Gündəm

  • " width="300" height="266" />
    Əfv üçün müraciət edənlərin adları Prezidentə təqdim edildi –Siyahıda 1100 nəfər var
  • " width="300" height="266" />
    XİN-dən Naxçıvanda əsgərimizin şəhid olması ilə bağlı bəyanat:"Məsuliyyət tam şəkildə Ermənistanın üzərinə düşür"
  • " width="300" height="266" />
    ƏRDOĞAN BOSNİYADA SUİ-QƏSD XƏBƏRİNİ TƏSDİQLƏDİ:"MİT xəbərdarlıq etdi, amma bunlar biz çəkindirməz..."
  • " width="300" height="266" />
    82 yaşlı Mahmud Abbas yenidən xəstəxanaya yerləşdirildi:"Ürəyində problem yaranıb"
  • " width="300" height="266" />
    AZƏRBAYCAN ORDUSU NAXÇIVANDA ŞƏHİD VERDİ:"Şəhidin qisası qısa müddətdə alınacaq"
  • " width="300" height="266" />
    HULUSİ AKARDAN YUNANLARA XƏBƏRDARLIQ:"Gözümüzü qırpmadan hərbi əməliyatlara hazırıq"
  • " width="300" height="266" />
    Millət vəkili 3 məşhur şəxsin adına universitet açmağı təklif etdi:"Ali təhsillilərin sayına görə region dövlətlərindən xeyli geri qalırıq”
  • " width="300" height="266" />
    Rusiya XİN Azərbaycanın tənqidinə reaksiya verib:"Moskvanın Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqeyi..."
  • " width="300" height="266" />
    Yeni nazir hərəkətə keçdi- Saxta əliliklə bağlı araşdırmalar başladı, həbslər gözlənilir
  • " width="300" height="266" />
    Məmmədyarov İstanbulda Trampın qərarını pislədi:"Bu addım ümidləri puç etdi, humanitar fəlakətə yol açdı"

Müsahibə

  • " width="300" height="266" />
    İsrailin Azərbaycandakı səfiri Dan Stav:"Qəzzada olanlara görə HAMAS məsuliyyət daşıyır" - MÜSAHİBƏ
  • " width="300" height="266" />
    Yaxın Şərq üzrə məşhur ekspert:“TRAMP VƏ NETANYAHU ÜÇÜN ƏSAS HƏDƏF İRANDIR” – Müsahibə
  • " width="300" height="266" />
    DEPUTAT QÜDRƏT HƏSƏNQULİYEV:"Son 30 ildə ilk dəfə Qarabağı almağımız üçün əlverişli şərait yaranıb" - MÜSAHİBƏ
  • " width="300" height="266" />
    Təhsil eksperti Kamran Əsədov:“Ölkədə ali təhsilli işsizlər ordusu yaranıb”  - MÜSAHİBƏ
  • " width="300" height="266" />
    Hikmət Hacızadə:“Qarabağ probleminin bütün açarları Moskvadadır” – MÜSAHİBƏ
  • " width="300" height="266" />
    PROFESSOR QULU MƏHƏRRƏMLİ:"Cəmiyyətin tör-töküntüləri ekrana daşınıb, dəyərlərimizə səlib yürüşü başlayıb” - MÜSAHİBƏ
  • " width="300" height="266" />
    Yaqub Məmmədov:“Karl Marks kimi nəhəngin heykəlini yıxıb yerində “benzinkolonka” tikiblər” – MÜSAHİBƏ
  • " width="300" height="266" />
    Tofiq Zülfüqarov:“Paşinyanın vertolyotuna tərəf atəş açılsaydı, pis olmazdı” – MÜSAHİBƏ
  • " width="300" height="266" />
    Aureliya Qriqoriu:“Ermənistandakı son hadisələr Dağlıq Qarabağ münaqişəsinə ciddi təsir göstərməyəcək” (Müsahibə)
  • " width="300" height="266" />
    Ərəb ölkələri üzrə ekspert Fərda Əsədov:“Artıq növbə İrana çatıb” – MÜSAHİBƏ

Qaynar Qazan

Qapalı Mövzu


Vəkil Bürosu

Qadın Sözü

May 2018
BE ÇA Ç CA C Ş B
« Apr    
 123456
78910111213
14151617181920
21222324252627
28293031  



XƏBƏR LENTİ

21 May 2018
20 May 2018

Digər Xəbərlər

28 Noyabr 2017 - 10:34

Xalq artisti Rasim Balayev:"İş yoxdur, işsizəm, sıxılıram..."

Uzun müddətdir yalnız səhhətindəki problemlərlə gündəmdə olan dəyərli aktyor, xalq artisti Rasim Balayevin sağlamlığına qovuşmasına az qalıb. Dövlət dəstəyi nəticəsində aktyorun müalicəsi üçün Türkiyədən həkim çağırılıb. Aktyor yaxın günlərdə müalicə olunacaq.

Strateq.az xəbər verir ki, Rasim Balayev müalicəsi və başqa məsələlərlə bağlı Kult.az-ın suallarını cavablandırıb.

– Rasim bəy, indi özünüzü necə hiss edirsiniz?

– Şükür, bir az yaxşıyam. Dərmanlarımı qəbul edirəm, görək, sonu necə olur…

– Türkiyəyə getməli idiniz. Necə oldu ki, getmədiniz, ancaq həkim gəlməli oldu?

– Əvvəlcə mənə bildirdilər ki, Türkiyədə belə bir həkim var, səni onun yanına aparırıq. Ancaq sonra məlum oldu ki, həkim yaxın günlərdə Bakıya gəlir. Ona görə getməyim təxirə salındı. İndi də həkimi gözləyirik. Yaxın günlərdə Bakıda olmalıdır. Bu barədə mənə məlumat veriləcək. Hələ ki, gözləyirəm.

– Həkim gələnə qədər hansısa analizlər verirsinizmi, müayinədən keçmisinizmi?

– Vallah, elə bir müayinə yoxdur ki, keçməyim. Evdə bir kitab analiz kağızı var – analiz cavabları, müayinələr, MRT cavabları. Nə lazımdırsa, edilib.

Mənim problemim belimlə əlaqədardır. Bel hissəmdə yırtıq var və o da sinirlərimi sıxır. Sol ayağımın hərəkətinə mane olur. Ayağımı yaxşı ata bilmirəm.Gəzməyinə gəzirəm, əlbəttə. Ancaq ağrılarım olur. Sol ayağımı atanda ağrıyıram. Bir də sinir sistemimdə narahatlıq var. Dərman deyiblər, onu qəbul edirəm.

Həmişə özümə arzu edirdim ki, ay Allah, mənə elə xəstəlik ver ki, müalicəsi mümkün olsun. İndi bir dostum var, deyir, bunu arzulamırdın?

– Əməliyyata ehtiyac varmı?

– Yox, əməliyyata ehtiyac yoxdur. Burada baxan həkimlər deyib ki, əməliyyatlıq deyilsən. Həkimlərin sözlərinə görə, protrurya 7-8 millimetr olanda əməliyyat edilir, ancaq məndə 3 millimetrdir. O ancaq müalicə olunmalıdır. Hazırda klinikaların birində fizioterapiya qəbul edirəm. Gözləyirəm, görək həkim gələndən sonra nə deyəcək.

– Müalicəniz bitdikdən sonra sizi yenidən çəkiliş meydançasında görə biləcəyikmi?

– Səhnə adamını, aktyoru xəstələndirən işsizlikdir. Bu o demək deyil ki, mən pulsuzluqdan şikayət edirəm. Mən işləsəydim, rollarım olsaydı, çəkiliş meydançasında olsaydım, səhhətimdə yaxşı olardı, ağrılarım olmazdı. İndi bekarçılıqdan, işsizlikdən fikir edirəm. Bu məni xəstə, əsəbi edir, ağrılarımı artırır. Mən çəkiliş meydançasında ağrılarımı unuduram və özümü yaxşı hiss edirəm. Çəkiliş olsa, vallah, düzələrəm.

O vaxt xəstə idim, xəstəxanada yatırdım, “Nəsimi” filminin ssenarisini gətirdilər. Xəstə də olsam, filmə çəkildim və çəkiliş vaxtı heç bir dəfə də yadıma düşmədi ki, xəstəyəm. O filmdən sonra tamam sağaldım. Uzun müddət, hətta lap uzun müddət çox yaxşı oldum.

Bizim kimi hiss, ruh adamlarına, emosional insanlara belə şeylər çox təsir edir. Mən ilk dəfə 1973-cü ildə bu vəziyyətə düşmüşdüm, bir də indi.

40 ilə qədər həyatımı çəkiliş meydançasında keçirmişəm. Birdən-birə bunlar hamısı kəsildi, dayandı, çəkilişlər olmadı, dəvət gəlmədi. Adam özünə qapılır, əsəbləri dözmür, sıxılır, əsəb sistemində problem yaranır. Buna dözmək olar? Ürəyim partlayır, az qala. Bu da əlavə problemlər yaradır. Mən, əlbəttə, həkimə gedirəm, müalicə alıram. Ancaq niyə bütün bunlar təsir etmir? Çünki iş yoxdur, işsizəm, sıxılıram, çəkilmək istəyirəm, rol almaq, rol oynamaq istəyirəm.

– Dəvət və təkliflər yoxdur? Axı sizin kimi əvəzedilməz aktyorlara çox ehtiyac var.

– Seriallara çağırırlar, ancaq ürəyimcə olmur. Ona görə fikirləşirəm ki, orada çəkilmək mənasızdır. Ürəyimcə bir iş olsa, o iş üçün ürəyimi də qoyaram. Mən səhnə adamıyam. Oynamaq, işləmək istəyirəm. Evdə oturmaq mənlik deyil.

– Yəni ürəyinizcə olan heç bir təklif yoxdur?

– Hazırda yaxşı ssenari var, təklif ediblər. Hələ bir söz deməmişəm. Görək də. Olsa, əlbəttə, yaxşı olar. Gedərəm, başım qarışar, işləyərəm, özümə gələrəm yenidən. Vallah, çəkiliş meydançasında ağrılarımı da unudaram. Allah Fuad Poladova da şəfa versin. İkimiz də sağalaq, filmə çəkilək, inşallah!