Gündəm

Müsahibə

  • " width="300" height="266" />
    İqtisadçı alim Qubad İbadoğlu:"İlin sonunda Azərbaycan valyuta bazarında gərginlik artacaq" - MÜSAHİBƏ
  • " width="300" height="266" />
    MƏRKƏZİ KƏŞFİYYAT İDARƏSİNİN TƏHLİLÇİSİ POL QOBL:"Rusiya Bakının sədaqətini təmin etməyincə, münaqişənin həllinə imkan verməyəcək"
  • " width="300" height="266" />
    Britaniyanın Cənubi Qafqazdakı hərbi attaşesi:"Azərbaycanın NATO ilə əməkdaşlıq səylərini yüksək qiymətləndiririk" - MÜSAHİBƏ
  • " width="300" height="266" />
    Sabiq respublika prokuroru İlyas İsmayılov:“Yazıçı Anarı  Prokurorluğa dəvət elədim, cinayət işini qabağına qoydum...”
  • " width="300" height="266" />
    Rauf Arifoğludan sensasion açıqlamalar və etiraflar:"HEYDƏR ƏLİYEVƏ XEYLİ HAQSIZLIQ ETMİŞİK" - Müsahibə
  • " width="300" height="266" />
    Təhsil Nazirliyinin şöbə müdiri:"Tarix İnstitutu xəritə ilə bağlı heç bir irad bildirməyib, təklif verməyib"
  • " width="300" height="266" />
    Türkiyəli politoloq:“Rusiya bizim üçün qətiyyən Qərbin alternativi ola bilməz” - MÜSAHİBƏ
  • " width="300" height="266" />
    “ABŞ RƏSMİ ANKARADAN QİSAS ALIR” –“Mehr News”a müsahibəsində türk politoloq gərginliyin səbəblərini açıqlayır
  • " width="300" height="266" />
    Deputat Asim Mollazadə:“MƏMURLARIN CİLOVLANMASININ VAXTI ÇATIB” - Müsahibə
  • " width="300" height="266" />
    Fransa tarixçisi:“RUSİYA İRANLA SƏUDİYYƏ ARASINDAKI ZİDDİYYƏTİ AZALTMAĞA ÇALIŞIR" – Müsahibə  

Qaynar Qazan

  • " width="300" height="266" />
    “Quran”a izah yazan Sərdar Cəlaloğlu:“Təriqətlərə bölünmənin yanlış olduğu "Quran"da göstərilib” - VİDEO
  • " width="300" height="266" />
    Sərdar Cəlaloğlu Rəsul Quliyevdən danışdı:"Onda gördüm ki, bu, Heydər Əliyevin siyasətini dəstəkləmir" - VİDEO
  • " width="300" height="266" />
    Nobeli adiləşdirən adam – Sərdar Cəlaloğlu:"Gücsüz mitinqlər güclü iqtidarı bir az da gücləndirir"-VİDEO
  • " width="300" height="266" />
    İlkin Rüstəmzadənin Anasından şok müsahibə:“İlkin müdafiədən narazıdır, dostlarından incimişəm”-VİDEO
  • " width="300" height="266" />
    Elçibəyin dostu 17 illik sirri açdı:“Cənazəsi ilə birlikdə bir çanta pul gətirdim” - VİDEO
  • " width="300" height="266" />
    Mirmahmud Mirəlioğlundan şok açıqlamalar:“Elçibəyin ölümündə müəmma var!”-VİDEO
  • " width="300" height="266" />
    Zəminə Allahyarova yaxın tarixə işıq salır:“Heydər Əliyev Beycana "oğlum" deyirdi” - VİDEO
  • " width="300" height="266" />
    23 illik dostu Elçibəyin son günlərindən danışdı:“Elçibəyin əleyhinə danışanların hələ də günahı var və cəzalarını çəkib qurtarmayıblar”-VİDEO
  • " width="300" height="266" />
    Beycan Fərzəliyevin xanımı 25 ildən sonra danışdı:“Heydər bəy də, Əbülfəz bəy də çox maraqlı həmsöhbət idilər”-VİDEO
  • " width="300" height="266" />
    Sabiq Baş nazir Nobelə gedir:"Turan Birliyini yeni nəsil texnologiya ilə qura bilərik"-VİDEO

Qapalı Mövzu




Vəkil Bürosu

Oktyabr 2017
BE ÇA Ç CA C Ş B
« Sen    
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031  

XƏBƏR LENTİ

22 Oktyabr 2017
21 Oktyabr 2017

29 Sentyabr 2017 - 20:40

İranın Azərbaycandakı səfiri:"ABŞ istəyir ki, hansı ölkədə kimin rəhbər olmasını onlar həll etsin" - MÜSAHİBƏ

İran İslam Respublikasının Azərbaycan Respublikasındakı Fövqəladə və Səlahiyyətli Səfiri cənab Cavad Cahangirzadə  Ölkə.az saytına müsahibə verib. 

Strateq.az həmin müsahibəni oxucularına təqdim edir:


– Tarixən bir-birinə bağlı İran və Azərbaycanın dövlətlərarası münasibətləri çox qədimdən var idi. Müstəqillik qazandıqdan sonra Azərbaycanı ilk tanıyan dövlətlər arasında İran İslam Respublikası da oldu. Bu münasibətlərdən danışardınız.  

– Əvvəla çox şadam ki, bu görüşümüz baş tutdu. Azru edirəm ki, bu görüşlər tez-tez olsun. Bu əməkdaşlığımız bizi daha da yaxın edəcək və açıqlıq hər iki tərəfin xeyrinədir.

İlk öncə qeyd edim ki, İran-Azərbaycan müştərək komissiyasının İran tərəfdən olan rəhbərliyi dəyişilib. Cənab Mahmud Vaizi indi prezident aparatının rəhbəridir. Yeni rəhbər Cənab Məsud Kərbasiyan iqtisadiyyat naziridir və onun əhatə dairəsinə vergilər, gömrük, xarici investisiyaların qəbulu daxildir. Cənab Kərbasiyan Azərbaycanı çox yaxşı tanıyır. Bir neçə nazirlərimizlə münasibətləri var. Bütün problemlərlə tanışdır və ümid edirəm ki, sizin köməyinizlə bu çətinliklər aradan qalxacaq.  

Yeni layihələr üzərində işlər gedir. İran-Azərbaycan arasında əlaqələr çoxşaxəlidir-əvvəla siyasi sahədir ki, bütün qalan sahələrin mümkünlüyünü təmin edir. Siyasi əlaqələr zəif olsa, nə iqtisadi, nə mədəni, nə turizm sahələrində inkişaf ola bilməz. Deyə bilərəm ki, hər iki prezidentlər arasındakı xoş münasibətlər çox yüksək səviyyədədir, buna da sübut kimi keçən dörd ildə onların arasında olan doqquz görüşü göstərə bilərik. Bu da onu göstərir ki, siyasi əlaqələr çox yüksək səviyyədədir.  

– Dövlət başçılarının görüşləri nəticəsində bağlanmış Sazişlərin nəticəsi kimi, İran Azərbaycan iqtisadiyyatının bir neçə sahələrində aktiv iştirak edir. Dövlətlərarası Sazişlərin icrasının nəticələri hansı səviyyədədir və Sizi qane edirmi? 

– Mən bir ilə yaxındır ki, Azərbaycanda səfirəm. Bu müddət ərzində İrandan Azərbaycana altı nazir rəsmi səfər edib və altı vali Azərbaycanı ziyarət edib. Buraya Təbriz, Ərdəbil, Gülüstan və başqa valilər daxildir.  

Ötən müddət ərzində beş biznes forum keçirilib. Naxçıvanda, Təbrizdə və Bakıda. Təbrizdə yeni forumun keçirilməsinə hazırlıq gedir. Bizim iki mühüm layihəmiz var ki, birincisi Şimal-Cənub dəmir yolu dəhlizidir, ikincisi isə avtomobil və əczaçılıq zavodlarıdır. Turizm sahəsində də uğurlarımız vardır. Qeyd edim ki, bu ilin Novruz bayramı ərəfəsində İrandan Azərbaycana gələn turistlərin sayı 64 min nəfərdən çox idi. Baxmayaraq ki, İran vətəndaşlarının Azərbaycana gəlməsi üçün viza tələb olunur. Ancaq bu rəqəm daha da artır. Azərbaycandan İrana da turist axını çoxdur. Həm gəzinti və tanışlıq üçün, həm tibbi müayinə, həm də ticarət üçün. İran və Azərbaycan indiki mürəkkəb dünyada asayişdə yaşayırlar. Bu da hər iki prezidentin iradəsinin nəticəsidir. Onların göstərişləridir ki, bu asayiş təmin olunsun.  

– Azərbaycan-İran iqtisadi əlaqələri son illər daha da genişlənmişdir. Cənab səfir, son nailiyyətlər barədə danışardınız. 

– İqtisadi sahədən onu qeyd edim ki, 2015-2016-cı illərdə bu əlaqələr daha da güclənib. 2017-ci ilin ötən səkkiz ayı ərzində ticari artım 40% artıb ki, ilin qalan dörd ayı ərzində bu rəqəm daha böyük olacaqdır. Avtomobil zavodunun tikintisi də uğurla davam edir. Bu həftə mən iqtisadiyyat nazirinin müavini ilə tikintidə olmuşam. Tikinti 85% hazırdır. İndi avadanlıqların qurulması gedir. Həmin zavodun gücü ilk vaxtlar gündə beş min avtomobil, tam gücü ilə işləyəndə isə 10 min avtomobil istehsal edəcək. Avtomobil zavodunda 350 işçi çalışacaq. Ancaq bu zavodun yanında daha bir neçə zavod tikilir ki, avtomobil hissələri istehsal edəcək. Bizim ehtimalımıza görə, zavodlarda 10 minə qədər işçi çalışacaq.  

Əlaqələrimizin bir sahəsi də kənd təsərrüfatıdır. Bizim və sizin mütəxəssislər görüşüblər. Çəltikçilik və pambıqçılıq sahəsində qarşılıqlı mübadilələr edilir. Urmiya traktor zavodu ilə Naxçıvan arasında da əlaqələr yaradılıb.  

– Cənab səfir, Pirallahıdakı dərman zavodunun tikintisi nə vaxta yekunlaşacaq? 

– Əczaçılıq zavodu barədə onu deyim ki, tikintisi hal-hazırda davam edir və onun istehsal edəcəyi preparatlar hər iki ölkə bazarında və ətraf ölkələrdə satılacaq. Çox böyük zavod olacağı üçün tikintisinin nə vaxt yekunlaşacağı barədə hələ dəqiq demək olmur.  

– Şimal-Cənub tranzitinin tikintisi barədə danışardınız.  

– Şimal-Cənub dəmir yolu barədə onu deyim ki, bu layihə iki hissədən ibarətdir. Astara-Astara yolu hazırdır. İkinci hissə Astara-Rəşt yoludur ki, uzunluğu 167 km-dir. Bu yol müştərək investisiya nəticəsində tikiləcək. Həmin layihə üzərində də iş gedir.  

Ötən həftə mən Astaraya səfər etdim. Dəmir yolunu başdan-başa gəzdim. Azərbaycan tərəfdən tamamilə hazırdır. İran tərəfdən də yol çəkilib, keçid stansiyasında da işlər tamamlanır. Bu yolun açılması ilə İrandan gələn yüklər Azərbaycan və Gürcüstan vasitəsi ilə Avropaya nəql ediləcəkdir. Bu böyük layihədir, bu yolun işə düşməsi ilə regionun iqtisadiyyatı daha da inkişaf edəcəkdir. Bu da ölkələrə həm maliyyə, həm də zaman baxımından sərfəli olacaqdır.  
 
– Mədəniyyətlərarası mübadilə barədə nə deyə bilərsiniz, ümumiyyətlə, iki tarixən bağlı ölkələrin dilinin və ədəbiyyatının öyrənilməsi sahəsində boşluqlar varmı? 

– Mədəniyyət sahəsində də əlaqələrimiz güclüdür. Sizin mədəniyyət və turizm naziri Əbülfəz Qarayev İrana səfər etdi və bir həftə ərzində nazirlərlə çoxsaylı görüşlər keçirdi. Təbriz günləri Bakıda və Gəncədə çox yüksək səviyyədə keçirilib.  

– BMT-nin Təhlükəsizlik Şurasının 72-ci sessiyasında ABŞ prezidenti Donald Tramp İranla nüvə problemi ətrafında bağlanmış müqavilənin nəticələrinə yenidən baxılmasını bildirdi. Cənab səfir, Qərbin yenidən münaqişələrə səbəb olacaq problemi şişirtməkdə məqsədi nədir və bu proqrama rəsmi Tehranın mövqeyi necədir? 

– İran dövləti və xalqı min illər boyu qüdrətli olub. Bizim dünyada tanınan Hafizimiz, Şəhriyarımız var. İran xalqı heç vaxt hərb dilində danışmayıb. Ancaq bir kimsə bizi təhdid edəndə onun cavabını layiqincə vermişik. Biz səkkiz il öz suverenliyimizi müdafiə etmişik. Tarix boyu İran hərbə əl atmayıb. O ki qaldı Trampın sözlərinə, deyə bilərəm ki, İranla bağlanan müqaviləyə beş ölkə və Avropa Birliyi imza atıb. Bu uzun sürən danışıqlardan sonra olub. İran xalqının və dövlətinin həyatı həmin müqavilədən asılı deyil. Müqaviləyə isə qeyd-şərtsiz əməl olunmalıdır. Yoxsa hər prezident dəyişəndə yenidən baxılan müqavilə müqavilə ola bilməz. Cənab Tramp dünyada qəbul edilmiş qaydaları bilmir. İstədiyi budur ki, hamı Amerikaya baxsın. Bu gün İranla və Şimali Koreya ilə mübahisə edir, təhdid edir. Bütün bu təhdidlər Amerika xalqına ziyan vurur.  

– Qarşılıqlı rəsmi səfərlər nəzərdə tutulubmu? 

– Bu yaxınlarda Şahin Mustafayevlə danışıq olub və mənə bildirib ki, İrandan dəvət alıb. Bir neçə gün əvvəl isə bizim daxili işlər nazirinin məktubunu Ramil Usubova çatdırmışam. Yəni qarşılıqlı səfərlər gözlənilir.  

İranla Azərbaycan arasında ikitərəfli münasibətlər həmişə sıx olub, indi isə bu münasibətlər çoxtərəfli sahəyə keçib. İran-Azərbaycan-Rusiya, İran-Azərbaycan-Türkiyə, Xəzəryanı ölkələr buna bir misaldır. Bu yaxınlarda Qazaxıstanın paytaxtı Astanada keçən görüşlərdə hər iki ölkənin-İran və Azərbaycanın Prezidentlərinin çıxışlarında da bizim yaxın əlaqələr təsdiqlənir. İndi xarici işlər nazirlərinin görüşlərində detallar işlənəcəkdir. O ki qaldı qarşılıqlı səfərlərin vaxtına, buna da hazırlıq tələb olunur. Vaxtı barədə deyə bilməyəcəyəm. Hökumətimiz-Nazirlər Kabineti yeni təşkil olunub, görüləcək işlərin planı tərtib edilib təsdiqləndikdən sonra bu barədə açıqlama verilə bilər.  

– Cənab səfir, İran vətəndaşlarının Azərbaycana vizasız səfərlərinin mümkün olacağı vaxt məlumdurmu? 

– Viza barədə onu deyə bilərəm ki, indiki zamanda heç bir çətinlik yoxdur. Sərhəddə, aeroportda viza almaq asandır. Biz təklif etmişik ki, müştərək konsulluq komissiyası yaradılsın və viza məsələsini həll etsin. Xarici işlər nazirliklərində bu məsələlər üzərində iş gedir.  

– Cənab səfir, Ərəb dövlətlərinin qəflətən Qətər dövlətinə münasibətlərinin dəyişməsinin səbəbləri nədir? 

– Qətər barədə onu deyə bilərəm ki, millətlər yeni dövrdə yaşayırlar. Yeni dövr yeni iddialar yaradır. Bir zamanlar var idi ki, fövqəl dövlət nə desə idi, o da qəbul olunurdu. O zamanlar keçib gedib. İndi millətlər öz talelərini özləri həll edirlər.  

Dövlətlər daxilində də sosial vəziyyət dəyişir, hakimiyyətlə xalq arasında gərginlik yaşanır. Bu da narazılıqların yaranmasına səbəb olur və siyasətdə öz əksini tapır. 

Bəzi dövlətlər özlərini qüdrətli bilərək belə hərəkət etdilər. Əvvəlki səhv hərəkətlər, qərarlar yenidən təkrarlandı. Müxtəlif ölkələr üçün şərtlərin qoyulması buna səbəb oldu. Bunun da nəticəsi belə oldu. Lakin heç bir ölkə başqa ölkəyə şərt qoya bilməz. Qətər müstəqil dövlətdir və öz problemlərini özü həll edir. Problem də buradan qaynaqlanır. 

– Bir müddət əvvəl İran-Azərbaycan arasında ticarətin milli valyutalarla olacağı, ABŞ dollarından imtina barədə xəbərlər yayılmışdı. Həmin məsələ öz əksini tapacaqmı? 

– Bu məsələ iki dəfə müştərək komissiyada müzakirə olunub. Bunun üzərində hələ danışıqlar gedir. Nəticəsi barədə danışmaq tezdir.  

– Azərbaycan-İran arasında bank sektorunda danışıqlar olmuşdu. Bununla bağlı məsələ nə yerdədir?  

– Bank sektoru barədə onu deyim ki, bizim Milli Bankın rəhbəri Bakıya gəldi. Görüşlər oldu. Sizin Mərkəzi Bankın rəhbəri Elmar Rüstəmov da Tehranda səfərdə olub. Bir çox problemlər həll olunsa da, tamamlanmamış problemlər qalıb. İran özəl bankının Bakıda açılması barədə qərar var. İndi hər iki Mərkəzi Bankların həmin özəl bankı seçməsi qalıb.

– İran İslam Respublikasının Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə mövqeyi bəllidir. Cənab səfir, rəsmi Tehran bu münaqişənin tənzimlənməsində həlledici amil kimi nəyi görür? 

– Regionda təhlükəsizlik bizim siyasətimizdir. 8 illik müharibədə bizim 400 min şəhidimiz olub. Bizim milyondan çox qaçqın və köçkünümüz olub. Azərbaycan və İran Sülh tərəfdarıdırlar. Biz həmişə Azərbaycanın tərəfindəyik.  

BMT-nin Təhlükəsizlik Şurasının 72-ci sessiyasının açılışında Prezident İlham Əliyev vurğuladı ki, Minsk Qrupunun fəaliyyəti uzun illərdir ki, qənaətbəxş deyil. Bizim keçmiş xarici işlər nazirinin müavini cənab Vaizi hələ Prezident Heydər Əliyevin vaxtında Bakı-İrəvan arasında 30-dan çox səfər etmiş, lakin yekun nəticə alınmamışdı. Biz düşünürük ki, kənardan kimsə gəlib bu regionda problemləri həll etməyəcək. Qarabağ problemi bu regionda həll olunmalıdır. Bizim siyasətçilərimiz də bunu dəfələrlə təkrar ediblər. İran tərəfi həmişə deyir ki, bütün hallarda Azərbaycana kömək etməyə hazırdır. Bizim istədiyimiz də budur ki, bu problem tezliklə sülh yolu ilə həll olunsun. Regionda sülh və təhlükəsizlik xalqların rifahını təmin edir. Problemin həlli, əlbəttə ki, çox lazımdır. Sülh danışıqları, əlbəttə ki, zaman və müddət tələb edir. Deyim ki, İraqla səkkiz illik müharibənin qurtarması barədə BMT-nin Qətnaməsinin şərtləri bir neçə ay müzakirələrə səbəb oldu. Həmin qrupa o vaxt indiki Prezident Cənab Ruhani də daxil idi. Bu müzakirələr iki il davam etdi. Qarabağ probleminin həlli də müzakirələr nəticəsində həll olunacaqdır. Lakin mən bunun vaxtını və müddətini proqnozlaşdıra bilmərəm.  

– Qərb dövlətləri Suriya probleminin həllinin çətinləşməsində İran İslam Respublikasının bu münaqişəyə müdaxilə etməsini səbəb kimi göstərirlər. Rəsmi Tehranın Suriya probleminə münasibəti necədir və bu münaqişənin həllini necə görür? 

– Mən Suriyaya hərbi münaqişələrin ən qızğın vaxtında belə, dörd dəfə səfər etmişəm. Amerikanın müdaxiləsi ancaq bu müharibəni qızışdırır. 2001-ci ildə ABŞ Əfqanıstana müdaxilə etdi. Çıxıb getdikdən sonra ölkə xaraba qalıb. Sonra ABŞ 2003-cü ildə İraqda müharibəni başlatdı. Çıxıb getdikdən sonra ora da xaraba qalıb. Suriya da eləcə. Çox istəyirlər ki, müdaxilə etsinlər, hansı ölkədə kimin rəhbər olmasını özləri həll etsinlər. Onlar öz üzərlərinə bu səlahiyyəti götürüblər.  

Təşviqat nəticəsində bu problemi təriqətlər arası problem kimi göstərmək istəyirlər. Lakin bu, belə deyil. İranın da buna münasibəti belədir ki, hər bir xalq özü öz rəhbərini seçməlidir. İndi Suriyaya axışmış terrorist İŞİD dəstələrinin İslama heç bir aidiyyəti yoxdur. Onlar Suriyadan qovulub çıxarıldıqdan sonra hansı ölkədə yığışacaqları və dağıntılar edəcəkləri də naməlumdur. Bu terroristlər qeyb olmayacaqlar və yaxud tərbiyə olunub başqa vətəndaşlar kimi əməyə qurşanmayacaqlar.  

İran və Azərbaycan arasındakı müdafiə və təhlükəsizlik barədə əməkdaşlıq bütün bunların qarşısını alıb. Mən güman edirəm ki, bu hadisələrin belə tezliklə baş verməsi törəmə amillərdir. Terrorizm sərhəd tanımır. 

– Xəzərin hüquqi statusu barədə danışıqların nəticəsini nə vaxt gözləmək olar? 

– Xəzər danışıqları davam edir, dəqiq vaxt demək olmur. Əlbəttə ki, müzakirələrin nəticəsi yaxşı olacaq.  

-Şimali İraq Kürdüstanında keçiriləcək Referendum barədə nə deyə bilərsiniz? 

– İraqın parçalanması İraqın özünə ziyandır. İran və Türkiyə bu işə müxalifdir və bu referendumu qəbul etmirlər.

 

Xəyalə Süleymanqızı
Ölkə.Az