Gündəm

  • " width="300" height="266" />
    “Qüds gedərsə, Məkkə, Mədinə, İstanbul, İslamabad, Şam da gedər…” –  Ərdoğandan dünyaya xəbərdarlıq
  • " width="300" height="266" />
    ELDAR MAHMUDOV YENİDƏN İSTİNTAQDA! –Çovdarov sabiq nazirin əleyhinə ifadə verib! FOTOLAR
  • " width="300" height="266" />
    Bakıda Qətərin Milli Günü qeyd edilib –Kəmaləddin Heydərov tədbirdə çıxış edib - FOTO
  • " width="300" height="266" />
    Rəsmi Vaşinqton hədəfə kilidlənir:“İranın qarşısını almaq üçün koalisiya yaratmağımızın şahidi olacaqsınız”
  • " width="300" height="266" />
    Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə yeni səlahiyyət verildi –Detallar
  • " width="300" height="266" />
    Rəsmi Ankara Ermənistana sərt bəyanatla cavab verdi:"Əvvəlcə işğal etdiyiniz torpaqların, Xocalının hesabını verin..."
  • " width="300" height="266" />
    Ərdoğanın baş müşaviri istefa verdi –Yazılı şəkildə səbəbi açıqladı
  • " width="300" height="266" />
    Putinlə Sobçak mətbuat konfransında “atışdı”:"Küçələrdə "saakaşvililərin" qaçmasına imkan verməyəcəyik!"
  • " width="300" height="266" />
    TÜRKİYƏ HƏR AN “AFRİN ƏMƏLİYYATI”NA BAŞLAYA BİLƏR –- Müxalifət də bu əməliyyat üçün hazır vəziyyətdə gözləyir
  • " width="300" height="266" />
    Putin 1700 jurnalistin qabağına çıxdı: “Mənə səs-küy salmaq yox, nəsə təklif etmək vacibdir” –CANLI YAYIM

Müsahibə

  • " width="300" height="266" />
    İLYAS İSMAYILOVDAN QÜDSLƏ BAĞLI MARAQLI AÇIQLAMALAR:"ABŞ dünyanı qlobal dini müharibəyə sürükləyir" - MÜSAHİBƏ
  • " width="300" height="266" />
    FAZİL MUSTAFADAN ELÇİBƏY HAQDA MARAQLI XATİRƏLƏR:"Heydər Əliyev Elçibəylə müttəfiqlikdən imtina etdi" - MÜSAHİBƏ
  • " width="300" height="266" />
    Səyavuş Aslanın oğlu:"Atamdan sonra ocağımız söndü, bir qab yeməyə möhtacam..."
  • " width="300" height="266" />
    Politoloq Armen Badalyan:“Ermənistanın Moskvanın təsirindən çıxması sürətlənir” – MÜSAHİBƏ
  • " width="300" height="266" />
    Elçin Şıxlıdan maraqlı açıqlamalar:"Mehriban Əliyeva öz komandasına rüşvətə meyli olmayan ağıllı şəxsləri seçir" – MÜSAHİBƏ
  • " width="300" height="266" />
    Məşhur fransız kəşfiyyatçısı Alen Rodye:“Qərbdə kim özünü dəyərə mindirmək istəyirsə, rus kəşfiyyatının onu izlədiyini deyir” – Müsahibə
  • " width="300" height="266" />
    70-ə ÇATMIŞ RƏSUL QULİYEV:"Unudulmadığımı və camaatın məndən hələ də nəsə gözlədiyini gördüm" - (MÜSAHİBƏ)
  • " width="300" height="266" />
    Heydər Əliyevin 27 il çap olunmayan müsahibəsi:"Ziyalıların gözləmə, yaxud tam bitərəf mövqeyi məni çox narahat edir..."
  • " width="300" height="266" />
    “VERGİ VƏ GÖMRÜK BİRLƏŞDİRİLİR, YENİ NAZİRLİK YARADILIR…” –İqtisadçıdan sensasion açıqlamalar
  • " width="300" height="266" />
    SÜLHƏDDİN ƏKBƏRDƏN MARAQLI PROQNOZLAR:“Hakimiyyət daxilində böyük müxalifət formalaşır” – MÜSAHİBƏ

Qaynar Qazan

Qapalı Mövzu





Vəkil Bürosu

Dekabr 2017
BE ÇA Ç CA C Ş B
« Noy    
 123
45678910
11121314151617
18192021222324
25262728293031

XƏBƏR LENTİ

15 Dekabr 2017

28 Noyabr 2017 - 12:30

Sabiq türk kəşfiyyatçısı:"Türkiyənin artıq səhv addımlar atmağa dözümü qalmayıb..."

Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahının kəşfiyyat idarəsinin keçmiş rəisi, istefada olan general-polkovnik İsmail Hakkı Pekin APA-ya müsahibə verib.

Strateq.az həmin müsahibəni təqdim edir:

– Suriyadakı proseslər barədə vaxtaşırı sizin fikirlərinizi öyrənmişdik. Soçi görüşündən sonrakı mərhələ barədə nə deyə bilərsiniz?

– Hər şeydən əvvəl bunu deməliyik ki, Suriyadakı vətəndaş müharibəsi başa çatıb. Bundan sonra bölgədə marağı olan dövlətlər Suriyada işlərin siyasi tərəfləri ilə məşğul olacaqlar. Yaranmış vəziyyətə ölkələr necə reaksiya verəcəklər? ABŞ oradan tamamilə çəkiləcəkmi? Rusiya orada qalmağa davam edəcəkmi? İran hansı addımı atmaq istəyəcək?

Türkiyənin maraqları baxımından məsələ məlumdur: Suriyanın ərazi bütövlüyünün qorunmasını istəmişik və istəməyə davam edəcəyik. Hazırda Türkiyənin əsas məqsədi Suriyanın şimalındakı dəhlizin Aralıq dənizinə çıxmasına mane olmaqdır. Türkiyə Fərat çayının nə şərqində, nə də qərbində vahid kürd strukturunun olmasını istəyir. Bu məqsədlə daha əvvəl əl-Baba təşkil etdiyi və uğur qazandığı əməliyyatı indi İdlibdə davam etdirəcək. Bunun üçün, hər şeydən əvvəl, Rusiya ilə razılaşmaların davam etdirilməsi lazımdır. Türkiyə Rusiya ilə razılaşarsa, Afrini mühasirəyə alması asanlaşacaq. PYD terror təşkilatının Menbiç bölgəsində qərar qılması əngəllənməli, oraya ərəblərin gətirilməsinə çalışılmalıdır. Bunun üçün Ankaranın Dəməşqlə əməkdaşlıq etməsi lazımdır.

İndi hamı “kürd kartı”dan öz məqsədi üçün istifadə etməyə çalışır. ABŞ onlarla müttəfiqlikdən vaz keçmədiyi kimi, Rusiya da bəzi məsələlərdə PYD-yə loyal yanaşır. İran üçün isə “kürd məsələsi” çox da önəmli deyil, çünki İranın əsas məqsədi Livan “Hizbullah”ına dəstəyi davam etdirməkdir. Bu vəziyyətdə siyasi proseslər necə olacaq?

ABŞ üçün bölgədəki əsas məsələ İsrailin təhlükəsizliyi olub, bunun üçün İrana qarşı Səudiyyə Ərəbistanı başda olmaqla, bəzi Körfəz ölkələriylə ittifaq yaradılır. Ona görə, PYD/YPG terror təşkilatlarından dəstəyi çəkmək üçün Türkiyəni o ittifaqa çəkmək istəyə bilərlər. Ancaq Türkiyənin o ittifaqa girməsi Rusiya və İran ilə münasibətlərini zədələyə bilər. Ona görə də Türkiyənin bir seçim ərəfəsində olduğunu deyə bilərik: ya ABŞ-İsrail-Səudiyyə Ərəbistanı ittifaqına məcbur edilə bilər, ya da Rusiya və İranla ittifaqa girərək  Suriyada kürd dövlət strukturlarının yaranmasını əngəlləyə bilər.

Hal-hazırkı vəziyyətdə Türkiyənin Çinlə münasibətləri yaxşı olmalıydı. Uzaq mənzilli raket sazişi ləğv edilməsəydi, Çinin bizə faydası dəyərdi. Türkiyənin hansı mövqeyi tutacağını bilmirik. Bütün hallarda ölkəmizin mənafeyi naminə olan addımlar atılmalıdır. Şahmat taxtasında olduğu kimi, 20-25 həmlə o tərəfi görməliyik. İndiki vəziyyətdə bizim daha yaxşı kəşfiyyata və daha sərrast analizlərə həmişəkindən çox ehtiyacımız var. Bəlkə Suriya ilə əməkdaşlıq edərək o ölkədəki kürdləri daha kiçik qruplara bölməli və o cür zəiflətməliyik. Çünki artıq səhv addımlar atmağa dözüm qalmayıb.

– Rusiyadakı bəzi təhlilçilər Soçi görüşünü “İkinci Yalta konfransı” şəklində xarakterizə etdilər. Sizcə də Suriyadan aşağıdakı Körfəz bölgəsi ABŞ-ın nəzarətinə keçdi, Suriya və İraq Rusiya və İranın nəzarətində qaldımı?

– Yaranmış vəziyyətin Yalta konfransının qərarlarına yaxın bir mənzərəni  ortaya çıxardığını görə bilirik. Ona görə də, Türkiyə hər şeyi son dərəcə diqqətlə ölçüb-biçməlidir.

– Bir neçə il əvvəl hörmətli Doğu Perinçek ilə sizi  İstanbul aeroportundan Dəməşqə yola saldığımı xatırlayıram. Oradakı müşahidələriniz və Türkiyədəki analizləriniz Ankara ilə Dəməşqin bir araya gələ biləcəyinə işarə edirmi?

– Hörmətli prezident Ərdoğan da bir neçə gün əvvəl dedi ki, biz heç kimə qapılarımızı bağlamırıq, danışmaq istəyən hər kəsə qapımız açıqdır. Bu baxımdan Dəməşqlə də görüşülə biləcəyini istisna etmirəm.

– Bu ilin əvvəlində Astanada keçirilən ilk üçtərəfli görüşdən bəri Rusiya Türkiyənin “Riyad qrupu” deyilən Səudiyyə Ərəbistan mənşəli müxalifləri masa arxasında görmək istəməsindən narahat idi. Sizcə, Soçi görüşündən sonra Türkiyə o qrupların hamısını özündən kənarlaşdırdımı?

– Türkiyə artıq realist nöqtəyə gəlib. Bu baxımdan Türkiyə ilə Suriyanın durumu bütün parametrləri etibarı ilə bir-birinə çox yaxındır. Türkiyə özünün Orta Şərqə quru yolunun bağlanmaması üçün hətta Livan “Hizbullah”ı ilə də əməkdaşlıq edə bilər. Bütün bu proseslərdə Türkiyənin əməkdaşlıq etməsi lazım olan birinci ölkə isə Suriyadır. PYD/YPG terroruna qarşı müştərək mübarizə və Türkiyənin Orta Şərqə açılan quru yolunun açıq olmasının vacibliyi bunu tələb edir.