Gündəm

  • " width="300" height="266" />
    Türkiyə ilə ABŞ arasında böyük qalmaqal yaradan rahib… –Branson barəsindəki qərara etiraz etdi
  • " width="300" height="266" />
    Lavrovdan Xəzərlə bağlı Konvensiyaya şərh:"22 il iş getdi, bu, sadə məsələ deyil..."
  • " width="300" height="266" />
    “Türkiyəyə qarşı tətbiq edilən sanksiyalar və təzyiqlər xaosa çevrilə bilər” –Çavuşoğlundan xəbərdarlıq
  • " width="300" height="266" />
    ARDNF-dən Türkiyə və Rusiyanın pullarının ucuzlaşması ilə bağlı açıqlama:"...çevik taktiki addımlarla müvafiq dəyişikliklər edilir"
  • " width="300" height="266" />
    Türkiyə və Rusiya XİN başçıları mətbuat konfransında –Qarabağ münaqişəsinin sülh yolu ilə
  • " width="300" height="266" />
    Tramp Türkiyəyə F-35-lərin satışını da dayandırdı –Yeni sənədə əsasən
  • " width="300" height="266" />
     “Tehran hökuməti ilə dialoqa hazırıq” –Vaşinqtondan İranın ali dini liderinə cavab gecikmədi
  • " width="300" height="266" />
    “Siz ortağınızın ayaqlarına güllə atırsınız…” –Ərdoğan ABŞ-ın addımını pislədi, sabotaj aparanları isə hədələdi
  • " width="300" height="266" />
    İranın ali dini liderindən sərt bəyanat:"ABŞ-la birbaşa danışıqları qadağan edirəm"
  • " width="300" height="266" />
    Merkeldən Türkiyəyə dəstək:"İqtisadi sabitliyin pozulması Avropanın xeyrinə deyil, Ərdoğanla görüşəcəyəm"

Müsahibə

  • " width="300" height="266" />
    Nazir müavini Xələf Xələfov:"Konvensiyada ərazi bütövlüyü və suverenliyə hörmət edilməsi təməl prinsiplərdən biridir" - Müsahibə
  • " width="300" height="266" />
    TÜRK ALİMDƏN SENSASİON İDDİALAR:“Qərb Türkiyəni parçalayıb, yerində Bizansı dirçəltmək planı qurub” – Müsahibə
  • " width="300" height="266" />
    Pakistanın ölkəmizdəki səfiri:“ Qarabağ məsələsi kimi Kəşmir də ərazi bütövlüyü problemidir...”  - Müsahibə
  • " width="300" height="266" />
    Manatı nə gözləyir? –Banklar Assosiasiyasının prezidenti sualları cavablandırır (Müsahibə)
  • " width="300" height="266" />
    Pənah Hüseyn:"Azərbaycan iqtidarı cəmiyyəti müharibəyə hazırlamalıdır" (Müsahibə)
  • " width="300" height="266" />
    XƏZƏRİN STATUSUNDAN DANIŞAN İRANLI EKSPERT:"ABŞ və NATO-nun bu bölgəyə giriş qorxusu var" - MÜSAHİBƏ
  • " width="300" height="266" />
    Fransalı professor:"Qarabağ münaqişəsinin həlli prosesinə yeni dövlətlər cəlb edilməlidir"
  • " width="300" height="266" />
    Pənah Hüseyndən ABŞ-ın İrana qarşı sanksiyalarına münasibət:"Biz də gözlənilməz şəraitə hazır olmalıyıq"
  • " width="300" height="266" />
    Sülhəddin Əkbər:"ABŞ özünü kabadayı kimi aparır və düşünür ki, Türkiyə geri çəkiləcək"
  • " width="300" height="266" />
    İNDONEZİYANIN AZƏRBAYCANDAKI SƏFİRİ:"Azərbaycandan daha böyük miqdarda neft alacağıq" - MÜSAHİBƏ

Qaynar Qazan

Qapalı Mövzu


Vəkil Bürosu

Qadın Sözü

Avqust 2018
BE ÇA Ç CA C Ş B
« İyl    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  



XƏBƏR LENTİ

15 Avqust 2018
14 Avqust 2018

Digər Xəbərlər

02 Avqust 2018 - 11:09

İNDONEZİYANIN AZƏRBAYCANDAKI SƏFİRİ:"Azərbaycandan daha böyük miqdarda neft alacağıq" - MÜSAHİBƏ

İndoneziya ilə Azərbaycan arasında ikitərəfli münasibətlər yüksək dinamika ilə inkişaf edir. 2018-ci il bu baxımdan əlamətdar ola bilər. Belə ki, İndoneziya-Azərbaycan əlaqələrinin daha da dərinləşməsi məqsədilə bir sıra yeni təşəbbüslərin gerçəkləşməsi gözlənilir.

İndoneziyanın Azərbaycandakı səfiri Hüsnan Bey Fananie “Strateq.az”a müsahibəsində bu barədə görülən işlərdən – ölkələrimiz arasındakı əlaqələrin möhkəmlənməsi istiqamətində atılan addımlardan, özünün fəaliyyətindən danışıb.

 

– Cənab səfir, prezident İlham Əliyevin bu il İndoneziya Respublikasına səfərinin gözlənildiyi barədə açıqlama vermişdiniz. Bu ilin sonuna kimi səfər reallaşa bilərmi?

– Dəvətlə bağlı rəsmi məktub artıq prezident İlham Əliyevə təqdim olunub. Hətta mən özüm də ölkə başçısıyla görüşdə bu barədə söhbət etmişəm. Sadəcə, cənab İlham Əliyevin iş qrafikinin sıxlığından və həmçinin, münasib tarix olmadığından, bu səfər indiyədək həyata keçirilməyib. Əslində, bu il İlham Əliyevin İndoneziyaya səfəri həyata keçirilməliydi. Yaxud da əksinə, İndoneziya prezidenti Coko Vidodonun Azərbaycana səfəri gözlənilirdi. İlin sonuna kimi, prezident İlham Əliyevin İndoneziyaya səfərinin həyata keçiriləcəyini güman edirik. Amma konkret tarix bəlli deyil. Bilirsiniz ki, 2019-cu ildə Bakıda Qoşulmama Hərəkatının konfransı keçiriləcək. Həmin konfrans çərçivəsində İndoneziyanın vitse-prezidenti Azərbaycana gələcək. Görüş burada da baş tuta bilər.

– Əgər səfər reallaşarsa, hansı məsələlərin müzakirəsi gözlənilir?

– Səfər həyata keçirilərsə, bir çox məsələlər, o cümlədən, ticarət, iqtisadi, sosial, mədəni, idman sahələrində ikitərəfli əlaqələrin inkişaf etdirilməsi müzakirə ediləcək.

Siyasi sahəyə gəlincə, İndoneziya bir daha vurğulayacaq ki, Azərbaycanın ərazi bütövlüyünü tanıyır, Dağlıq Qarabağ Azərbaycanın əzəli torpağıdır, İndoneziya hər zaman Azərbaycanın yanındadır.

– İqtisadi əlaqələrimizdə hansı yeniliklər var? Bir müddət əvvəl demişdiniz ki, 7 aydır buradasınız və bu müddət ərzində ölkə başçısıyla 7 görüşünüz olub, digər rəsmilərlə həmçinin, bu sahədə əlaqələri genişləndirmək üçün söz verilir, amma icra olunmur. Hazırda vəziyyət necədir?

– Bu il bir çox sahələrdə, xüsusilə də iqtisadi sahələrdə müqavilələr, anlaşma memorandumları imzalanıb. Məsələn, neft sahəsini götürdükdə, İndoneziyanın “Pertamina” şirkəti ilə Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) arasında anlaşma memorandumuna imza atılıb. Həmin anlaşma memorandumuna əsasən, İndoneziya Azərbaycandan daha böyük miqdarda neft alacaq. Bu, təqribən ilə 2 milyon barrel olacaq. Eyni zamanda SOCAR ilə “Pertamina” arasında İndoneziyada, Azərbaycanda və ya digər ölkədə neft-qaz sahəsi üzrə birgə tədqiqatlar aparılması üzrə əməkdaşlıq haqda müqavilə imzalanıb. Həmçinin, bu şirkətlər arasında sərmayələrin qoyuluşu üzrə də razılaşma həyata keçirilib.

Bundan başqa hər iki ölkənin əmək nazirlikləri arasında, eyni zamanda İndoneziyanın İnzibati və Bürokratik İslahatlar Nazirliyi ilə “ASAN xidmət” arasında Anlaşma Memorandumu, turizm, təhsil sahələrində  müəyyən müqavilələr bağlanıb.

Bu nəticədən belə demək olar ki, 2018-ci il ikitərəfli əlaqələrin inkişafı üçün daha uğurlu və məhsuldar il olub.

– 2017-ci ilin sonundan indiyədək İndoneziya Azərbaycandan məbləğ olaraq nə qədər neft alıb? Səhv etmirəmsə, İndoneziyaİtaliyadan sonra ikinci ölkədir ki, Azərbaycandan böyük miqdarda neft alır…

– Konkret rəqəm demək mümkün deyil, amma statistik rəqəmlərə əsasən, deyə bilərəm ki, bu günə qədər təqribən 600 milyon ABŞ dollarına yaxın neft alınıb. Hər iki neft şirkətləri arasında anlaşma memorandumu olduğundan, bu alış səviyyəsi daha da artacaq.

– Azərbaycana səfir təyin olunandan bu yana son iki ildə bir çox işlər görmüsünüz: rəsmilərlə görüşlərdə olur, ikitərəfli əlaqələri müzakirə edir, iki dəfə İndoneziya Mədəniyyət Festivalı, rezidensiyanızda ara-sıra müxtəlif tədbirlər təşkil edirsiniz, mətbuata açıq adamsınız. Yəqin, məhz buna görə Azərbaycanda üç dəfə arıdıcıl olaraq ən yaxşı səfir seçilmisiniz…

– Ölkələrimiz arasındakı münasibətləri daha da genişləndirmək məqsədi ilə bir çox tədbirlər keçirilməlidir. Bu, istər Azərbaycanda olsun, istərsə də İndoneziyada. Əlaqələri genişləndirmək üçün İndoneziya səfiri olaraq vəzifəm bir çox tədbirlər təşkil etməkdən ibarətdir. İstərdim ki, bu tədbirlərin keçirilməsi vasitəsilə Azərbaycan xalqının İndoneziya barədə daha çox məlumatı olsun, İndoneziyanı daha da yaxından tanısın.

– Sentyabr ayında “Ən Zəngin Arxipelaq Mədəniyyətini Yaşatmaq” mövzusunda III İndoneziya Mədəniyyət Festivalı keçiriləcək. Bu festivalın əvvəlkilərdən fərqi nə olacaq?

– Bu, İndoneziya səfirliyinin keçirəcəyi ən böyük tədbir olacaq. Sentyabrın 11-də rəsmi ziyafət təşkil ediləcək, sentyabrın 13-də Heydər Əliyev Sarayında festivalın açılışı, 15-16 sentyabr tarixlərində Fəvvarələr Meydanında İndoneziya EXPO – sərgisi olacaq. Tədbirlər sırasına biznes – işgüzar görüşlər, təhsil sahəsində seminarlar da daxildir. Bu festival bundan əvvəl keçirilənlərdən daha da geniş, maraqlı, parlaq, yaddaqalan, bir sözlə, sürprizlərlə dolu olacaq.

– Bu yaxınlarda Azərbaycan Dillər Universitetinin fəxri professoru elmi dərəcəsini almısınız. Elmi işiniz hansı sahə ilə bağlıdır?

– Bakıda yerləşən 23-24 universitetdə ümumi çıxışlarım olub. Azərbaycan Dillər Universitetində müəllim kimi dərs keçməklə tələbələrə İndoneziyanın siyasət sistemini, beynəlxalq əlaqələri, İndoneziya-Azərbaycan münasibətlərini tədris etmişəm. Dərslərimdə xüsusi olaraq vurğulamışam ki, İslam İndoneziyaya Azərbaycandan gələrək yayılıb.

– Hekayələr və şeirlər kitabınızın Azərbaycan dilində çap ediləcəyini anons etmişdiniz. Kitab hazırdırmı?

– Tərcüməsi artıq hazırdır. Amma redəktə işləri, müəyyən düzəlişlər qalır. Hazır olanda, təqdim edəcəyəm.

– Hərdən adama elə gəlir ki, siyasət sahəsinə təsadüfən gəlmisiniz. İncəsənətin bir çox sahələri, o cümlədən, idmanın bəzi növləri ilə məşğul olmusunuz. “Siyasət daha mənlik deyil” deyib bu sahəni tərk etmək fikriniz olubmu heç?

– Mənə görə, siyasət özü də incəsənətin bir qoludur. Musiqini, rəsm çəkməyi, şeir yazmağı çox sevirəm. Eyni zamanda siyasətçiyəm. Bütün bunlar bir strategiyanı formalaşdırır. Bilirsiniz ki, incəsənət harmoniyadır, siyasətə böyük təsiri olur – rəsm çəkəndə rəngləri seçib uyğunlaşdırdığınız kimi. O səbəbdən də siyasəti tərk etməyəcəm. Siyasət həyatımın artıq bir hissəsidir. İncəsənəti də tərk etməyəcəm, insəcənət də bir nəfəsdir. Ömrümün sonuna kimi dayanmadan siyasət və incəsənətlə məşğul olacağam.

– Növbəti ay üçün müqəddəs Həcc ziyarətinə hazırlaşırsınız. Müsəlmanların sayına görə, dünyada birinci yerdə qərarlaşan İndoneziyaya Səudiyyə Ərəbistanı bu il üçün nə qədər kvota ayırıb?

– Səudiyyə Ərəbistanı bu il üçün İndoneziyaya, təqribən, 220 min nəfərlik kvota ayırıb.

 

Söhbətləşdi: Laçın SƏMLA

Strateq.az