Gündəm

  • " width="300" height="266" />
    Netanyahu Putinə zəng etdi, təkliflər verdi –Rusiya təyyarəsinin vurulmasına görə
  • " width="300" height="266" />
    Prezident İlham Əliyevdən cəbhədəki son hadisəyə reaksiya:"Əsgərlərimiz onlara elə dərs veriblər ki..."
  • " width="300" height="266" />
    Rəsmi Pekindən ABŞ-a “60 milyardlıq vergi” cavabı gəldi:"Qərarımız sentyabrın 24-də qüvvəyə minəcək"
  • " width="300" height="266" />
    Donald Tramp rəsmi Pekini hədələdi:"Biz iqtisadi cəhətdən sürətli və sarsıdıcı cavab verəcəyik”
  • " width="300" height="266" />
    İsraildən Rusiyanın hərbi təyyərəsinin vurulmasına rəsmi reaksiya:"Bütün məsuliyyət Suriyanın üzərindədir"
  • " width="300" height="266" />
    “Rusiya Suriyadakı hərbçilərinin təhlükəsizliyini təmin edəcək, bunu hamı görəcək” –Putindən bəyanat
  • " width="300" height="266" />
    Türkiyə Suriyaya əlavə qoşun yeridir:"İdlib terroçulardan təmizlənəcək"
  • " width="300" height="266" />
    Ekspertdən neftin qiyməti ilə bağlı təhlükəli proqnoz:"Yeni “neft şoku"nun yaranma riskləri güclənir”
  • " width="300" height="266" />
    Politoloqdan Ərdoğan-Putin razılaşmasına şərh:"Hər iki şərtin yerinə yetirilməsi Türkiyənin çiyinləri üzərinə düşəcək"
  • " width="300" height="266" />
    Rusiya müdafiə naziri Əsəd rejiminin adından da cavab verdi:"İdlibdə hərbi əməliyyatlar aparılmayacaq"

Müsahibə

  • " width="300" height="266" />
    PUTİNİN AZƏRBAYCANLI DOSTU:"Mənə hər hansı tapşırıq verilsə, onu həyata keçirməyi özümə borc biləcəm" - MÜSAHİBƏ
  • " width="300" height="266" />
    Rusiyalı təhlilçi Qriqori Trofimçuk:"Koçaryan hakimiyyətə idda etsə, ölkədə durum sabitsizləşəcək" - MÜSAHİBƏ
  • " width="300" height="266" />
    Keçmiş deputat Kərim Kərimov:“Naxçıvana - Heydər Əliyevin yanına gedənlər arasında Etibar Məmmədov da vardı”
  • " width="300" height="266" />
    Yaqub Mahmudov:“Nuru Paşa Azərbaycan ordusu ilə əməkdaşlıq etmədən tarixi vəzifələri yerinə yetirə bilməzdi” – MÜSAHİBƏ
  • " width="300" height="266" />
    DEPUTAT MƏLAHƏT İBRAHİMQIZI:“Bu yubiley tədbiri ermənilərə və onları dəstəkləyən qüvvələrə mesajdır”- MÜSAHİBƏ
  • " width="300" height="266" />
    Professor Cəmil Həsənli:"15 sentyabrı «Qurtuluş günü» adlandıra bilmirlərsə, «Paytaxt günü» desinlər"
  • " width="300" height="266" />
    Sülhəddin Əkbər:"Hazırda sionizm öz gücünün zirvəsindədir" - MÜSAHİBƏ
  • " width="300" height="266" />
    PROFESSOR XALƏDDİN İBRAHİMLİ:"Suriyada konsensus Qarabağ məsələsində də anlaşmaya yol aça bilər" - MÜSAHİBƏ
  • " width="300" height="266" />
    Zərdüşt Əlizadə:“Mümkündür ki, Bəşər Əsəd getsin...” – MÜSAHİBƏ  
  • " width="300" height="266" />
    Türkiyənin keçmiş xarici işlər naziri:"Bağlı qapıların arxasında Türkiyə ilə sərt danışılıb" (Müsahibə)

Qaynar Qazan

  • " width="300" height="266" />
    “STRATEQ BAXIŞI”nda QARABAĞ MÜZAKİRƏSİ:“Rusiya ilə indiki anda anlaşma bütün Azərbaycanı itirmək deməkdir" - VİDEO
  • " width="300" height="266" />
    Zəlimxan Məmmədli:"Görürəm ki, mənim mindiyim gəmi batır" - VİDEO
  • " width="300" height="266" />
    Dostu “Basqal Həsən” Əbülfəz Elçibəydən danışdı:“Dünyasını dəyişəndə elə bildim ki, həyatım dayandı”-VİDEO
  • " width="300" height="266" />
    Zəlimxan Məmmədli:“Gürcüstanın xoşbəxtliyi Azərbaycan, Türkiyə və Türk Dünyası ilə bağlıdır”-VİDEO
  • " width="300" height="266" />
    Zəlimxan Məmmədli Elçibəyə xəyanətdən danışdı:“Elçibəyin namizədliyinə əngəl olan hər kəs mükafatını aldı”-VİDEO
  • " width="300" height="266" />
    DEPUTAT FƏZAİL AĞAMALIDAN ZƏRDÜŞT ƏLİZADƏYƏ SƏRT CAVAB:“Elçibəyin əleyhinə ifadə verən onun atası Məmməd Mübariz olub” - MÜSAHİBƏ
  • " width="300" height="266" />
    ZƏRDÜŞT ƏLİZADƏDƏN QALMAQAL SALACAQ AÇIQLAMALAR:"Qapı açıldı və Vaqif Hüseynovla Əbülfəz bəy gülə-gülə çıxdılar...“ - VİDEO
  • " width="300" height="266" />
    Zərdüşt Əlizadədən ağır sözlər:"KQB ARXİVLƏRİ AÇILMADIĞINIDAN, BU GÜNDƏYİK"-VİDEO
  • " width="300" height="266" />
    Zərdüşt Əlizadə:“HEYDƏR ƏLİYEV GƏLƏNDƏN SONRA 12 İRAN GENERALI DA GƏLİB OTURMUŞDU BAKIDA” - VİDEO
  • " width="300" height="266" />
    “STRATEQ BAXIŞI”nda növbəti müzakirə:“İRAN VURULARSA, NƏLƏR OLAR?” - VİDEO

Qapalı Mövzu


Vəkil Bürosu

Qadın Sözü

Sentyabr 2018
BE ÇA Ç CA C Ş B
« Avq    
 12
3456789
10111213141516
17181920212223
24252627282930



XƏBƏR LENTİ

19 Sentyabr 2018
18 Sentyabr 2018

Digər Xəbərlər

19 Fevral 2018 - 09:10

Avropa İttifaqının Azərbaycan üzrə xüsusi nümayəndəsi:“Tərəflərin razılığı olmadan Qarabağ münaqişəsinin həlli mümkün deyil” – MÜSAHİBƏ

Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz və Gürcüstan üzrə xüsusi nümayəndəsi Toivo Klaarın Bakıya səfəri ərəfəsində Trend-ə müsahibə verib.

Strateq.az müsahibəni oxucularına təqdim edir:

– Bakıda aparacağınız danışıqların əsas mövzuları hansı olacaq? Azərbaycanla bağlı və sizin daha çox diqqət yönəldəcəyiniz konkret sahələr var?

– Bu mənim ötən ilin noyabr ayında vəzifəmin icrasına başladığım dövrdən etibarən Azərbaycana ikinci səfərimdir. Dekabrın əvvəlində Bakıya ilk və tanışlıq səfərimi etdim. Səfər zamanı Prezident İlham Əliyev və yüksək vəzifəli rəsmilərlə görüşlərim oldu. Qarşıdakı səfərim çərçivəsində Azərbaycan rəhbərliyi ilə görüşlər nəzərdə tutulub. Mənə verilən mandatın əhatə etdiyi məsələləri müzakirə etməyi planlaşdırıram.

Bildiyiniz kimi, mandat regiondakı münaqişələri, o cümlədən, Dağlıq Qarabağ münaqişəsini əhatə edir, lakin daha çox regional təhlükəsizlik və əməkdaşlıq məsələlərinə aiddir. Şübhəsiz ki, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanması prosesi üzrə hazırkı mərhələdə mənim üçün rəhbərliyin fikirlərini öyrənmək çox maraqlıdır. Əminəm ki, bu səfər hazırda pozitiv bir mərhələdə olan Azərbaycanla ikitərəfli əməkdaşlığımıza dair məsələləri, o cümlədən Brüsseldə keçirilmiş Avropa İttifaqı-Azərbaycan Əməkdaşlıq Şurasının 15-ci iclası ilə bağlı məsələləri müzakirə etmək imkanı verəcək.

– Münaqişənin bütün bölgəyə yaratdığı təhdidləri nəzərə alaraq, Aİ-nin Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə səylərin artırılmasında rolu nədən ibarət ola bilər? Danışıqlar prosesində irəliləyiş barədə nə düşünürsünüz?

– Bu münaqişənin regional miqyasını qeyd etməkdə haqlısınız. Danışıqlar zamanı vurğulamaq istəyirəm ki, Dağlıq Qarabağ məsələsinin həll olunmaması münaqişə zonasından çox kənarlarda da hiss olunur. Dağlıq Qarabağ münaqişəsi çox zəngin bir region olan Cənubi Qafqaza həm iqtisadi, həm də sosial və mədəni sahədə öz potensialından tam istifadə etməyə imkan vermir. Aİ-nin mövqeyi olduqca aydındır: biz insanların və cəmiyyətlərin öz potensialını tam həyata keçirə biləcək dinc və firavan Cənubi Qafqaz istəyirik. Bunun üçün Dağlıq Qarabağ münaqişəsinin tez bir zamanda həlli vacibdir. Status-kvo bir çox cəhətdən dayanıqsız və olduqca kövrəkdir. Minsk qrupu və onun həmsədrləri münaqişə tərəflərinin dəstəklədiyi problemin həlli üzrə beynəlxalq səviyyədə razılaşdırılmış formata malikdir və Aİ həmsədrlərin həll yolunu tapmağa yönəlmiş səylərini və təkliflərini tam dəstəkləyir. Vurğulamaq vacibdir ki, əsas məsuliyyəti tərəflər daşıyırlar, tərəflərin razılığı olmadan münaqişənin həlli mümkün deyil. Əlbəttə ki, bu, çətin ola bilər və Aİ bu cəhdlərdə Minsk qrupunun həmsədrlərini və tərəfləri dəstəkləməyə hazırdır.

Bu, regionda keçirilən yüksək səviyyəli görüşlərdə münaqişənin həlli məsələsini müzakirə etməkdə israrlı olmağımızın səbəblərindən biridir. Biz münaqişənin sülh yolu ilə həllində irəliləyişə dair intensiv siqnallar göndəririk, eyni zamanda, tərəflərə deyirik ki, Minsk qrupunun həmsədrlərinin iştirakı ilə keçirilən danışıqlar vaxtı, eləcə də daha sonra həm sülh prosesini dəstəkləmək, həm də, məsələn, qarşılıqlı əlaqəli iqtisadiyyatların və cəmiyyətlərin qurulması və ya yenidən qurulması üçün buradayıq. Aİ-nin xüsusi nümayəndəsi kimi, mən Minsk qrupunun həmsədrləri ilə, eləcə də ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi ilə sıx işgüzar əlaqələr qururam ki, bizim fəaliyyətimizin onların rəhbərlik etdiyi prosesi dəstəklədiyinə əmin olaq. Bundan əlavə, aramızda qarşılıqlı anlaşma olması üçün Brüsseldə bizim rəhbərliyi, həmçinin üzv dövlətləri davam edən sülh prosesinin müxtəlif aspektləri barədə məlumatlandırmaq vacibdir.

Lakin Aİ yalnız siyasi fəaliyyətlə məhdudlaşmır. Biz hesab edirik ki, münaqişələrin səmərəli həlli üçün cəmiyyətlər də prosesə cəlb olunmalıdır. Digər münaqişələrin timsalında görmüşük ki, əgər cəmiyyətlər əvvəldən prosesə qoşulmayıbsa, sülh sazişləri reallaşmır. Mən düşünmürəm ki, Cənubi Qafqaz istisnadır. Buna görə də Aİ üçün rəsmi sülh prosesinin dəstəklənməsinin mühüm elementlərindən biri də cəmiyyətlərlə işləməkdir. Bu, mandatımın bir hissəsini təşkil edən və Gürcüstanda gördüyümüz işdir. Biz Dağlıq Qarabağ münaqişəsi kontekstində vətəndaş cəmiyyətinə arxalanaraq etimadın möhkəmləndirilməsi üzrə tədbirləri, eləcə də Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli üçün Avropa tərəfdaşlığı adlanan təşəbbüs vasitəsilə insanlar arasında təmasları dəstəkləyirik. Bu, bir neçə çox təcrübəli qeyri-hökumət təşkilatının iştirakı ilə unikal təşəbbüsdür. Biz, əlbəttə, çətinlikləri lazımi qədər qiymətləndiririk: bu münaqişədə çox güclü emosiyalar və kəskin polyarizasiya var və belə bir mühitdə sülhün bərqərar olması istiqamətində fəaliyyət çətinliklərlə üzləşə bilər. Faktiki olaraq, insanlar arasında əlaqə və sülh səyləri iki tərəf arasında qarşılıqlı maraqların mövcud olduğunu göstərə bilər və münaqişəyə "bir tərəfin qazanması üçün digər tərəf məğlub olmalıdır" məntiqinə uyğun baxılmalı deyil. Əgər, məsələn, iqtisadi sahədə, söhbət insan təhlükəsizliyi və ətraf mühit kimi ümumi problemlərin həllindən gedirsə və ya ümumi mədəni irsə məsuliyyətlə yanaşmaq sahəsində əməkdaşlıq və qarşılıqlı fayda üstünlük təşkil edirsə, mən əminəm ki, bu, sülh prosesinin irəliləməsinə kömək edə bilər.

– Ümumilikdə atəşkəs həssas olaraq qalır, Azərbaycanın mülki əhalisi isə atəşkəs rejiminin pozulmasından əziyyət çəkir. Sizi regiondakı vəziyyətlə bağlı ən çox nə narahat edir? Münaqişə zamanı mülki şəxslər arasında qurbanların olmasının qarşısını necə almaq olar?

– Aİ və şəxsən özüm istənilən insan tələfatına görə təəssüflənirik. Biz tərəfdən hər il müşahidə olunan Dağlıq Qarabağ münaqişəsi zonasında ölənlərin sayı və onların çoxunun cavan olması çox məyus edir. Bunun ildən-ilə davam etməsi üçün heç bir əsas yoxdur. Mən münaqişənin toxunduğu rayonlara tezliklə səfər etməyi planlaşdırıram ki, münaqişənin humanitar ölçüsünün araşdırılmasına öz töhfəmi verim. Bilirəm ki, məndən qabaq Herbert Salber eyni şeyi edib. Təəssüf ki, atəşkəsin pozulması təmas xəttinin və dövlətlərarası sərhədlərin yaxınlığında yaşayan insanların gündəlik həyatın bir hissəsidir. Baxmayaraq ki, insidentlərin sayı göstərilənə görə ötən illə müqayisədə azalıb, dəhşətli hadisələr yenə də baş verməyə davam edir. Sırf humanitar baxımdan bu dayandırılmalıdır. Bu, həmçinin danışıqların səmərəliliyinə ziyan vurur. Aİ daim tərəfləri atəşkəs rejiminə ciddi əməl etməyə və təmkinlik göstərməyə çağırır. Biz tərəfləri Cenevrədə keçirilmiş görüşdə prezidentlər arasında əldə olunmuş, danışıqların aktivləşdirilməsinə əlavə olaraq yerlərdə gərginliyin azaldılması üzrə tədbirləri nəzərdə tutan razılaşmaların yerinə yetirilməsinə israrla çağırırıq. ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin ofisinin genişləndirilməsi haqqında saziş bağlamağın zamanı gəlib. Danılmazdır ki, yerlərdə gərginliyin azaldılması mülki əhali arasında qurbanların azalmasına gətirib çıxaracaq. Bu da qarşılıqlı məqbul razılaşmanın əldə olunmasını asanlaşdıracaq və mövcud status-kvonu "betonlaşdırmayacaq" .

– Sizin fikrinizcə, azərbaycanlı girovlar Dilqəm Əsgərov və Şahbaz Quliyevin azad edilməsi üçün hansı addımlar atılmalıdır?

– Biz, əlbəttə, onların tutulduğu vaxtdan, 2014-ci ilin iyunundan bu məsələni izləyirik. Aİ Minsk qrupunun həmsədrləri ilə birgə BQXK-nın səylərini tam dəstəkləyir. Fikrimcə, bu məsələyə də daha geniş kontekstdə baxmaq lazımdır. Tərəflər humanitar məsələlərin həllində bacarıq nümayiş etdirsəydi, məsələn, bir neçə girovun azad edilməsinə razı olsaydılar, bu, çox faydalı olardı və etimadın möhkəmlənməsinə kömək edərdi. Bu, cəmiyyətlərə və bütün münaqişənin toxunduğu insanlara münaqişə ilə bağlı əsas mövqelərdə kompromisə getmək məcburiyyəti olmadan danışıqlarda iştiraka hazırlığın və irəliləyişin olduğunu göstərərdi. Gürcüstana gəldikdə isə son iki il ərzində bir neçə saxlanılan şəxs azad edilib və bu, heç bir tərəf üçün neqativ nəticələnməyib, əksinə, gələcəkdə etimadın daha da möhkəmləndirilməsinə əsas ola bilər. Ola bilsin ki, bu, Dağlıq Qarabağa münasibətdə də baş versin.