Gündəm

Müsahibə

  • " width="300" height="266" />
    PROFESSOR QULU MƏHƏRRƏMLİ JURNALİSTİKAMIZ HAQDA:“Ev iti olub, yağlanıb-piyləniblər…” - (MÜSAHİBƏ)
  • vahid_ehmedov_yeni.jpg" width="300" height="266" />
    Vahid Əhmədov:“Azərbaycanda 2018-ci ildə bu iki nəfərdən biri prezident seçiləcək” – MÜSAHİBƏ
  • " width="300" height="266" />
    İLYAS İSMAYILOV NƏRİMANOVUN MÜDAFİƏSİNƏ QALXDI:"Generallarımızı məhz o, ermənilərin əlindən xilas etdi..." - MÜSAHİBƏ
  • " width="300" height="266" />
    MEHMAN ƏLİYEV HÖKUMƏTİN MEDİA SİYASƏTİNİ SƏRT TƏNQİD ETDİ:"Hakimiyyət cəmiyyətlə informasiya mübadiləsini tamam itirib"- Müsahibə
  • " width="300" height="266" />
    Tomas de Vaal:“Qafqaz Moskvanın gündəliyində daha aşağı prioritetə keçib” – MÜSAHİBƏ
  • " width="300" height="266" />
    POLİS RƏİSİ NARDARAN ƏMƏLİYYATININ DETALLARINI AÇDI:"Onların başı üzərində Azərbaycan yox, "Hizbullah"ın bayrağı dalğalanırdı" - MÜSAHİBƏ
  • " width="300" height="266" />
    Deputat Vahid Əhmədov:"Azərbaycan üçün bu qədər nazirlik, komitə çoxdur..."
  • " width="300" height="266" />
    Keçmiş deputatdan sensasion müsahibə:"Ətrafımda olanlar mənə şər atdı, ən böyük zərbəni isə rəfiqəm vurdu..."
  • " width="300" height="266" />
    Sabiq türk kəşfiyyatçısı:"Türkiyənin artıq səhv addımlar atmağa dözümü qalmayıb..."
  • " width="300" height="266" />
    Xalq artisti Rasim Balayev:"İş yoxdur, işsizəm, sıxılıram..."

Qaynar Qazan

Qapalı Mövzu





Vəkil Bürosu

Dekabr 2017
BE ÇA Ç CA C Ş B
« Noy    
 123
45678910
11121314151617
18192021222324
25262728293031

XƏBƏR LENTİ

11 Dekabr 2017
10 Dekabr 2017
09 Dekabr 2017

10 Oktyabr 2017 - 20:50

“ABŞ RƏSMİ ANKARADAN QİSAS ALIR” –“Mehr News”a müsahibəsində türk politoloq gərginliyin səbəblərini açıqlayır

Türk politoloq və yazarı Sinan Baykent Ankara-Vaşinqton gərginliyi ilə bağlı “Mehr News”a müsahibə verib.

Strateq.az həmin müsahibəni təqdim edir:

 

– Türkiyə ilə ABŞ arasındakı bu gərginliyin əsas səbəbləri nədir?

– Gərginliyin çoxmiqyaslı fonu var. İyulun 15-də xain çevriliş cəhdi bu mənada mühüm hadisə idi. İstiqlal savaşından bəri 15 İyul Türkiyənin, türk ordusunun, milli qüvvələrin və millətin zəfəridir. Həmin gün Amerikanın biləyini qırdıq. Atlantik zərbəsinə uğurlu cavabla dövlət içərisində birləşən dərin NATO elementləri tək-tək üzə çıxarıldı. Ordu, bürokratiya və vətəndaş cəmiyyəti böyük ölçüdə təmizlənir. Siyasi ayaq da tezliklə faş ediləcək.

15 İyulda ABŞ Türkiyədə əməliyyat qüvvələrini itirdi. İkincisi, xəyanətkar çevriliş cəhdindən dərhal sonra Türkiyə “Fərat Qalxanı”nı həyata keçirib. Düşünəcəyimizin əksinə, bu əməliyyatla Suriyaya yox, ABŞ-a müdaxilə etdik. İndi bu müdaxilənin ikinci mərhələsindəyik.

Astana prosesi ilə Rusiya, İran və Türkiyə üçlüyü arasında yeni dialoq mühiti yaranıb. Bu üçtərəfli mexanizm sayəsində Türkiyə “Fərat Qalxanı”dan sonra İdlibdə konstruktiv rol oynayacağına qərar verib.

Üçüncüsü, Türkiyə Şimali İraqdakı sionist struktura ciddi müxalif mövqe ortaya qoyub. Bölgədəki Türkiyə-İran-İraq ittifaqı sionizmə zərbədir.

Nəhayət, dördüncü və bəlkə də ən mühüm məqam Türkiyənin Rusiyadan aldığı “S-400” sisteminə aid məsələdir. Türkiyə hələ də NATO üzvüdür. Əslində, “S-400” təbii bir problemdir. Amerikalılar bunu həzm etmədilər. Türkiyə 15 İyuldan bu yana ənənəvi Amerika siyasətini və sionist mərkəzinin işini çətinləşdirir və ABŞ Türkiyədən heyf çıxmaq istəyir.

Türkiyənin tezliklə NATO-dan uzaqlaşacağını düşünmürəm. Məsələn, indi "Qərbi Asiya Birliyi"ndən çox danışılır. Türkiyənin əsl yerinin Avrasiya olduğuna müxtəlif dəlillər gətirilir. Ancaq Türkiyə üzünü Tənzimata, hətta Fatehdən bu yana yalnız Qərbə çevirən bir ölkədir. Müasir Türkiyənin taleyi əslində, Fateh özünü "Qeysər-i Rum", yəni "Rum imperatoru" elan etdiyi gün həll olunub.

Hazırda NATO-dan qopmağımız mümkün deyil. Ancaq Türkiyənin 21-ci əsrin şərtlərinə uyğun olaraq dövlətçiliyinin inkişaf etdirilməsinə çalışaraq, balans axtarışında olduğunu asanlıqla müəyyən edə bilərik. Türkiyə ümumiyyətlə, ABŞ-la, xüsusən Qərblə bərabər və ədalətli əlaqələr istəyir. Gec-tez ABŞ millətlərin hüquqlarına təcavüz etməməyi öyrənəcək.

– Bu böhranın sonunu necə qiymətləndirirsiniz?

– Böhran uzunmüddətli görünür. Hər iki ölkə bir-birinə güvənmir. Əlaqələrin bərpası üçün vaxt lazımdır. ABŞ sionist lobbinin və onun ideoloji-teoloji parametrlərinin inhisarı ilə hərəkət etdikcə dünya xalqlarının düşməni qalacaq. Tramp bu gün Amerikanı idarə edə bilmir. O, dövləti sıradan bir şirkətə bərabər tuturdu, amma indi dövlətin nə olduğunu öyrənir. Trampın təcrübəsizliyindən istifadə edərək, əsas aktyor kürəkəni Cared Kuşnerdir. Kuşner administrasiyanın rəhbərliyini sionist lobbisi AIPAC və neokonların ixtiyarına verib.

ABŞ-da sionizmdən narazı əhəmiyyətli bir seqment var. Onlar vətəndaş cəmiyyətində, xalqın içindədirlər. Məsələn, digər Qərb ölkələrində millətçiliyin əksinə, ABŞ millətçiləri 11 sentyabr paradiqmasını qəbul etməyib və ya hətta rədd ediblər. Amma sionist təhdidindən xəbərdar seqment kifayət qədər güclü deyil və kifayət qədər pulları yoxdur.

ABŞ Türkiyənin iddiasını başa düşməlidir. Türkiyənin ABŞ-la düşmənçilik təşkil etməsini istədiyini düşünmürəm, bu, ağılsız hərəkət olardı.

Türkiyənin İslam dünyasında öz çəkisi var. Gərginlik prosesində o, həlledici mövqe nümayiş etdirə bilərsə, ABŞ-ın yeni oyun şərtlərini qəbul edəcək. İndi kütləvi təzyiq var. Türkiyədə antiamerikanizm həmişəki qədər məşhurdur. Amma Türkiyə ABŞ-la yaxşı dost ola bilər və bunun mövcudluğuna heç bir maneə yoxdur, amma bir şərtimiz var: suveren hüquqlarımıza hörmət göstəriləcək. ABŞ bunu qanuni tələb kimi qəbul etməlidir.

– Trampın İrana yanaşmasını bilirsiniz. Tehran-Vaşinqton gərginliyi beynəlxalq tənliklərə necə təsir edəcək?

– Tehran administrasiyası həmişə praktik və rasionaldır. Çevik və cəsarətli qərarlar qəbul edilir. İranın hadisələrin dəyişməsinə böyük çevikliyi var. İmzalanmış nüvə razılaşması beynəlxalq müqavilədir və ona hörmət edilməlidir.

Türkiyə məsələsində olduğu kimi, ABŞ-ın İranı düşməni kimi qəbul etməsi üçün heç bir obyektiv səbəb yoxdur. Problem sionizmin kimidir. İkinci Dünya müharibəsindən əvvəl sionistlər ABŞ hökumətinə öz gündəmlərini “yükləyirlər”. Avropa dövlətləri isə ABŞ-ın xilafına Tehranla ticarət etmək istəyir.

Əminəm ki, Tramp və arxasında olan sionistlər bu inaddan zərər görəcək. Dünyanın balansı Tehranın lehinə uyğun dəyişir. Yeni bir dünya nizamı qurulur.

Tərcümə: Strateq.az