Gündəm

Müsahibə

  • " width="300" height="266" />
    GENERAL MƏHƏRRƏM ƏLİYEV İSLAHATLARDAN DANIŞDI:"Önəmli işlər görülür" - Müsahibə
  • " width="300" height="266" />
    Deputat Qüdrət Həsənquliyev:“Pulları yeyib, özlərinə villa, yaxta alıblar, indi dövlət onların borcunu ödəyir” – MÜSAHİBƏ
  • " width="300" height="266" />
    Britaniyalı jurnalist Edvard Lukas:"Putin rejimi xaricdən sabit görünür, daxildə ciddi qayğıları var" - MÜSAHİBƏ
  • " width="300" height="266" />
    “PLAN MƏLUMDUR…” –Nazirdən Qarabağ danışıqları ilə bağlı mühüm açıqlamalar
  • " width="300" height="266" />
    Deputat Fəzail Ağamalı prezident seçkilərindən danışdı:"...Mehriban xanım prezidentlik marafonuna qoşulmayacaq" - Müsahibə
  • " width="300" height="266" />
    Keçmiş prezident Kərzai:“Əfqanıstandakı İŞİD-i ölkəmizi qurban vermək istəyən xarici qüvvələr yaradıb” – Müsahibə
  • " width="300" height="266" />
    PUTİNİN AZƏRBAYCANLI DOSTUNDAN SENSASİON QARABAĞ AÇIQLAMASI:"Sülhməramlıların yerləşdirilməsində Moskvanın şərti var" - MÜSAHİBƏ
  • " width="300" height="266" />
    Bakı Metropolitenində yeniliklər:liftlər, yeni stansiyalar, yeni qatarlar... (Müsahibə)
  • " width="300" height="266" />
    PUTİNİN BAŞ STRATEQİNDƏN SENSASİON AÇIQLAMALAR:"MKİ o gecə Putinin ətrafıyla danışmışdı ki, Ərdoğana qarşı mövqe tutsun" - MÜSAHİBƏ
  • " width="300" height="266" />
    Tofiq Zülfüqarov yeni qurum yaradır:“Eldar Namazovla görüşəcəyik...” MÜSAHİBƏ

Qaynar Qazan

  • " width="300" height="266" />
    Tomrid Hatəmi yaxın tarixin yaralarından danışır:“Elçibəylə Hatəmini kimlər ayırdı?!”-VİDEO
  • " width="300" height="266" />
    Məhəmməd Hatəminin qardaşı:“Meydan”dakı döyüşkən ruh, Məhəmməd Hatəminin ruhu idi...-VİDEO
  • " width="300" height="266" />
    Məhəmməd Hatəminin qardaşı Tomrid Hatəmi:“NKVD Pişvərini oğurlayıb Bakıya gətirdi”-VİDEO
  • " width="300" height="266" />
    Elçibəyin icra başçısı gizlinlərdən danışdı:“Tamara söhbəti 100 faiz yalandır”-VİDEO
  • " width="300" height="266" />
    Elçibəyin icra başçısı qiyamın səbəblərini açdı:“Sürət Hüseynovla hakimiyyəti üz-üzə qoyan üçüncü qüvvə var idi...”-VİDEO
  • " width="300" height="266" />
    Keçmiş başçıdan tarixi açıqlamalar:“Elçibəy Nizami məqrəbəsində məni yanına çağırdı ki...”-VİDEO
  • " width="300" height="266" />
    Məhəmməd Əminin silahdaşı danışdı:“Məhəmməd Əmini prezident kimi dəfn etdilər”-VİDEO
  • " width="300" height="266" />
    “Quran”a izah yazan Sərdar Cəlaloğlu:“Təriqətlərə bölünmənin yanlış olduğu "Quran"da göstərilib” - VİDEO
  • " width="300" height="266" />
    Sərdar Cəlaloğlu Rəsul Quliyevdən danışdı:"Onda gördüm ki, bu, Heydər Əliyevin siyasətini dəstəkləmir" - VİDEO
  • " width="300" height="266" />
    Nobeli adiləşdirən adam – Sərdar Cəlaloğlu:"Gücsüz mitinqlər güclü iqtidarı bir az da gücləndirir"-VİDEO

Qapalı Mövzu





Vəkil Bürosu

Noyabr 2017
BE ÇA Ç CA C Ş B
« Okt    
 12345
6789101112
13141516171819
20212223242526
27282930  

XƏBƏR LENTİ

22 Noyabr 2017
21 Noyabr 2017

06 Noyabr 2017 - 13:31

PUTİNİN BAŞ STRATEQİNDƏN SENSASİON AÇIQLAMALAR:"MKİ o gecə Putinin ətrafıyla danışmışdı ki, Ərdoğana qarşı mövqe tutsun" - MÜSAHİBƏ

Bəziləri  onu “Putinin baş strateqi", hətta "beyni", bəziləri də “Rusiyanın xarici siyasətinin memarı" adlandırır.  "Foreign Policy" dərgisinə görə isə, o, Putin, Ərdoğan və Trampı bir-birinə bağlayan adamdır.

Bu, Rusiyalı professor Aleksandr Duqindir.

Türkiyə onun adını rus qırıcısının vurulmasında və 15 iyul çevrilişə cəhd gecəsindən bir gün əvvəl dediklərindən daha çox duydu. Bəli, məhz o, FETÖ xəyanətindən bir gün əvvəl, “Orduda hərəkətlilik var” açıqlamasıyla Türkiyə iqtidarına xəbərdarlıq etmişdi.

Yaxşı, bəs, 40-dan çox kitabın müəllifi, Beynəlxalq Avrasiya Hərəkatının lideri olan bu filosof kimdir? Niyə Türkiyə ilə bu qədər yaxından maraqlanır? 

Strateq.az  "Haberturk" qəzetinin əməkdaşı Nalan Koçakın Aleksandr Duqindən aldığı çox maraqlı və sensasion iddialarla zəngin müsahibəni öz oxucularına təqdim edir:

 

– Rəsmi vəzifəniz yoxdur. Sizi necə təqdim edək? Putinin məsləhətçisi, yoxsa baş strateqlərindən biri?

– Mən, hər şeydən əvvəl, filosofam. Təsirli olmağımın, onu yaratmağımın ən yaxşı yolu güclü fikirlərimdir. Hökümətlə də fikirlərim vasitəsi ilə, onun köməyi ilə əlaqə qururam.

 

"FİKİRLƏRİMİ BİRBAŞA PUTİNƏ ANLADIRAM"

 

– Rusiyanın xarici siyasətinə təsir edənlərdən biri olduğunuz söylənir.

– 90-larda nə dediyimlə Putinin vəzifəyə gəldikdən sonra nələr etdiyini müqayisə edin. Oxşar çox şeylər tapacaqsız. Fikirlərimi çatdırmağın dəyişik və çox yolları var, Putinlə şəxsi görüşmələr bunlardan biridir.

– "İndependent" qəzeti sizin haqda “Çox dahi bir filosofdur, ancaq çılğınlıqla dahiliyin arasında qalıb"  yazıb. Bununla razısız? 

– Başqalarından fərqlı şeylər söyləyəndə, o dəqiqə adama "dəli" ləqəbini qoşurlar. Əgər normallıq sıxıcılıqdırsa,  mən dəli kimi görünməyi seçərdim.

– Sizin adınızı Türkiyədə Doğu Perincəklə də çox hallandıranlar var…

– Ona hörmət edirəm. Çox dahi siyasətçidir. Türkiyədə haqq etdiyi dəyəri almayıb. Türkiyəni əvvəllər həmişə Rusiyanın düşməni olaraq düşünürdüm. Amma Perincək və 2000-ci illərin əvvəlində danışdığım ona yaxın hərbi heyət fikrimi dəyişdirdi. Tamam başqa bir Türkiyəni – Kamalist, müstəqil, NATO-nun maşası olmayan bir ölkəni kəşf etdim.

Duqin və Perincək 90-lardan bəri görüşürlər

 

"PERİNCƏK VƏ MƏN DƏRİN DÖVLƏTİK"

 

– Hələ də Perincəkin haqq etdiyi dəyəri almadığını düşünürsüz?

– Perincək həbs edildi. 15 iyul çevriliş gecəsi çox konkret idi, bunu dedi: “Pis adamlar yaxşı adamları məğlub etməyə çalışır”. Çevrilişə qarşı mücadilə etdi. Təbii ki, indi daha artıq sayğı görür. Fikir ayrılıqları var, ancaq cənab Ərdoğana, dövlətinə çox bağlıdır. Əgər Perincəki Türkiyənin dərin dövlətinin adamı olaraq təqdim edirsinizsə, mən də öz ölkəmin vətənsevər dərin dövlətini təmsil edirəm. (Türkcə söyləyir) Bu, paralel dövlət deyil.

 

"TÜRKİYƏNİN QƏRBLƏ İTTİFAQI SONA ÇATDI"

 

– Sizcə, Türkiyənin Qərblə ittifaqının sonundurmu?

– Əminliklə deyirəm, bəli. İraqın işğalı və ABŞ-la yaşanan böhrandan sonra Ankara yeni təhlükənin Qərb olduğunu anladı. Qərb Türkiyəni yanına almaq istəmir. ABŞ kürdləri dəstəkləyərək, Türkiyə dövlətinə təhdid formalaşdırır. Baxın, Ərdoğan həm müsəlmanlar, həm də Qərblə ittifaq  qurdu. Nəticə nə oldu? Çevriliş cəhdi…

ABŞ çevrilişi, islamçı ideologiyanı, FETÖ-nü yönləndirdi. Davudoğlunun Suriya siyasəti də bir başqa cəhd idi. Hazırda isə işlərin gəldiyi nöqtə Ərdoğana Qərblə səmimi əlaqələrin bitdiyini, mümkün olmadığını göstərdi.

–  "Rusiya Türkiyəni NATO-dan uzaqlaşdırmaqla öz təsir dairəsinə almağa çalışır" fikirini önə sürənlər də var.

– Putin Türkiyəni öz tərəfinə çəkməyə çalışmır. Qərb Türkiyəni kənara itələyir. Ərdoğanı çevrilişlə devirməyə çalışdılar.

– Nədən?

– Çünki Ərdoğan təyyarə olayı məsələsinə görə üzr istəmişdi. O, Rusiya ilə əlaqələri bərpa etməyə və daha güclü inkişaf etdirməyə can atdı. Bu da Qərbin gözündə onlara xəyanət idi.

 

"ƏRDOĞAN NƏ QƏDƏR MÜSTƏQİLDİRSƏ, O QƏDƏR QƏRBİN HƏDƏFİDİR"

 

– Yəni, Putinlə yaxınlaşma çevrilişə səbəb oldu?

– Həm o, həm Ərdoğanın müstəqil siyasəti. Ərdoğan nə qədər çox müstəqil olmaq istəsə, o qədər də çox Qərbin hədəfi olur, olacaq. Əgər Türkiyə güclü olmaq, vahid ölkə kimi qalmaq istəyirsə, bunu Qərb düşərgəsinin içində edə bilməz, bilməyəcək. Məclisə o bombaları Rusiya yağdırmadı, unutmayın.

 

"TƏYYARƏ OLAYI HÖKUMƏT İÇİNDƏ QƏRB TƏRƏFDARI OLAN QRUPUN XƏYANƏTİ İDİ"

 

– "Təyyarə olayı"ndan (Türklərin Suriya sərhədində rus qırıcısını vurması hadisəsi nəzərdə tutulur-red.) sonra iki ölkənin əlaqələrinin normallaşmasında böyük rolunuzun olduğu da çox yazıldı. Detalları aça bilərsinizmi? 

– Perincəkə yaxın hərbçilərdən ibarət bir heyət təyyarəmizin vurulmasından sonra Rusiyaya gəlmişdi…

– Aralarında İsmail Haqqı Pekin də vardı…

– Bəli. Həmin heyət təyyarəmizin vurulma əmrini Ərdoğanın vermədiyini dedi. Bildirdilər ki, bu, hökumət içərisində Qərb tərəfdarı olan bir qrupun xəyanətidir. Türkiyənin səfiri də məndən Rusiya ilə rabitə kanalını açılması üçün yardım istədi. Rusiya bundan sonra türk tərəfinin söylədiyi iddiaları araşdırdı. Daha sonra martda Ankarada Ərdoğana yaxın şəxslərlə görüşdüm. Ərdoğanın Putinə məktubundan sonra Türkiyəyə də getdim. Məqsədim “Diqqətli olun, tədbir alın, bu tələni quranlar hərəkətə keçəcək” demək idi. Sonra da  məlum çevriliş cəhdi oldu.

 

"PUTİNİ ƏRDOĞAN MƏSƏLƏSİNDƏ İNANDIRDIM"

 

– Putini Ərdoğan məsələsində inandıran siz idiniz? 

– Bəli, yardımlarım oldu, çünki savaşın eşiyinə gəlmişdik! Amma prezidentimiz elə asanlıqa inandırılacaq biri deyil. Putin rasional və realistdir. Əgər bəzi məsələlərdə sübut varsa, dəyərləndirir.

 

"PUTİNİ ÇEVRİLİŞİ DƏSTƏKLƏMƏSİ ÜÇÜN İNANDIRMAĞA ÇALIŞDILAR" 

 

– CİA-nın (Amerika Mərkəzi Kəşfiyyat İdarəsi-red) çevriliş üçün 2 milyard dollar xərclədiyini iddia edirsiniz. Sizcə, niyə uğursuz oldular?

– Çünki türk ordusunu çox ciddiyə almadılar. "Ergenekon" və "Balyoz"dan sonra orduda Ərdoğanı dəstəkləyəcək kimsənin qalmadığını düşündülər. Ancaq ordudakı Kamalistlər Ərdoğanı dəstəklədi. CİA (MKİ) ayrıca o gecə Rusiya və Türkiyə arasındakı rabitəni də kəsməyə çalışdı.

– Niyə? 

– Çünki o anlar Putini Türkiyəyə qarşı bir mövqe tutması üçün çox dilə tutdular. Ərdoğandan başqa bir liderin daha yaxşı olacağını, daxili savaş çıxacağını və Rusiyanın bu savaşı öz lehinə istifadə edə biləcəyini söylədilər. CİA bunun üçün Putinin ətrafında olan bəzi güclü şəxsləri də hərəkətə keçirmişdi. Ancaq Putin onlara inanmadı. Əgər əksi baş versəydi, bu, Türkiyənin sonu demək idi. Daha öncə də dedim, çevrilişdən sonra kürdlər də üsyan çıxaracaqdı, bunun hazırlığı da görülmüşdüı.

– Yenidən belə bir çevriliş cəhdi ola bilərmi?

– Məncə, olmaz. Başqa yollar axtaracaq, sınaqdan çıxaracaqlar. Çünki hələ yüksək mövqelərdə vəzifə tutan CİA-ya bağlı şəxslər var, amma onların təşkilatlanması asan deyil.

 

"ABŞ ZƏİF NÖQTƏNİZDƏN YARARLANMAĞA ÇALIŞACAQ"

 

– FETÖ-nün limiti doldurduğunu və ABŞ-ın yeni bir maşa təşkilatdan istifadə edəcəyini deyirsiz. Bu, necə olacaq?

– Bir çox faktordan yararlanaraq, bir strategiya planladıqlarını düşünürəm. Məsələn, etnik qarşıdurma, iqtisadi-sosial təhdidlər, siyasi və hərbi elitada Ərdoğana qarşı rahatsızlıq yaratmaq və s… Amerikalılar bütün zəif nöqtlərinizdən istifadə etməyə çalışacaq.

– ABŞ-da həbsdə olan iş adamı Rza Zərrab davasını da bu çərçivədən dəyərləndirə bilərik?

– Əminliklə deyirəm, bütün imkanlardan təsir vasitəsi kimi istifadə edəcəklər. Daim hücum altında olacaqsınız. İrana, Rusiyaya sanksiyalar qoyulub, bu proses yenə də davam edir. O qədər əminəm ki, Türkiyəyə də sanksiya tətbiq edəcəklər. İqtisadiyyatınızı qurtarmaq üçün "B planınız" hazır olmalıdır.

 

"ƏSL HƏDƏF KARLOV DEYİLDİ, ƏRDOĞAN İDİ"

 

– Səfir Karlova sui-qəsd təyyarə olayı ilə başlayan prosesin davam idimi?

– Əlbəttə. Rusiyanın təpkisi bu dəfə fərqli oldu. Bir anlıq düşünün, səfir öldürülür və Rusiya heç bir şey etmir. Çünki hər şey çox açıq idi. Əsl hədəf səfir deyildi, Ərdoğan idi. Bunu CİA-mı etdi?! Düzü, bilmirəm, amma FETÖ-nün etdiyi açıqdı. Ərdoğana güvənirik, artıq Rusiyanı Ədoğana qarşı kökləmək asan deyil.

– “Türkiyə Qərbin tək alternativ olmadığını gördü” dediniz. O müddətdə "Ergenekon" və "Balyoz" başladı. O davalar bu qrupları FETÖ əli ilə üzə çıxarmaq üçün edildi?

– Əlbəttə.

– Adınız iddianamədə keçirdi…

– Çünki Türkiyədə mənim də görüşdüyüm bəzi avrasiyaçı fraksiyları hədəfə alırdılar. Rusiya ilə əlaqələri kəsməkdə məqsəd başqa idi.  "Ergenekon"dan öncə təkcə Perinçeklə deyil, Süleyman Dəmirəl, Rauf Denktaş kimi şəxslərlə də görüşdüm.

– Çevriliş cəhdi zamanı Ankara idiniz. Bir gün əvvəl isə “Türk ordusunda bir hərəkətlilik” olduğunu Ankaraya söylədiniz.  Məlumatl haradan almışdınız? 

– Bəzi şeyləri demək doğru deyil.  Amma, təbii ki, rus kəşfiyyatı var. Aldığım informasiyanı doğru analiz etdim.

– O gün nələr yaşadınız?

– Çevriliş gecəsi Türkiyədən ayrıldım. Esenboğa Hava Limanındaydım. Rusiya ilə rabitə əlaqəsində idim. Gözləmək çətin idi, çünki kimin qazanacağı bəlli deyildi. Məni də təqib etdiklərini bilirdim.

– Çevriliş baş tutsaydı, başınıza nə gələ bilərdi ki?

– Ərdoğan, ya da Perinçekin başına nə gələrdisə, mənimkinə də o gələrdi.

 

Duqin AKP-nin toplantısında Baş nazir Yıldırımla

 

"ABŞ KÜRDİSTANI ÖNCƏ SURİYADA QURMAQ İSTƏYİR"

 

– YPG məsələsi də ABŞ-la Türkiyə arasında böyük bir problemə çevrilib…

– İran, Türkiyə, Rusiya, Suriya və İraq… Hamımız bir araya gəlib, kürdlərə onları qane edəcək bir şey təklif edərsək, öz təhlükəsizliyimizi təmin edərik. Kürd kimliyini basdırmamalıyıq. Çünki biz belə etdikcə, ABŞ və İsrailin əlinə düşürlər. Yaxşı döyüşürlər deyə, Amerika imperializminin kuklası olmalarını əngəllyə bilmərik.

– Necə bir həll deyirsiz ki? 

– Öncəlliklə Suriya vahid qalmalıdır. Bütün etniklərin haqları təminat altına alınmalıdır. Səudiiyyə Ərəbistanı və Qətər böhran yaşayır. Bütün kartlar bizim əimizdədir. Hamımız birlikdə ABŞ-a “Etdiklərin üçün təşəkkür, ancaq Yaxın Şərqdən get" deməliyik. Bu, Suriya və kürd məsələsinin həllində yeganə yoldur.

– Buna görə Rusiya YPG-ni Astana danışıqlarına qatmaq istəyir?

– Türklərin etirazını anlayıram. Amma Rusiyanın kürdlərlə əlaqəsi bütövlükdə Türkiyənin xeyrinədiir.

– Bərzani ilk vaxtlar referenduma ABŞ-ın səssiz qaldığını söyləmişdi. Sizcə, niyə? 

– ABŞ idarəediciləri xaos içərisindədir. Bir yanda Tramp var, bir yanda Amerika "dərin dövlət"i, digər yanda da kürdlərə dəstək verən kürəsəlçilər durur. Amerikalılar, məncə, əminliklə müstəqil Kürdistana dəstək verdi, ancaq İraqda deyil. Onlar Kürdistanı Suriyadan qurmağa başlamaq istəyirlər. Bərzani də bunu anladı və narazı qaldı.

Əslındə, Bərzaninin məqsədi dərhal müstəqil olmaq deyildi. O, Bağdadla bazarlıq masasına daha güclü oturmaq istədi….

– Ancaq topraqlarının haradasa yarısını itirdilər…

– Bəli,  hesab edirəm, döyüşməkdən qorxdular. Onlar Amerika idarəçiliyindəki xaosun qurbanı oldular.

– Rusiyadan da referendum prosesində sərt açıqlama eşitmədik…

– Çünki kürd məsələsində çox diqqətliyik. Onların üzərindəki təsirimizi artırmağa çalışırıq.

– Təbii ki, həm də neft maraqlarınız var.

– Bəli, Rusiya taktiki davranır. Fəqət, İraqın parçalanmasını istəmir. Putin parçalanmalara nifrət edir. Bu səbəbdən Ərdoğan və Əsədin yanında durur.

 

Tərcümə Strateq.az-ındır