Gündəm

Müsahibə

  • " width="300" height="266" />
    “DƏRİN DÖVLƏT” HƏSƏN RUHANİNİ DEVİRMƏK İSTƏYİR –İran islahatçılarının günbəgün artan əndişəsi - MÜSAHİBƏ
  • " width="300" height="266" />
    İsrailin Azərbaycandakı səfiri Dan Stav:"Qəzzada olanlara görə HAMAS məsuliyyət daşıyır" - MÜSAHİBƏ
  • " width="300" height="266" />
    Yaxın Şərq üzrə məşhur ekspert:“TRAMP VƏ NETANYAHU ÜÇÜN ƏSAS HƏDƏF İRANDIR” – Müsahibə
  • " width="300" height="266" />
    DEPUTAT QÜDRƏT HƏSƏNQULİYEV:"Son 30 ildə ilk dəfə Qarabağı almağımız üçün əlverişli şərait yaranıb" - MÜSAHİBƏ
  • " width="300" height="266" />
    Təhsil eksperti Kamran Əsədov:“Ölkədə ali təhsilli işsizlər ordusu yaranıb”  - MÜSAHİBƏ
  • " width="300" height="266" />
    Hikmət Hacızadə:“Qarabağ probleminin bütün açarları Moskvadadır” – MÜSAHİBƏ
  • " width="300" height="266" />
    PROFESSOR QULU MƏHƏRRƏMLİ:"Cəmiyyətin tör-töküntüləri ekrana daşınıb, dəyərlərimizə səlib yürüşü başlayıb” - MÜSAHİBƏ
  • " width="300" height="266" />
    Yaqub Məmmədov:“Karl Marks kimi nəhəngin heykəlini yıxıb yerində “benzinkolonka” tikiblər” – MÜSAHİBƏ
  • " width="300" height="266" />
    Tofiq Zülfüqarov:“Paşinyanın vertolyotuna tərəf atəş açılsaydı, pis olmazdı” – MÜSAHİBƏ
  • " width="300" height="266" />
    Aureliya Qriqoriu:“Ermənistandakı son hadisələr Dağlıq Qarabağ münaqişəsinə ciddi təsir göstərməyəcək” (Müsahibə)

Qaynar Qazan

Qapalı Mövzu


Vəkil Bürosu

Qadın Sözü

May 2018
BE ÇA Ç CA C Ş B
« Apr    
 123456
78910111213
14151617181920
21222324252627
28293031  



XƏBƏR LENTİ

22 May 2018
21 May 2018

Digər Xəbərlər

14 Fevral 2018 - 18:54

İsrail politoloqundan qalmaqallı açıqlamalar:“Azərbaycan İrana hücum üçün ən əlverişli yerdir" – Müsahibə

İsrail şərqşünası, iranşünası, Qüds Yəhudi Universitetinin əməkdaşı Vladimir Mesamed Suriyada və bölgədəki durum, xüsusən də İranla münasibətlər haqda "EADaily"nin müxbirinin suallarına cavab verib.

Strateq.az həmin müsahibənin tərcüməsini oxuculara təqdim edir.

 

– Yaxın Şərqdə durum gərginliyi sürdürür. Suriya münaqişəsinə getdikcə daha çox ölkə cəlb olunur – bu, həm İsrail, həm Rusiya, həm Türkiyə, həm İran və s.-dir. Son hadisələr bölgə və dünya üçün hansı təhdidləri daşıyır?

– Bu cür səviyyədə kəskinləşmə baş verərkən dünyanın kürəsəl mənzərəsi dəyişilir. İsraildə İranın yayılma təhlükəsini görürlər. İran İslam Respublikası (Suriya üzərindən-tərc.) İsrail sərhədlərinə yaxınlaşıb və bu, bizim üçün olduqca dəhşətli durumdur. Biz İran nüvə proqramından danışarkən düşünmürük ki, İran hökmən İsrailə atom bombası atacaq. Bir xeyli digər amillər var, axı İran cəmiyyətinə uzun illər boyu təlqin olunub ki, İsrail İİR-in baş düşmənidir. İranda hər şeyi ruhanilər həll edir. Yetərincə qoca yaşlarında mollalar bu ölkədə hakimiyyət başındadır. Onlar indiki zəmanənin gerçəkliklərini həmişə başa düşmür və buna görə də hansısa ifrat tədbirlərə əl ata bilərlər.

Biz həmişə hesab etmişik ki, İranla bitişik deyilik, İİR uzaqdadır, biz güvəndəyik. Aramızda Suriya, Livan var. Buna görə də İran təhlükəsi (bu, Cənubi Qafqaz üçün də var) yetərincə mücərrəd görünüb. Amma indi Tehran Suriya kampaniyasına fəal qoşulanda və İran qüvvələri praktik olaraq bütün Suriyada yerləşəndə və hətta öz hərbi bazalarını yarada bilərkən İsraildə təhlükənin miqyaslarını başa düşüblər.

Biz o cümlədən Rusiyanın yüksəkçinli məmurlarıyla görüşlərdə məsələ qaldırırıq: İranın İsrailin yaxınlığında iştirakını necəsə “aralamaq” olarmı? Axı onlar İsrail sərhədi, Holan təpələrinə qədər 10 km-lik zonadadırlar. Bu yaxınlarda bizdə İran pilotsuzu vurulub və israil buna reaksiya verərək bir neçə hədəfi atəşə tutub. Həmin gün bizdə hamı düşünürdü ki, müharibə başlanır – özü də Suriya deyil, İran istiqamətində.

İran – İsrailə birinci dərəcəli təhlükədir. Lakin bu, həm də sünni-şiə qarşıdurmasının əlavə amilidir. Səudiyyə Ərəbistanı İranın atom proqramına qarşı çox sərt şəkildə çıxış edir. Qərbyönlü sünni rejimləri kimi. Onlar hesab edirlər ki, İran bölgəsəl fövqəldövlətə çevrilməyə cəhd edir. 2009-da isə o vaxtkı prezident Mahmud Əhmədinejad ümumiyyətlə bildirib ki, İran dünya fövqəldövlətidir. Və texnologiyaların inkişafı nəzərə alınmaqla onların müəyyən əsasları var.

Bütün bunlar mümkün şiə üstünlüyündən narahat olmuş sünniləri qorxudur. İraqı misal götürək. Orada şiələrin liderliyi artıq qeydsiz-şərtsizdir. Səddam Hüseynin dönəmində şiələri təqib edirdilər, indi isə əksinə, sünniləri təqib edirlər.

Bundan savayı, Suriyanı götürək. İranlıların əl tutduğu Bəşər Əsəd hakimiyyətdə qalsa, ölkəni yenə də şiə ideologiyalı ələvi azlıq yönəldəcək, bu isə əhalinin cəmi 8%-idir.

– Bəs İsrail “İran təhlükəsi”ni dayandırmaq üçün nəyə əl ata bilər? Mən maksimal tədbirləri soruşuram, axı İsrailin atom silahı var.

– Bizdə deyilişi qəbul olunduğu kimi, “Qərb qaynaqları”nın məlumatları üzrə, İsrailin atom silahı, istifadəyə hazır, təxminən, 200 atom bombası var. Biz İsraildə bu məlumatı təsdiqləmirik və inkar da etmirik.

– Deməli, atom silahı işlədilə bilər?

– Bəli. Özü də artıq bir neçə il öncə tətbiq edilə bilərdi. Ancaq biz bunu istəməzdik, axı Yaxın Şərqdən başlayaraq bütün dünyada domino effekti doğurar. Biz, haqqında ucadan danışılmayan başqa üsullar hazırlamağa və istifadəyə cəhd edirik. Bundan başqa, İsrail indi tək deyil. Bütün qüsurlarilə yanaşı, ABŞ prezidenti Donald Trampın hökuməti hər halda İsrailə yetərincə ciddi dəstək verir.

– Lakin İrana qarşı İsraildə əleyhinə gedilməyən maksimal sərt cavab hər bir halda nüvə zərbəsidir?

– Bəli. Amma bu, əlbəttə, fəlakət olacaq.

– Bakı İsriallə kifayət qədər sıx əməkdaşlıq edir, lakin indiyədək ölkənizdə Azərbaycan səfirliyi yoxdur. Şiə əhalisi, İİR-lə ümumi sərhəd nəzərə alınmaqla Azərbaycan İsraillə İran arasında dialoqa şərait yarada bilərmi?

– Bəli, bizdə bundan danışırlar. Ümumiyyətlə İsraildə uğur sayırlar ki, son 25 ildə islam ölkələrinin çoxuyla münasibət qura bilmişik. 1991-də İsrailin münasibət saxladığı cəmi iki islam dövləti var idi. İndi bunlar artıq ondur. Bu, qismən də olsa, artıq irəliləyişdir.

Digər yandan, Azərbaycan dünyanın bütün forumlarında İsrailə qarşı səs verir. Bu, İslam həmrəyliyidir. Amma biz islam dünyasında müttəfiq axtarışını davam etdirir, Qazaxıstan prezidenti Nursultan Nazarbayevə müraciətə səy edir, Azərbaycan vasitəsilə də işləməyə çalışırıq. Bakı Qərblə İran arasında çabalayır, lakin İİR-lə normal münasibətlərdə olmağa məhkumdur, ancaq bu, həmişə alınmır. Azərbaycan İranın tərkibində olmuş İran substratıdır. Azərbaycanlılar sərhədin hər iki tayında yaşayan xalqdır. Bundan danışmaq olar ki, “İran azərbaycanlıları” və “Azərbaycan azərbaycanlıları”, demək olar, iki əsr ərzində güclü dəyişilib və çox fərqlənirlər, lakin istənilən halda eyni xalqdır.

Yeri gəlmişkən, əlbəttə, biz Azərbaycan ərazisində İsrail hərbi bazalarının yerləşdirilməsini alqışlayardıq, bura İrana hücum üçün ən əlverişli yerdir. 2009-cu ildə İsrail prezidenti Şimon Peresin Azərbaycana səfəri vaxtı bu haqda çox danışılıb. Amma bu, qismət olmadı.

– Gəlin, Cənubi Qafqazdan aralanaq və Mərkəzi Asiyaya üz tutaq. Yaxın Şərq hadisələri bu bölgə üçün təhlükə ifadə edir?

– Əsas təhlükə, əlbəttə, radikal islamın yayılmasıdır. Bu, həm də “talibanlaşma”dır və bir müddət qabaq hesab olunurdu ki, artıq onun axırına çıxılıb. Mərkəzi Asiya ölkələrinin hökumətləri islamı yönəltməyə çalışır, amma radikal islamlaşma “aşağıdan” gəlir.