Gündəm

  • " width="300" height="266" />
    “Gördüklərimdən dəhşətə gəldim, hamı bir-birinə borcludur, icra başçıları isə…” –Qubad İbadoğlu
  • " width="300" height="266" />
    “Qeyrətləri varsa, ərəblərin Bakıda elədikləri hərəkətlərə qarşı çıxsınlar” –İcra başçısından şok açıqlamalar
  • " width="300" height="266" />
    İnam Kərimov: “Ya ölkəyə gətirilən dərmanlar keyfiyyətsizdir, ya da…” –Prezident İmişlidəki kütləvi zəhərlənməni nəzarətə götürdü
  • " width="300" height="266" />
    Ukraynada növbəti gərginlik:veteranlar və şaxtaçılar ayağa qalxdı, qarşıdurma böyüyür - VİDEO
  • " width="300" height="266" />
    Tansu Çillər sükutu pozdu:"Bu yola probelm həll olunmaz, çətin bir mərhələdəyik”
  • " width="300" height="266" />
    Azərbaycan ordusu düşmənin kəşfiyyat PUA-sını vurdu –Füzuli-Xocavənd istiqamətində
  • " width="300" height="266" />
    Biləsuvarda şok intihar: 16 yaşlı nişanlı qız ölümündən əvvəl:"Mənə xəyanət etdin..." + VİDEO
  • " width="300" height="266" />
    Cəbrayıl və Füzulinin işğalında mühüm rol oynamış soyğunçu general qandallandı –Təfərrüat + VİDEO
  • " width="300" height="266" />
    Paşinyan Azərbaycanın işğal altındakı bölgəsinə qanunsuz səfər etdi –Kilsə ziyarəti və... + FOTOLAR
  • " width="300" height="266" />
    BAKININ İCRA BAŞÇILARININ İŞTİRAKI İLƏ MÜŞAVİRƏ –Nöqsanları olanlara xəbərdarlıq edildi: "İşdən azad olunacaqsız..."

Müsahibə

  • " width="300" height="266" />
    “Stratford”un direktoru Corc Fridman:“2020-ci ildən sonra Rusiya dağılacaq” – Müsahibə
  • " width="300" height="266" />
    Rövşən Ağayev:"Neftin qiyməti 40 dollara düşsə, 2015-ci ilin taleyini yaşamalı olacağıq”  - MÜSAHİBƏ
  • " width="300" height="266" />
    Azərbaycan XİN-dən Paşinyanın Qarabağa səfərinə kəskin reaksiya:"Bu, müharibəyə çağırışdır..."
  • " width="300" height="266" />
    DEPUTAT QÜDRƏT HƏSƏNQULİYEV:"Dəmirçiyan Azərbaycanla gizli danışıqlara görə öldürülüb" - MÜSAHİBƏ
  • " width="300" height="266" />
    Ermənistan partiya lideri:“Bakı və Ankara Naxçıvan ərazisini gələcək hərbi əməliyyatlar üçün poliqona çevirir” – Müsahibə
  • " width="300" height="266" />
    Məhərrəm İncə Azərbaycan mətbuatına danışdı:"SƏSLƏRİMİZİN OĞURLANMASINA İMKAN VERMƏYƏCƏYİK"
  • " width="300" height="266" />
    DEPUTAT VAHİD ƏHMƏDOV:“Təzə təyin olunmuş nazirlər hələlik ünsiyyətdən qaçırlar” – MÜSAHİBƏ
  • " width="300" height="266" />
    “ÖLKƏNİN DAXİLİNDƏ KİFAYƏT QƏDƏR NARAZILIQ VAR” –Bəxtiyar Hacıyev gənclərimizin xaricə getməsinin səbəblərindən danışır (MÜSAHİBƏ)
  • " width="300" height="266" />
    SƏMƏD SEYİDOVDAN TƏSDIQ:“Azərbaycandakı prezident seçkiləri AŞPA-nın gündəliyinə salınıb” – MÜSAHİBƏ
  • " width="300" height="266" />
    Məhəmməd Əmin Rəsulzadənin qız nəvəsi:“Birinci dəfə babamın adına Səməd Vurğunun şeirində rast gəlmişəm” – MÜSAHİBƏ

Qaynar Qazan

Qapalı Mövzu


Vəkil Bürosu

Qadın Sözü

İyun 2018
BE ÇA Ç CA C Ş B
« May    
 123
45678910
11121314151617
18192021222324
252627282930  



XƏBƏR LENTİ

20 İyun 2018
19 İyun 2018
18 İyun 2018

Digər Xəbərlər

02 Mart 2018 - 17:04

Azərbaycanın ilk xarici işlər naziri:“İlk dəfə BMT-də Azərbaycan dilində mən çıxış etmişəm” - MÜSAHİBƏ

Bu gün Azərbaycanın Birləşmiş Millətlər Təşkilatına (BMT) üzvlüyündən 26 il ötür. Ölkəmiz bu təşkilatın üzvlüyünə 1992-ci il 2 martda tarixində qəbul olunub.

Qeyd edək ki, həmin illərdə Azərbaycan xarici işlər naziri vəzifəsini tanınmış diplomat Hüseynağa Sadıqov icar edib. Sabiq diplomat, 23.01.1988-ci ildən 29.05.1992-ilə qədər Azərbaycanın xarici işlər naziri vəzifəsində çalışıb. Və ölkəmizin bu quruma üzvlüyə qəbul olunmasında birbaşa iştirakı və əvəzsiz əməyi olub.  

Sabiq nazir "Sherg.az"-a müsahibə verib. O, ölkəmizin BMT-ə üzlüyü, bu yolda yaradılan əngəllər və başqa mövzular ətrafında maraqlı açıqlamalar verib.

Strateq.az müsahibəni oxucularına təqdim edir:

 

– Azərbaycanın BMT-nin üzvlüyünə qəbulu istiqamətində işlərə nə vaxtdan başlanmışdı ?

– Əslində bu işlərə dövlət müstəqilliyimizin elan olunmasından öncə, 1991-ci ilin avqust-sentyabr aylarında başlamışdıq. Yaxşı xatırlayıram, 1991-ci ilin sentyabr ayında mən Azərbaycanın xarici işlər naziri kimi BMT Baş Assamblyasının iclasına qonaq qismində dəvət olunmuşdum. Orada olduğum müddətdən istifadə edib, bir sıra diplomatlarla, o cümlədən BMT baş katibi və müavinləri ilə səmərəli görüşlər keçirdim. Qeyd edim ki, BMT Baş Katibinin müavinlərindən birinin qardaşı ilə şəxsi tanışlığım var idi, digərini isə əvəllər Şərqi Almaniyada konsul işlədiyim dövrdən tanıyırdım. Onlarla da söhbət etdim. Dedilər ki, biz vəsatət qaldırsaq, qəbul olunacaq. O vaxt SSRİ hələ mövcud idi. 1991-ci il oktyabr ayının 18-də Azərbaycan öz dövlət müstəqilliyini elan etdi. Bundan sonra biz daha da ürəkləndik və bu istiqamətdə daha fəal işlərə başladıq. O vaxtlar çox çətin dövr idi.

– Məsələn, nə kimi çətinliklərlə üzləşirdiniz ?

– Birincisi, Ermənistanın Azərbaycana qarşı siyasi təcavüzü hərbi təcavüzə keçmək mərhələsindəydi. İkinci çətinlik isə respublikada o dövrdə hökumətin iflic vəziyyətində olması idi. O zaman XİN-də də çox az sayda diplomat çalışırdı. Yaxşı xatırlayıram, mən daxil olmaqla cəmi 14 nəfər əməkdaş var idi.

Dövlət müstəqilliyimizin tanınması prosesi dərhal başladı və noyabrın 9 da bizi ilk olaraq Türkiyə tanıdı. 1992-ci ilin may ayında isə Azərbaycanı artıq 112 dövlət tanımışdı. 1992-ci il martın 2-də, BMT-yə üzv olan zaman bizi tanıyan dövlətlərin sayı 75-ə yaxın idi. Onların arasında Almaniya, Böyük Britaniya, Pakistan, İsveçrə, İran və s. yer almaqda idi. Azərbaycanın BMT-yə üzv qəbul olunmasını mən heç vaxt unutmayacağam.

– BMT-ə üzvlüyümüz Xocalı faciəsindən bir neçə gün sonra baş verib…

– Təsəvvür edin, BMT-yə üzv qəbul olunmağımız Xocalı faciəsindən 4 gün sonra baş verdi. Bu hadisə barədə Moskvada, aeroportda eşitdim. İlk olaraq məndə belə fikir yarandı ki, Bakıya geri qayıdım. Lakin birdən fikrimi dəyişdim. Çünki Xocalı faciəsi haqqında məlumatı elə BMT-dən dünya dövlətlərinə çatdırmağımıza imkan yaranmışdı. Qeyd edim ki, o vaxt Azərbaycan informasiya blokadasında idi. Aeroportdan Bakıya zəng edib çox çətinliklə müxtəlif mənbələrdən məlumatları əldə etdim. Təyyarədə olarkən öz çıxışıma dəyişiklik etdim. Bir faktı da qeyd edim.

O zaman bütün çıxışlar rus dilində gedirdi. Düşündüm ki, xalqımız, millətimiz tarixi bir günə şahidlik edir. Həm BMT-yə qəbul olunur, həm də Rusiyanın 3666-cı alayının iştirakı ilə törədilmiş Xocalı soyqırımının acısını yaşayır, belə bir gündə öz ana dilimdə – Azərbaycan dilində çıxış etməliyəm. Çıxışımın mətnini Azərbaycan dilinə tərcümə etdim. Nyu-Yorka mənimlə getmiş iki əməkdaşıma çıxışımın mətninin ingilis və rus dillərində tərcüməsini verərək, tapşırdım ki, sinxron tərcüməyə nəzarət etsinlər. İclasda Azərbaycan dilində çıxış etdim. Çıxışımda Xocalıda azərbaycanlılara qarşı törədilmiş qətllərlə bağlı məlumat verdim. Bildirdim ki, bu gün mənim vətənimdə həm bayramdır, həm matəm. Bayramdır ona görə ki , bizim müstəqil dövlətimiz BMT-yə üzv olur. Matəmdir ona görə ki, 4 gün əvvəl Xocalı şəhərimiz yer üzündən tamamilə silinib.

– Çıxışınızı necə qarşılandı ?

– Baş Assambleyanın zalında mənim çıxışım zamanı sükut hökm sürürdü. Salonda BMT nümayəndələri ilə yanaşı, ictimaiyyət nümayəndələri üçün ayrılmış yerdən iclası Nyu-Yorkda yaşayan türkiyəlilər və azərbaycanlılar da izləyirdilər. Yığıncaq qurtarandan sonra azərbaycanlılar və türkiyəlilər məni əhatəyə alıb, Xocalı barədə suallar verməyə başladılar. Əksəriyyət göz yaşlarını saxlaya bilmirdi, ümumilikdə hisslər bir-birinə qarışmışdı. Soydaşlarımız BMT Baş Assambleyasının salonunda tarixdə ilk dəfə olaraq Azərbaycan dilində çıxışın səslənməsindən qürur hissi keçirdiklərini söyləyirdilər. Sabahı gün "The New York Times” və digər qəzetlər BMT-yə yeni üzv qəbulu ilə yanaşı, Xocalı faciəsi barədə də yazılar dərc etdilər. Baş Assambleyanın iclasından sonra orada qaldığımız iki gün ərzində bir neçə mətbuat konfransı keçirdik, çoxlu sayda press-relizlər hazırlayıb yaydıq. Ermənilərin Xocalıda törətdikləri hadisələr barədə siyasi dairələri və ictimaiyyəti məlumatlandırmağa çalışdıq.

-Azərbaycanın BMT-yə üzvlüyünə mane olanlar vardımı?

-Təbii ki, vardı. Amma az idi. O vaxt təbii ki, Ermənistanın səsvermə hüququ yox idi. Lakin Ermənistanın dostları olan bəzi ölkələr vardı. Hansı ki, onlar Ermənistana indi də dost və havadardırlar. Maneçilik törətməyə çalışırdılar.

– Rusiya da?

– Tək o dövlət deyildi. Başqa Avropa dövlətləri də …

– Bəs Azərbaycanın BMT-yə qəbulunda aktivlik göstərənlər necə?

– Bu işdə ən çox aktivliyi Türkiyə göstərirdi. Bununla yanaşı, Almaniya, İngiltərə, ispaniya, İsveçrə, Pakistan, Hindistan, Çin bizi əvvəldən dəstəklədilər.

– Azərbaycan diplomatiyasının BMT çərçivəsində fəaliyyəti necə quruldu ?

– Azərbaycan BMT-yə üzv qəbul olunan gün BMT binası önündə Azərbaycanın dövlət bayrağı qaldırıldı. Həmin gün saat 17:00-da BMT-nin o vaxtkı baş katibi Butros Qali məni qəbul etdi. Mən bu görüşdə də Xocalı soyqırımı haqqında məlumat verdim. Təkid etdim ki, ya özü, ya da yüksək rütbəli səlahiyyətli nümayəndəsini Xocalı soyqırıını araşdırmaq üçün Azərbaycana göndərsin. Sabahı gün əvvəl müavinləri, sonra bir daha baş katiblə görüşərək əvvəlki fikrimdə israr etdim. O dedi ki, öz səlahiyyətli nümayəndəsini Azərbaycana göndərəcək. Biz ölkəyə qayıtdıqdan 2 həftə sonra BMT baş katibinin xüsusi nümayəndəsi, ABŞ-ın keçmiş dövlət katibi Sayrus Vens Bakıya gəldi.

– Onları Xocalıya apardınızmı? Yəni faciəni gözləri ilə gördülərmi ?

– Əlbəttə, mən onu Ağdama aparıb, vəziyyət göstərdim. Ağdam məscidində Xocalıdan gətirilmiş meyitləri görəndə şoka düşmüşdü. "Hətta faşistlər İkinci Dünya Müharibəsi zamanı belə vəhşiliklər törətməyiblər”, – deyə Sayrus Vens həyəcanla qeyd etdi. Geri qayıtdıqdan sonra o, mövcud vəziyyət barədə ətraflı arayış hazırladı və ilk qətnamə də məhz o sənəddən sonra qəbul olundu. Bundan sonra martın 26-da BMT-dəki nümayəndəliyimizi təsis etdik və nümayəndəliyimiz də fəal çalışdı. Sonra BMT-nin müvafiq qətnamələri qəbul edildi.

– Azərbaycan diplomatlarının bu gün BMT-ə işini necə qiymətləndirirsiniz?

– Bu gün BMT dünyanın ən böyük təşkilatıdır. Düzdür, bu təşkilatdan narazılıq var. "Dişsiz”, "onurğa sütunu sınmış” bir təşkilat kimi özünü aparır. Dağlıq Qarabağ münaqişəsi ilə bağlı 4 qətnamə qəbul etsə də, bu qətnamələr kağız üzərində qalıb, həyata keçirilmir. Bütün bunlarla yanaşı, BMT üzvlüyündən çıxmaq, bu təşkilatın fəaliyyətində iştirakdan imtina etmək ağılsızlıq olardı. BMT-nin strukturlarına üzv olmaq özü böyük bir məsələdir. Azərbaycanın Təhlüekəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsini ölkəmiz üçün böyük əhəmiyyəti var. Artıq dövlətimizin 2 il ərzində BMT-nin gündəliyinin tərtib olunmasında, qətnamələrin həyata keçirilməsində öz sözünü demək, təsir göstərmək imkanları yaranıb. Bundan istifadə etməliyik.

Bununla yanaşı, tək BMT deyil, digər beynəlxalq təşkilatlarda da zəif nöqtəmiz var. Bunların obyektiv və subyektiv səbəbləri mövcuddur. Nədir bu zəiflik? Biz gərək BMT və digər beynəlxalq təşkilatların strukturlarına öz nümayəndələrimizi yeridək. Son zamanlaradək BMT-də bizim 4, ermənilərin 26 əməkdaşı vardı. Biz texniki vəzifələrdən də imtina etməməliyik. Təki orada əməkdaşlarımızın sayı artsın. Əlbəttə ki, bu tək bizdən asılı deyil. Buna mane olanlar da var. Elə qonşumuz Ermənistan və onun dostları buna imkan vermir.