Gündəm

Müsahibə

  • " width="300" height="266" />
    İqtisadçı alim Qubad İbadoğlu:"İlin sonunda Azərbaycan valyuta bazarında gərginlik artacaq" - MÜSAHİBƏ
  • " width="300" height="266" />
    MƏRKƏZİ KƏŞFİYYAT İDARƏSİNİN TƏHLİLÇİSİ POL QOBL:"Rusiya Bakının sədaqətini təmin etməyincə, münaqişənin həllinə imkan verməyəcək"
  • " width="300" height="266" />
    Britaniyanın Cənubi Qafqazdakı hərbi attaşesi:"Azərbaycanın NATO ilə əməkdaşlıq səylərini yüksək qiymətləndiririk" - MÜSAHİBƏ
  • " width="300" height="266" />
    Sabiq respublika prokuroru İlyas İsmayılov:“Yazıçı Anarı  Prokurorluğa dəvət elədim, cinayət işini qabağına qoydum...”
  • " width="300" height="266" />
    Rauf Arifoğludan sensasion açıqlamalar və etiraflar:"HEYDƏR ƏLİYEVƏ XEYLİ HAQSIZLIQ ETMİŞİK" - Müsahibə
  • " width="300" height="266" />
    Təhsil Nazirliyinin şöbə müdiri:"Tarix İnstitutu xəritə ilə bağlı heç bir irad bildirməyib, təklif verməyib"
  • " width="300" height="266" />
    Türkiyəli politoloq:“Rusiya bizim üçün qətiyyən Qərbin alternativi ola bilməz” - MÜSAHİBƏ
  • " width="300" height="266" />
    “ABŞ RƏSMİ ANKARADAN QİSAS ALIR” –“Mehr News”a müsahibəsində türk politoloq gərginliyin səbəblərini açıqlayır
  • " width="300" height="266" />
    Deputat Asim Mollazadə:“MƏMURLARIN CİLOVLANMASININ VAXTI ÇATIB” - Müsahibə
  • " width="300" height="266" />
    Fransa tarixçisi:“RUSİYA İRANLA SƏUDİYYƏ ARASINDAKI ZİDDİYYƏTİ AZALTMAĞA ÇALIŞIR" – Müsahibə  

Qaynar Qazan

  • " width="300" height="266" />
    “Quran”a izah yazan Sərdar Cəlaloğlu:“Təriqətlərə bölünmənin yanlış olduğu "Quran"da göstərilib” - VİDEO
  • " width="300" height="266" />
    Sərdar Cəlaloğlu Rəsul Quliyevdən danışdı:"Onda gördüm ki, bu, Heydər Əliyevin siyasətini dəstəkləmir" - VİDEO
  • " width="300" height="266" />
    Nobeli adiləşdirən adam – Sərdar Cəlaloğlu:"Gücsüz mitinqlər güclü iqtidarı bir az da gücləndirir"-VİDEO
  • " width="300" height="266" />
    İlkin Rüstəmzadənin Anasından şok müsahibə:“İlkin müdafiədən narazıdır, dostlarından incimişəm”-VİDEO
  • " width="300" height="266" />
    Elçibəyin dostu 17 illik sirri açdı:“Cənazəsi ilə birlikdə bir çanta pul gətirdim” - VİDEO
  • " width="300" height="266" />
    Mirmahmud Mirəlioğlundan şok açıqlamalar:“Elçibəyin ölümündə müəmma var!”-VİDEO
  • " width="300" height="266" />
    Zəminə Allahyarova yaxın tarixə işıq salır:“Heydər Əliyev Beycana "oğlum" deyirdi” - VİDEO
  • " width="300" height="266" />
    23 illik dostu Elçibəyin son günlərindən danışdı:“Elçibəyin əleyhinə danışanların hələ də günahı var və cəzalarını çəkib qurtarmayıblar”-VİDEO
  • " width="300" height="266" />
    Beycan Fərzəliyevin xanımı 25 ildən sonra danışdı:“Heydər bəy də, Əbülfəz bəy də çox maraqlı həmsöhbət idilər”-VİDEO
  • " width="300" height="266" />
    Sabiq Baş nazir Nobelə gedir:"Turan Birliyini yeni nəsil texnologiya ilə qura bilərik"-VİDEO

Qapalı Mövzu




Vəkil Bürosu

Oktyabr 2017
BE ÇA Ç CA C Ş B
« Sen    
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031  

XƏBƏR LENTİ

22 Oktyabr 2017
21 Oktyabr 2017

03 Oktyabr 2017 - 16:40

Azərbaycanın yəhudi deputatı:"Hansı ağıllı məmur İraq Kürdüstanın müstəqilliyini dəstəkləyə bilər?"

Milli Məclisin Azərbaycan-İsrail parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Yevda Abramov Modern.az saytının suallarını cavablandırıb.

Strateq.az həmin müsahibəni təqdim edir:

– Yevda müəllim, sentyabrın 25-də İraq Kürdüstanında "müstəqillik referendumu” keçirildi. Bu "referendum”la bağlı sizin mövqeyiniz necədir? İsrail tərəfinin məsələyə isti münasibəti nə ilə izah oluna bilər?

– Dünyanın müxtəlif yerlərində baş verən hadisələrə müxtəlif aspektlərdən qiymət verilir. "Referendumu” bəyənib-bəyənməmək İsrailin öz işidir. Yəqin ki, Yaxın Şərq siyasətində "Müstəqil Kürdüstan” dövlətinin yaranması İsrailin xarici siyasəti ilə düz gəlir. Amma Azərbaycan o mövqeni sərgiləyə bilməz axı.  Çünki bu, birbaşa Türkiyəni təhdid etməkdir. Biz də Türkiyə ilə qardaş dövlətik.

Türkiyənin barmağına toxunan tikan, Azərbyacanın barmağına toxunan tikandır. Separatizm  çox qorxulu bir tendensiyadır. İl yarımdan çoxdur ki, bu tendensiya daha da güclənir. Elə bil ki, dünya ölkələri səhər-səhər yuxudan duran kimi separatizm haqqında fikirləşirlər. Xırda-xırda vilayətlərin dövlətə çevrilməsi dünyanı idarə etmək üçün də çətindir. Ona görə də belə vilayətlərin dövlətə çevrilməsini kim bəyənirsə və dəstəkləyirsə, düz siyasət yeritmir. Bu dövlətlər xarici siyasətlərinə bir də baxmalıdırlar.

Düzdür, bu "referendumu” dəstəkləmək onların öz işidir. Biz o dövlətlərin işinə qarışa bilmərik. Hətta Azərbaycan vətəndaşları da var ki, İraq Kürdüstanında keçirilən "müstəqillik referendumu”nu dəstəkləyir. Mən belə şeyləri dəstəkləmirəm. Dövlətlərin sərhədləri dünya müharibələrindən sonra bağlanmış müqavilələrlə həll olunub. Buna yenidən baxmaq dünyanın müharibəyə sürükləməkdir. Dünyanın nizamını pozmaqdır. İndi deyirik ki, Gülüstan, Türkmənçay müqavilələri düzgün deyil. Bunu o vaxtı demək lazımıydı. İraq Kürdüstanının müstəqil dövlətə çevrilməsi bir sıra ölkələr və xalqlar üçün təhlükə yarada bilər.

– Azərbaycanda bəzi insanlar və məmurlar var ki, İraq Kürdüstanının "müstəqilliyini”dəstəkləyir. Parlamentdə də bununla bağlı məsələ qaldırıldı…

– Kim ki, İraq Kürdüstanının "müstəqilliyini” Azərbaycanda dəstəkləyir, onların azərbaycanlı olmağına mənim şübhəm var. Xahiş edirəm ki, onlar qanlarından gedib qonşu ölkənin poliklinikasında analiz versinlər….

Bildiniz də mən hansı ölkəni deyirəm. Hansı ağıllı adam İraq Kürdüstanının "müstəqilliyini” dəstəkləyə bilər? Mən bayaq da dedim, balaca vilayətlərdən dövlət düzətmək dünyanı dağıtmaq deməkdir. Bu kimə lazımdır axı?! 

İraq Kürdüstanının "müstəqilliyi” Azərbaycan üçün də qorxuludur. Separatçılıq meyili Qarabağa da gəlib çata bilər. Bunu dəstəkləyən məmur da azərbaycanlı deyil. O, islama xidmət etmir. Onlar qanlarını yoxlatsınlar.

– Bu yaxınlarda Azərbaycanın müdafiə naziri Zakir Həsənov İsrailə səfər etdi. Səfər zamanı İsrailin yüksək vəzifəli şəxsləri, o cümlədən müdafiə naziri ilə görüşlər keçirdi. Bəzi politoloqlar bildirirlər ki, səfərin əsas mahiyyəti Azərbaycanın İsraildən müasir silahlar almaq istəməsidir. Bəs siz necə düşünürsünüz?

– Azərbaycan İsraillə tərəfləri qane edə bilən siyasət yürüdür. Onun da canlı şahidi BMT-nin 72-ci sessiyasında olduq. Azərbaycan Prezidenti İlham Əliyevin gözəl çıxışı və İsrailin baş naziri Benyamin Netanyahunun Azərbaycana olan münasibətini hər kəs gördü. Hətta Benyamin Netanyahu çıxış edəndə Ermənistan prezidenti  Serj Sarkisyan yalandan özünü yuxuya vermişdi. Guya eşitmirdi, amma hər şeyi yaxşı eşidib.

Bununla da İsrail dünyaya göstərdi ki, Azərbaycanla və Qazaxıstanla güclü münasibətlər qurub və bundan sonra da quracaq. Bütün sahələrdə münasibətləri daha da gücləndirəcək. Ona görə də müdafiə nazirinin İsrailə səfəri təbiidir. Dövlətlər arasında hansı silahların alınması nəzərədə tutulubsa, İsrail həmin silahları vaxtında verib. Azərbaycan dövləti də həmin silahların pullarını vaxtında ödəyib. Bu silahlar hansılardı, mən onu deyə bilmərəm. Hansını bilirəmsə, deyirəm. Amma bunları bilmirəm. Onlar elə silahlardır ki, dünyanın əksər ölkələrində yoxdur. Həmin müasir silahları da İsrail Azərbaycana verib və verəcək. Bir sıra silahlar isə Azərbaycanda şərikli istehsal ediləcək.

-Yevda müəllim, sentyabrın 23-də müxalifətin mitinqi oldu və növbəti minitinqin keçirilməsi isə oktyabrın 7-nə təyin edilib. Müxalifətin mitinqlərini necə qiymətləndirirsiniz?

-Müxalifətin mitinqləri təzəcə ayaq açan uşağın yeriməsinə bənzəyir. Onlarınkı mitinq deyil. Onlar xalqa göstərirlər ki, biz ölməmişik, qəbirə hələ tam qoyulmamışıq, hələ bir az canımız var və özümüz üçün yavaş-yavaş gəzirik. Bunlar nə mitinqdi? Onlar bu mitinqləri hər gün keçirsələr belə, heç nəyə nail olmayacaqlar. Çünki xalq onları yaxşı tanıyır. Həmin mitinqlərə gələn adamlar 5-10 manata bayrağı, plakatı tutan adamlardır. Əksəriyyətini yoxlasan, vəzifədən qovulmuş şəxslərdir. Guya incidilmiş insanlardır. Onların mitinqi elə mənim yaşadığım evin qabağında keçirilir. Pəncərədən baxıram. Mitinq 50-100 minlik  olar. Bir saat orada fırlanırlar, siqaret çəkirlər, laqqırtı vururlar, qeybət edib, gedirlər. Bununla da mitinq qutarır. O mitinqlərdən iqtidarın tükü belə, tərpənməyəcək. İqtidarın bir nəfərində olan ağıl, düşüncə, intellekt o mitinqdə iştirak edən 100 adamda yoxdur. 

– 2018-ci ildə Azərbaycanda prezident seçkiləri keçiriləcək. Seçkiyə 1 il qalıb, amma siyasiət meydanında canlanma hiss olunmur, partiyala hazırlığa başlamayıblar…

– Seçki böyük siyasi prosesdir. Seçkilərə sadə gözlə baxmaq düzgün deyil. Qabaqcadan sehirbazlıq etmək olmaz. Seçki prosesi qüvvələrin gücünün bilinməsi dövrüdür. Siyasət meydanına siyasəti bilməyən adamlar da düşə bilib. Onların içərisində radikal düşüncəli insan da ola bilər. Bu baxımdan ayıq-sayıq olmaq lazımdır. 

Prezident seçkiləri zamanı digər ölkələrdən dostu-düşməni tanıyırsan. Mən demirəm ki, seçki rəvan keçəcək. Bu gün Azərbaycan dövlətinin prezident seçkilərini aparmaq üçün çox böyük təcrübəsi var. Nazirliklər, inzibati orqanlar yerindədir. Xalq da əvvəlki xalq deyil. Xalqın siyasi dünyagörüşü dəyişib. Seçkiyə gedib layiqli insanı seçmək üçün Azərbaycan xalqı səfərbər olmalıdır.

– Parlamentin son iclasında ATƏT PA-nın Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Kristian Vigeninin fəaliyyətini  sərt tənqid olundu. Bununla bağlı sizin münasibətiniz necədir?

– Mən neçə illərdir ki, parlamentin tribunasında çıxış edirəm ki, ATƏT-ə, matətə bel bağlamaq olmaz. Bunlar buz parçasıdır. Götürüsən əlinə, əriyib gedir. Bunlara etibar yoxdu. Onlar ikili standart yox e, çoxlu standat yürüdürlər. Bu gün xristian aləmi müsəlmanlara qarşı durur. Burda deyirlər ki, erməni düşməndi. Orada deyirlər ki, erməni əmimoğludur. Onlar xristiandır. Ona görə də o təşkilatların heç birinə bel bağlamaq olmaz. Öz problemlərimizi özümüz həll etməliyik.  ATƏT-ə, Mins qrupuna güvənmək olmaz. Minsk qrupunun bütün üzvləri İrəvana gedəndə qondarma soyqrımı abidəsinə əklil qoyurlar. Mən Minsk qrupunun heç bir üzvünün  Xocalı abidəsi önündə, Şəhidlər Xiyabanında görməmişəm. Biz Qarabağı özümüz geri almalıyıq.