Gündəm

Müsahibə

  • " width="300" height="266" />
    Elçin Şıxlı:“Hansısa ölü qəzetlərə milyonlarla pul paylanıb” – MÜSAHİBƏ
  • " width="300" height="266" />
    ƏLİ KƏRİMLİ HAKİMİYYƏTLƏ DİALOQ İMKANLARINDAN DANIŞDI:"...İndi dayanmaq zamanıdır" - MÜSAHİBƏ
  • " width="300" height="266" />
    Qərbin Moskvaya qarşı “Anakonda planı”:"Rusiyaya daha 3-4 sanksiya tətbiq ediləcək"
  • " width="300" height="266" />
    Milli təhlükəsizlik nazirinin sabiq birinci müavini “Mehri əməliyyatı”nın sirrini açdı:"Məqsəd Naxçıvan üzərindən Qarabağa girmək idi..."
  • " width="300" height="266" />
    Mehman Əliyev:“Prezident İlham Əliyevin yeni komandası olacaq” - MÜSAHİBƏ
  • " width="300" height="266" />
    Prezidentliyə namizəd Zahid Oruc:"Nazirlər nədən narahatdırlar, hansı sirlərinin açılmasından qorxurlar?"
  • " width="300" height="266" />
    ABŞ dövlət katibinin sabiq müşaviri Pol Qobl:“Putin beynəlxalq qanunlar çərçivəsində fəaliyyət göstərməyə hazır deyil” - MÜSAHİBƏ
  • " width="300" height="266" />
    Heydər Əliyevin sabiq mühafizəçisi:“Həyat özü elə yaşamaq uğrunda mübarizədir” - MÜSAHİBƏ
  • " width="300" height="266" />
    Fransa Geosiyasət İnstitutunun analitiki:“Qərbin Ərdoğan üçün etmədiyini Rusiya etdi” - MÜSAHİBƏ  
  • " width="300" height="266" />
    GENERAL BƏRXUDAROV ERMƏNİSTANI HƏDƏLƏDİ:"İrəvanın mərkəzini vurmaq iqtidarındayıq" MÜSAHİBƏ

Qaynar Qazan

Qapalı Mövzu


Vəkil Bürosu

Qadın Sözü

Aprel 2018
BE ÇA Ç CA C Ş B
« Mar    
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30  



XƏBƏR LENTİ

22 Aprel 2018
21 Aprel 2018

05 Aprel 2018 - 16:12

Qulamhüseyn Əlibəyli:"Maddi vəziyyətimiz imkan vermədi ki, seçkilərdə iştirak edək..."
Aydınlar Partiyasının sədri, tanınmış hüquqşünas Qulamhüseyn Əlibəyli Teleqraf.com-a müsahibə verib.
Strateq.az həmin müsahibəni təqdim edir:
– Qulamhüseyn müəllim, neçə vaxtdır ki, sizi mətbuatda görmürük. Buna səbəb nədir?
– Ola bilsin ki, mətbuat bizə olan marağını itirib. Adətən, müraciət olanda çalışıram ki, cavab verim.
İkincisi, səhhətimdə problemlər var. Bu da yaşla əlaqədardır. Ola bilsin ki, buna görə bir qədər az görünürəm. Ancaq bütün hallarda çalışıram ki, mediadan bizə edilən müraciətlərə mümkün qədər cavab verim. Siz də bilirsiniz ki, mən öz təşəbbüsümlə mətbuatda görünməyə heç vaxt cəhd göstərməmişəm.
– Səhhətinizdə hansı problemlər var?
– Məndə şəkər var. Bu da vaxtaşırı mənə problem yaradır. Eyni zamanda təzyiqdən əziyyət çəkirəm. Yəni ümumi, hər kəsdə ola biləcək problemlər.
– Səhhətinizdə müəyyən problemlərin olduğunu dediniz. Bəs bu sizə ictimai-siyasi proseslərlə maraqlanmağa imkan verir?
– Siyasətlə məşğul olan istənilən şəxs siyasi proseslərlə maraqlanır. İndi Azərbaycanda ən böyük ictimai-siyasi hadisə prezident seçkiləri ilə bağlıdır. Mən seçki prosesi və xəbərləri mətbuat vasitəsilə izləməyə çalışıram. Hər halda ictimai-siyasi durumla bağlı ciddi məsələ görmürəm.
– Yeri gəlmişkən, siz də zamanında prezidentliyə namizəd olmusunuz. Ancaq bu seçkilərdə fəallıq göstərmədiniz, namizədliyinizi irəli sürmədiniz…
– Təbii ki, seçkidə iştirak həm maddi vəsait, həm insan resursu, həm də təşkilatı dəstək tələb edir. Təşkilati dəstək və insan resursları var, amma maddi vəziyyətimiz imkan vermədi ki, seçkilərdə iştirak edək. Prinsipcə, biz seçkilərdə iştirakın tərəfdarıyıq. Ona görə də seçkiləri boykot etmədik, sadəcə rəsmi olaraq öz namizədimizlə seçkilərə qatılmırıq. İrəli sürülən namizədlərin də artıq müdafiə edilməsi, blok yaradılması prosesi yoxdur. Üstəlik bizim partiyanın siyasətinə uyğun gələn namizəd görmədik. Bu səbəbdən də partiya olaraq konkret namizədi dəstəkləmədik. Seçki günü partiya üzvləri sərbəst formada səsvermədə iştirak edəcək. Bu, artıq fərdi məsələdir.
– Sədri olduğunuz Aydınlar Partiyasının fəaliyyəti var?
– Sözsüz ki, fəaliyyətimiz var. Ancaq bilirsiniz ki, əksər siyasi partiyaların fəaliyyəti öləziyib və ya passiv fəaliyyət mövcuddur. Siyasi fəaliyyət üçün sfera vacibdir. Bu baxımdan bizim partiyanın daimi fəaliyyəti mövcuddur. Biz Əlaqələndirmə Mərkəzi deyilən formatda iştirak edirik, siyasi partiyalarla müzakirələr aparırıq. Vaxtaşırı ictimai-siyasi prosesləri müzakirə edirik, münasibətimizi bildiririk. Eyni zamanda bəzi tədbirlər keçiririk. Ola bilsin ki, mətbuatla əlaqələrimiz yaxşı qurulmadığı üçün bu fəaliyyət mediada öz əksini tapmır.
– İndi dünyada və regionda mühüm siyasi proseslər baş verir. Rusiya, İran və Türkiyə prezidentləri Ankarada bir araya gəlir. ABŞ İranı hədəfə alır, Qərb ölkələri Rusiyaya qarşı sanksiyaları işə salır, diplomatlarını ölkədən qovur. Bu baxımdan regional prosesləri necə şərh edərdiniz?
– Təbii ki, qarşıdurma prosesi gedir. İstər Qərb-Rusiya, istər ABŞ-İran, istərsə də Avropa-Türkiyə arasında. Böyük ehtimalla Tehran, Moskva və Ankara Qərb dövlətlərindən qorunmaq məqsədilə ittifaq yaratmağa çalışırlar. Əslində həmin dövlətlərin daxili və xarici siyasəti baxımından bu addımı təbii hesab etmək lazımdır. Bu təhlükəsizlik məsələləri baxımından vacibdir.
Bildiyiniz kimi, bu yaxınlarda qeyd olundu ki, Azərbaycana da müəyyən təzyiqlər var. Bu da təbii prosesdir. Daimi olaraq həm Qərbdən, həm də Şimaldan bizə təzyiqlər olur. Bu təzyiqləri neytrallaşdırmaq üçün Azərbaycan da aktiv fəaliyyət göstərir, bir sıra formatlarda müzakirələr aparır, təşəbbüslərlə çıxış edir. Hesab edirəm ki, Rusiya, İran və Türkiyənin bir araya gəlməsi regionda təhlükəsizlik baxımından müəyyən problemlərin həllinə kömək edə bilər. Amma bütövlükdə regionda tam təhlükəsizliyin bərqərar olunmasının belə razılaşmalarla həll edilməsi çətindir.
– Biz qlobal qarşıdurmaları da müşahidə edirik. Çin-Amerika, Amerika-Rusiya qarşıdurması gələcək dünya üçün nə vəd edir?
– Əvvəla deyim ki, bunlar təhlükəli meyllərdir. Amma bu meyllər indi başlamayıb. Bu proses bir neçə il əvvəl başlayıb, indi də sonluğa doğru gedir. Qərb-Rusiya qarşıdurması 4 ildir davam edir. Hər halda dünya siyasətində geopolitik gərginlik açıq hiss edilir və bu gərginlikdən qorxma, çəkinmə meylləri də görünür. Bu qlobal dövlətləri idarə edən şəxslər ambisiyalarından geri çəkilməlidir ki, qarşıdurma gərginləşməsin və silahlar danışmağa başlamasın.