Gündəm

Müsahibə

  • " width="300" height="266" />
    Neft Araşdırmaları Mərkəzinin rəhbəri:"Azərbaycan neft layihələrindən 155 milyard dollardan çox qazanıb" - MÜSAHİBƏ
  • " width="300" height="266" />
    PUTİNİN AZƏRBAYCANLI DOSTU:"Mənə hər hansı tapşırıq verilsə, onu həyata keçirməyi özümə borc biləcəm" - MÜSAHİBƏ
  • " width="300" height="266" />
    Rusiyalı təhlilçi Qriqori Trofimçuk:"Koçaryan hakimiyyətə idda etsə, ölkədə durum sabitsizləşəcək" - MÜSAHİBƏ
  • " width="300" height="266" />
    Keçmiş deputat Kərim Kərimov:“Naxçıvana - Heydər Əliyevin yanına gedənlər arasında Etibar Məmmədov da vardı”
  • " width="300" height="266" />
    Yaqub Mahmudov:“Nuru Paşa Azərbaycan ordusu ilə əməkdaşlıq etmədən tarixi vəzifələri yerinə yetirə bilməzdi” – MÜSAHİBƏ
  • " width="300" height="266" />
    DEPUTAT MƏLAHƏT İBRAHİMQIZI:“Bu yubiley tədbiri ermənilərə və onları dəstəkləyən qüvvələrə mesajdır”- MÜSAHİBƏ
  • " width="300" height="266" />
    Professor Cəmil Həsənli:"15 sentyabrı «Qurtuluş günü» adlandıra bilmirlərsə, «Paytaxt günü» desinlər"
  • " width="300" height="266" />
    Sülhəddin Əkbər:"Hazırda sionizm öz gücünün zirvəsindədir" - MÜSAHİBƏ
  • " width="300" height="266" />
    PROFESSOR XALƏDDİN İBRAHİMLİ:"Suriyada konsensus Qarabağ məsələsində də anlaşmaya yol aça bilər" - MÜSAHİBƏ
  • " width="300" height="266" />
    Zərdüşt Əlizadə:“Mümkündür ki, Bəşər Əsəd getsin...” – MÜSAHİBƏ  

Qaynar Qazan

  • " width="300" height="266" />
    “STRATEQ BAXIŞI”nda QARABAĞ MÜZAKİRƏSİ:“Rusiya ilə indiki anda anlaşma bütün Azərbaycanı itirmək deməkdir" - VİDEO
  • " width="300" height="266" />
    Zəlimxan Məmmədli:"Görürəm ki, mənim mindiyim gəmi batır" - VİDEO
  • " width="300" height="266" />
    Dostu “Basqal Həsən” Əbülfəz Elçibəydən danışdı:“Dünyasını dəyişəndə elə bildim ki, həyatım dayandı”-VİDEO
  • " width="300" height="266" />
    Zəlimxan Məmmədli:“Gürcüstanın xoşbəxtliyi Azərbaycan, Türkiyə və Türk Dünyası ilə bağlıdır”-VİDEO
  • " width="300" height="266" />
    Zəlimxan Məmmədli Elçibəyə xəyanətdən danışdı:“Elçibəyin namizədliyinə əngəl olan hər kəs mükafatını aldı”-VİDEO
  • " width="300" height="266" />
    DEPUTAT FƏZAİL AĞAMALIDAN ZƏRDÜŞT ƏLİZADƏYƏ SƏRT CAVAB:“Elçibəyin əleyhinə ifadə verən onun atası Məmməd Mübariz olub” - MÜSAHİBƏ
  • " width="300" height="266" />
    ZƏRDÜŞT ƏLİZADƏDƏN QALMAQAL SALACAQ AÇIQLAMALAR:"Qapı açıldı və Vaqif Hüseynovla Əbülfəz bəy gülə-gülə çıxdılar...“ - VİDEO
  • " width="300" height="266" />
    Zərdüşt Əlizadədən ağır sözlər:"KQB ARXİVLƏRİ AÇILMADIĞINIDAN, BU GÜNDƏYİK"-VİDEO
  • " width="300" height="266" />
    Zərdüşt Əlizadə:“HEYDƏR ƏLİYEV GƏLƏNDƏN SONRA 12 İRAN GENERALI DA GƏLİB OTURMUŞDU BAKIDA” - VİDEO
  • " width="300" height="266" />
    “STRATEQ BAXIŞI”nda növbəti müzakirə:“İRAN VURULARSA, NƏLƏR OLAR?” - VİDEO

Qapalı Mövzu


Vəkil Bürosu

Qadın Sözü

Sentyabr 2018
BE ÇA Ç CA C Ş B
« Avq    
 12
3456789
10111213141516
17181920212223
24252627282930



XƏBƏR LENTİ

21 Sentyabr 2018
20 Sentyabr 2018

Digər Xəbərlər

15 May 2018 - 19:36

Hikmət Hacızadə:“Qarabağ probleminin bütün açarları Moskvadadır” – MÜSAHİBƏ

 

Azərbaycanın Rusiyadakı keçmiş səfiri Hikmət Hacızadə “Amerikanın Səsi”nə müsahibəsində Ermənistan-Rusiya münasibətləri və Dağlıq Qarabağ münaqişəsindən danışıb.

Strateq.az müsahibəni oxucularına təqdim edir:

 

Ermənistanın yeni baş naziri ilk səfərini Rusiyaya etdi. Rusiya-Ermənistan münasibətlərinin perspektivləri necə görünür?

– Çətin sualdır. Hələ ki, Nikol Paşinyan təzə başlayıb və fəaliyyətinə ziddiyyətli çıxışlarla başlayıb. O, müxalifətdə olanda deyirdi ki, Rusiya ilə münasibətlərə yenidən baxmalıyıq. Deyirdi ki, lazım olanda Rusiya Ermənistanı qabağa çəkir, lazım olanda satır, lazım olanda, elə-belə, oyuncaq kimi bizimlə davranır. Xüsusilə onun fikirləri, daha çox aprel müharibəsindən (2016-ci il aprelin 2-dən 5-dək Dağlıq Qarabağda hərbi əmliyyatların bərpası nəzərdə tutulur-red) sonra yayıldı. Deyirdi, yenə ruslar satdı, azərbaycanlılar gəldi bizi qırdı, rus tərpənmədi və s. Bununla bağlı Paşinyan bir neçə dəfə fikir səsləndirdi ki, Rusiya ilə münasibətlərə yenidən baxmalıyıq. Ancaq Paşinyan hakimiyyətə gəlməyə yaxınlaşanda, onun fəaliyyəti geniş vüsət alanda, böyük hərəkat başlayanda, hərkat bundan tələb etməyə başladı ki, xeyr, Rusiya bizə lazımdır, Rusiya bizə vacibdir. Xahiş edirik, Rusiyanın xətrinə dəyməyin və o geri çəkildi. Başladı ki, hə, yox mən elə deməmişəm, mən başqa cür demişəm. Rusiya bizim can-ciyərimizdir, həmişə bir olacağıq. Bəzi məsələləri yenidən danışacağıq. Amma ümumən biz onun hərbi, ticari ittifaqlarında fəal iştirak edəcəyik. Bax belə, qalıbdır bu iki fikrin arasında. Burada qərb məsələsi də var. O qərblə münasibətlərini necə quracaq? Əvvəl-əvvəl Paşinyanı qərbpərəst kimi tanıyırdılar. Xüsusilə də deyirdilər ki, o Fransa diasporasının təsiri altındadır. O qərblə bütün əməkdaşlığın genişləndirlməsinin tərəfdarıdır. Avropa İttifaqı ilə əməkdaşlıq sazişinin genişləndirilməsinin tərəfdarı kimi tanınırdı. İndi isə Ermənistanın ruspərəstləri onu sıxırlar. Baxaq görək, o dözə biləcək, ya yox. Amma, hər halda ürəyində qərbpərəstdir.

Nikol Paşinyanın Moskva səfəri zamanı Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı hər hansı açıqlama verilməyib? Münaqişənin bundan sonrakı nizamlanma prosesində bir yenilik ola bilərmi?

– Yenilik gözləmirəm. Həmin vəziyyət olacaq, yəni Rusiyanın mövqeyi belədir ki, status-kvo necə var, elə də qalacaq. Rusiya həm Ermənistanı, həm də Azərbaycanı qarmaqda saxlamaq istəyir. Buna görə də indiki vəziyyət Rusiyaya sərf edir. Kim də ki, nəsə Rusiyanın xoşuna gəlməyən addımlar atsa, o saat onu cərimələyirlər. Ya Azərbaycanı Ermənitsanın üzərinə buraxıralar, ya Ermənistanı Azərbaycanın üzərinə buraxırlar. Status-kvo belə qalacaq, çünki Rusiya belə istəyir.

Azərbaycanın xarici işlər naziri mayın 15-də ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə münaqişə ətrafında yaranmış son durumu müzakirə edib? Münaqişənin nizamlanmasında ATƏT-in Minsk Qrupunun həmsədrlərinin mövqeyində hansı yeniliklər ola bilər?

-Heç bir yenilik gözləmək olmaz. Ümumən, bu, Minsk Qrupu mənasız bir qurumdur. Qarabağ probleminin bütün açarları Moskvadadır. Moskvaya fikir verin. Məsələni izləyirsinizsə, baxın, görün Moskva necə davranır, nə deyir, hansı eyhamlar edir. Qalanlarının Azərbaycanla heç bir işi, marağı yoxdur. Nə Fransanın, nə Amerikanın. Əfsus ki, belədir. Başları qarışıb Suriya, Ukrayna, indi də İran, Fələstin problemlərinə. Hələ ki, Azərbaycana çox da maraq yoxdur.

Azərbaycan indiki vəziyyətdəhansı addımları atmalıdır? Xüsusilə xarici siyasət sahəsində hansı addımlar atmalıdır?

​-Mən belə deyə bilərəm ki, bizi başqa bir təhlükə gözləyir. Ola bilsin, Ermənistan demokratikləşəcək, indi Paşinyanın planları belədir. Amma Azərbaycan bu yolda heç bir addım atmır. Bu bizim zərərimizədir. Onda dünya ictimaiyyətinin gözündə, demokratik Ermənistan, anti-demokratik Azərbaycanla toqquşur. Əlbəttə, bütün simpatiyalar (rəğbət-red) Ermənistanın tərəfində olacaq. Bunu düşünmək lazımdır. Bizim anti-demokatikliyimiz, avtoritarizmimiz bizim zəifliyimizdir. İslahatlar lazımdır. Geniş siyasi islahatlar. Siyasi məhbuslar buraxılmalıdır. Söz azadlığı təmin olunmalıdır. Beynəlxalq təşkilatlar Azərbaycana qayıtmalıdır. Biz bunu etməsək, Ermənistan etsə, bu artıq bizim üçşün minusdur.