Gündəm

  • " width="300" height="266" />
    Ərdoğandan ticarətlə məşğul olanlara xəbərdarlıq:"Bunun əksinə cəhd edənlər əvəzini ödəyərlər"
  • " width="300" height="266" />
    Netanyahu Putinə zəng etdi, təkliflər verdi –Rusiya təyyarəsinin vurulmasına görə
  • " width="300" height="266" />
    Prezident İlham Əliyevdən cəbhədəki son hadisəyə reaksiya:"Əsgərlərimiz onlara elə dərs veriblər ki..."
  • " width="300" height="266" />
    Rəsmi Pekindən ABŞ-a “60 milyardlıq vergi” cavabı gəldi:"Qərarımız sentyabrın 24-də qüvvəyə minəcək"
  • " width="300" height="266" />
    Donald Tramp rəsmi Pekini hədələdi:"Biz iqtisadi cəhətdən sürətli və sarsıdıcı cavab verəcəyik”
  • " width="300" height="266" />
    İsraildən Rusiyanın hərbi təyyərəsinin vurulmasına rəsmi reaksiya:"Bütün məsuliyyət Suriyanın üzərindədir"
  • " width="300" height="266" />
    “Rusiya Suriyadakı hərbçilərinin təhlükəsizliyini təmin edəcək, bunu hamı görəcək” –Putindən bəyanat
  • " width="300" height="266" />
    Türkiyə Suriyaya əlavə qoşun yeridir:"İdlib terroçulardan təmizlənəcək"
  • " width="300" height="266" />
    Ekspertdən neftin qiyməti ilə bağlı təhlükəli proqnoz:"Yeni “neft şoku"nun yaranma riskləri güclənir”
  • " width="300" height="266" />
    Politoloqdan Ərdoğan-Putin razılaşmasına şərh:"Hər iki şərtin yerinə yetirilməsi Türkiyənin çiyinləri üzərinə düşəcək"

Müsahibə

  • " width="300" height="266" />
    PUTİNİN AZƏRBAYCANLI DOSTU:"Mənə hər hansı tapşırıq verilsə, onu həyata keçirməyi özümə borc biləcəm" - MÜSAHİBƏ
  • " width="300" height="266" />
    Rusiyalı təhlilçi Qriqori Trofimçuk:"Koçaryan hakimiyyətə idda etsə, ölkədə durum sabitsizləşəcək" - MÜSAHİBƏ
  • " width="300" height="266" />
    Keçmiş deputat Kərim Kərimov:“Naxçıvana - Heydər Əliyevin yanına gedənlər arasında Etibar Məmmədov da vardı”
  • " width="300" height="266" />
    Yaqub Mahmudov:“Nuru Paşa Azərbaycan ordusu ilə əməkdaşlıq etmədən tarixi vəzifələri yerinə yetirə bilməzdi” – MÜSAHİBƏ
  • " width="300" height="266" />
    DEPUTAT MƏLAHƏT İBRAHİMQIZI:“Bu yubiley tədbiri ermənilərə və onları dəstəkləyən qüvvələrə mesajdır”- MÜSAHİBƏ
  • " width="300" height="266" />
    Professor Cəmil Həsənli:"15 sentyabrı «Qurtuluş günü» adlandıra bilmirlərsə, «Paytaxt günü» desinlər"
  • " width="300" height="266" />
    Sülhəddin Əkbər:"Hazırda sionizm öz gücünün zirvəsindədir" - MÜSAHİBƏ
  • " width="300" height="266" />
    PROFESSOR XALƏDDİN İBRAHİMLİ:"Suriyada konsensus Qarabağ məsələsində də anlaşmaya yol aça bilər" - MÜSAHİBƏ
  • " width="300" height="266" />
    Zərdüşt Əlizadə:“Mümkündür ki, Bəşər Əsəd getsin...” – MÜSAHİBƏ  
  • " width="300" height="266" />
    Türkiyənin keçmiş xarici işlər naziri:"Bağlı qapıların arxasında Türkiyə ilə sərt danışılıb" (Müsahibə)

Qaynar Qazan

  • " width="300" height="266" />
    “STRATEQ BAXIŞI”nda QARABAĞ MÜZAKİRƏSİ:“Rusiya ilə indiki anda anlaşma bütün Azərbaycanı itirmək deməkdir" - VİDEO
  • " width="300" height="266" />
    Zəlimxan Məmmədli:"Görürəm ki, mənim mindiyim gəmi batır" - VİDEO
  • " width="300" height="266" />
    Dostu “Basqal Həsən” Əbülfəz Elçibəydən danışdı:“Dünyasını dəyişəndə elə bildim ki, həyatım dayandı”-VİDEO
  • " width="300" height="266" />
    Zəlimxan Məmmədli:“Gürcüstanın xoşbəxtliyi Azərbaycan, Türkiyə və Türk Dünyası ilə bağlıdır”-VİDEO
  • " width="300" height="266" />
    Zəlimxan Məmmədli Elçibəyə xəyanətdən danışdı:“Elçibəyin namizədliyinə əngəl olan hər kəs mükafatını aldı”-VİDEO
  • " width="300" height="266" />
    DEPUTAT FƏZAİL AĞAMALIDAN ZƏRDÜŞT ƏLİZADƏYƏ SƏRT CAVAB:“Elçibəyin əleyhinə ifadə verən onun atası Məmməd Mübariz olub” - MÜSAHİBƏ
  • " width="300" height="266" />
    ZƏRDÜŞT ƏLİZADƏDƏN QALMAQAL SALACAQ AÇIQLAMALAR:"Qapı açıldı və Vaqif Hüseynovla Əbülfəz bəy gülə-gülə çıxdılar...“ - VİDEO
  • " width="300" height="266" />
    Zərdüşt Əlizadədən ağır sözlər:"KQB ARXİVLƏRİ AÇILMADIĞINIDAN, BU GÜNDƏYİK"-VİDEO
  • " width="300" height="266" />
    Zərdüşt Əlizadə:“HEYDƏR ƏLİYEV GƏLƏNDƏN SONRA 12 İRAN GENERALI DA GƏLİB OTURMUŞDU BAKIDA” - VİDEO
  • " width="300" height="266" />
    “STRATEQ BAXIŞI”nda növbəti müzakirə:“İRAN VURULARSA, NƏLƏR OLAR?” - VİDEO

Qapalı Mövzu


Vəkil Bürosu

Qadın Sözü

Sentyabr 2018
BE ÇA Ç CA C Ş B
« Avq    
 12
3456789
10111213141516
17181920212223
24252627282930



XƏBƏR LENTİ

19 Sentyabr 2018
18 Sentyabr 2018

Digər Xəbərlər

12 Noyabr 2017 - 12:27

Keçmiş prezident Kərzai:“Əfqanıstandakı İŞİD-i ölkəmizi qurban vermək istəyən xarici qüvvələr yaradıb” – Müsahibə

mehrnews.com


Əfqanıstanın eks-prezidenti Həmid Kərzai "Mehr" xəbər agentliyinə müsahibəsində ABŞ-ın müharibə meyli ilə bölgəni parçalamq səyləri haqda danışıb.

Müsahibəni Strateq.az-ın oxucularına təqdim edirik.

 

– Hörmətli Kərzai, siz 14 il Əfqanıstan prezidenti kimi vəzifədə olubsunuz və ABŞ-dan dəstək alan hökumətin başında durubsunuz. Lakin Amerikanın ən mühüm rəqiblərindənsiniz; bunun səbəbi nədir?

– Qonşularımızdan birinin himayəsi altında üzləşdiyimiz gizli bir işğal əsarətindən xilas olmaq üçün 11 sentyabr hücumlarından sonra beynəlxalq birlik və  BMT-nin dəstəyi ilə ölkəmizə girən ABŞ, Əfqanıstan xalqı və  mən daxil bir çox siyasətçi tərəfindən hərarətlə qarşılandı. Biz 11 sentyabrdan əvvəl də ölkəmizin fəlakətdən qurtulması üçün ABŞ-ın bura gəlməsini istəyirdik, çünki cihad etdiyimiz dövrdə bizimlə əməkdaşlıq edirdi və buna görə də azad bir Əfqanıstanın ortaya çıxması üçün onun  təsirli olacağını düşünürdük. Buna görə də mən və bir çoxları Amerika  Birləşmiş Ştatları ilə birgə idi və mən bu təşəbbüsdə çox səmimi idim. Hətta ABŞ-la bəzi problemləri olan ölkələr, Rusiya, İran bu məsələdə müsbət əməkdaşlıq edib. Ancaq Əfqanıstanın yavaş-yavaş sabitsizliyə və müharibəyə sürükləndiyini anladıq. Bu baxımdan, bizi gələcəkdə istədiyi üstünlüyü tətbiq etməyə məcbur etməyə çalışdığını başa düşdük. ABŞ bizim torpaqlarımızda həbsxana inşa etdi, qanunlarımızı tapdaladı, azadlığımızı ayaq altına ataraq seçkilərə qarışıb müstəqil olmağımıza maneə törətdi və mən qarşı çıxmaq məcburiyyətində qaldım, çünki gözlədiyimiz olmadı. Beləcə ABŞ ilə aramızdakı dostluq və səmimiyyət yox olaraq, bir növ, şübhəli əlaqəyə çevrildi və izlədiyimiz hədəflərin onların istəyi xaricində olduğuna əmin olduq.

– Sizin hələ də Əfqanıstan hökuməti ilə əlaqəniz var. Təcrübənizi Milli Birlik Hökumətiylə bölüşdünüzmü? Nəticəsi nə olur?

– Əlbəttə ki, hökumətin yüksəksəviyyəli rəsmiləri ilə əlaqələr gündəlik davam edir. Digər tərəfdən də keçən hökumətdə bizimlə əməkdaşlıq edən bütün şəxslər ABŞ-la apardığımız danışıqlar haqqında məlumat sahibi kimi ona qarşı nə qədər səbirli olduğumuzu bilir.

– Milli Birlik Hökuməti də ABŞ-a ünvanlanan tənqidləri qəbul edirmi?

– Hər halda ABŞ-a qarşı olmağımız onun arzusu deyil; hökumətimizin müstəqil, şərəfli, milli suverenliyə sahib, sülh və təhlükəsizliyin qərarlaşdığı bir Əfqanıstana aid bütün hüquqları ABŞ-dan düzgün şəkildə almasını istəyirik. ABŞ bu istiqamətdə əməkdaşlıq etsə, biz də onlara yaxınlaşmağa çalışacağıq, ancaq milli suverenliyimizə qarşı çıxıb maneə yaradanda biz mübarizəni doğru yola yönəldirik.

– ABŞ bölgədə köhnə strategiyalarını dəyişdirərək fərqli meyllər ortaya qoyub. Pakistana xəbərdarlıq edərkən Hindistanla əməkdaşlıq etməyə meylli olduğunu göstərir. Bu cür münasibət dəyişikliyinə necə baxırsınız?

– Pakistan bu regionda terrorçu və ekstremist cəhdlərdə barmaqdır, çünki ABŞ uzun illərdən bəri bunu bilir, bu dəyişmənin əsl səbəbi, Afrika və Asiyada etdiyi kimi, bölgədə qopma yaradılması yolu ilə öz məqsədlərinə çatmaq Amerikanın köhnə işidir. Buna görə də bölgədəki ölkələrin bu oyunda daha diqqətli olacağına ümid edirik.

– Siz müraciət edərək ABŞ-ın Əfqanıstan torpaqlarını başqa heç bir ölkəyə hücum üçün istifadə etməməsi istiqamətində bu ölkədən öhdəlik  alınmasını istəyibsiniz. Sizcə, ABŞ açıq şəkildə bunu etməyə çalışır?

– Bəli, qəti şəkildə belədir, mövcud ittifaqlar da bunu göstərir, ancaq buna qarşı ona izah etdik ki, bölgədəki heç bir ölkə və ya hədəfə hücum üçün bizim torpaqlarımızdan istifadə etməməlidir.

– Bəzi iddialara görə, ABŞ İŞİD-ə dəstək verir, bu məsələ ilə bağlı nə fikirləşirsiniz?

– İŞİD sırf milli məsələdir. Xarici məqsədlər üçün ölkəmizi qurban verməyə çalışan xarici qüvvələr tərəfindən yaradılmış bir vasitədir. Bu səbəblərə görə ölkəmiz və qonşularımız İŞİD-in Əfqanıstanda böyüməsinə icazə verməməlidir. Digər tərəfdən də ABŞ-a yönəltdiyimiz şikayətlərdən biri İŞİD-in ölkəmizdə meydana gəlmə prosesinin onun  terrora qarşı mübarizə adıyla Əfqanıstanda qalması halının  gerçəkləşməsidir.

– ABŞ və Qərbin Əfqanıstan üzərində formalaşmış ittifaqına alternativ kimi regional geniş əməkdaşlıq ola bilərmi?

– Amerika Əfqanıstanda olmasa belə, Əfqanıstanda hər cür əməkdaşlıq olmalıdır. Region ölkələri ölkəmizin inkişafını gücləndirmək üçün əfqan xalqı ilə əməkdaşlıq etməlidir; digər ölkələrə ehtiyacımız olmadığı üçün bölgəmizin digər ölkələrini hədəf alacağına şahid olmayacağıq.

– Trampın İrana qarşı təcavüzkar münasibətini necə dəyərləndirirsiniz?

– Mən də bu hadisədən ötəri təəssüf edirəm, ancaq hörmətli və zəhmətkeş  ABŞ xalqının İrana qarşı belə bir rəftarda olmadığı mövzusunda heç şübhəm yoxdur, böyük sivilizasiyaya sahib İran xalqına qarşı Amerika kimi bir ölkənin prezidenti tərəfindən səhv ifadələrin işlənməsi yolverilməzdir.

– Talibanın bəzi üzvləriylə etdiyimiz bir söhbətdə xarici ölkələrin Əfqanıstanı tamamilə tərk edəcəyi təqdirdə müzakirə və sülhə hazır olduqlarını bəyan etdilər. Bu mövzuda səmimi olduqlarını düşünürsünüzmü?

– Taliban bunu həmişə deyir. Onlar artıq bunun üçün mübarizə aparırlar. Təbii ki, onlar dediklərinə inanmalıdırlar.

– Cənab Kərzai, son sual: növbəti prezident seçkisində namizəd olacaqsınızmı?

– Xeyr, xeyr, mənim dövrüm artıq başa çatıb, bundan sonra da əfqanıstanlı gənclər və yeni nəsil siyasətçilər səhnəyə gəlib vətənsevərlik, dindarlıq, qürur və mədəniyyətimizə bağlı qalmaqla bölgə və qonşularımızla qurulacaq yaxşı əlaqələr çərçivəsində ölkəni yönəltməlidir.

Tərcümə Straterq.az-ındır.