Gündəm

Müsahibə

  • " width="300" height="266" />
    Neft Araşdırmaları Mərkəzinin rəhbəri:"Azərbaycan neft layihələrindən 155 milyard dollardan çox qazanıb" - MÜSAHİBƏ
  • " width="300" height="266" />
    PUTİNİN AZƏRBAYCANLI DOSTU:"Mənə hər hansı tapşırıq verilsə, onu həyata keçirməyi özümə borc biləcəm" - MÜSAHİBƏ
  • " width="300" height="266" />
    Rusiyalı təhlilçi Qriqori Trofimçuk:"Koçaryan hakimiyyətə idda etsə, ölkədə durum sabitsizləşəcək" - MÜSAHİBƏ
  • " width="300" height="266" />
    Keçmiş deputat Kərim Kərimov:“Naxçıvana - Heydər Əliyevin yanına gedənlər arasında Etibar Məmmədov da vardı”
  • " width="300" height="266" />
    Yaqub Mahmudov:“Nuru Paşa Azərbaycan ordusu ilə əməkdaşlıq etmədən tarixi vəzifələri yerinə yetirə bilməzdi” – MÜSAHİBƏ
  • " width="300" height="266" />
    DEPUTAT MƏLAHƏT İBRAHİMQIZI:“Bu yubiley tədbiri ermənilərə və onları dəstəkləyən qüvvələrə mesajdır”- MÜSAHİBƏ
  • " width="300" height="266" />
    Professor Cəmil Həsənli:"15 sentyabrı «Qurtuluş günü» adlandıra bilmirlərsə, «Paytaxt günü» desinlər"
  • " width="300" height="266" />
    Sülhəddin Əkbər:"Hazırda sionizm öz gücünün zirvəsindədir" - MÜSAHİBƏ
  • " width="300" height="266" />
    PROFESSOR XALƏDDİN İBRAHİMLİ:"Suriyada konsensus Qarabağ məsələsində də anlaşmaya yol aça bilər" - MÜSAHİBƏ
  • " width="300" height="266" />
    Zərdüşt Əlizadə:“Mümkündür ki, Bəşər Əsəd getsin...” – MÜSAHİBƏ  

Qaynar Qazan

  • " width="300" height="266" />
    “STRATEQ BAXIŞI”nda QARABAĞ MÜZAKİRƏSİ:“Rusiya ilə indiki anda anlaşma bütün Azərbaycanı itirmək deməkdir" - VİDEO
  • " width="300" height="266" />
    Zəlimxan Məmmədli:"Görürəm ki, mənim mindiyim gəmi batır" - VİDEO
  • " width="300" height="266" />
    Dostu “Basqal Həsən” Əbülfəz Elçibəydən danışdı:“Dünyasını dəyişəndə elə bildim ki, həyatım dayandı”-VİDEO
  • " width="300" height="266" />
    Zəlimxan Məmmədli:“Gürcüstanın xoşbəxtliyi Azərbaycan, Türkiyə və Türk Dünyası ilə bağlıdır”-VİDEO
  • " width="300" height="266" />
    Zəlimxan Məmmədli Elçibəyə xəyanətdən danışdı:“Elçibəyin namizədliyinə əngəl olan hər kəs mükafatını aldı”-VİDEO
  • " width="300" height="266" />
    DEPUTAT FƏZAİL AĞAMALIDAN ZƏRDÜŞT ƏLİZADƏYƏ SƏRT CAVAB:“Elçibəyin əleyhinə ifadə verən onun atası Məmməd Mübariz olub” - MÜSAHİBƏ
  • " width="300" height="266" />
    ZƏRDÜŞT ƏLİZADƏDƏN QALMAQAL SALACAQ AÇIQLAMALAR:"Qapı açıldı və Vaqif Hüseynovla Əbülfəz bəy gülə-gülə çıxdılar...“ - VİDEO
  • " width="300" height="266" />
    Zərdüşt Əlizadədən ağır sözlər:"KQB ARXİVLƏRİ AÇILMADIĞINIDAN, BU GÜNDƏYİK"-VİDEO
  • " width="300" height="266" />
    Zərdüşt Əlizadə:“HEYDƏR ƏLİYEV GƏLƏNDƏN SONRA 12 İRAN GENERALI DA GƏLİB OTURMUŞDU BAKIDA” - VİDEO
  • " width="300" height="266" />
    “STRATEQ BAXIŞI”nda növbəti müzakirə:“İRAN VURULARSA, NƏLƏR OLAR?” - VİDEO

Qapalı Mövzu


Vəkil Bürosu

Qadın Sözü

Sentyabr 2018
BE ÇA Ç CA C Ş B
« Avq    
 12
3456789
10111213141516
17181920212223
24252627282930



XƏBƏR LENTİ

21 Sentyabr 2018
20 Sentyabr 2018

Digər Xəbərlər

08 May 2018 - 17:41

Professor Xaləddin İbrahimli:“Paşinyan Azərbaycanla status-kvonu saxlamağa çalışacaq” -  MÜSAHİBƏ

Ermənistanda inqilab müxalifət lideri Nikol Paşinyanın baş nazir seçilməsi ilə başa çatdı. Beləliklə, 2008-ci ildən fərqli olaraq, qan tökülmədən hakimiyyət dəyişdi. Gözləntilərin əskinə olaraq, hökumət  müxalifətə qarşı zor tətbiq etmədi. Ermənistanın hərbi-siyasi müttəfiqi Rusiya da prosesləri soyuqqanlıqla izlədi, Serj Sərkisyanın hakimiyyətdə qalmasına açıq dəstək vermədi.

Bu ölkədə cərəyan edən hadislər Azərbaycanda da diqqətlə izlənilir. Bundan sonra nə baş verəcək, rejim dəyişikliyi Qarabağ münaqişəsinin həllinə, regiondakı hərbi-siyasi balansa necə təsir göstərə bilər?

Strateq.az-ın suallarını Türkiyədə yaşayan professor Xaləddin İbrahimli cavablandırıb:

 

– Ermənistanda gedən prosesləri ümumilikdə necə qiymətləndirirsiniz? Bu ölkədə hakimiyyət niyə dəyişdi, yaxud rejimi hansı qüvvələr dəyişdi? Burada daxili, yoxsa xarici amillər əsas rol oynadı?

– Ermənistan toplumu çoxdan dəyişmə istəyirdi, sonda istəyinə nail oldu. Bu dəyişmədə xarici faktor aramağın mənası yoxdu. İndi dünyanın diqqəti başqa məsələlərə yönəlib. Hazırda postsovet məkanında dəyişikliklərlə bağlı böyük güclərin hansısa planı yoxdur. Amma bu o demək deyil ki, Rusiya və Qərb prosesə biganədir. Sadəcə hər iki tərəf bu dəyişmə ilə Ermənistanın xarici siyasətində ciddi fərqlənmənin olmayacağını bilir. Bu üzdən nə dəyişməyə əngəl oldular, yəni xüsusi enerji sərf edib xalqın iradəsinə qarşı çıxdlar, nə də dəstək verdilər. Qarşıda Ermənistanın xarici siyasətində dəyişikliklərin olacağı gözlənilsəydi, ən azı bir neçə dünya və bölgə gücü boy göstərməli və bu, açıq hiss olunmalı idi.

– Rusiyanın bu ölkədə baş verənlərlə bağlı tutduğu mövqeni necə qiymətləndirmək olar? Rusiya Sarkisyanı niyə qorumadı? Bəlkə, qoruya bilmədi?

– Qorumaq istəmədi. Dediyim kimi, izafi enerji sərfi olardı. Yeni hökumət əvvəlkindən fərqli bir siyasət yürütməyəcək ki… Bu dəyişmə Ermənistanın içi üçündür. Ermənistan əvvəlkindən fərqli bir dövlətə çevriləcək, təxminən, Gürcüstan kimi. Xarici siyasətə dəngəni gözləməyə məcburdurlar. Yenə də Rusiyanın himayəsinə sığınmaq, Qərblə münasibətləri daha da inkişaf etdirmək yolları aramaq, İrandan dəstək almaq, Türkiyəni dirəndirmək, Azərbaycanla status kvonu qorumaq istəyəcəklər.

– Paşinyanın Ermənistanda hakimiyyət başına keçməsinin Qarabağ probleminin həllinə və Azərbaycandakı daxili proseslərə təsiri nədən ibarət ola bilər?

– Qarabağ məsələsi ilə bağlı dəyişmə bir halda baş verə bilər: Azərbaycan ərazi bütövlüyünün təmin olunması üçün hərbi əməliyatlara başlasa. Təbii ki, söhbət qısamüddətli lokal əməliyatlardan getmir. Bunun baş verməyəcəyini isə qonşu ölkələrin siyasi mərkəzlərində bilirlər. Ümumilikdə yeni iqtidar danışıqlara hazır olana qədər xeyli vaxt keçəcək. ABŞ və Rusiya öz aralarındakı münasibətləri aydınlaşdırana qədər Ermənistan bu iqtidar dəyişməsini bəhanə gətirib Qarabağ məsələsi ilə bağlı danışıqlar prosesini ertələyəcək. Bir qədər diplomatik gərginliyi yumşaltmaq və yükü azaltmaq niyyəti də var.

– Bəs ümumilikdə regiondakı hərbi-siyasi durumda hansı dəyişikliklər gözlənilir?

– Hər şey əvvəlki axarı ilə gedəcək. Yəqin ki, yaxın zamanlarda Ermənistanda anlaşıb hökümət quracaqlar. İnanmıram ki, ciddi siyasi böhran olsun. Regiona pozitiv dəyişmələr Ermənistandakı iqtidar dəyişmələri ilə gəlməyəcək. Gəlin, bunu gözləyib özümüzü aldatmayaq. Durumu biz özümüz dəyişmək haqqında düşünməliyik. İtirən bizik. Bunu üçün də öncə özümüz dəyişməliyik. Özümüz dəyişə bilsək, ətrafa münasibət də dəyişəcək və ümumilikdə dəyişmələr baş verəcək.

Söhmətləşdi: T. Rüstəmli

Strateq.az