Gündəm

  • " width="300" height="266" />
    Netanyahu Putinə zəng etdi, təkliflər verdi –Rusiya təyyarəsinin vurulmasına görə
  • " width="300" height="266" />
    Prezident İlham Əliyevdən cəbhədəki son hadisəyə reaksiya:"Əsgərlərimiz onlara elə dərs veriblər ki..."
  • " width="300" height="266" />
    Rəsmi Pekindən ABŞ-a “60 milyardlıq vergi” cavabı gəldi:"Qərarımız sentyabrın 24-də qüvvəyə minəcək"
  • " width="300" height="266" />
    Donald Tramp rəsmi Pekini hədələdi:"Biz iqtisadi cəhətdən sürətli və sarsıdıcı cavab verəcəyik”
  • " width="300" height="266" />
    İsraildən Rusiyanın hərbi təyyərəsinin vurulmasına rəsmi reaksiya:"Bütün məsuliyyət Suriyanın üzərindədir"
  • " width="300" height="266" />
    “Rusiya Suriyadakı hərbçilərinin təhlükəsizliyini təmin edəcək, bunu hamı görəcək” –Putindən bəyanat
  • " width="300" height="266" />
    Türkiyə Suriyaya əlavə qoşun yeridir:"İdlib terroçulardan təmizlənəcək"
  • " width="300" height="266" />
    Ekspertdən neftin qiyməti ilə bağlı təhlükəli proqnoz:"Yeni “neft şoku"nun yaranma riskləri güclənir”
  • " width="300" height="266" />
    Politoloqdan Ərdoğan-Putin razılaşmasına şərh:"Hər iki şərtin yerinə yetirilməsi Türkiyənin çiyinləri üzərinə düşəcək"
  • " width="300" height="266" />
    Rusiya müdafiə naziri Əsəd rejiminin adından da cavab verdi:"İdlibdə hərbi əməliyyatlar aparılmayacaq"

Müsahibə

  • " width="300" height="266" />
    PUTİNİN AZƏRBAYCANLI DOSTU:"Mənə hər hansı tapşırıq verilsə, onu həyata keçirməyi özümə borc biləcəm" - MÜSAHİBƏ
  • " width="300" height="266" />
    Rusiyalı təhlilçi Qriqori Trofimçuk:"Koçaryan hakimiyyətə idda etsə, ölkədə durum sabitsizləşəcək" - MÜSAHİBƏ
  • " width="300" height="266" />
    Keçmiş deputat Kərim Kərimov:“Naxçıvana - Heydər Əliyevin yanına gedənlər arasında Etibar Məmmədov da vardı”
  • " width="300" height="266" />
    Yaqub Mahmudov:“Nuru Paşa Azərbaycan ordusu ilə əməkdaşlıq etmədən tarixi vəzifələri yerinə yetirə bilməzdi” – MÜSAHİBƏ
  • " width="300" height="266" />
    DEPUTAT MƏLAHƏT İBRAHİMQIZI:“Bu yubiley tədbiri ermənilərə və onları dəstəkləyən qüvvələrə mesajdır”- MÜSAHİBƏ
  • " width="300" height="266" />
    Professor Cəmil Həsənli:"15 sentyabrı «Qurtuluş günü» adlandıra bilmirlərsə, «Paytaxt günü» desinlər"
  • " width="300" height="266" />
    Sülhəddin Əkbər:"Hazırda sionizm öz gücünün zirvəsindədir" - MÜSAHİBƏ
  • " width="300" height="266" />
    PROFESSOR XALƏDDİN İBRAHİMLİ:"Suriyada konsensus Qarabağ məsələsində də anlaşmaya yol aça bilər" - MÜSAHİBƏ
  • " width="300" height="266" />
    Zərdüşt Əlizadə:“Mümkündür ki, Bəşər Əsəd getsin...” – MÜSAHİBƏ  
  • " width="300" height="266" />
    Türkiyənin keçmiş xarici işlər naziri:"Bağlı qapıların arxasında Türkiyə ilə sərt danışılıb" (Müsahibə)

Qaynar Qazan

  • " width="300" height="266" />
    “STRATEQ BAXIŞI”nda QARABAĞ MÜZAKİRƏSİ:“Rusiya ilə indiki anda anlaşma bütün Azərbaycanı itirmək deməkdir" - VİDEO
  • " width="300" height="266" />
    Zəlimxan Məmmədli:"Görürəm ki, mənim mindiyim gəmi batır" - VİDEO
  • " width="300" height="266" />
    Dostu “Basqal Həsən” Əbülfəz Elçibəydən danışdı:“Dünyasını dəyişəndə elə bildim ki, həyatım dayandı”-VİDEO
  • " width="300" height="266" />
    Zəlimxan Məmmədli:“Gürcüstanın xoşbəxtliyi Azərbaycan, Türkiyə və Türk Dünyası ilə bağlıdır”-VİDEO
  • " width="300" height="266" />
    Zəlimxan Məmmədli Elçibəyə xəyanətdən danışdı:“Elçibəyin namizədliyinə əngəl olan hər kəs mükafatını aldı”-VİDEO
  • " width="300" height="266" />
    DEPUTAT FƏZAİL AĞAMALIDAN ZƏRDÜŞT ƏLİZADƏYƏ SƏRT CAVAB:“Elçibəyin əleyhinə ifadə verən onun atası Məmməd Mübariz olub” - MÜSAHİBƏ
  • " width="300" height="266" />
    ZƏRDÜŞT ƏLİZADƏDƏN QALMAQAL SALACAQ AÇIQLAMALAR:"Qapı açıldı və Vaqif Hüseynovla Əbülfəz bəy gülə-gülə çıxdılar...“ - VİDEO
  • " width="300" height="266" />
    Zərdüşt Əlizadədən ağır sözlər:"KQB ARXİVLƏRİ AÇILMADIĞINIDAN, BU GÜNDƏYİK"-VİDEO
  • " width="300" height="266" />
    Zərdüşt Əlizadə:“HEYDƏR ƏLİYEV GƏLƏNDƏN SONRA 12 İRAN GENERALI DA GƏLİB OTURMUŞDU BAKIDA” - VİDEO
  • " width="300" height="266" />
    “STRATEQ BAXIŞI”nda növbəti müzakirə:“İRAN VURULARSA, NƏLƏR OLAR?” - VİDEO

Qapalı Mövzu


Vəkil Bürosu

Qadın Sözü

Sentyabr 2018
BE ÇA Ç CA C Ş B
« Avq    
 12
3456789
10111213141516
17181920212223
24252627282930



XƏBƏR LENTİ

19 Sentyabr 2018
18 Sentyabr 2018

Digər Xəbərlər

16 Fevral 2018 - 19:01

General İvaşov:“2018-ci ildə Rusiyada inqilab qaçılmaz olacaq” – Müsahibə

General Leonid İvaşov 1974-cü ildən SSRİ Müdafiə Nazirliyi mərkəzi aparatında xidmət edib, nazirlik katibliyinin rəisi olub. 1992-1996-cı illərdə MDB dövlətləri müdafiə nazirləri Şurasının katibi, 1996-2001-ci illərdə isə Rusiya MN beynəlxalq hərbi əməkdaşlıq Baş İdarəsinin rəisi işləyib. Tarix elmləri doktorudur. Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunda və Moskva Dövlət Linqvistika Universitetində dərs deyir. 

2011-ci ildə Rusiya prezidentiliyinə öz namzidəliyini irəli sürüb, lakin RF MSK onu qeydə almayıb.

Geopolitik Problemlər Akademiyasının prezidenti, müxtəlif ölkələrin başçılarına “antiböhran idarəçiliyi” məsələləri üzrə dəfələrlə konsultasiya keçmiş general-polkovnik Leonid İvaşov əmindir ki, 2018-ci il Rusiya cəmiyyəti üçün dönüş ola bilər.

Ekspertin eadaily.com-a müsahibəsini Strateq.az-ın oxucularına təqdim edirik.

 

– Leonid Qriqoryeviç, sizin baxışınızca, prezident seçkilərindən sonra Rusiyada həyat hansı ssenari üzrə gedəcək? “Mühafizəkar perspektiv” klubunun toplantısında deyibsiniz ki, hansısa bir müddətdən sonra ölkədə inqilab qaçılmazdır, Şimali-Qərb İdarəçilik İnstitutu tələbələrilə təmasda isə bildiribsiniz ki, Rusiyada inqilab o qədər də arzuolunan deyil.

– Mən dünən izah etdim ki, inqilab qaçılmazdır, çünki yaranmış durumda ölkədə yaşamaq, həqiqətən, çətindir. Lakin inqilab ancaq yuxarıdan və ya aşağıdan deyil, prezidentin ölkəni yuxarıdan, xalqın isə aşağıdan təmizləməyə başladığı üçüncü model üzrə də baş verə bilər. Başlıcası budur ki, bütün bunlar vətəndaş müharibəsinə keçməsin. Mən təxmin edirəm ki, məhz 2018-ci il dönüş ili olacaq – ya ora, ya da bura. Ya biz ölkəni dinc yolla dəyişdirməyə və bütün bataqlıqları təmizləməyə başlayacağıq, ya da xalq özü buna girişəcək.

– Dünən dəfələrlə qeyd etdiniz ki, çağdaş dövlətlər ölüb gedir, amma bununla belə, Allaha şükürlər, biz bunlardan birində yaşayırıq. Çağdaş Rusiyanı necəsə təsvir edə bilərdinizmi? Bu, “dövlət”, “antidövlət”, yoxsa “biznes dövlət”dir?

– Yəqin ki, Rusiyanı “biznes ölkə”, nə də “antidövlət” adlandırmaq olar. Hər halda, çox gözəl, zəhmətkeş və vətənsevər xalqıyla dövlətdir, amma eyni zamanda hakimiyyəti tamamilə antidövlət sistemidir. Yəni bizdə ruhsal, ayıq və Vətən üçün ağrıyan adamlar, müxtəlif sahələrdə savadlı mütəxəssislər var, amma hakimiyyət strukturlarına sızmış və bazar sistemiylə örtünərək, sadəcə, ölkəni yağmalayan bəzi “cənablar” da var.

– Bəlkə, doğrudan da, Çinin korrupsiya ilə sərt mübarizə modelinə diqqətlə baxmaq lazımdır?

– Necə oldusa, bir dəfə Şanxaydaydım və qərara gəldim ki, orada televizorda nə verdiklərinə baxım. Əvvəlcə məhkəmə göstərilən bir kanalı açdım, sonra isə altı nəfərin güllələndiyi kadrları gördüm. Sonra bu şəhərin rayon başçısı, partiya katibiylə görüşdə soruşdum: bu günlərdə televizorda nə göstərirdilər? O, cavab verdi ki, Şanxayın altı rəhbərini korrupsiyaya görə güllələyiblər. Pekinə qayıdanda o zamankı müdafiə naziri, yoldaş Çi Haotyanyuya bildirdim: “Oğurluğa görə çox qəddarcasına güllələmirsinizmi?”O isə cavab verdi: “Başa düşürsünüz, bizdə 200 milyon nəfər yoxsulluq həddində yaşayır və ölməmək üçün onlara gündə, heç olmasa, bir kasa düyü lazımdır ki, hökumət də onları bununla təmin edir. Amma məmurlardan kimsə oğurluq edəndə bununla da bir çox adamları bu bir kasa düyüdən məhrum edir və bir çox məzlumu ölümə məhkum edir”. Bu cür əsaslandırma mənə xoş gəldi.

– Bəs fikrinizcə, cəmiyyət Rusiyada ölüm cəzasına moratoriumun götürülməsinə hazırdır?

– Cəmiyyətimiz buna ikiəlli səs verər. Amma burada cəmiyyətin məhkəmə hökmlərinə hansısa şəkildə nəzarəti də gərəkdir. Axı bu gün, səhv etmirəmsə, cəmi iki faiz bəraət hökmü olan məhkəmə hakimiyyətimizin necə işlədiyini görürük və adam müddəti artıq əyləşir və  birdən aydınlaşır ki, o, günahsızdır və kimsə ona böhtan atıb və yaxud sifarişlə tutulub. Buna görə də indiki korrupsiyalaşmış sistemlə güllələmə maddələri çox böyük biznesə çevrilə bilər. Hakimə milyonlar gətir, adamı güllələsinlər. Xalq hökmən bu prosesə göz qoymalıdır!

– Hazırda bəziləri, əsasən, gənclər sosial şəbəkələrdə bildirirlər ki, məsələn, İdlibdə həlak olmuş Roman Filipov heç də qəhrəman deyil. Dövlət onların tərbiyəsində nəyi əldən buraxıb?

– Təəssüf ki, dövlətimiz böyüyən nəslin tərbiyəsi sistemindən uzaqlaşıb. Valideynlər məşğuldur, kimi ölməyib sağ qalmaqla, kimi də bizneslə, sovet baba və nənələri isə artıq qocalıblar. Və bütün bunlar dəhşətlidir, ölkə üçün faciədir. Çünki boşluq olmur, öz tərbiyə sistemin yoxdursa, başqasınınkı gəlir – bizim  halımızda antirus, antirusiya Qərbinki gəlir. Və biz artıq görürürk ki, müəllimlərimiz ancaq təhsil xidməti göstərir və gəncləri bir vaxt bizi tərbiyə etdikləri kimi tərbiyə etmirlər. Və cəmiyyətimizin burada çox yaxşı-yaxşı düşünməyi gərəkdir. Hələ qeyd edim ki, düzgün tərbiyələndirməkdən ötrü gələcəyin bizim  yapmalı olduğumuz insanının obrazını təqdim etməliyik, gənclərdən nə istədiyimizi bilməliyik.

– Bəzən adama elə gəlir ki, Allah eləməsin, böyük müharibə baş versə, rusiyalıların çoxu əsir düşəcək. Məni sakitləşdirə bilərsiniz ki, belə olmayacaq?

– Xeyr, elə olmayacaq.

– Amma bu yaxınlarda bildiribsiniz ki, bizə vuruşmaq olmaz – ordumuz var, arxa cəbhə isə problemlidir.

– Hər şeydən əvvəl, bizdə “iqtisadi arxa cəbhə” yoxdur, ehtiyatda hərbçilər yoxdur, nəsə olacağı halda sənayeni bərpa edəcək kadrlar yoxdur. Amma hər halda savaş qopsa, əminəm ki, vətəndaşlarımızın böyük bölümü çağırış alanda hərbi komissarlıqlara gələcək.

– Siz Qərb yatırımlarını müstəmləkələşmə formasıyla tutuşdurursunuz. Niyə?

– İnvestisiyalar Rusiyaya “dürtmək” metoduyla gəlməməlidir – hara istəyirsiniz, gedin və orada nə istəyirsiniz, tikin. Bu, həmişə yaxşı olmur. Ümumiyyətlə, istənilən biznes dövlətin strateji planlaması çərçivəsində işləməlidir. Bu gün isə dünyada bununla məşğul olmayan yalnız iki ölkə var – Somali və Rusiya.

– Suriyada hərbi əməliyyat, doğrudanmı, bu qədər gərək idi? Bəlkə, əvvəlcə iqtisadiyyatı yoluna qoymaq lazım idi?

– Mən hesab etmişəm və hesab edirəm ki, Suriyaya getməyimiz lazım idi. Amma istənilən müharibə elə şəkildə planlaşdırılmalıdır ki, sürətlə aparılsın. Ola bilər ki, Suriyada əsasən Hərbi-Kosmik Qüvvələrdən istifadə etmək deyil, dərhal darmadağın edərək çıxmaq üçün qruplaşmanı gücləndirmək lazım idi. Uzun, sürəkli, xüsusən də adamların həlak olduğu  əməliyyatlar isə həmişə narazılıq, qıcıq,  sonra isə cəmiyyətdə etirazlar da doğurub…

Tərcümə Strateq.az-ındır.