Gündəm

  • " width="300" height="266" />
    Netanyahu Putinə zəng etdi, təkliflər verdi –Rusiya təyyarəsinin vurulmasına görə
  • " width="300" height="266" />
    Prezident İlham Əliyevdən cəbhədəki son hadisəyə reaksiya:"Əsgərlərimiz onlara elə dərs veriblər ki..."
  • " width="300" height="266" />
    Rəsmi Pekindən ABŞ-a “60 milyardlıq vergi” cavabı gəldi:"Qərarımız sentyabrın 24-də qüvvəyə minəcək"
  • " width="300" height="266" />
    Donald Tramp rəsmi Pekini hədələdi:"Biz iqtisadi cəhətdən sürətli və sarsıdıcı cavab verəcəyik”
  • " width="300" height="266" />
    İsraildən Rusiyanın hərbi təyyərəsinin vurulmasına rəsmi reaksiya:"Bütün məsuliyyət Suriyanın üzərindədir"
  • " width="300" height="266" />
    “Rusiya Suriyadakı hərbçilərinin təhlükəsizliyini təmin edəcək, bunu hamı görəcək” –Putindən bəyanat
  • " width="300" height="266" />
    Türkiyə Suriyaya əlavə qoşun yeridir:"İdlib terroçulardan təmizlənəcək"
  • " width="300" height="266" />
    Ekspertdən neftin qiyməti ilə bağlı təhlükəli proqnoz:"Yeni “neft şoku"nun yaranma riskləri güclənir”
  • " width="300" height="266" />
    Politoloqdan Ərdoğan-Putin razılaşmasına şərh:"Hər iki şərtin yerinə yetirilməsi Türkiyənin çiyinləri üzərinə düşəcək"
  • " width="300" height="266" />
    Rusiya müdafiə naziri Əsəd rejiminin adından da cavab verdi:"İdlibdə hərbi əməliyyatlar aparılmayacaq"

Müsahibə

  • " width="300" height="266" />
    PUTİNİN AZƏRBAYCANLI DOSTU:"Mənə hər hansı tapşırıq verilsə, onu həyata keçirməyi özümə borc biləcəm" - MÜSAHİBƏ
  • " width="300" height="266" />
    Rusiyalı təhlilçi Qriqori Trofimçuk:"Koçaryan hakimiyyətə idda etsə, ölkədə durum sabitsizləşəcək" - MÜSAHİBƏ
  • " width="300" height="266" />
    Keçmiş deputat Kərim Kərimov:“Naxçıvana - Heydər Əliyevin yanına gedənlər arasında Etibar Məmmədov da vardı”
  • " width="300" height="266" />
    Yaqub Mahmudov:“Nuru Paşa Azərbaycan ordusu ilə əməkdaşlıq etmədən tarixi vəzifələri yerinə yetirə bilməzdi” – MÜSAHİBƏ
  • " width="300" height="266" />
    DEPUTAT MƏLAHƏT İBRAHİMQIZI:“Bu yubiley tədbiri ermənilərə və onları dəstəkləyən qüvvələrə mesajdır”- MÜSAHİBƏ
  • " width="300" height="266" />
    Professor Cəmil Həsənli:"15 sentyabrı «Qurtuluş günü» adlandıra bilmirlərsə, «Paytaxt günü» desinlər"
  • " width="300" height="266" />
    Sülhəddin Əkbər:"Hazırda sionizm öz gücünün zirvəsindədir" - MÜSAHİBƏ
  • " width="300" height="266" />
    PROFESSOR XALƏDDİN İBRAHİMLİ:"Suriyada konsensus Qarabağ məsələsində də anlaşmaya yol aça bilər" - MÜSAHİBƏ
  • " width="300" height="266" />
    Zərdüşt Əlizadə:“Mümkündür ki, Bəşər Əsəd getsin...” – MÜSAHİBƏ  
  • " width="300" height="266" />
    Türkiyənin keçmiş xarici işlər naziri:"Bağlı qapıların arxasında Türkiyə ilə sərt danışılıb" (Müsahibə)

Qaynar Qazan

  • " width="300" height="266" />
    “STRATEQ BAXIŞI”nda QARABAĞ MÜZAKİRƏSİ:“Rusiya ilə indiki anda anlaşma bütün Azərbaycanı itirmək deməkdir" - VİDEO
  • " width="300" height="266" />
    Zəlimxan Məmmədli:"Görürəm ki, mənim mindiyim gəmi batır" - VİDEO
  • " width="300" height="266" />
    Dostu “Basqal Həsən” Əbülfəz Elçibəydən danışdı:“Dünyasını dəyişəndə elə bildim ki, həyatım dayandı”-VİDEO
  • " width="300" height="266" />
    Zəlimxan Məmmədli:“Gürcüstanın xoşbəxtliyi Azərbaycan, Türkiyə və Türk Dünyası ilə bağlıdır”-VİDEO
  • " width="300" height="266" />
    Zəlimxan Məmmədli Elçibəyə xəyanətdən danışdı:“Elçibəyin namizədliyinə əngəl olan hər kəs mükafatını aldı”-VİDEO
  • " width="300" height="266" />
    DEPUTAT FƏZAİL AĞAMALIDAN ZƏRDÜŞT ƏLİZADƏYƏ SƏRT CAVAB:“Elçibəyin əleyhinə ifadə verən onun atası Məmməd Mübariz olub” - MÜSAHİBƏ
  • " width="300" height="266" />
    ZƏRDÜŞT ƏLİZADƏDƏN QALMAQAL SALACAQ AÇIQLAMALAR:"Qapı açıldı və Vaqif Hüseynovla Əbülfəz bəy gülə-gülə çıxdılar...“ - VİDEO
  • " width="300" height="266" />
    Zərdüşt Əlizadədən ağır sözlər:"KQB ARXİVLƏRİ AÇILMADIĞINIDAN, BU GÜNDƏYİK"-VİDEO
  • " width="300" height="266" />
    Zərdüşt Əlizadə:“HEYDƏR ƏLİYEV GƏLƏNDƏN SONRA 12 İRAN GENERALI DA GƏLİB OTURMUŞDU BAKIDA” - VİDEO
  • " width="300" height="266" />
    “STRATEQ BAXIŞI”nda növbəti müzakirə:“İRAN VURULARSA, NƏLƏR OLAR?” - VİDEO

Qapalı Mövzu


Vəkil Bürosu

Qadın Sözü

Sentyabr 2018
BE ÇA Ç CA C Ş B
« Avq    
 12
3456789
10111213141516
17181920212223
24252627282930



XƏBƏR LENTİ

19 Sentyabr 2018
18 Sentyabr 2018

Digər Xəbərlər

03 Oktyabr 2017 - 17:34

Rusiya eksperti Qırğızıstanda hərbi bazanın nəyə gərək olduğunu açıqladı:"Fərqanə vadisi Orta Asiyanın barıt çəlləyidir” – Müsahibə

Rusiyanın Qırğızıstandakı Kant aviabazası

Qırğızıstan baş naziri Sapar İsakov bildirib ki, hazırda Rusiyanın ikinci hərbi bazasının yerləşdirilməsi haqda danışıqlar aparılır. O deyib: “Qırğızıstan Respublikası hesab edir ki, təkcə Qırğızıstanda deyil, həm də bölgədə təhlükəsizliyin təminatı üçün cənubda hərbi baza yerləşdirmək lazımdır. Lakin hələlik hər iki tərəfdən qəti qərar yoxdur”.

Qırğızıstanda indi Rusiyanın 1941-ci ildən mövcud olan Kant bazası var, son 14 ildə isə Su-25 hücumçuları və Mi-8 helikopterlərii daxil olmaqla RF Hərbi Kosmik Qüvvələrinin (HKQ) təyyarələri orada yerləşib. Prezident Almazbek Atambayev ikinci baza haqda əvvəllər deyib ki, onu Tacikistanla sərhədin yanında yerləşdirmək olardı.

MDB Ölkələri İnstitutunun Orta Asiya və Qazaxıstan şöbəsinin müdiri, tarix elmləri namizədi Andrey Qrozinin bu mövzuda Rusiyanın Pravda.ru  nəşrinə müsahibəsini Strateq.az oxucularına təqdim edirik:

 

– Rusiya hərbi bazasının ya cənubda Oş şəhəri rayonunda, ya Cəlalabadda, ya da Uzgendə yerləşdirilməsinin gərəkdiyi haqda zaman-zaman danışılır. Amma, adətən, bu danışıqların hamısı ekspertlərin müzakirəsi səviyyəsində aparılıb. İndi Qırğızıstan dövlət məmuru bunu ilk dəfə açıq bəyan edib. Bu, qismən obyektiv, qismən də subyektiv məqamlarla bağlıdır. Obyektiv məqam budur ki, Qırğızıstanda terrorçuluq təhlükəsi ilbəil çoxalır. Ölkədə dini radikalizm yetişir, Qırğızıstan mühacirləri İŞİD deyilən qurumda vuruşub, ya da vuruşurlar, Əfqanıstandan Mərkəzi Asiya ərazisinə və xüsusən də Qırğızıstana sabitsizlik yayılması təhlükəsi güclənir.

Oktyabrın 15-də Qırğızıstan prezidenti seçkiləri olacaq, yetərincə sərt mübarizə gedir və bu çox maraqlı prosesə qatılan bütün tərəflər ölkənin xarici, daxili düşmənlərdən – birinci növbədə islamçı radikallardan  təhlükəsizlik təhdidi mövzusundan kifayət qədər fəal şəkildə istifadə edirlər.

Aydındır ki, burada subyektivizm ünsürü var, lakin mənim fikrimcə, əslində, seçkiqabağı dartışmalara qatılmayan tərəfsiz ekspertlərin qiymətinə əsasən, təhlükə var və çoxalır. Qırğızıstanda artıq indi məscidlər məktəblərdən çoxdur. Aydındır ki, bunların heç də hamısı terrorizm ocağı deyil, lakin, belə deyək, respublikada radikal əhvalın artımı ilə ümumi durum güclənir. Bu, təşviş təlqin edir.

Baza isə lazımdır. Birincisi, əlbəttə ki, daxili problemlərlə Qırğızıstan hökumətinin özü, Qırğızıstan xüsusi xidmətləri işləməlidir, iç problemləri özləri çözməlidirlər. Bunu baza çözməyəcək. Baza ona görə lazımdır ki, cənuba qüvvə proyeksiyası həyata keçirilsin. Çünki Qırğızıstanın cənubu sadəcə, bölgə deyil, Fərqanə vadisinin bir hissəsidir. Qırğızıstanın üç cənub vilayəti – Batken, Oş və Cəlalabad Fərqanə vadisinin Qırğızıstan hissəsinə daxildir. Fərqanə vadisinə isə artıq ikinci onillikdir xeyli müşahidəçi ən böyük sayda cürbəcür problemlərin yığışdığı bütün bölgənin ən potensial nöqtəsi kimi yanaşır və orada “yanacaq” materialı yetərindən artıq əmələ gəlib.  

– Fərqanə vadisini çox vaxt Avrasiyanın barıt çəlləyi adlandırırlar. Bölgədəki durumu nə dərəcədə gərgin hesab edirsiniz?

– Bu, əhali çoxluğu, razılaşdırılmamış, mübahisəli sərhədlər, orada yerləşən anklavlar, əhali arasında zaman-zaman meydana çıxan mübahisələr, bu bölgələrdə ən müxtəlif kriminalın, qaçaqmalçılığın inkişafıdır və harada sabitsizlik varsa, orada risk yüksəkdir ki, xarici gülər bu sabitsizlikdən istifadə etməyə çalışacaqlar. Buna görə də uzun illər boyu bölgəni müşahidə edənlər, adətən, Fərqanə vadisini Mərkəzi Asiyanın barıt çəlləyi adlandırırlar.  Aydındır ki, bu cür bölgədə hərbi dayağa sahib olmaq kifayət qədər haqlı olardı və bu, həm Qırğızıstan, həm də bütün Mərkəzi Asiya üçün mövcud olan potensial təhlükələrin xeyli yumşalmasına səbəb olardı. Mənim baxışımca, 2010-cu ildə Qırğızıstanın cənubunda hazırda Bişkeklə yanaşı mövcud olan “Kant” tipli Rusiya hərbi obyekti olsaydı, bax, çox güman ki, Cəlalabadda qırğızlarla özbəklər arsında millətlərarası bu qanlı toqquşmaları ümumiyyətlə görməzdik, yüzlərlə adam sağ qalardı, 2010-cu ilin yayında hər şey tamam başqa cür gedərdi. Qırğızıstana baza, bax, buna görə lazımdır.

Qırğızıstan prezidenti Almazbek Atambayev məsciddə dua edir

Baza bizə ona görə lazımdır ki, tarixi ərazilərimizin hüdudlarından kənarda Rusiyanın milli maraqlarının müdafiəsini həyata keçirək. Ən yaxşısı, təhlükəni uzaq girişlərdə dəf etmək, ölkəmizin ərazisinə sıçramağına yol verməməkdir ki, sonradan süzgəc düşərgələr, tələsik sərhəd qurmaq, cəbhəboyu yeni hissələr düzmək və cənubdakı sonsuz yanğınları söndürmək lazım gəlməsin. Buna görə də əvvəlcədən bunun qayğısına qalmaq daha yaxşıdır.

Baza, birincisi, ona görə yaxşıdır ki, durumun ixtisaslaşdırılmış monitoriqini həyata keçirir. Hərbçilər təhlükə və problemləri yaxşı görür, onu əvvəlcədən həll etməyə çalışırlar. Buna görə də Rusiyanın Mərkəzi Asiya bölgəsində – Tacikistanda, Qırğızıstanda, qismən Qazaxıstanda yerləşmiş bütün obyektləri özünəməxsus sabitlik zonalarıdır, oralarda heç nə baş vermir, əhali bir-birinin başını kəsmir – bu, tarixi faktdır. Monitorinqdən savayı, aydındır ki, bu, 2010-cu ilin yayında baş verə biləcəyi kimi tərəfləri ayırmaqda sülhməramlı əməliyyat üçün kollektiv qüvvənin mümkün yerləşdirilməsi infrastrukturudur. Bu, Qırğızıstana isə öz təhlükəsizliyinə əlavə bonus əldə etmək üçün gərəkdir. Hər halda Qırğızıstan potensial baxımından zəif ölkədir.

Rusiya Müdafiə Nazirliyi son üç ildə o cümlədən Qırğızıstan ordusunun döyüş qabiliyyəti və hazırlığını yüksəltmək üçün, sadəcə, əzəmətli səylər göstərir – eyni şey Tacikistanda da baş verir. Aydındır ki, Qırğızıstan hansısa xarici çağırışları özbaşına dəf etmək iqtidarında deyil. Açıq deyilsə, Qırğızıstan ərazisindəki Rusiya hərbi obyektləri hakimiyyət və Qırğızıstan cəmiyyəti üçün mümkün xarici çağırışlardan sığortalanmaqdır.

 

Lada Korotun

Tərcümə strateq.az-ındır.