Gündəm

Müsahibə

  • " width="300" height="266" />
    PROFESSOR QULU MƏHƏRRƏMLİ JURNALİSTİKAMIZ HAQDA:“Ev iti olub, yağlanıb-piyləniblər…” - (MÜSAHİBƏ)
  • vahid_ehmedov_yeni.jpg" width="300" height="266" />
    Vahid Əhmədov:“Azərbaycanda 2018-ci ildə bu iki nəfərdən biri prezident seçiləcək” – MÜSAHİBƏ
  • " width="300" height="266" />
    İLYAS İSMAYILOV NƏRİMANOVUN MÜDAFİƏSİNƏ QALXDI:"Generallarımızı məhz o, ermənilərin əlindən xilas etdi..." - MÜSAHİBƏ
  • " width="300" height="266" />
    MEHMAN ƏLİYEV HÖKUMƏTİN MEDİA SİYASƏTİNİ SƏRT TƏNQİD ETDİ:"Hakimiyyət cəmiyyətlə informasiya mübadiləsini tamam itirib"- Müsahibə
  • " width="300" height="266" />
    Tomas de Vaal:“Qafqaz Moskvanın gündəliyində daha aşağı prioritetə keçib” – MÜSAHİBƏ
  • " width="300" height="266" />
    POLİS RƏİSİ NARDARAN ƏMƏLİYYATININ DETALLARINI AÇDI:"Onların başı üzərində Azərbaycan yox, "Hizbullah"ın bayrağı dalğalanırdı" - MÜSAHİBƏ
  • " width="300" height="266" />
    Deputat Vahid Əhmədov:"Azərbaycan üçün bu qədər nazirlik, komitə çoxdur..."
  • " width="300" height="266" />
    Keçmiş deputatdan sensasion müsahibə:"Ətrafımda olanlar mənə şər atdı, ən böyük zərbəni isə rəfiqəm vurdu..."
  • " width="300" height="266" />
    Sabiq türk kəşfiyyatçısı:"Türkiyənin artıq səhv addımlar atmağa dözümü qalmayıb..."
  • " width="300" height="266" />
    Xalq artisti Rasim Balayev:"İş yoxdur, işsizəm, sıxılıram..."

Qaynar Qazan

Qapalı Mövzu





Vəkil Bürosu

Dekabr 2017
BE ÇA Ç CA C Ş B
« Noy    
 123
45678910
11121314151617
18192021222324
25262728293031

XƏBƏR LENTİ

11 Dekabr 2017
10 Dekabr 2017
09 Dekabr 2017

08 Oktyabr 2017 - 14:12

Fransa tarixçisi:“RUSİYA İRANLA SƏUDİYYƏ ARASINDAKI ZİDDİYYƏTİ AZALTMAĞA ÇALIŞIR" – Müsahibə  

Aleksis Feyerçak

"Le Figaro" (Fransa), 07.10.2017

 

İki ölkə Suriya məsələsi üzrə müxtəlif mövqe tutsa da, Salman əl-Səud onların münasibətlərinin tarixində ilk dəfə Moskvaya səfər edib. Tarixçi İqor Delanoe hesab edir ki, Səuddiyyə Ərəbistanı və İranın yaxınlaşmasına nail olmağa cəhd üçün Rusiyanın əlində kartlar var. İki ölkənin tarixində ilk təsadüf.

Ərəbistanlılar Dəməşqin düşmənini dəstəkləyirlər, halbuki rusiyalılar Əsədi müdafiə edirlər. Hər necə olur-olsun, tarix elmləri doktoru,  “Observo” Fransa-Rusiya mərkəzinin direktor müavini və “Rusiya. Yaxın Şərqə qayıdışın hədəfi” kitabının müəllifi İqor Delanoe düşünür ki, İran nüfuzunun durmadan artdığı Yaxın Şərq bölgəsində möhkəmlənmək üçün Ər-Riyadın Moskvaya ehtiyacı var. Tarixçinin Fransa nəşrinə müsahibəsini Strateq.az oxucularına təqdim edirik:

 

– Söhbət Səudiyyə kralının Rusiyaya ilk rəsmi səfərindən gedir. Suriya məsələsində bir-birinə qarşı duran ölkələr bununla siyasi kompromismi tapmağa səy edirlər?

– Onlar hələ də zidd mövqe tutur, amma durum hərbi-siyasi planda ciddi dəyişikliklərə uğrayıb. Budur, Rusiya ordusu artıq iki ildir Suriyaya müdaxilə edir. Moskva indi ərəbistanlılar üçün problemin deyil, həllin tərkib hissəsidir. Onlar qabaqlar hesab edirdilər ki, Əsəd getməlidir, amma o, bu gün daha müharibəni uduza bilməz. Yəni, durum hərbi planda təpəüstə çevrilib. Biz əsas məqama yetişmişik. Bir yandan İŞİD mövqeləri əldən verib və hər şeyə əsasən, ərazidışı strategiyanı hələ hazırlamayıb. O biri yandan Astanada danışıqlar prosesi son mərhələyə girib və yeni təhlükəsizlik zonalarının yaradılmasına səbəb olmamalıdır. Anlamaq lazım gəlir ki, Astana razılaşmaları taktiki səciyyə daşıyır və Cenevrədə siyasi razılaşma üçün şərait yaratmaq nəzərdə tutulub.

Rusiyanın zamanı çatıb. Eyni zamanda Türkiyə və İran Astana prosesinin bölgə qəyyumlarıdır. Səudiyyənin hesablaması sıradakı şəkildə görünür: Ər-Riyad şiə düşmənə sarı dönə bilməz, Qətəri dəstəkləyən bölgə rəqibi (Ankara) ilə də çətinliklə qarşılıqlı fəaliyyətdə ola bilər. Buna görə də onun Rusiyaya üz tutmaqdan savayı seçimi qalmayıb.

Moskvada isə çox gözəl başa düşürlər ki, Suriya üzrə istənilən sazişin uğuru Fars körfəzi ölkələrinin və birinci növbədə Səudiyyə Ərəbistanının razılığı olmadan mümkünsüzdür. Bundan başqa, Rusiya terrorçu islamçı qruplaşmalara və Suriya müxalifətinə Səudiyyə dəstəyinin kəsilməsinə nail olmaq istəyir. Kompromislər üçün şərait bu gün yaradılıb.

– Keçmiş kral Abdulla hələ varis şahzadəykən, 2003-cü ildə Moskvada olub. Ölkələr o vaxtdan bəri əməkdaşlıq – o cümlədən iqtisadi – haqda dəfələrlə xatırladıb, lakin bunların heç biri heç nəyə gətirib çıxarmayıb. Doğrudanmı, görüş üçün bu gün bütün şərtlər yaranıb?

– Burada, həqiqətən, ehtiyat göstərməyinə dəyər. Rusiyalılar ərəbistanlıların xəyali vədlərinə alışıblar. Onlar “Rostex”lə saziş üzrə vəd edilmiş 20 milyarddan heç bir qəpik də almayıblar. Əslində, yaxınlaşmağın mümkün olduğu iqtisadi kanal energetikadır. Moskva və Ər-Riyad xüsusən də karbohidrogen istehsalı və qiymətlərinin sabitləşdirilməsi üzrə uğurlu “OPEK+” sazişini bəyənib. İndiki anda bunun müddətinin uzadılması danışıqlarda fəal müzakirə olunur.

– Moskva və Tehran Suriyada Bəşər Əsəd rejiminə dəstəyin iki əsas qaynağıdır. Rusiya İranın nüfuzunu məhdudlaşdırmağa çalışırmı?

– Rusiya göstərmək istəyir ki, İranla iş heç də bildirmir ki, hər şeydə Tehranın kursunu gözləyəcək və şiələri sünnilərdən üstün tutur. Xüsusən də Rusiya müsəlmanlarının 95%-i sünni olduğuna görə. Kral Salmanın səfəri güclü simvoldur, lakin güman etmirəm ki, Yaxın Şərq siyasətində Rusiyanın müxtəlifyönlü siyasətə sadiqliyini sübut etməyi gərəkdir. Onun İordaniya, Misir, Əlcəzair və ya Türkiyə kimi sünni ölkələri ilə səmərəli münasibətləri formalaşıb.

Ərəbistanlılar eyni zamanda Tehranın bölgə planlarını məhdudlaşdırmağa çalışırlar. Bu gün onlar üçün problem artıq Əsədin getməyində deyil, İranın Yaxın Şərqdə, xüsusən də Suriya və İraqda artan nüfuzundan ibarətdir. Onlar başa düşürlər ki, Rusiya türklərlə iranlıların Astana prosesindən başlanan və İraq Kürdüstanında bu yaxınlardakı referendum (bu həm Tehran, həm də Ankaranın narahatlığını doğurur) fonunda dərinləşən yaxınlaşmasında birinci zamindir. Kral Salmanın Putinlə görüşünə bir gün qalmış prezident Ərdoğan İran paytaxtında Ruhani ilə danışıqlar aparıb. Bu görüşdən qabaq Türkiyə və İran qərargah rəislərinin 1979-cu ildən bəri ilk görüşü olub.

– Donald Tramp bu ilin mayında Ər-Riyada səfər zamanı Səudiyyə Ərəbistanı ilə1945-ci il alyansını təsdiq edib. Moskva Amerikanın Yaxın Şərq mövqelərini zəiflətməyə səy edirmi?  

– Əslində, Amerikanın Yaxın Şərq siyasəti bir neçə il sürən diplomatik məntiqsizlik silsiləsiylə onsuz da ciddi şəkildə zəifləyib. Vaşinqton Suriya üzrə Astana prosesində ancaq ikinci müşahidəçi rolunu oynayır. ABŞ-ın Türkiyə ilə münasibətləri də hissolunacaq dərəcədə pisləşib. Eyni zamanda Rusiya Fars körfəzində ABŞ-ı əvəz etməyə səy göstərmir. Onun bu cür planları yoxdur, hətta ərəbistanlılar Vaşinqtonun İrana nisbətdə döyüşkən bəyanatlarından məmnundurlar. Moskvanın əsas məqsədi Tehranla Ər-Riyad arasındakı ziddiyyəti azaltmaqdır, amerikalılar isə bunu sadəcə bacarmırlar. Asan vəzifə deyil, amma Rusiya artıq “OPEK+” üzrə İranın Səudiyyə Ərəbistanı ilə əzəldən şübhə ilə yanaşılan əməkdaşlığına nail ola bilib. Bu planda Moskvanın əlində güclü kart var.

Tərcümə Strateq.az-ındır.