Gündəm

  • " width="300" height="266" />
    Netanyahu Putinə zəng etdi, təkliflər verdi –Rusiya təyyarəsinin vurulmasına görə
  • " width="300" height="266" />
    Prezident İlham Əliyevdən cəbhədəki son hadisəyə reaksiya:"Əsgərlərimiz onlara elə dərs veriblər ki..."
  • " width="300" height="266" />
    Rəsmi Pekindən ABŞ-a “60 milyardlıq vergi” cavabı gəldi:"Qərarımız sentyabrın 24-də qüvvəyə minəcək"
  • " width="300" height="266" />
    Donald Tramp rəsmi Pekini hədələdi:"Biz iqtisadi cəhətdən sürətli və sarsıdıcı cavab verəcəyik”
  • " width="300" height="266" />
    İsraildən Rusiyanın hərbi təyyərəsinin vurulmasına rəsmi reaksiya:"Bütün məsuliyyət Suriyanın üzərindədir"
  • " width="300" height="266" />
    “Rusiya Suriyadakı hərbçilərinin təhlükəsizliyini təmin edəcək, bunu hamı görəcək” –Putindən bəyanat
  • " width="300" height="266" />
    Türkiyə Suriyaya əlavə qoşun yeridir:"İdlib terroçulardan təmizlənəcək"
  • " width="300" height="266" />
    Ekspertdən neftin qiyməti ilə bağlı təhlükəli proqnoz:"Yeni “neft şoku"nun yaranma riskləri güclənir”
  • " width="300" height="266" />
    Politoloqdan Ərdoğan-Putin razılaşmasına şərh:"Hər iki şərtin yerinə yetirilməsi Türkiyənin çiyinləri üzərinə düşəcək"
  • " width="300" height="266" />
    Rusiya müdafiə naziri Əsəd rejiminin adından da cavab verdi:"İdlibdə hərbi əməliyyatlar aparılmayacaq"

Müsahibə

  • " width="300" height="266" />
    PUTİNİN AZƏRBAYCANLI DOSTU:"Mənə hər hansı tapşırıq verilsə, onu həyata keçirməyi özümə borc biləcəm" - MÜSAHİBƏ
  • " width="300" height="266" />
    Rusiyalı təhlilçi Qriqori Trofimçuk:"Koçaryan hakimiyyətə idda etsə, ölkədə durum sabitsizləşəcək" - MÜSAHİBƏ
  • " width="300" height="266" />
    Keçmiş deputat Kərim Kərimov:“Naxçıvana - Heydər Əliyevin yanına gedənlər arasında Etibar Məmmədov da vardı”
  • " width="300" height="266" />
    Yaqub Mahmudov:“Nuru Paşa Azərbaycan ordusu ilə əməkdaşlıq etmədən tarixi vəzifələri yerinə yetirə bilməzdi” – MÜSAHİBƏ
  • " width="300" height="266" />
    DEPUTAT MƏLAHƏT İBRAHİMQIZI:“Bu yubiley tədbiri ermənilərə və onları dəstəkləyən qüvvələrə mesajdır”- MÜSAHİBƏ
  • " width="300" height="266" />
    Professor Cəmil Həsənli:"15 sentyabrı «Qurtuluş günü» adlandıra bilmirlərsə, «Paytaxt günü» desinlər"
  • " width="300" height="266" />
    Sülhəddin Əkbər:"Hazırda sionizm öz gücünün zirvəsindədir" - MÜSAHİBƏ
  • " width="300" height="266" />
    PROFESSOR XALƏDDİN İBRAHİMLİ:"Suriyada konsensus Qarabağ məsələsində də anlaşmaya yol aça bilər" - MÜSAHİBƏ
  • " width="300" height="266" />
    Zərdüşt Əlizadə:“Mümkündür ki, Bəşər Əsəd getsin...” – MÜSAHİBƏ  
  • " width="300" height="266" />
    Türkiyənin keçmiş xarici işlər naziri:"Bağlı qapıların arxasında Türkiyə ilə sərt danışılıb" (Müsahibə)

Qaynar Qazan

  • " width="300" height="266" />
    “STRATEQ BAXIŞI”nda QARABAĞ MÜZAKİRƏSİ:“Rusiya ilə indiki anda anlaşma bütün Azərbaycanı itirmək deməkdir" - VİDEO
  • " width="300" height="266" />
    Zəlimxan Məmmədli:"Görürəm ki, mənim mindiyim gəmi batır" - VİDEO
  • " width="300" height="266" />
    Dostu “Basqal Həsən” Əbülfəz Elçibəydən danışdı:“Dünyasını dəyişəndə elə bildim ki, həyatım dayandı”-VİDEO
  • " width="300" height="266" />
    Zəlimxan Məmmədli:“Gürcüstanın xoşbəxtliyi Azərbaycan, Türkiyə və Türk Dünyası ilə bağlıdır”-VİDEO
  • " width="300" height="266" />
    Zəlimxan Məmmədli Elçibəyə xəyanətdən danışdı:“Elçibəyin namizədliyinə əngəl olan hər kəs mükafatını aldı”-VİDEO
  • " width="300" height="266" />
    DEPUTAT FƏZAİL AĞAMALIDAN ZƏRDÜŞT ƏLİZADƏYƏ SƏRT CAVAB:“Elçibəyin əleyhinə ifadə verən onun atası Məmməd Mübariz olub” - MÜSAHİBƏ
  • " width="300" height="266" />
    ZƏRDÜŞT ƏLİZADƏDƏN QALMAQAL SALACAQ AÇIQLAMALAR:"Qapı açıldı və Vaqif Hüseynovla Əbülfəz bəy gülə-gülə çıxdılar...“ - VİDEO
  • " width="300" height="266" />
    Zərdüşt Əlizadədən ağır sözlər:"KQB ARXİVLƏRİ AÇILMADIĞINIDAN, BU GÜNDƏYİK"-VİDEO
  • " width="300" height="266" />
    Zərdüşt Əlizadə:“HEYDƏR ƏLİYEV GƏLƏNDƏN SONRA 12 İRAN GENERALI DA GƏLİB OTURMUŞDU BAKIDA” - VİDEO
  • " width="300" height="266" />
    “STRATEQ BAXIŞI”nda növbəti müzakirə:“İRAN VURULARSA, NƏLƏR OLAR?” - VİDEO

Qapalı Mövzu


Vəkil Bürosu

Qadın Sözü

Sentyabr 2018
BE ÇA Ç CA C Ş B
« Avq    
 12
3456789
10111213141516
17181920212223
24252627282930



XƏBƏR LENTİ

19 Sentyabr 2018
18 Sentyabr 2018

Digər Xəbərlər

08 İyul 2018 - 13:03

“Sərt tədbirlər görülməsə, cəmiyyət bunu birmənalı qarşılamayacaq” –Fazil Mustafa enerji sektoruna ayrılan vəsaitlərin mənimsənildiyini deyir

Deputat Fazil Mustafa “Azadlıq” radiosuna müsahibəsində iyulun 3-dən 4-ə keçən gecə ölkədə yaranan enerji böhranı, hökumətin ona reaksiyası barədə sualları cavablandırıb.

Strateq.az həmin müsahibəni oxuculara təqdim edir:

– Fazil bəy, iyulun 2-dən 3-nə keçən gecə Mingəçevir İstilik Elektirik Stansiyasında (İES) qəza baş verdi. Bunun yaratdığı problemlər hələ də müzakirə predmetidir. Elektrik kəsildi, insanlar metro stansiyalarında qaldılar, dəmiryoli iflic vəziyyətə düşdü, işməli su problemi yarandı və.s. Bütün bunları necə qiymətləndirirsiniz və səbəbləri nədə görürsünüz?

– Baş verənlər, birinci növbədə, nəzarətsizlikdən yarandı. Müəyyən mərhələdə enerji sektoruna ən çox vəsait ayrılan sahə kimi baxmaq lazımdır. Amma vəsait lazımı təyinat üzrə xərclənməyib. Həm də laqeydlik rol oynadığından, bu nəticə gözlənilən idi. Məsələ ondadır ki, belə hadisələr müharibə vəziyyətində olan dövlətdən ötrü çox böyük təhlükə mənbəyi ortaya çıxara bilər.

Baş verənlərdə qeyri-peşəkarlığın da rol aldığını söyləmək olar. Enerji elə bir sahədir ki, peşəkarların öndə olması lazımdır. Amma çox təəssüf ki, bu sahədə səlahiyyətli şəxslərin peşəkarlara daha az diqqət yetirdiyinin şahidi olursan. Ona görə də Azərbaycanda ciddi müətəxəssis hazırlığına ehtiyac var.

– Oxşar hadisə əvvəllər də olub, 2002-ci ildə. O, vaxt ölkə başçısı Heydər Əliyev nazir Müslim İmanovu vəzifəsindən kənarlaşdırdı. İndi baş verənlərə münasibətdə belə tədbir görülmədi. Buna münasibətiniz?

– Çox güman ki, bu istiqamətdə müəyyən addımlar atılacaq. Çünki səhvlər, sui-istifadə halları etiraf olundu – ən yüksək səviyyədə. Ölkə başçısı da bu barədə danışdı. İndiki mərhələdə dövlət başçısı üçün qəzanın nəticələrini ortadan qaldırmaq əsas məsələdir. Qəza hər zaman ola bilər, amma burda söhbət məsuiyyətsizlikdən gedir. Texniki və yaxud başqa qəza olursa, ona hazırlıq, enerji mənbələrinin alternativlərinin tapılması, vaxtında bunun nəzərdə tutulması vacibdir. Amma indiki mərhələdə ciddi araşdırmaya ehtiyac var. Araşdıranda görünəcək ki, ayrılan vəsaitin çox cüzi hissəsi sağlam, normal texniki vasitələrə ayrılıb, qəzanın səbəbi də burdan qaynaqlanır. Çox güman ki, araşdırmanın nəticələri bəlli olan kimi, sərt tədbirlər həyata keçiriləcək.

– Həm baş prokuror Zakir Qaralovun, həm də fövqəladə hallar naziri Kamaləddin Heydərovun müşavirədəki çıxışlarında çox ciddi itthamlar yer almışdı. Onların deməsinə görə, “Azenerji” rəhbərliyinə əvvəlcədən vəziyyətlə bağlı xəbərdarlıqlar edilib. Buna münasibətiniz?

– Baş Prokurorluq ciddi araşdırıb fakt ortaya qoymalıdır. O zamandan sonra hər hansı şəkildə tədbirlər görülməsə, cəmiyyət bunu birmənalı qarşılamayacaq.

– Prezident qəzadan sonra müşavirədə “Azərenerji” Açıq Səhmdar Cəmiyyəti sədri Etibar Prverdiyevə dedi ki, “siz utanmalısınız”. Ümumiyyətlə, dövlət idarəetməsində belə hal nə dərəcədə düzgündür?

– İlk addım olaraq daha soyuqqanlı yanaşma sərgilənməlidir, bu da baş verdi. Ardınca konkret yoxlamanın nəticəsinə görə adamların məsuliyyəti müəyyən olunacaq. Metroda o cür həyat riski, ölümlə savaş altında qalan insanları, xəstəxanalarda elektrik kəsilməsindən yaranan vəziyyəti düşünün…

– Xatırlayırsınızsa, prezident 2004-cü ildə Milli Enskilopediyanın redaktoru İsmayıl Vəliyevi nəşrdə ötən əsrin 70-ci illəri barədə tənqidi cümləyə görə müşavirədən çıxartdı. Bu barədə nə deyə bilərsiniz?

– Bunlar fərqli mövzulardır. Ona görə ki, ensiklopediya tamam fərqli məsələdir. Ensiklopediyanın özünün də bugün bərbad olduğu ortaya çıxdı. Azərbaycan Milli Ensiklopediyası xeyli plagiatla dolu olduğundan çox narahatlıq doğurur. Amma enerji qəzası ölkənin imiciylə bağlıdır. Təsəvvür edin, ölkənin turizm potensialına nə qədər böyük zərbə dəydi, qısa müddətdə işıqların olmaması onu göstərdi ki, Azərbaycanda bu sahədə sabit idarəetmə formalaşmayıb. Ona görə də enerji sahəsinin fəsadları daha böyükdür. O baxımdan elektrik enerjisində bu cür qəzaların baş verməməsi barədə düşünmək lazımdır. Söhbət kiminsə tənqidindən, cəzalanmasından yox, problemin ortadan qaldırılmasından gedir. Doğrudanmı, bundan sonra mütəxəssislərin sözü eşidiləcək, yaxud layiq olan yerə onlar təyin olunacaq? Əsas məsələ problemin həllidir.​