Gündəm

Müsahibə

  • " width="300" height="266" />
    İqtisadçı alim Qubad İbadoğlu:"İlin sonunda Azərbaycan valyuta bazarında gərginlik artacaq" - MÜSAHİBƏ
  • " width="300" height="266" />
    MƏRKƏZİ KƏŞFİYYAT İDARƏSİNİN TƏHLİLÇİSİ POL QOBL:"Rusiya Bakının sədaqətini təmin etməyincə, münaqişənin həllinə imkan verməyəcək"
  • " width="300" height="266" />
    Britaniyanın Cənubi Qafqazdakı hərbi attaşesi:"Azərbaycanın NATO ilə əməkdaşlıq səylərini yüksək qiymətləndiririk" - MÜSAHİBƏ
  • " width="300" height="266" />
    Sabiq respublika prokuroru İlyas İsmayılov:“Yazıçı Anarı  Prokurorluğa dəvət elədim, cinayət işini qabağına qoydum...”
  • " width="300" height="266" />
    Rauf Arifoğludan sensasion açıqlamalar və etiraflar:"HEYDƏR ƏLİYEVƏ XEYLİ HAQSIZLIQ ETMİŞİK" - Müsahibə
  • " width="300" height="266" />
    Təhsil Nazirliyinin şöbə müdiri:"Tarix İnstitutu xəritə ilə bağlı heç bir irad bildirməyib, təklif verməyib"
  • " width="300" height="266" />
    Türkiyəli politoloq:“Rusiya bizim üçün qətiyyən Qərbin alternativi ola bilməz” - MÜSAHİBƏ
  • " width="300" height="266" />
    “ABŞ RƏSMİ ANKARADAN QİSAS ALIR” –“Mehr News”a müsahibəsində türk politoloq gərginliyin səbəblərini açıqlayır
  • " width="300" height="266" />
    Deputat Asim Mollazadə:“MƏMURLARIN CİLOVLANMASININ VAXTI ÇATIB” - Müsahibə
  • " width="300" height="266" />
    Fransa tarixçisi:“RUSİYA İRANLA SƏUDİYYƏ ARASINDAKI ZİDDİYYƏTİ AZALTMAĞA ÇALIŞIR" – Müsahibə  

Qaynar Qazan

  • " width="300" height="266" />
    “Quran”a izah yazan Sərdar Cəlaloğlu:“Təriqətlərə bölünmənin yanlış olduğu "Quran"da göstərilib” - VİDEO
  • " width="300" height="266" />
    Sərdar Cəlaloğlu Rəsul Quliyevdən danışdı:"Onda gördüm ki, bu, Heydər Əliyevin siyasətini dəstəkləmir" - VİDEO
  • " width="300" height="266" />
    Nobeli adiləşdirən adam – Sərdar Cəlaloğlu:"Gücsüz mitinqlər güclü iqtidarı bir az da gücləndirir"-VİDEO
  • " width="300" height="266" />
    İlkin Rüstəmzadənin Anasından şok müsahibə:“İlkin müdafiədən narazıdır, dostlarından incimişəm”-VİDEO
  • " width="300" height="266" />
    Elçibəyin dostu 17 illik sirri açdı:“Cənazəsi ilə birlikdə bir çanta pul gətirdim” - VİDEO
  • " width="300" height="266" />
    Mirmahmud Mirəlioğlundan şok açıqlamalar:“Elçibəyin ölümündə müəmma var!”-VİDEO
  • " width="300" height="266" />
    Zəminə Allahyarova yaxın tarixə işıq salır:“Heydər Əliyev Beycana "oğlum" deyirdi” - VİDEO
  • " width="300" height="266" />
    23 illik dostu Elçibəyin son günlərindən danışdı:“Elçibəyin əleyhinə danışanların hələ də günahı var və cəzalarını çəkib qurtarmayıblar”-VİDEO
  • " width="300" height="266" />
    Beycan Fərzəliyevin xanımı 25 ildən sonra danışdı:“Heydər bəy də, Əbülfəz bəy də çox maraqlı həmsöhbət idilər”-VİDEO
  • " width="300" height="266" />
    Sabiq Baş nazir Nobelə gedir:"Turan Birliyini yeni nəsil texnologiya ilə qura bilərik"-VİDEO

Qapalı Mövzu




Vəkil Bürosu

Oktyabr 2017
BE ÇA Ç CA C Ş B
« Sen    
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031  

XƏBƏR LENTİ

22 Oktyabr 2017
21 Oktyabr 2017

02 Oktyabr 2017 - 01:38

Deputat Asim Mollazadə:"Sovet İttifaqını bərpa etmək xülyası ilə yaşayan qüvvələr ABŞ-ın daxili siyasətində fəallaşıb" - MÜSAHİBƏ

Milli Məclisin deputatı, Azərbaycan-ABŞ Parlamentlərarası Dostluq Qrupunun üzvü Asim Mollazadə Amerikanın Səsinə müsahibəsində Azərbaycan-ABŞ münasibətlərindən danışıb.

Strateq.az həmin müsahibəni öz oxucularına təqdim edir:

 

–  Azərbaycan-ABŞ əlaqələrinin hazırki durumunu necə xarakterizə edərdiniz? Perspektivdə nə gözləmək olar?

 Mən Azərbaycan-Amerika əməkdaşlığını strateji tərəfdaşlıq kimi qiymətləndirərdim. Hal-hazırda Azərbaycan Amerika ilə dünyada çox böyük bir təhlükə olan beynəlxalq terrorla birgə mübarizə aparır. Azərbaycan Silahlı Qüvvələri Əfqanıstandadır. Azərbaycan bu gün Amerika və NATO qüvvələrinə Əfqanıstanda böyül logistik dəstək verir.

Bununla yanaşı, biz ümumiyyətlə antiterror koalisiyasının ən fəal üzvlərindən biriyik. Çünki Azərbaycan dəfələrlə terrordan əziyyət çəkmiş və yüzlərlə öz vətəndaşını itirmiş ölkə olaraq, terrora insanlığa qarşı bir cinayət kimi yanaşır və bu mübarizədə ABŞ-la birgədir.

ABŞ Azərbaycanın müstəqilliyini hər zaman dəstəkləyib. ABŞ bu gün Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir və bizim əməkdaşlığımız bir neçə sahələri əhatə edir. İlk növbədə söhbət enerji sahəsindən gedir. ABŞ Azərbaycanın enerji layihələrini vaxtında dəstəklədi, bu gün söhbət həmçinin qaz layihəsindən gedir. Eyni zamanda, BP və digər şirkətlərin olduğu konsorsiumun bu günlərdə neft layihəsinin 2050-ci ilədək davam etdirilməsi ilə bağlı imzaladığı müqaviləyə (Söhbət sentyabrın 14-dəXəzərin Azərbaycan sektorunda "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlar blokunun 2050-ci ilədək işlənməsi üzrə imzalanmış müqavilədən gedir-red) ABŞ öz ciddi dəstəyini verib. Enerji kooridorlarının yaradılması, boru xətlərinin çəkilməsinə də ABŞ dəstək verib. Əslində, ABŞ öz əsas müttəfiqlərinin enerji təhlükəsizliyində və enerji diversifikasiyası sahəsində Azərbaycanı ən önəmli bir tərəfdaşı hesab edir.

Bununla yanaşı, ABŞ üçün Azərbaycanın önəmi, bizim ölkəmizin tarixi ilə, dəyərləri ilə bağlıdır. Azərbaycan islam və türk dünyasının birinci dünyəvi dövlətini yaradan ölkədir. ABŞ hazırda bizim xalqımıza məxsus olan tolerantlığı, dini, etnik tolerantlığı, çoxrəngli mədəniyyətimizi böyük təhlükədə olan dünya üçün gələcəkdə bir nümunə görür və bu istiqamətdə Azərbaycan təcrübəsini bilərək ölkəmizi dəstəkləyir.

– ABŞ bir qayda olaraq münasibətlərinin prioritetlərindən təhlükəsizlik və enerji əməkdaşlığını müsbət qiymətləndirir. Demokratiya və insan hüquqları sahəsində isə Azərbaycana yardım etməyə hazır olduğunu bəyan edir. Bu sahədə münasibətlərin inkişafına hansı addımlar təkan verə bilər?

– Mən inanıram ki, demokratiyanı, Trotskinin "inqilabların ixracı" nəzəriyyəsəndikə kimi, ixrac etmək olmaz. Demokratik quruluş, demokratik təfəkkür hər bir xalqın öz əməyinin, öz inkişafının nəticəsidir. Əminəm ki, Azərbaycanın demokratik, müasir dövlət qurmaq üçün böyük bir təcrübəsi var. Azərbaycan xalqının bununla bağlı böyük bir potensialı var. Əminəm ki, demokratiya yolu bilikdən, təcrübədən keçir.

Biz nəyə görə islam dünyasının lideri olduq? Ona görə ki, vaxtında neft amili gənc azərbaycanlıları Avropanın, Rusiyanın ən gözəl universitetlərinin məzunu etdi. Neft amili kömək etdi ki, Azərbaycanın paytaxtı dünyanın ən əsas industirial və enerji paytaxtı oldu. Biz bir növ mədəniyyətlərin qovşağında öz inkişafımız üçün böyük təkan tapdıq. ABŞ-dan da gözləyirik ki, bizim əməkdaşlığımız məhz təhsil, mədəniyyət sahəsində, Amerikanın demoktratik təcrübəsinin öyrənilməsi sahəsində olacaq. Bu sahədə böyük potensial var və hələ çox işlər görməliyik. Lakin bilavasitə Amerika demokratiyasının hansısa dünyanın bir yerinə ixracı və orada uğur qazanmaq ideyalarına mən inanmıram.

– Son dövrlər ABŞ Konqresində və Senatda Azərbaycana qarşı sanksiyaların tətbiqi ilə bağlı məsələlər gündəliyə gəlib. Buna səbəb olan amillər nədir? Paralamentlərarası əlaqələrin genişlənməsi sahəsində tərəflər addımlar atırmı?

– Siz son vaxtlar sanksiyalardan danışdınız. Lakin Azərbaycan dövləti öz müstəqilliyini bəyan etdiyi müddətdən Azərbaycana qarşı ABŞ Senatı və Konqresi sanksiya müəyyənləşdirdi. Heç Amerikada Azərbaycan sözünü tələffüz edə bilməyən insanlar Azərbaycana qarşı “Azadlığa Dəstək Aktı”na sərt "907-ci düzəliş"i etdi. Onlar Azərbaycanı barbar, müsəlman, məzlum erməni xrisitanlarını qətlə yetirən bir xalq kimi ifadə edirdilər.

Bilirsiniz, hər zaman bizim münasibətlərimizdə bu mənfi çalarlar olub. Bunun arxasında, – bunu dəfələrlə araşdırmışam, – bir tərəfdən Amerikada zəngin, fəal, peşəkar səviyyədə Azərbaycan və Türkiyə ilə mübarizə aparan erməni diasporası durub. İkinci istiqamət isə son illər daha çox inkişaf edib. Burada mən yenidən Sovet İttifaqını, hansısa bir imperiyanı bərpa etmək xülyası ilə yaşayan qüvvələrin ABŞ-ın daxili siyasətində fəallaşmasını görürəm. Onlar öz informasiya mübadiləsində çox maraqlı üsul tapıblar. Azərbaycanın qərblə münasibətlərini pozmaq üçün demokratiya, insan hüquqları, – çox həssas, çox önəmli məsələ, – bir növ vasitəyə çevrilib. Ümidvaram ki, ABŞ-ın Azərbaycana münasibətdə öz maraqlarından irəli gələrək, Azərbaycanın önəmini Amerika maraqları üçün anlayaraq belə bir qərarlardan vaz keçmək vaxtı gəlib. Biz təbii olaraq inkişafa yönəlmiş məsləhətləri, inkişafa yönəlmiş təcrübəni bölüşməyə hazırıq. Lakin ABŞ prezidenti Tramp demişdir ki, artıq hansısa ölkələri tarixi və ənənələri ilə bağlı cəzalandırmaq Amerikanın maraqlarına uyğun deyil.

Tapdıq Fərhadoğlu

Amerikanın Səsi