height="266" />
    Baş mühasib 567 min, aparat rəhbəri 2 milyon ödədi… –Həbsdəki rabitəçilərdən yeni xəbər
  • " width="300" height="266" />
    “Onların Fərhad Əliyevin yaxın adamları və kəndçiləri olduğunu öyrəndim və…” –Generalın “Vosmoy bazarı” üzrə ifadəsi
  • " width="300" height="266" />
    General məhkəməyə gəldi, jurnalistlərin sualından yayındı –VİDEO, FOTOLAR
  • " width="300" height="266" />
    General Hilal Əsədovun arvadı Çovdarovun məhkəməsində ifadə verdi:“Atam bazarı mənə bağışladı”
  • " width="300" height="266" />
    “Məni şəhərə gətirib Əli Abbasovla üzləşdirdilər…” –Rabitəçilərdən şok ifadələr
  • " width="300" height="266" />
    Eldar Mahmudovun dəstəsi MTN polkovnikini niyə intihara sövq edib? –Kərəm Həsənovun adı keçən işdə heyrətamiz faktlar üzə çıxır


Vəkil Bürosu

Avqust 2017
BE ÇA Ç CA C Ş B
« İyl    
 123456
78910111213
14151617181920
21222324252627
28293031  

XƏBƏR LENTİ

21 Avqust 2017
20 Avqust 2017
19 Avqust 2017

11 Avqust 2017 - 18:15

50 yaşlı Elçin Mirzəbəyli:“Mənim kimi adamlar, adətən, ayaq üstə ölürlər” – MÜSAHİBƏ

Sabah Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini, "Xalq Cəbhəsi” qəzetinin baş redaktoru, şair Elçin Mirzəbəylinin 50 illik yubileyidir. "Şərq" qəzeti bu münasibətlə ondan müsahibə götürüb.

Strateq.az Elçin Mirzəbəylinin həmin müsahibəsini oxucularına təqdim edir:

 

– Bir insan ömrünü 100 yaşla məhdudlaşdırsaq, deməli, ömrünüzün yarısını yaşamısınız. Maraqlıdır, 50 yaşında adam özünü necə hiss edir?

– 40-45, 48 yaşlarımda özümü necə hiss edirdimsə, indi də özümü eynən o cür hiss edirəm. Sözsüz ki, yaş üstünə yaş gəldikdə bunun insan orqanizminə, səhətinə müəyyən təsirləri olur. Amma ruhum hələ də gənc olduğu üçün 50 yaşımda da çox şeylərin dəyişmədiyini düşünürəm. 50 yaş mənim üçün sadəcə keçdiyim ömür yoluna nəzər salmaq üçün bir vasitədir. Həm də 50 yaş müşahidələr aparmaq, doğru qənatə gəlmək üçün simvolik bir əhəmiyyət daşıyır. Çox güman ki, mən də öz müşahidələrimi aparıb, düzgün nəticə çıxaracam.

Ümumiyyətlə, xaraktercə də geriyə baxmağı xoşlayıram. Tez- tez yaşadığım ömür tarixçəsini vərəqləyir, yada salıram. Əsas odur ki, mən öz keçmişimdən qaçmıram, doğrularım-yanlışlarımla bərabər hamısı mənimdir. Uşaqlıqda valideynlərimə və vətənimə layiqli övlad olmağa çalışmışam və zəngin bir həyat yaşadığımı düşünürəm. Həyatımın hər anında bir xatirə var. Bu xatirələri anmaq üçün indən belə 50 il də vaxt lazımdır.

– Keçmişinizdən qaçmadığınızı deyirsiniz, görünür, qayğısız həyat yaşamısınız?

– Qayğılar, çətinliklər həmişə olur. İnsanlar yaşadıqca, problemlər də onlarla birgə yaşayır. Sadəcə, problemlərlə birlikdə yaşamağı öyrənmək və onlara boyun əyməməyə çalışmaq lazımdır. Mən nəinki keçmişimdən qaçmıram, hətta onunla qürur duyuram. Bu günüm də, keçmişim də mənim üçün çox doğmadır. Mən həyatım boyu, çətin və xoş günlərimi ailəm, dostlarımla birlikdə keçirmişəm. Hər anımda yaxın dostlarımın dəstəyini hiss eləmişəm. Acılı günlərimdə mənə dayaq olub, xoş günlərimdə sevincimi bölüşüblər. Bu mənada özümü xoşbəxt insan hesab edirəm. Yaşadığım 50 ili boşa keçirməmişəm və bu aspektdən hər anı ilə mənə əzizdir.

– Uşaq olanda hamının arzusu, xəyalı olur, amma bir çoxlarımız böyüdükcə arzularımız daha da əlçatmaz olur. Balaca Elçinin arzuları ilə 50 yaşlı Elçin Mirzəbəylinin həyatı arasında bir uyğunluq varmı?

– Tamamilə eynidir. Bu gün yaşadığım həyat uşaqlıqda arzuladığım həyatdır da deyə bilərəm. Uşaq yaşlarımdan jurnalistikaya böyük marağım vardı və yazar olmaq istəyirdim. Şair olmağı da çox arzulayırdım. Hətta könlümdən rejissor olmaq da keçirdi. Bircə, siyasətçi olmaq barədə heç düşünmürdüm. Çünki mənim uşaqlıq, gənclik illərim Sovetlər dövrünə düşürdü və birpartiyalı sistem hökm sürürdü. Siyasət yalnız Moskvadan yeridildiyi üçün o dövrdə heç kəs siyasətçi olmaq haqqında düşünmürdü. Faktiki olaraq, arzularımın hamısına çatmışam, həm yazar, həm şair, həm də rejissor olaraq ictimaiyyətdə öz sözümü demişəm.

Heç olubmu ki, jurnalistikanı seçməyinizdən peşman olub, "kaş mühəndis, həkim, yaxud da vəkil olardım", deyəsiniz?

– Yox, mən rasional adamam. Mümkün olmayan şeylər haqqında ümumiyyətlə düşünmürəm. Geri qayıtmaq barədə fikirləşmək, xəyal qurmaq mənlik deyil.

O zaman "kaş ki”ləri də sevmirsiniz…

– Bəli, mən dünən yol verdiyim səhvlər haqqında bircə anlıq düşünən adamam. Harada, hansı səhvi etdiyimi düşünürəm və səhvlərimdən nəticə çıxarıb, irəli gedirəm. "Niyə elədim", "kaş eləməzdim" kimi artıq düşüncələrlə özümü yormuram. Unuduram, bilirəm ki, artıq düşünməyin mənası yoxdur. İrəli baxıb, onları düzəltmək və bir daha təkrarlamamaq lazım olduğunu daha məqsədəuyğun hesab edirəm.

– Həm şair, həm jurnalist, həm də siyasətçi kimi ictimaiyyətdə özünüzə məxsus yeriniz var. Hər üç sahənin peşəkarlarından hesab olunursunuz və kifayət qədər də fəalsınız. 24 saat ərzində bütün bunlara necə vaxt çatdırırsınız?

– (Gülür) İnanın, heç özüm də bilmirəm. Sizinlə söhbətimizə qədər yubileylə bağlı artıq 2 müsahibə vermişəm. Qəzetin işləri ilə məşğul olmuşam, 2 televiziyada çıxış etmişəm. Yəqin ki, sizdən sonra da müraciətləri cavablandırıb, şərhlər verəcəm. Doğrudur, yorulduğum vaxtlar da olur. Hətta bəzən həddindən artıq yorulduğumu hiss edirəm, amma xoşbəxtlikdən tez toparlanmağı bacaran adamam. Sanki heç nə olmamış kimi hər şeyə sıfırdan başlayıram.

– Nə vaxtsa, öz köşənizə çəkilmək barəsində düşünmüsünüz?

– Bunu əksər insanlar arzulayır, lakin mən xarakterdə olan adamlar heç vaxt öz köşəsinə çəkilə bilmir. İctimai-siyasi həyatdan kənar, sakit, oturaq həyat yaşamaq mənlik deyil. Mənim kimi adamlar, adətən, ayaq üstə ölürlər (gülür).

– Yəqin yarımçıq işləriniz, gələcək planlarınız çoxdur deyə uzaqlaşmaq istəmirsiniz?

– Xeyr, ümumiyyətlə, planlar quran biri deyiləm. Məndən asılı olmayan şeylər haqqında düşünməyi özüm üçün vaxt itkisi hesab edirəm. Gündəlik işimi davam etdirir, qarşıma çıxan maneələri dəf edib, öz yolumla irəliləyirəm. Müəyyən arzularım, istəklərim var; ailəm, övladlarım, kollektivimizlə bağlı. Yarımçıq işlərim də yoxdur, o anlamda ki, həyata keçirilməsi mümkün olan işlərin heç vaxt yarım qalmadığına inanıram.

– Bu yaxınlarda qayınata oldunuz, bir daha təbrik edirik. Allah qoysa, baba da olacaqsınız! Qocaldığınızı qəbul edirsiniz, yoxsa Məşədi İbad demiş, min cavana dəyərsiniz?

– Baba olanda adam qocalmır ki!? Mən hələ də min cavana dəyərəm. Babalığın da öz gözəlliyi var. Zənnimcə, gənc yaşında, daha doğrusu orta yaşda baba olmağın da öz gözəlliyi var. Hər valideyn kimi baba olmaq mənim də arzumdur. İnşallah, qismət olar. Yaş öz sözünü desə də, ruhən qocalığı qəbul etmirəm. Fiziki baxımdan hər nə qədər çevikliyimi qorusam da, 10 il bundan əvvəlki kimi olmadığını görürəm. Amma əsas odur ki, ruhum hələ də gəncdir.

– Qeyd etdiniz ki, uşaqlıq, gənclik illəriniz xatirələrlə zəngindir. Bugünkü həyatınızdan da razısınız. Bəs, ömrünüzün hansı dönəmini daha parlaq hesab edirsiniz?

– Çətinlik çəkirəm bu suala cavab verməyə, ona görə ki, xüsusi bir parlaqlıq üçün çalışmıram. Ancaq yaradıcılıq baxımından desəm, son 10 ilimi daha parlaq hesab edirəm. Bir valideyn olaraq isə bu ili daha parlaq hesab edirəm, övladıma toy edib, evimə gəlin gətirdim.

– Keçək, yubiley tədbirinə. 50 illiyinizi qeyd edəcəksiniz?

– Sözün doğrusu, bir az tərəddüd içərisindəyəm. Adətən, doğum günlərini qeyd etməyi sevmirəm. Bu günə qədər ailə üzvlərim, doğmalarım tərəfindən kiçik sürprizlər olub. 50 illiyimlə bağlı da xüsusi bir planım yoxdur. Düzdür, ağlımdan müəyyən şeylər keçir, amma dəqiq qərar verə bilmirəm. Üstəlik də, vaxt da çox az qalıb.

– Sizcə, sürprizlər olacaq?

– Ola bilər. Olsa da, yəqin ki, doğmalarım tərəfindən olacaq. Bəlkə də heç gözləmədiyim bir yerdən gələcək. O qədər elə şeylər olur ki…

"Şərq" qəzeti