Gündəm

Müsahibə

  • " width="300" height="266" />
    Neft Araşdırmaları Mərkəzinin rəhbəri:"Azərbaycan neft layihələrindən 155 milyard dollardan çox qazanıb" - MÜSAHİBƏ
  • " width="300" height="266" />
    PUTİNİN AZƏRBAYCANLI DOSTU:"Mənə hər hansı tapşırıq verilsə, onu həyata keçirməyi özümə borc biləcəm" - MÜSAHİBƏ
  • " width="300" height="266" />
    Rusiyalı təhlilçi Qriqori Trofimçuk:"Koçaryan hakimiyyətə idda etsə, ölkədə durum sabitsizləşəcək" - MÜSAHİBƏ
  • " width="300" height="266" />
    Keçmiş deputat Kərim Kərimov:“Naxçıvana - Heydər Əliyevin yanına gedənlər arasında Etibar Məmmədov da vardı”
  • " width="300" height="266" />
    Yaqub Mahmudov:“Nuru Paşa Azərbaycan ordusu ilə əməkdaşlıq etmədən tarixi vəzifələri yerinə yetirə bilməzdi” – MÜSAHİBƏ
  • " width="300" height="266" />
    DEPUTAT MƏLAHƏT İBRAHİMQIZI:“Bu yubiley tədbiri ermənilərə və onları dəstəkləyən qüvvələrə mesajdır”- MÜSAHİBƏ
  • " width="300" height="266" />
    Professor Cəmil Həsənli:"15 sentyabrı «Qurtuluş günü» adlandıra bilmirlərsə, «Paytaxt günü» desinlər"
  • " width="300" height="266" />
    Sülhəddin Əkbər:"Hazırda sionizm öz gücünün zirvəsindədir" - MÜSAHİBƏ
  • " width="300" height="266" />
    PROFESSOR XALƏDDİN İBRAHİMLİ:"Suriyada konsensus Qarabağ məsələsində də anlaşmaya yol aça bilər" - MÜSAHİBƏ
  • " width="300" height="266" />
    Zərdüşt Əlizadə:“Mümkündür ki, Bəşər Əsəd getsin...” – MÜSAHİBƏ  

Qaynar Qazan

  • " width="300" height="266" />
    “STRATEQ BAXIŞI”nda QARABAĞ MÜZAKİRƏSİ:“Rusiya ilə indiki anda anlaşma bütün Azərbaycanı itirmək deməkdir" - VİDEO
  • " width="300" height="266" />
    Zəlimxan Məmmədli:"Görürəm ki, mənim mindiyim gəmi batır" - VİDEO
  • " width="300" height="266" />
    Dostu “Basqal Həsən” Əbülfəz Elçibəydən danışdı:“Dünyasını dəyişəndə elə bildim ki, həyatım dayandı”-VİDEO
  • " width="300" height="266" />
    Zəlimxan Məmmədli:“Gürcüstanın xoşbəxtliyi Azərbaycan, Türkiyə və Türk Dünyası ilə bağlıdır”-VİDEO
  • " width="300" height="266" />
    Zəlimxan Məmmədli Elçibəyə xəyanətdən danışdı:“Elçibəyin namizədliyinə əngəl olan hər kəs mükafatını aldı”-VİDEO
  • " width="300" height="266" />
    DEPUTAT FƏZAİL AĞAMALIDAN ZƏRDÜŞT ƏLİZADƏYƏ SƏRT CAVAB:“Elçibəyin əleyhinə ifadə verən onun atası Məmməd Mübariz olub” - MÜSAHİBƏ
  • " width="300" height="266" />
    ZƏRDÜŞT ƏLİZADƏDƏN QALMAQAL SALACAQ AÇIQLAMALAR:"Qapı açıldı və Vaqif Hüseynovla Əbülfəz bəy gülə-gülə çıxdılar...“ - VİDEO
  • " width="300" height="266" />
    Zərdüşt Əlizadədən ağır sözlər:"KQB ARXİVLƏRİ AÇILMADIĞINIDAN, BU GÜNDƏYİK"-VİDEO
  • " width="300" height="266" />
    Zərdüşt Əlizadə:“HEYDƏR ƏLİYEV GƏLƏNDƏN SONRA 12 İRAN GENERALI DA GƏLİB OTURMUŞDU BAKIDA” - VİDEO
  • " width="300" height="266" />
    “STRATEQ BAXIŞI”nda növbəti müzakirə:“İRAN VURULARSA, NƏLƏR OLAR?” - VİDEO

Qapalı Mövzu


Vəkil Bürosu

Qadın Sözü

Sentyabr 2018
BE ÇA Ç CA C Ş B
« Avq    
 12
3456789
10111213141516
17181920212223
24252627282930



XƏBƏR LENTİ

21 Sentyabr 2018
20 Sentyabr 2018

Digər Xəbərlər

26 Yanvar 2018 - 19:21

PREZİDENT KÖMƏKÇİSİ MEHMAN ƏLİYEVİN ÜZƏRİNƏ AÇIQ HÜCUMA KEÇDİ:"...Bu, onun aldığı növbəti tapşırıqdır" - MÜSAHİBƏ

Azərbaycan Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov “Turan” İnformasiya Agentliyinin direktoru Mehman Əliyevin "Xural" qəzetinin baş redaktoru Əvəz Zeynallının "Qaynar Qazan" verilişində onun ünvanına söylədiyi ittihamlara "Yeni Müsavat" qəzetində (musavat.com saytında) cavab verib.

Xatırladaq ki, Mehman Əliyev Prezident köməkçisi Əli Həsənovu onun həbsinin əsas təşkilatçılarından biri olmaqda suçlayır.

Strateq.az Əli Həsənovun həmin müsahibəsini oxuculara təqdim edir:

 

–  Əli müəllim, Azərbaycan Prezidentinin  media siyasətinin həyata keçirilməsinə məsul olan köməkçisi kimi, Mehman Əliyevin həbs olunması və sonradan da azadlığa buraxılmasında sizin hansısa iştirakınız olubmu?

 – Təəssüf edirəm ki, Mehman Əliyev heç bir  fakta söykənmədən bir neçə müsahibə və açıqlamasında bu tipli əsassız iddialar irəli sürüb və sizin də qeyd etdiyiniz kimi, Azərbaycan dövlətinin informasiya siyasətinin həyata keçirilməsinə, həmçinin ölkədə qanunçuluğun qorunmasına məsul olan yüksək ranqlı dövlət məmurları haqqında mənfi rəy formalaşdırmaq istəyib. Mehman Əliyev  iddia edib ki, onun həbsi Cənab Prezidentin köməkçisi kimi mənim və Baş prokuror Zakir Qaralovun təşəbbüsü ilə ali rəhbərlik səviyyəsində müzakirə olunaraq həyata keçirilib. O, hətta daha da irəli gedərək, həbs qərarının guya 2018-ci il prezident seçkiləri ilə bağlı olduğunu, Mehmanın hansısa ciddi islahat konsepsiyasının mövcudluğunu və Administrasiyaya təqdim edildiyini, həmin sənədin sonradan mənim əlimə keçdiyini və daha sonra bu həbsə qərar verildiyini iddia edib. Tam qətiyyətlə bildirirəm ki, bu iddia absurddur və qətiyyən həqiqətə uyğun deyil. Kökündən yanlış fikir və mülahizələrdir, dövlətin informasiya siyasətini və bu işə birbaşa məsul şəxs kimi mənim reputasiyamı qaralamaq məqsədi daşıyır.

– Sizcə, bu iddiaların ortaya atılmasında məqsəd nədir?

– Mehman Əliyev məqsədyönlü şəkildə səsləndirdiyi bu tipli  açıqlamalara heç özünün də inanacağı qədər sadəlövh insan deyil. O, Azərbaycan dövlətinin media siyasətinin 90-cı illərdən başlayaraq necə formalaşdığını və həyata keçirildiyini, bu siyasətin keçən dövrdəki effektli nəticələrini, xarici dairələrin onun rəhbərlik etdiyi agentlik və digər qurumlar vasitəsilə ölkədaxili proseslərə müdaxilə cəhdlərini və buna nail ola bilmədiklərini çox yaxşı bilir. Qoy mənə dünyada ölkə göstərsin ki, orada dövlət öz mediasını idarə etməyə çalışmır və başlı-başına buraxır. Odur ki, Mehman Əliyev də nə dediyinin fərqindədir və bu fikirlərin səsləndirilməsi sadəcə olaraq onun aldığı növbəti tapşırıqdır…

Mən Mehmanı gəncliyindən tanıyıram. 1980-ci illərin sonu 90-cı illərin əvvəlində M.V.Lomonosov adına Moskva Dövlət Universitetində onunla paralel təhsil almışıq. O, jurnalistika, mənsə tarix fakültəsində oxuyurduq. Hər ikimiz də siyasətə elə həmin dövrdən qoşulmuşuq və ikimiz də əliyevçi olmuşuq. Sadəcə o, Əbülfəz Əliyevi, mənsə Heydər Əliyevi təbliğ etmişəm. Mehman da, mən də öz mövqeyimizdə, dünyagörüşümüzdə həmişə sabit, prinsipial və sadiq olmuşuq. Biz mövqe fərqimizi qoruyub saxlamışıq və bu amil ümumi münasibətmizə heç zaman mənfi təsir göstərməyib. Düşünürəm ki, heç indi də göstərməməlidir. Mehman Azərbaycanın inkişafını və xalqımızın firavan gələcəyini öz mövqeyinə uyğun təsəvvür edir, mənsə başqa cür – bu firavanlığın və inkişafının məhz indiki iqtidarın təmin etdiyini və gələcəkdə də edəcəyinə əminəm. O ki qaldı Mehmanın ciddi-cəhdlə keçmiş həbsini konkret vəzifəli şəxslərin, o cümlədən də mənim adımla bağlamağına və bu məsələni siyasiləşdirmək cəhdinə, bunu da yaxşı anlayıram. O, özünü və ətrafdakıları adi jurnalist deyil, daha yüksək statuslu bir şəxs olduğuna inandırmaq istəyir. Olsun, buna bizim etirazımız yoxdur. Amma bizim üçün, hökumətimiz üçün Mehman Əliyev də digər KİV təsisçilərindən və rəhbərlərindən fərqlənmir. O həm jurnalistdir, həm sahibkardır, həm də xarici fond və qurumlarla işləyir. Deməli, bəlli öhdəliyi olan məsul şəxsdir. Amma kim olursa-olsun, ölkənin qanunları qarşısında, o cümlədən vergi öhdəlikləri qarşısında heç bir əlavə üstünlüyə, immunitetə malik deyil.

– Ümumiyyətlə, Mehman Əliyevin həbsi ilə bağlı siyasi dairələrdə hansısa müzakirə aparılması faktı olubmu?

– Sizə artıq məlumdur ki, 2017-ci ilin avqustunda “Turan” İA-nın direktoru kimi onunla bağlı vəzifə səlahiyyətlərindən sui-istifadə, vergi öhdəliklərindən yayınma və qanunsuz sahibkarlıq maddələri ilə ittiham irəli sürülmüş və Yasamal Rayon Məhkəməsinin qərarı ilə barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdi. Bununla bağlı birmənalı bəyan edirəm ki, onun həbsi məsələsi Cənab prezidentin yanında xüsusi müzakirə olunmayıb ki, həmin müzakirələrdə də hansısa məmurlar iştirak etsin. Mehman Əliyev müvafiq orqan tərəfindən konkret maddə ilə günahlandırılaraq məhkəmənin qərarı ilə saxlanılıb. Bundan sonra, o, özü barəsində seçilmiş məhkəmə qərarının dəyişdirilməsi ilə bağlı Azərbaycan Prezidentinə müraciət ünvanlamışdı, dövlət başçısı da həmin müraciətə dərhal münasibət bildirərək aidiyyəti orqanlara həbs qətimkan tədbirinin dəyişdirilməsi imkanına baxılmasını tövsiyə etmişdi. Təbii ki, cənab Prezidentin tövsiyəsi humanizm prinsiplərinə əsaslanıb və dövlət başçısının 2017-ci il 10 fevral tarixli Sərəncamında əks olunmuş ideya və prinsiplərə tam uyğun olub.

Buna görə də bu gün aidiyyəti dövlət strukturlarının qanuni fəaliyyəti, məhkəmə orqanının obyektiv qərarı ilə dövlət başçısının müvafiq tövsiyəsi arasında ziddiyyət axtarmaq, həm də bundan çıxış edərək yüksək ranqlı məmurlar haqqında əsassız iddialar irəli sürmək və məlum hadisəni siyasiləşdirmək cəhdi yolverilməzdir.

M.Əliyevin hazırkı xüsusi fəallığı və həbsi ilə bağlı ictimai rəydə yanlış fikir formalaşdırmaq cəhdinin özü də bizdə məqsədyönlü fəaliyyət təəssüratı yaradır. Əvvəla, o, Azərbaycanda siyasi motivlərlə həbslərin həyata keçirildiyini nümayiş etdirmək, bununla da həm yerli, həm də beynəlxalq ictimaiyyətin gözündə hakimiyyətin mövcud siyasətini ləkələmək istəyir. Digər tərəfdən isə, bu tipli müsahibələrin, açıqlamaların məqsədli şəkildə fəaliyyət göstərən reket saytlarda tirajlanması məsələnin kökündə bəlli dairələrin maraqlarının dayandığı barədə düşünməyə əsas yaradır. Görünür, bu qüvvələr öz cılız ambisiyalarını reallaşdırmağa çalışarkən onun yekun nəticəsi barədə düşünmürlər. Təbii ki, bu da yalnız təəssüf doğura bilər.

Hesab edirəm ki, hər bir şəxs, o cümlədən də Mehman Əliyev  məsuliyyətli davranmağı bacarmalı, reallıq hissini itirərək yanlış informasiyalar və istiqamətləndirmələrin təsiri altına düşməməlidir.

Elşad Məmmədli,
Musavat.com