Gündəm

Müsahibə

Qaynar Qazan

Qapalı Mövzu


Vəkil Bürosu

Qadın Sözü

Aprel 2018
BE ÇA Ç CA C Ş B
« Mar    
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30  



XƏBƏR LENTİ

25 Aprel 2018
24 Aprel 2018

26 Yanvar 2018 - 10:47

Professor Xaləddin İbrahimli:“Türkiyə Suriyanın federallaşmasına qarşı sona qədər dirəniş göstərəcək” – MÜSAHİBƏ

Türkiyə Silahlı Qüvvələri Afrində toplaşan PKK terrorçulularına qarşı hərbi əməliyyatları uğurla davam etdirir. Üç gün ərzində terror qruplaşmasının əsas hədəfləri aviasiya və artleriya zərbələri ilə məhv edilib. Bundan sonra Türk ordusu və Azad Suriya Ordusunun bölmələri quru əməliyyatlarına başlayaraq onlarla kəndi PKK-çılardan təmizləyib.

Türkiyədə yaşayan azərbaycanlı professor Xaləddin İbrahimli Afrin əməliyyatını, bölgə dövlətlərinin bu hadisələrlə bağlı maraqlarını və situasiyanın perspektivlərini “Bizim Yol” qəzetinə şərh edib.

Strateq.az müsahibəni oxucularına təqdim edir:

 

– Afrin əməliyyatında Türkiyənin əsas hədəfi nədən ibarətdir?

– Türkiyə Suriya ilə sərhəddə yeni bir dövlətin yaradılmasına izin vermək istəmir və verməyəcək. Bu Türkiyə üçün həyati bir təhlükədir.

– Türkiyə Rusiya ilə əməliyyatdan əvvəl yüksək səviyyədə müzakirələr apardı və razılıq əldə etdi. Nəticədə rus hərbi kontingenti əməliyyat bölgəsindən çıxarıldı. Bəs İranla kəskin ziddiyətlər niyə yarandı? Üç ölkə arasında Suriya ilə bağlı bir anlaşma əldə olunmuşdu, daha sonra Afrində PKK-nın silahlı qolunu Pentaqon formalaşdırır. Belə çıxır ki, bu məsələdə ABŞ və İranın mövqeləri üst-üstə düşür…

– Türkiyənin Afrin əməliyyatı bölgədə marağı olan dövlətlərin mövqelərinin öyrənilməsi baxımından bir test kimi də dəyərləndirilə bilər. Suriya hadisələrindən zərər görən 3 dövlət və millət var: Suriyanın özü, İraq və Türkiyə. Nə Rusiya, nə ABŞ, nə Avropa Birliyi, nə də İran burdakı hadisələrdən sözügedən 3 dövlət kimi təsirlənmir. Amma Türkiyəyə necə davranmaqla bağlı ağıl verirlər. Hansı dövlət qulağının dibində yaradılan belə gərginliklərə biganə qala bilər? Türkiyə nə etməli idi? İran Suriya ilə heç bir sərhəddə malik deyil, amma Suriyada oturub. Əhalinin boğazından kəsib burdakı əməliyyatlara milyardlar xərcləyir. Kütləvi iğtişaşlardan da dərs almamış kimi görünür. Fransanın dərdi isə svaş bitəndən sonra Suriyanın bərpasına dəstək adı ilə bölgəyə girməkdir. Bəşər Əsədə “səninləyik” mesajı verir.

– ABŞ əvvəl Türkiyəyə sərt müqavimət göstərdi amma sonradan bir qədər geri çəkildi. Bu manevr hansı zərurətdən doğdu?

– ABŞ Orta Doğuda uduzdu, planları alt-üst oldu. Amma daxilində də yaratdığı gərginlikdən belə nəticə çıxarıb məkrli planlarından əl çəkmək istəmir. Bir tərəfdən bölgəni Rusiyaya tərk etmək istəmir, digər tərəfdən isə Türkiyəyə basqıdan əl çəkmir. Bu ikisi bir arada imkansızdır. Düşünürdü ki, Türkiyə Afrində hərbi əməlyyatlara başlamaz. Amma hərbi əməliyyatlar başlayanda “soyuqqanlı olun” deməyə məcbur oldu. Bu hadisələr göstərdi ki, ABŞ özünü Orta Doğuda çıxmaza salıb, hadisələrin arxasınca gedir. Çox mütəxəsisslər bunu imkansız kimi görürlər. Amma gerçəklik belədir.

– Əməliyyatın yüksək dəqiqliklə aparılmasında Rusiyanın hər hansı rolu varmı? Türk ordusuna logistik vəs s dəstək verməsi barədə iddialar nə dərəcədə doğru ola bilər?

– Dünyada heç bir ordu TSK qədər dəqiq əməliyyat apara bilmir. Bu dəfələrlə sübut olunub. Ən dağıdıcı əməliyyatları aparan ordulardan biri Rusiya ordusudur. Bu da dəfələrlə sübut olunub. Ortada əskəri informasiya mübadiləsi var. Bu Pentaqonla da edilir.

– Afrin əməliyyatın perspektivini necə görüsünüz, bu hadisə Suriyanın gələcək şəkilləndirilməsinə necə təsir göstərəcək?

– Türkiyə Fərat çayını sahilinə qədər bir bölgəni terrordan təmizləyib Suriya xalqına təslim edəcək. Buna heç kəsin şübhəsi yoxdur. Hətta nankor Bəşər Əsəd də bunu yaxşı bilir. Türkiyə İstər Suriyanın, istərsə də İraqın ərazi bütövlüyünü bəlkə də Şam və Bağdad rejimindən də çox istəyir və bunun üçün əlindən gələni edir. Əmin ola bilərsiniz ki, sabah ABŞ, Rusiya, İran Suriyanın federallaşmasını istəsə, indiki Şam rejimi buna dirəniş göstərməyəcək, göstərə bilməyəcək, amma Türkiyə sonuna qədər dirəniş göstərəcək.