Gündəm

  • " width="300" height="266" />
    “Qüds gedərsə, Məkkə, Mədinə, İstanbul, İslamabad, Şam da gedər…” –  Ərdoğandan dünyaya xəbərdarlıq
  • " width="300" height="266" />
    ELDAR MAHMUDOV YENİDƏN İSTİNTAQDA! –Çovdarov sabiq nazirin əleyhinə ifadə verib! FOTOLAR
  • " width="300" height="266" />
    Bakıda Qətərin Milli Günü qeyd edilib –Kəmaləddin Heydərov tədbirdə çıxış edib - FOTO
  • " width="300" height="266" />
    Rəsmi Vaşinqton hədəfə kilidlənir:“İranın qarşısını almaq üçün koalisiya yaratmağımızın şahidi olacaqsınız”
  • " width="300" height="266" />
    Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə yeni səlahiyyət verildi –Detallar
  • " width="300" height="266" />
    Rəsmi Ankara Ermənistana sərt bəyanatla cavab verdi:"Əvvəlcə işğal etdiyiniz torpaqların, Xocalının hesabını verin..."
  • " width="300" height="266" />
    Ərdoğanın baş müşaviri istefa verdi –Yazılı şəkildə səbəbi açıqladı
  • " width="300" height="266" />
    Putinlə Sobçak mətbuat konfransında “atışdı”:"Küçələrdə "saakaşvililərin" qaçmasına imkan verməyəcəyik!"
  • " width="300" height="266" />
    TÜRKİYƏ HƏR AN “AFRİN ƏMƏLİYYATI”NA BAŞLAYA BİLƏR –- Müxalifət də bu əməliyyat üçün hazır vəziyyətdə gözləyir
  • " width="300" height="266" />
    Putin 1700 jurnalistin qabağına çıxdı: “Mənə səs-küy salmaq yox, nəsə təklif etmək vacibdir” –CANLI YAYIM

Müsahibə

  • " width="300" height="266" />
    İLYAS İSMAYILOVDAN QÜDSLƏ BAĞLI MARAQLI AÇIQLAMALAR:"ABŞ dünyanı qlobal dini müharibəyə sürükləyir" - MÜSAHİBƏ
  • " width="300" height="266" />
    FAZİL MUSTAFADAN ELÇİBƏY HAQDA MARAQLI XATİRƏLƏR:"Heydər Əliyev Elçibəylə müttəfiqlikdən imtina etdi" - MÜSAHİBƏ
  • " width="300" height="266" />
    Səyavuş Aslanın oğlu:"Atamdan sonra ocağımız söndü, bir qab yeməyə möhtacam..."
  • " width="300" height="266" />
    Politoloq Armen Badalyan:“Ermənistanın Moskvanın təsirindən çıxması sürətlənir” – MÜSAHİBƏ
  • " width="300" height="266" />
    Elçin Şıxlıdan maraqlı açıqlamalar:"Mehriban Əliyeva öz komandasına rüşvətə meyli olmayan ağıllı şəxsləri seçir" – MÜSAHİBƏ
  • " width="300" height="266" />
    Məşhur fransız kəşfiyyatçısı Alen Rodye:“Qərbdə kim özünü dəyərə mindirmək istəyirsə, rus kəşfiyyatının onu izlədiyini deyir” – Müsahibə
  • " width="300" height="266" />
    70-ə ÇATMIŞ RƏSUL QULİYEV:"Unudulmadığımı və camaatın məndən hələ də nəsə gözlədiyini gördüm" - (MÜSAHİBƏ)
  • " width="300" height="266" />
    Heydər Əliyevin 27 il çap olunmayan müsahibəsi:"Ziyalıların gözləmə, yaxud tam bitərəf mövqeyi məni çox narahat edir..."
  • " width="300" height="266" />
    “VERGİ VƏ GÖMRÜK BİRLƏŞDİRİLİR, YENİ NAZİRLİK YARADILIR…” –İqtisadçıdan sensasion açıqlamalar
  • " width="300" height="266" />
    SÜLHƏDDİN ƏKBƏRDƏN MARAQLI PROQNOZLAR:“Hakimiyyət daxilində böyük müxalifət formalaşır” – MÜSAHİBƏ

Qaynar Qazan

Qapalı Mövzu





Vəkil Bürosu

Dekabr 2017
BE ÇA Ç CA C Ş B
« Noy    
 123
45678910
11121314151617
18192021222324
25262728293031

XƏBƏR LENTİ

15 Dekabr 2017

07 Dekabr 2017 - 13:03

MEHMAN ƏLİYEV HÖKUMƏTİN MEDİA SİYASƏTİNİ SƏRT TƏNQİD ETDİ:"Hakimiyyət cəmiyyətlə informasiya mübadiləsini tamam itirib"- Müsahibə

“Turan” İnformasiya Agentliyinin rəhbəri Mehman Əliyev “Yeni Müsavat” qəzetinə maraqlı müsahibə verib. Mehman Əliyev müsahibəsində qısamüddətli həbsinin səbəblərindən tutmuş, Hacı Məmmədovun müəmmalı ölümü, 2018-ci ilin prezident seçkiləri, ölkədə medianın durumu və s. məsələlərlə bağlı fikirlərini açıqlayıb.

Strateq.az həmin müsahibəni təqdim edir:

 

– Mehman bəy, azadlığa çıxdıqdan sonra fəaliyyətini bərpa etdiyiniz “Turan”da işlər necə gedir? Qısamüddətli həbs işinizə bir maneçilik yaratdımı?

– İlk olaraq, “Turan”a qarşı irəli sürülən ittiham barədə qısa danışım. Avqustun 7-də Vergilər Nazirliyi bizə qarşı ittiham irəli sürdü ki, guya, vergidən yayınmışıq. Ondan sonra səyyar yoxlama və ardınca cinayət işi başladı. Vəziyyət getdikcə gərginləşdi. Biz sənədlər hazırlayırdıq, onlar da yoxlamalara gəlirdilər. Bu, artıq “Turan”ın iş rejimini pozmağa başladı. Avqustun 24-də həbs olundum. Həmin günlərdə işçilərimin hamısını istintaqa çağırırdılar və təzyiqlər edirdilər. İstintaq tələb edirdi ki, onlar imza atıb pulu götürmədiklərini, onu mənə verdiklərini desinlər. Çünki başqa şeylər tapa bilmirdilər. Yalnız ifadələr əsasında, guya, pulları mənimsədiyimi göstərib, məni ittiham etmək istəyirdilər. Bunların heç birini əməkdaşlarım qəbul etmədi.

Avqustun 31-də mənə yeni ittiham irəli sürməli idilər. “Turan”ı mütəşəkkil cinayətkar qrup elan etmək istəyirdilər. Bundan sonra, ola bilsin ki, bir neçə nəfər də həbs olunacaqdı. Amma məlum səbəbdən bunlar baş vermədi. Çünki 31 avqustda “Vaşinqton Post” və “The Guardian” qəzetlərində yazılar çıxdı. Arxasınca 7 sentyabrda Senatda Mehman Əliyevlə bağlı 581 nömrəli düzəliş qəbul olundu. Orada azərbaycanlı məmurlara qarşı sanksiyaların tətbiq olunması qərarı verilmişdi. Qalırdı siyahını elan etmək.

Mən yaxşı bilirəm ki, o siyahıda kimlər idi. Onunla da məni təcili surətdə azad etdilər. Mənimlə bağlı üç tələb qoyulmuşdu, azadlığa buraxılma, cinayət işinin bağlanması və işin bərpa olunması. Demək olar ki, bunların üçü də yerinə yetirilib.

Həbsdə olarkən sərəncam imzaladım ki, sentyabrın 1-dən “Turan”ın maliyyə təsərrüfat işi dayandırılsın. Çünki biz öhdəlikləri yerinə yetirə bilməyəcəkdik, hesabımız bağlı idi, cərimələr tətbiq oluna bilərdi, nəticədə başqa problemlərlə üzləşə bilərdik. Azadlığa çıxdıqdan sonra problemlərimiz yenə qalırdı. Doğrudur, 11 sentyabrda 38 min manat vergidən yayınma ittihamı ləğv olunmuş, amma 4 gün sonra o ittiham bərpa olunmuşdu. Bu onu göstərirdi ki, məni azad edib, amma dolayısı yolla qanunsuzluqlarından əl çəkmək istəmirdilər. Belə ağır vəziyyətdə yenə fəaliyyət göstərir, əsas xəbərləri göndərirdik. Lakin maaşlar yox idi. Əməkdaşlarım inanırdılar ki, azad olunacam. Bunu istintaqda da deyirdilər.

Oktyabrın 1-dən fəaliyyətə başlamağa qərar verdik. Elan edən kimi, hesabımızı təzədən bağladılar. Sentyabrın 28-də Vergilər Nazirliyinin müavini tərəfindən bizə məktub göndərilir ki, cinayət işi davam edir. O zaman ABŞ-dan və başqa Avropa Birliyi ölkələrindən yeni təpkilər gəldi və onlar məni təcili surətdə axtardılar, sənəd verdilər ki, cinayət işinə xitam verilib. Amma bu vaxta qədər hələ cinayət işinə xitam verilən qərarı ala bilmirik. 38 min vergi ittihamı ləğv olunub, onun da qərarını ala bilmirik. Demək olar ki, oktyabrın ortalarından normal şəkildə işləyirik. Açığı, deməzdim ki, fəaliyyətimizə hər hansı maneçilik var. Həbsimdən əvvəlki heyətlə fəaliyyətimizi bərpa etmişik.

– Sadaladığınız proseslərdə əməkdaşlardan “Turan”ı tərk edən olmadı?

– Əslində bizi tərk edənlər çoxdan gediblər. Məsələn, 2000-ci illərin əvvəllərində “Turan”da 45 nəfər adam işləyirdi. İndi 13 nəfər qalıb. Onlardan 7 nəfəri jurnalistdir. Qalanı texniki işçilərdir. Üç dildə çıxdığımız üçün onların əksəriyyəti də tərcüməçilərdir. Belə vəziyyətdə çalışırıq. Qalanlar əvvəldən “Turan”da işləyənlərdir. Əlbəttə ki, onlar heç yerə qaçan deyillər.

– Şəxsiniz və “Turan” ətrafında proseslərin səbəbləri barədə nə düşünürsüz?

– Bəziləri mən həbs olunanda deyirdi ki, Mehman ruslara bağlı olduğu üçün həbs olundu. Vəziyyət dəyişəndən sonra həmin şəxslər tamam başqa sözlər deməyə başladılar. Özləri bilmirdilər ki, nə danışırlar. Bunu əvvəlcədən demişəm ki, mənə və “Turan”a qarşı gedən bu proses azad Azərbaycan mediasına qarşı aparılan siyasətin məntiqi nəticəsidir. Əslində Azərbaycanda azad medianın formalaşdırılması məsələsi var idi. Bunun kim əleyhinə, yaxud lehinə çıxıb, bu, başqa məsələ. Amma 24 avqustda həbsimə qərar hakimiyyət səviyyəsində verilib. Sadəcə olaraq, Qərbin, Amerika və Avropa Birliyinin qəti mövqeyi nəticəsində azadlığa çıxdım.

Bütün bunlar bu şəkildə baş verdi. Qərb Azərbaycanda azad medianın bağlanmasını, onun nəzarətə götürülməsini istəmir. Mənim hakimiyyətin yuxarı səviyyəsində dəfələrlə danışıqlarım gedib, mənə dəfələrlə təkliflər olunub. Bunların hamısından imtina etmişəm. Bütün bunlara görə “Turan”a qarşı bu cür hücumlar olmalı idi. Mənimlə bağlı hətta prezidentin yanına giriblər və deyiblər ki, bu şəxs bizə 2018-ci ildə problem yaradacaq, indidən zərərsizləşdirilməsi lazımdır. Mən yaxşı bilirəm ki, dəfələrlə mənimlə bağlı məsələ qalxıb, amma heç vaxt həbsimə gedilməyib. Bu gün telekanallara baxın. Əhalinin 15-20%-i kanallara baxır. Əhali türk və rus kanallarına daha çox baxır. Deməli, cəmiyyətimiz türk və rus kanallarının nəzarətindədir. Deməli, Azərbaycan mediasının rolu yoxdur. Sizlər azad mətbuatı qapatmısınız, yaxud nəzarətə almısınız, saytlar yaratmısınız, əvəzində nə etmisiniz? Hakimiyyət cəmiyyətlə informasiya mübadiləsini tamam itirib. Jurnalistlərə ev verməklə medianı inkişaf etdirmək olar? Bu gün medianın vəziyyəti çox acınacaqlı bir durumdadır. Media yoxsul, dilənçi gündədir, reketçi olmaq vəziyyətinə salınıb. Bu gün 24 saat efirə gedən kanalı açıblar. Siz 48 saat ərzində nə etmisiniz ki, 24 saat ərzində də nə edəsiniz?! Sadəcə, bunlar pul yemək, pul silmək məsələləridir.

– Hacı Məmmədovun intiharı bu günlərdə ölkə gündəmini zəbt edib. Sizin 12 il həbsdə olan tanınmış məhbusun intiharına münasibətiniz daha maraqlıdır…

– Açığı, belə intiharlara inanmıram. Çünki Hacı Məmmədov bir nəfərlik kamerada cəza çəkirdi. Belə vəziyyətdə mühafizə çox ciddidir. O, çox ciddi informasiya daşıyıcısı idi, ciddi şahid idi. Bu baxımdan mənə elə gəlir ki, burada başqa maraqlı şəxslər olub, məhz onlar Hacı Məmmədovu aradan götürüblər. Onun intihar etməsinə inanmıram. İnsan dəhşətli xəstə ola bilər, ağrılara dözməyərək intihar edə bilər, bu ehtimallar azdır. Bu baxımdan hesab edirəm ki, cəmiyyət və dövlət üçün çox ciddi informasiyaya sahib olan şəxs aradan getdi.

– Həbsdə olduğunuz günlərdə və ondan sonra ölkə gündəminin əsas müzakirə mövzularından biri 10 aydan sonra ölkəmizdə keçiriləcək prezident seçkilərinə iddiasını irəli sürənlər var. Sizcə, prezident seçkilərində müxalifət iqtidara alternativ güc olacaqmı?

– Rəsul Quliyev, Hüseyn Abdullayev və başqaları iddialı olduqlarını deyirlər. Hesab edirəm ki, bunlar zarafat deyil. Prezident seçkiləri üçün ən azından beş il fəaliyyətdə olmalısan ki, iddianı ortaya qoya biləsən. Ondan sonra deyə biləsən ki, bu müddətdə mübarizə aparmışam, artıq seçkilərə gedirəm. Uzun müddət proseslərdə yoxsan, indi gəlib ortalığa çıxıb deyirsən ki, prezident olacam. Əksinə, belə hallar proseslərə ziyandır. Əlbəttə, hər bir şəxsin öz azad qərarı var, amma ölkədəki siyasi proseslərə, mədəniyyətə bu cür hallar çox böyük ziyan vurur. Belə proseslər cocuq oyunları deyil. Hesab edirəm ki, iddialı olan siyasi liderlər mübarizəni hər zaman aparmalıdırlar. Seçki, sadəcə, bir mərhələdir. Bu baxımdan hazırda gedən seçki ilə bağlı proseslərə o qədər də ciddi baxmıram.

Qarşıdakı seçkilərdə müxalifətin birliyinə gəlincə, müxtəlif fikirlər səsləndirmək olar. Məsələn, son prezident seçkilərində Milli Şura yaradıldı. Bu qurumda müxtəlif siyasi mövqedə olan qüvvələr birləşmişdi, ola bilərdi ki, xarici dairələrə cürbəcür bağlı olan qüvvələr də burada var idi. Bütün bunlar bəlkə də müəyyən qədər anormal sayıla bilərdi, amma faktiki bunlar baş vermişdi. Məlum səbəblərə görə də həmin qurumun sonradan dağılıb getməsi başqa məsələdir.

Bir faktı deyim ki, bu seçkilər əvvəlki seçkilərdən fərqlənir. Səmiyyətdə narazılıq var. Bunu nəzərə almaq lazımdır. Xarici təpkilərin olduğu da göz önündədir. Yeni-yeni məsələlər var ki, ortalığa çıxıb. Bunun vasitəsilə də hökumətə təzyiq göstərilir. Bu baxımdan 2018-ci ildə çox şey hakimiyyətin özündən asılı olacaq. Hansı gedişləri edəcəyi məlum deyil. Həm xarici qüvvələrlə, həm də cəmiyyətlə iqtidarın dil tapması əsas rol oynayacaq. Hələ siyasi partiyaları demirəm. Görünən odur ki, hakimiyyət hələ də konstruktiv dialoq qurmaq fikrində deyil. İqtisadi, sosial durumlar da kifayət qədər ağırdır. İnsanlar vəziyyətdən çox narazıdır. Bundan müxalifət də, başqaları da istifadə edə bilər. Prinsipcə, düşünürəm ki, hakimiyyət vəziyyəti görüb, müəyyən addımlar atır.

– Seçkilərə 10 ay qalsa da, müxalifət daxilində bir canlanma yoxdur. Partiyalar arasında da birlik təşəbbüsləri müşahidə edilmir. Demokratik düşərgə bu passivliyi aradan qaldıra biləcəkmi?

– Rəsmi şəkildə bildirilməsə də, müxalifət düşərgəsində bir hissə hesab edir ki, seçkiləri boykot etmək lazımdır, şans görmürlər. Digər tərəf də düşünür ki, seçkilərə qatılıb mübarizə aparmaq lazımdır. Belə bir vəziyyətdə birlikdən söhbət gedə bilməz. Burada cəmiyyətin sosial sifarişinin əsas rol oynayacağını düşünürəm. Bu, olarsa, müxalifətin birləşə bilər. Nəticədə hakimiyyət də ciddi problemlərlə üzləşər. Son prezident seçkilərinin hakimiyyət üçün necə çətin keçdiyi məlumdur. Amerika və Rusiyanın razılığını aldıqdan sonra vəziyyət dəyişdi, Milli Şura dağılmağa başladı və proseslər səngidi. O zaman hakimiyyət müxtəlif vədlər verərək bu prosesləri dəyişmişdi. Sonradan o vədləri yerinə yetirib-yetirməməsi başqa bir məsələdir. Amma onu bilirəm ki, çox vədi yerinə yetirmədilər. Son prezident seçkiləri texniki seçkilər idi. Müsavat və AXCP, sadəcə, bir qədər fəal idi. İlkin olaraq yaranmış Milli Şura formatında seçkilər getmədi. Cəmiyyət də yaxşı bilirdi ki, seçkiləri iqtidar udacaq. Milli Şuranın dağılması da gözləntiləri xeyli aşağı saldı.

– İstər Amerika, istərsə də Rusiya olsun, bu seçkilərdə hakimiyyət qarşısına öz mənafelərinə uyğun sürpriz bir isim çıxara bilərlər?

– Buna inanmıram. Hansı möcüzə ola bilər ki, birdən-birə tanınmayan bir şəxs çıxsın və desin ki, bu xalqın qəhrəmanıyam. Azərbaycanda strukturlaşmış güclü bir hakimiyyət var. Digər tərəfdə isə tanınmış bir müxalifət mövcuddur. Böhran o qədər xaos həddinə çatmayıb ki, kimsə ortaya çıxsın. Məsələn, 1988-ci ildə mitinqlər başlayanda fəhlə olan Nemət Pənahlı meydana çıxmışdı. Bax xaos bu idi. O zaman nə siyasi partiyalar, nə də siyasi xadimlər var idi. Yalnız Kommunist Partiyası mövcud idi. Ona görə birdən-birə Nemət Pənahlı, Etibar Məmmədov kimi simalar ortaya çıxdılar. Belə vəziyyətlərdə bu cür hallar normaldır. İndi amma hər şey idarə olunur, hesablanır, belə bir şəraitdə sürpriz isimlərin meydana çıxması mümkünsüzdür.

– Ənənəvi müxalifət var, bir də siyasi arenaya çıxan yeni qüvvələr var. Məsələn, həbsdəki İlqar Məmmədov, Tural Abbaslı, Əli Əliyev və bu tipli 5-6 siyasi lider. Bu şəxslərin ənənəvi müxalifətdən fərqli olaraq, 2018-ci ildəki şanslarını necə görürsünüz?

– Biz yeni qüvvələr desək də, əslində belə deyil. Məgər İlqar Məmmədov AMİP-in üzvü deyildi? Yaxud başqaları siyasətdə olmayıblar? Gənclər hərəkatları olub, onların rəhbərləri indi yeni qüvvələr sayılırlar. Əslində bu şəxslər sınaqdan keçmiş adamlardır. Onların arxasında bu gün güclü bir sistem, təşkilat da yoxdur. Halbuki bu, çox vacib amildir. REAL hərəkatı da yeni deyil. Səhəri gün partiyaya çevrilsələr belə, yeni qüvvə sayılmırlar ki. 20-25 il tarixlərinin olmaması heç nə demək deyil.

Digər tərəfdən, seçkilərə 10 ay qalır ki, bu da uzun zaman deyil. Bu müddətdə nə baş verə bilər ki, yeni qüvvə meydana çıxsın? Nə olsa ortada olan qüvvələr birləşib, birlik formasında edə bilərlər. Bunun üçün də zamanın sifarişi olmalıdır ki, bunu da hələ ki görmürəm. Proseslər çevik şəkildə dəyişir, bu baxımdan hər şey ola bilər. Bu da hakimiyyətin edəcəyi səhv nəticəsində baş verə bilər.

– Hakimiyyət daxilindən yeni namizədin ola biləcəyi barədə də iddialar var. Bu ehtimal nə qədər yüksək görünür?

– Daha çox fikirləşirəm ki, Mehriban Əliyeva namizəd ola bilər. Düzdür, konstitusiya bir şəxsin bir neçə dəfə namizəd olmasına icazə verir. Amma dördüncü dəfə namizəd olmaq hakimiyyətə müəyyən çətinliklər yarada bilər. Belarusda belə hal ola bilir, çünki qapalı dövlətdir. Bizi demokratiyaya doğru getməyə vadar edirlər. Vitse-prezident təyinatından sonra bu cür iddiaların meydana çıxması gözlənilən idi və hakimiyyət də bunu bilirdi. Bu baxımdan seçkilərə doğru proseslərin daha da intensivləşəcəyini düşünürəm. Bu iddialar gələn il daha aktiv olacaq. Düşünürəm ki, keçid dövrü üçün optimal variant onun namizədliyidir. Referendumun da razılaşdırıldığı hər kəsə məlumdur. Çünki heç bir Qərb ölkəsi buna etiraz etməmişdi. Hətta o zaman Azərbaycana qarşı təzyiqlər birdən-birə səngimişdi. Bu baxımdan daha çox fikirləşirəm ki, Mehriban Əliyeva namizəd ola bilər. Bəziləri də əksini düşünür. İstənilən halda tamam başqa bir namizəd hakimiyyət daxilində görmürəm. Ya indiki prezidentin özü, ya da vitse-prezident namizəd olacaq. İstənilən halda, seçki prosesində Qərbin və Rusiyanın dəstəyini qazanmaq çox vacib olacaq.

– Referendumdan sonra həbsinizə qədər daha çox islahatlardan danışırdınız. Müəyyən dəyişiklər oldu, son olaraq da, Qubanın icra başçısı vəzifəsini itirdi. Bunları islahatların davamı saymaq olarmı?

– İslahatlarla bağlı demişdim ki, hakimiyyət buna getməyə məcburdur və başqa bir yolu da yoxdur. Müəyyən islahatlar aparılır. Amma köklü, gözə çarpan islahatları biz görmürük. İqtisadiyyatın inkişafının qarşısını alan prinsipial məsələlər var ki, burada heç bir dəyişiklik yoxdur. Əslində hakimiyyətin islahatları yubandırmağa çalışdığı görünür. Buna səbəb də, neftin qiymətinin bir az qalxmasıdır. Sanki hakimiyyət bir qədər rahatlanmış durumda görünür. Vəziyyət daha da pisləşməlidir ki, hakimiyyət desin ki, addımlar atırıq. Neftdə artım var, cəmiyyət də susur, nəticədə hökumət atacağı addımları yubadır. Açığı hesab edirəm ki, hakimiyyət seçkilərə qədər hər hansı bir ciddi dəyişikliklərin aparılmasında maraqlı deyil. Çünki fikirləşirlər ki, bu hər hansı bir fəsadlar verə bilər. İslahatların yubanmasını neftin qiymətindəki artımla əlaqələndirirəm. Bu dəfə dövlət büdcəsinə beş milyard artırdılar, bunu da neftin hesabına etdilər. Əslində vəziyyət getdikcə pisləşir.

– “MTN inqilabı”ndan sonra həyata keçirilən məhkəmələr ötən həftə başa çatdı. Bu məhkəmələri necə dəyərləndirirsiz?

– O vaxt yazdığım yazımda MTN hadisələrinə başqa cür yanaşdığımı qeyd etmişdim. Əvvəl dövlət çevrilişinin hazırlandığı deyilirdi. Sonradan vəzifədən sui-istifadə edildiyi bildirildi. 500 nəfərə yaxın şəxs vəzifəsindən azad olundu, çoxsaylı həbslər oldu. MTN elə bir strukturdur ki, orada nəsə baş versin, kənara heç bir informasiyanın sızdırılmaması mümkün deyil. Çünki orada hamı bir-birinə nəzarət edir. Hələ də o proseslərin başqa bir proses olduğu düşüncəsindəyəm. Hesab edirəm ki, xarici qüvvələrin təsiri altında bu proseslər baş verdi. MTN-in bəzi beynəlxalq məsələlərdə iştirakı üzə çıxmışdı. Məsələn, MTN hadisələrindən bir müddət əvvəl Amerikada İŞİD-in maliyyələşdirilməsi məsələsinə 28 dövlətin iştirakı ilə baxılmışdı, hesabat var idi ki, bir sıra MDB ölkələri vəsait ayırırlar ki, onlara toxunmasınlar, stabilliyi pozmasınlar. Bunları baş düşürəm, ölkəni qorumaq üçün edilir. Eldar Mahmudovun işdən çıxarılmasının hansı məlum ərəfəyə təsadüf etdiyini də unutmayaq. Rabitə Nazirliyində də gedən proseslər də təsadüfi deyil. Bunlar bir-birinə bağlı məsələlərdir. Burada elə məsələlər var idi ki, böyük dövlətlərin maraqlarına toxunmuşdu. Açığı, MTN hadisələrində xəyanət görmürəm, ola bilər ki, kimlərsə bunun olduğunu düşünür, bəlkə də var. Mahmudovun, guya, əlində olan bəzi kompromatlara görə azadlıqda qaldığı deyilir, amma bunun belə olduğunu düşünmürəm.

– Hazırda Amerikada iş adamı Rza Zərrabın gedən məhkəməsi dünya gündəmində ciddi maraq doğurub. Bu, Qərbin Türkiyəyə “Rza Zərrab oyunu” kimi qəbul edilir…

– Vaxtaşırı belə hallar bir çox dövlətlərə qarşı olur. Maliyyə axınları o qədər ciddi izlənilir ki, sonunda bu cür vəziyyətlərdə istifadə olunur. Belə vəziyyətləri hər an gözləmək olar. Düşünürlər ki, bizim filankəslərlə yaxşı münasibətlərimiz var, bizə qarşı belə etməzlər. Amma unutmaq olmaz ki, yaxşı münasibətlər əbədi deyil. Əsas olan əbədi maraqlardır. Maraqlar da dəyişə bilər. Böyük dövlətlərin maraqları dost və digər münasibətlərdən üstündür. Dövlətin maraqları ortaya çıxanda hər dövlət öncəliklə özünün maraqlarını təmin etməyə çalışır. Açığı bilmirəm ki, bu məsələlərdə indi hansı şərtlər qoyulub. Türkiyədə də eyni vəziyyətdir və bunun təzyiq olduğunu düşünürəm.

– NATO-nun təlimlərində Türkiyəyə qarşı məlum təxribatından sonra Rza Zərrab məsələsinin ortaya çıxması təsadüfdürmü?

– Bu, təsadüfi də ola bilər, sistemli şəkildə də. Ola bilər ki, qıcıqlandırmaq üçün belə edirlər ki, sən nə cavab verəcəksən. Necə ki, Məhəmməd Peyğəmbərin karikaturaları yayılır, müsəlman dünyası ayağa qalxır, aksiyalar keçirilir. Amma ikinci dəfə bu hal baş verəndə artıq adi qarşılanır. Bu baxımdan bu məsələlərdə Türkiyəni qıcıqlandırmaq niyyəti var. Amma bunun əsas məsələ olduğunu düşünmürəm. Burada tərəflərin gücü və səviyyəsini göstərmək məqsədi daha real görünür. Mühüm məsələlərlə bağlı qapalı formada danışıqların getdiyini zənn edirəm. Qarşı tərəf müəyyən məsələlərin Türkiyə tərəfindən həyata keçirilməsinə çalışır. Bu məsələlərin nədən ibarət olduğu, təbii ki, tam məlum deyil.

– Son sualım, Dağlıq Qarabağla bağlı son aylarda bir sıra ciddi hadisələr baş verdi. Rusiya XİN-in rəhbəri Sergey Lavrov Bakıya gəldi, məlum etiraz doğuran açıqlama verdi, buradan da İrəvana getdi. Eyni zamanda, noyabrın 24-də Brüssel sammiti oldu…

– Dağlıq Qarabağla bağlı müəyyən aktivlik var. Bu aktivliyin qısamüddətli olacağını düşünürəm. Çünki gələn əvvəl Ermənistanda, sonra da biz də seçki prosesləri başlayır. Qərb və Rusiya tərəfindən Azərbaycan və Ermənistana daha çox tələblər qoyulur ki, bu seçkilərdə Dağlıq Qarabağ faktorundan istifadə olunmasın, çalışırlar ki, qeyri-stabillik yaranmasın. Atəşkəsin qalmasında, status-kvonun qorunmasında maraqlıdırlar. Əslində danışıqlar bunun ətrafında gedir. Anjey Kasprşikin Müşahidə Şurasının genişləndirilməsi barədə dedikləri təsadüf deyil. Əslində nəzarəti gücləndirirlər. Qarantiyanın olmasını istəyirlər ki, atəşkəsin pozulmayacağına əmin olsunlar. Tərəflər prinsipcə bu vəziyyətdə maraqlıdırlar. Brüssel sammitindən güclü çıxdığımızı deyə bilmərəm. Çünki saziş imzalamadıq. İndiyə qədər Rusiyanın təzyiq etdiyini deyirdik, Gürcüstan nümunəsini gətirirdik. Amma Ermənistan sazişi imzaladı. Bizim əl-qolumuz Ermənistandan fərqli olaraq açıqdır. Düşünürəm ki, Avropa qurumları ilə danışıqların hər birində demokratiya, insan haqları və bu kimi məsələlər böyük əhəmiyyət kəsb edir. Qarşıdan gələn seçkilərdə də bunlar hakimiyyət üçün olduqca vacib olacaq. Hakimiyyətin tezliklə sazişi imzalayacağını düşünürəm. Brüssel sammitinin yekunları bunu deyir. Seçkilərdə Avropanın dəstəyini almaq üçün o sazişə getmək iqtidar üçün çox vacib olacaq. Cəmiyyət olaraq, bu, bizim üçün də çox faydalıdır.

Cavanşir ABBASLI

musavat.com