Gündəm

  • " width="300" height="266" />
    Netanyahu Putinə zəng etdi, təkliflər verdi –Rusiya təyyarəsinin vurulmasına görə
  • " width="300" height="266" />
    Prezident İlham Əliyevdən cəbhədəki son hadisəyə reaksiya:"Əsgərlərimiz onlara elə dərs veriblər ki..."
  • " width="300" height="266" />
    Rəsmi Pekindən ABŞ-a “60 milyardlıq vergi” cavabı gəldi:"Qərarımız sentyabrın 24-də qüvvəyə minəcək"
  • " width="300" height="266" />
    Donald Tramp rəsmi Pekini hədələdi:"Biz iqtisadi cəhətdən sürətli və sarsıdıcı cavab verəcəyik”
  • " width="300" height="266" />
    İsraildən Rusiyanın hərbi təyyərəsinin vurulmasına rəsmi reaksiya:"Bütün məsuliyyət Suriyanın üzərindədir"
  • " width="300" height="266" />
    “Rusiya Suriyadakı hərbçilərinin təhlükəsizliyini təmin edəcək, bunu hamı görəcək” –Putindən bəyanat
  • " width="300" height="266" />
    Türkiyə Suriyaya əlavə qoşun yeridir:"İdlib terroçulardan təmizlənəcək"
  • " width="300" height="266" />
    Ekspertdən neftin qiyməti ilə bağlı təhlükəli proqnoz:"Yeni “neft şoku"nun yaranma riskləri güclənir”
  • " width="300" height="266" />
    Politoloqdan Ərdoğan-Putin razılaşmasına şərh:"Hər iki şərtin yerinə yetirilməsi Türkiyənin çiyinləri üzərinə düşəcək"
  • " width="300" height="266" />
    Rusiya müdafiə naziri Əsəd rejiminin adından da cavab verdi:"İdlibdə hərbi əməliyyatlar aparılmayacaq"

Müsahibə

  • " width="300" height="266" />
    PUTİNİN AZƏRBAYCANLI DOSTU:"Mənə hər hansı tapşırıq verilsə, onu həyata keçirməyi özümə borc biləcəm" - MÜSAHİBƏ
  • " width="300" height="266" />
    Rusiyalı təhlilçi Qriqori Trofimçuk:"Koçaryan hakimiyyətə idda etsə, ölkədə durum sabitsizləşəcək" - MÜSAHİBƏ
  • " width="300" height="266" />
    Keçmiş deputat Kərim Kərimov:“Naxçıvana - Heydər Əliyevin yanına gedənlər arasında Etibar Məmmədov da vardı”
  • " width="300" height="266" />
    Yaqub Mahmudov:“Nuru Paşa Azərbaycan ordusu ilə əməkdaşlıq etmədən tarixi vəzifələri yerinə yetirə bilməzdi” – MÜSAHİBƏ
  • " width="300" height="266" />
    DEPUTAT MƏLAHƏT İBRAHİMQIZI:“Bu yubiley tədbiri ermənilərə və onları dəstəkləyən qüvvələrə mesajdır”- MÜSAHİBƏ
  • " width="300" height="266" />
    Professor Cəmil Həsənli:"15 sentyabrı «Qurtuluş günü» adlandıra bilmirlərsə, «Paytaxt günü» desinlər"
  • " width="300" height="266" />
    Sülhəddin Əkbər:"Hazırda sionizm öz gücünün zirvəsindədir" - MÜSAHİBƏ
  • " width="300" height="266" />
    PROFESSOR XALƏDDİN İBRAHİMLİ:"Suriyada konsensus Qarabağ məsələsində də anlaşmaya yol aça bilər" - MÜSAHİBƏ
  • " width="300" height="266" />
    Zərdüşt Əlizadə:“Mümkündür ki, Bəşər Əsəd getsin...” – MÜSAHİBƏ  
  • " width="300" height="266" />
    Türkiyənin keçmiş xarici işlər naziri:"Bağlı qapıların arxasında Türkiyə ilə sərt danışılıb" (Müsahibə)

Qaynar Qazan

  • " width="300" height="266" />
    “STRATEQ BAXIŞI”nda QARABAĞ MÜZAKİRƏSİ:“Rusiya ilə indiki anda anlaşma bütün Azərbaycanı itirmək deməkdir" - VİDEO
  • " width="300" height="266" />
    Zəlimxan Məmmədli:"Görürəm ki, mənim mindiyim gəmi batır" - VİDEO
  • " width="300" height="266" />
    Dostu “Basqal Həsən” Əbülfəz Elçibəydən danışdı:“Dünyasını dəyişəndə elə bildim ki, həyatım dayandı”-VİDEO
  • " width="300" height="266" />
    Zəlimxan Məmmədli:“Gürcüstanın xoşbəxtliyi Azərbaycan, Türkiyə və Türk Dünyası ilə bağlıdır”-VİDEO
  • " width="300" height="266" />
    Zəlimxan Məmmədli Elçibəyə xəyanətdən danışdı:“Elçibəyin namizədliyinə əngəl olan hər kəs mükafatını aldı”-VİDEO
  • " width="300" height="266" />
    DEPUTAT FƏZAİL AĞAMALIDAN ZƏRDÜŞT ƏLİZADƏYƏ SƏRT CAVAB:“Elçibəyin əleyhinə ifadə verən onun atası Məmməd Mübariz olub” - MÜSAHİBƏ
  • " width="300" height="266" />
    ZƏRDÜŞT ƏLİZADƏDƏN QALMAQAL SALACAQ AÇIQLAMALAR:"Qapı açıldı və Vaqif Hüseynovla Əbülfəz bəy gülə-gülə çıxdılar...“ - VİDEO
  • " width="300" height="266" />
    Zərdüşt Əlizadədən ağır sözlər:"KQB ARXİVLƏRİ AÇILMADIĞINIDAN, BU GÜNDƏYİK"-VİDEO
  • " width="300" height="266" />
    Zərdüşt Əlizadə:“HEYDƏR ƏLİYEV GƏLƏNDƏN SONRA 12 İRAN GENERALI DA GƏLİB OTURMUŞDU BAKIDA” - VİDEO
  • " width="300" height="266" />
    “STRATEQ BAXIŞI”nda növbəti müzakirə:“İRAN VURULARSA, NƏLƏR OLAR?” - VİDEO

Qapalı Mövzu


Vəkil Bürosu

Qadın Sözü

Sentyabr 2018
BE ÇA Ç CA C Ş B
« Avq    
 12
3456789
10111213141516
17181920212223
24252627282930



XƏBƏR LENTİ

19 Sentyabr 2018
18 Sentyabr 2018

Digər Xəbərlər

11 İyul 2018 - 11:41

PUTİNİN STRATEQİNDƏN SENSASİON AÇIQLAMA:“Sarkisyan 5 rayonu qaytarmağa hazırlaşırdı...” – MÜSAHİBƏ

Rusiya politoloqu, sosioloq və filosof, “Beynəlxalq Avrasiya hərəkatı”nın lideri Aleksandr Duqinin Ermənistan mətbuatına müsahibəsini Strateq.az-ın oxucularına təqdim edirik.

 

– Cənab Duqin, siz iyulun 1-də Bakıda “Azərbaycan – Rusiyanın Cənubi Qafqazda yeganə müttəfiqidir” adlı forum keçirmisiniz. Yəqin, bu forumla bağlı müzakirələrlə tanışsınız? Yeganə müttəfiq nə deməkdir, məgər Ermənistan Rusiyanın müttəfiqi deyil?

– Faktiki olaraq bu forum Cənubi Qafqazda yaranmış geopolitik gerçəkliklər kontekstində Bakının Rusiyaya yaxınlığını vurğulayıb. Ermənistanda yeni baş nazir Paşinyanın hakimiyyətə gəlişindən sonra (fikrimcə, rəngli inqilab nəticəsində gəlib) keçmiş rəhbərliklə əldə edilmiş anlaşmalar – Qarabağ ətrafındakı yeddi-beş rayonun Azərbaycana qaytarılması – Qarabağda sabitliyin təminatına açar idi, amma bu anlaşmalar ləğv olunub. Serj Sərksiyan uzun müddət bu danışıqları aparıb və bu, Rusiyanın Azərbaycanla münasibətlərini möhkəmləndirməyə imkan verərdi, amma Ermənistana qarşı deyil, bütün xalqların xeyrinədir. Bütün bunlar dayandırılıb və ləğv edilib.

Rusiya Ermənistanın müttəfiqi olmaqla, əslində, müxtəlif strateji məsələlərdə Azərbaycana getdikcə daha çox yaxınlaşır. Paşinyann siyasəti bu sazişləri zərbə altında qoyub ki, bu da öz növbəsində durumun gərginləşməsinə səbəb ola bilər. Bu konfransı buna görə keçirmişik. Mənim fikrimcə, bu, həm Ermənistanda, həm də hətta Rusiyada qeyri-adekvat reaksiya doğurub. Söhbət anti-erməniçilikdən getməyib. Bu konfransda ermənilərə və Ermənistana ünvanlanan heç bir tənqid olmayıb, söhbət əməkdaşlıqdan və yalnız  Ermənistan hökumətinin qatıldığı sazişlərin yerinə yetirilməsindən gedib. Yeni hakimiyyət bu rayonların Azərbaycana dinc və qeyri-hərbi yollarla qaytarılmasını şübhə altına qoyub…

– Bağışlayın, amma bizə rəsmən məlum deyil ki, Serj Sərkisyan öz idarəçiliyinin sonunda beş rayonu verməyə hazırlaşırmış və habelə məlum deyil ki, yeni rəhbərlik bu vədi ləğv edib. Bu məlumat sizdə haradandır?

– Əlbəttə, bu, mənim məlumatımdır, amma məsələ bunda deyil. Rusiyanın Azərbaycanla yaxınlaşması ölkəmizin suveren qərarıdır. Amma bu yaxınlaşma dinc olsun deyə, buna Ermənistan da qatılmalıdır, bu yaxınlaşma Ermənistana qarşı deyil. Mən demək istəyirəm ki, bu konfransda anti-Ermənistan heç nə yoxdur, hətta qiyabi də. Cənab Paşinyan Serj Sərkisyanın yolunu davam etdirsə, onda Bakı və Moskva arasında yaxınlaşma ancaq sürətlənəcək və inanın, bu, Ermənistana qarşı deyil. Rusiya sülh istəyir, bütün tərəflərin maraqlarını nəzərə almaqla tənzimləməyə getmək istəyir. Beş rayonun qaytarılması bütün tərəfləri qane edir, çünki bundan Ermənistanın da öz mənfəəti var. Siz təkcə bu rayonları vermirsiniz, həm də Azərbaycan prezidenti əvəzində həm iqtisadi əməkdaşlıq üçün güzəştlər təqdim etməyə, həm də Ermənistan-Türkiyə sərhədinin açılmasına şərait yaratmağa hazırdır. Ermənistan mühasirədən çıxacaq, düşmənlik yox olacaq. Mən Ermənistan tərəfinin bütün bunları necə şərh etdiyinə, sadəcə, mat qalmışam. Heç bir anti-Ermənistan demarşı yoxdur, İnternet və mətbuatda gördüyüm zir-zibil məni məəttəl qoyub.

Rusiya qeyd edir ki, münaqişənin ATƏT Minsk Qrupu formatında tənzimlənməsinə tərəfdardır, hazırda siz beş rayonun verilməsindən danışırsınız ki, bu da mahiyyətcə ayrı bir plandır. İndi bu, sizin özəl fikrinizdir, yoxsa rəsmi dairələrin siqnalını ötürürsünüz? Məsələn, Moskvada qeyd ediblər ki, bu, rəsmi rəy deyil.

– Rusiyada bir rəsmi fikir var: bu, prezidentin rəyidir, qalan hamısı şərhdir. Mənim söylədiklərimi müdafiə edən adamlar var, öz fikri olanlar var. Ümumiyyətlə, Rusiyada müxtəlif qruplar, müxtəlif analitiklər var. Mən təkcə öz fikrimi deyil, həm də Yaxın Şərq, Türkiyə, İran, Cənubi Qafqazın problemərilə məşğul olan və professional,  çox mühüm və nüfuzlu strateji qrupların fikrini ifadə edirəm. Amma adamlar var ki, rəğbəti, ya da mənfi önrəyçiliyi əsas götürürlər, mən rəğbəti əsas götürmürəm. Mən savaşa qarşıyam, həm də ancaq barış istəyirəm. Azdan-çoxdan məşhur hərbi ekspertlər, Dövlət Dumasının deputatları – o cümlədən “Vahid Rusiya”dan – jurnalistlər Bakıda mənimləydi, amma məsələ bunda deyil. Məsələ bundadır ki, obyektiv geopolitik gerçəkliklər var. Söhbət Rusiya və Ermənistan arasında münasibətlərin dəyişilməsindən getmir, söhbət bundadır ki, Cənubi Qafqazda Azərbaycanın Rusiya üçün rolu xeyli güclənib və bunu görməmək  olmaz. Habelə Rusiya və Türkiyə arasında da münasibətlər dəyişilib ki, mən bunda iştirak etmişəm, Ermənistan isə indi olduqca konstruktiv yolla bu dəyişiklikləri diqqətə almalıdır. Strateji məsələlərdə Ermənistanın keçmiş rəhbərliyi ilə bəzi konstruktiv anlaşmalar əldə etmək mümkün olubsa, onda yeni rəhbərlik bu anlaşmalara əməl etməlidir, bu halda heç bir problem olmayacaq. Zaman keçdikcə Rusiyanın münasibət qurmağa, yeni təmaslar tapmağa cəhd etdiyi Gürcüstan da prosesə cəlb olunacaq. Düşünürəm ki, hazırda reaksiya şişirdilib, bu konfransa xeyli intellektual qatılıb, yeri gəlmişkən, orada Ermənistandan bir qadın, hüquq müdafiəçisi Süzan Caginyan var idi.

– Bu qadının daha Ermənistandan olmadığını bilmirsinizsə, o, Bakıya qaçıb və Ermənistanda satqın sayılır.

– Xəbərim yoxdur, duruma pis bələdəm, sadəcə, qeydə aldım ki, o, oradaydı – barışın gərəkdiyi, erməni anaların iztirablarından və s.-dən danışırdı… Mən indi tələsirəm, mümkündürsə, son sual.

– Siz qeyd edirsiniz ki, barış tərəfdarısnız, amma Azərbaycanın 2016-da hərbi yolla iğşal etdiyi Lələtəpəyə qalxırsınız. Səfərinizin  məqsədini necə anlayaq?

– Birinci növbədə, yəqin, bilirsiniz, Rusiyanın fikrincə, təkcə bu beş rayon deyil, bütün Qarabağ Azərbaycanın ərazisidir, beynəlxalq hüquq belə təsbit edir. Və düşünürəm ki, ölkəmin Azərbaycan ərazisi saydığı əraziyə səfər etmək yetərincə adi məsələdir. İkincisi, bu, Lələtəpə yüksəkliyinə səfər idi, hərbi xarakter daşımırdı, əlimdə silah yox idi və hərbi əməliyyatda iştirak etmirdim. Anlamaq istəyirdim ki, proseslər necə inkişaf edir, nə qədər dağıdıcı, təhlükəlidir, gələcək hadisələr necə ola bilər. Demək istəyirəm ki, bu ərazini Azərbaycan ərazisi kimi tanıyırıq və Rusiya vətəndaşının bu rayon üzrə yer dəyişməsi tamamilə normaldır, onu Ermənistan ələ keçirməyib… buranın kimin əlindən kimin əlinə keçdiyini o qədər başa düşmədim, amma hüquqi baxımdan heç bir pozuntu etməmişəm. Mən və konfrans iştirakçıları heç bir anti-Ermənistan bəyanatı verməmişik, bu, elmi konfrans idi.

Mən  Kürdüstan, İraq, Suriya, Türkiyə sərhədlərində olmuşam, qaynar nöqtələrə gedərək orada nə baş verdiyini araşdırıram. Bu, mənim həyatımdır, baş verənləri öz gözlərimlə görməliyəm. İnsanların əzablarını görmədən danışmaq asandır, müharibə ilə şəxsən üzləşməyəndə hər şey asan görünür, amma siz hər şeyi yaxından görməlisiniz. Mənim orada iştirakımın son dərəcə yeri var, heç bir qanunu pozmamışam, mən niyə özümə bəraət qazandırmalıyam? Mən deyirəm ki, dinc yolun alternativi yoxdur, insanlar əziyyət çəkməməlidir, qarşılıqlı güzəştlər, qarşılıqlı öhdəliklər gərəkdir. Qan – böyük faciədir.

Mariam Qriqoryan

“1-in. am” (Ermənistan),  10.07.2018

Tərcümə Strateq.az-ındır.