Gündəm

  • " width="300" height="266" />
    Türkiyə ilə ABŞ arasında böyük qalmaqal yaradan rahib… –Branson barəsindəki qərara etiraz etdi
  • " width="300" height="266" />
    Lavrovdan Xəzərlə bağlı Konvensiyaya şərh:"22 il iş getdi, bu, sadə məsələ deyil..."
  • " width="300" height="266" />
    “Türkiyəyə qarşı tətbiq edilən sanksiyalar və təzyiqlər xaosa çevrilə bilər” –Çavuşoğlundan xəbərdarlıq
  • " width="300" height="266" />
    ARDNF-dən Türkiyə və Rusiyanın pullarının ucuzlaşması ilə bağlı açıqlama:"...çevik taktiki addımlarla müvafiq dəyişikliklər edilir"
  • " width="300" height="266" />
    Türkiyə və Rusiya XİN başçıları mətbuat konfransında –Qarabağ münaqişəsinin sülh yolu ilə
  • " width="300" height="266" />
    Tramp Türkiyəyə F-35-lərin satışını da dayandırdı –Yeni sənədə əsasən
  • " width="300" height="266" />
     “Tehran hökuməti ilə dialoqa hazırıq” –Vaşinqtondan İranın ali dini liderinə cavab gecikmədi
  • " width="300" height="266" />
    “Siz ortağınızın ayaqlarına güllə atırsınız…” –Ərdoğan ABŞ-ın addımını pislədi, sabotaj aparanları isə hədələdi
  • " width="300" height="266" />
    İranın ali dini liderindən sərt bəyanat:"ABŞ-la birbaşa danışıqları qadağan edirəm"
  • " width="300" height="266" />
    Merkeldən Türkiyəyə dəstək:"İqtisadi sabitliyin pozulması Avropanın xeyrinə deyil, Ərdoğanla görüşəcəyəm"

Müsahibə

  • " width="300" height="266" />
    Nazir müavini Xələf Xələfov:"Konvensiyada ərazi bütövlüyü və suverenliyə hörmət edilməsi təməl prinsiplərdən biridir" - Müsahibə
  • " width="300" height="266" />
    TÜRK ALİMDƏN SENSASİON İDDİALAR:“Qərb Türkiyəni parçalayıb, yerində Bizansı dirçəltmək planı qurub” – Müsahibə
  • " width="300" height="266" />
    Pakistanın ölkəmizdəki səfiri:“ Qarabağ məsələsi kimi Kəşmir də ərazi bütövlüyü problemidir...”  - Müsahibə
  • " width="300" height="266" />
    Manatı nə gözləyir? –Banklar Assosiasiyasının prezidenti sualları cavablandırır (Müsahibə)
  • " width="300" height="266" />
    Pənah Hüseyn:"Azərbaycan iqtidarı cəmiyyəti müharibəyə hazırlamalıdır" (Müsahibə)
  • " width="300" height="266" />
    XƏZƏRİN STATUSUNDAN DANIŞAN İRANLI EKSPERT:"ABŞ və NATO-nun bu bölgəyə giriş qorxusu var" - MÜSAHİBƏ
  • " width="300" height="266" />
    Fransalı professor:"Qarabağ münaqişəsinin həlli prosesinə yeni dövlətlər cəlb edilməlidir"
  • " width="300" height="266" />
    Pənah Hüseyndən ABŞ-ın İrana qarşı sanksiyalarına münasibət:"Biz də gözlənilməz şəraitə hazır olmalıyıq"
  • " width="300" height="266" />
    Sülhəddin Əkbər:"ABŞ özünü kabadayı kimi aparır və düşünür ki, Türkiyə geri çəkiləcək"
  • " width="300" height="266" />
    İNDONEZİYANIN AZƏRBAYCANDAKI SƏFİRİ:"Azərbaycandan daha böyük miqdarda neft alacağıq" - MÜSAHİBƏ

Qaynar Qazan

Qapalı Mövzu


Vəkil Bürosu

Qadın Sözü

Avqust 2018
BE ÇA Ç CA C Ş B
« İyl    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  



XƏBƏR LENTİ

15 Avqust 2018
14 Avqust 2018

Digər Xəbərlər

09 Avqust 2018 - 13:58

Fransalı professor:"Qarabağ münaqişəsinin həlli prosesinə yeni dövlətlər cəlb edilməlidir"

Paris Sorbon Universitetinin geosiyasət üzrə professoru, Fransa paytaxtının 5-ci rayonunun mer müavini Jak Soppelsan “Report”a müsahibə verib.

Strateq.az həmin müsahibəni təqdim edir:

– Siz “Azərbaycan Cənubi Qafqazın lider dövləti” adlı kitabın həmmüəllifisiniz. Bəs belə bir kitabın nəşri Fransa ictimaiyyəti tərəfindən necə qarşılandı?

– Mən 2015-ci ildə Fransanın Sorbon Universitetinin siyasi elmlər doktoru Turab Qurbanovla birgə “Azərbaycan Cənubi Qafqazın lider dövləti” adlı kitab yazmışam. Kitabın nəşri Fransada erməni diasporunun kəskin etirazlarına və ədavətinə səbəb oldu. Onlar bu kitaba görə mənə qarşı çox aqressiv mövqe tutdular. Halbuki bizim kitabımız Fransa ictimaiyyəti tərəfindən, habelə ali təhsil müəssisələrində çox müsbət qarşılandı. Fikrimcə, Ermənistanda yaşayan ermənilər Fransadakı erməni diasporu qədər aqressiv deyillər. Fransada yaşayan erməni mənşəli son nəslin nümayəndələri heç vaxt Dağlıq Qarabağda və Ermənistanda yaşamamalarına baxmayaraq, özlərini çox aqressiv aparırlar. Biz kitabın təqdimatını Paris şəhərinin 5-ci meriyasında təşkil etdik. Bu zaman tədbirdə iştirak edən erməni diasporunun nümayəndələri tərəfindən özümüzə qarşı son dərəcə aqressiv münasibətlə qarşılaşdıq. Bütün bunlar isə Fransada erməni diasporunun apardığı təbliğatın nəticəsidir. Hesab edirəm ki, buna bir problem kimi yanaşılmalı və həlli üçün çalışılmalıdır.

– Bildiyiniz kimi, Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu Ermənistanın işğalı altındadır. Sizcə, Azərbaycanla bağlı həqiqətləri Fransada necə yaymaq olar?

– Azərbaycan həqiqətlərinin dünyada, o cümlədən Fransada  yayılması vacibdir. Hamı haqlı tərəfin ölkəniz olduğunu bilməlidir. Çünki Azərbaycan zərərçəkən tərəfdir. Məhz Əmir Əliyevin “Azərbaycan beynəlxalq cinayətlərin hədəfi: hüquqi təhlil” kitabı obyektivlik və hüquqi neytrallıq prinsiplərinə söykənərək, hüquqi mənbələrə əsaslanaraq Dağlıq Qarabağ münaqişəsi, Ermənistan-Azərbaycan münasibətləri, həmçinin Cənubi Qafqazda vəziyyətin hüquqi təhlilinə həsr olunub, tarixi və fundamental həqiqətləri üzə çıxarır. Bu kitabın fransız dilinə tərcümə edilməsi həqiqətlərin Fransada yayılması baxılmasından böyük əhəmiyyət kəsb edir.

– Fransa ATƏT-in Minsk qrupunun həmsədrlərindən biridir. Rəsmi Parisin Dağlıq Qarabağ münaqişəsinin həllində nümayiş etdirdiyi süstlüyü necə izah edərdiniz?

– Fransa BMT Təhlükəsizlik Şurasının və ATƏT-in Minsk qrupunun üzvüdür. Fransa vasitəçi qismində Dağlıq Qarabağ münaqişəsinin həllində böyük rol oynaya bilər. Düzdür, bu, utopiyaya bənzəyə bilər, lakin Fransanın regionda kifayət qədər böyük nüfuza malik olduğunu unutmamalıyıq. Burada da Fransadakı erməni diasporunun mənfi təsiri öz rolunu oynayır. Bilirsiniz ki, bir sıra bölgələrimizdə erməni diasporu çox güclüdür. Məsələn, Azərbaycan Beynəlxalq Frankofoniya Təşkilatına üzv olmaq üçün namizədliyini irəli sürüb. Lakin erməni diasporunun təsiri nəticəsində Azərbaycan təşkilata üzv qəbul olunmur.

– Sizcə ATƏT-in Minsk qrupunun Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində fəaliyyəti yetərlidirmi?

– XIX-XX əsrlərdə regionda kütləvi miqrasiya və xüsusilə SSRİ dövründə ruslar tərəfindən əhalinin kütləvi şəkildə köçürülməsi həyata keçirilib, demoqrafik vəziyyət dəyişdirilib. Nəticədə regionda münaqişə ocağı yaradılıb. Azərbaycanlılar öz torpaqlarından qovulub və onlar hələ də öz yurdlarına qayıda bilmirlər.

Artıq uzun illərdir ATƏT-in Minsk qrupunun Dağlıq Qarabağ münaqişəsinin nizamlanması istiqamətində fəaliyyəti heç bir nəticə vermir. Mən Dağlıq Qarabağ münaqişəsinin həllində bu qurumun nümayiş etdirdiyi zəiflikdən təəssüflənirəm. BMT Təhlükəsizlik Şurasının 5 daimi üzvü (Çin, Fransa, Rusiya, Böyük Britaniya, ABŞ) var və onlardan üçü ATƏT-in Minsk qrupunun həmsədridir. Hesab edirəm ki, həmsədrlərin sayını artırmaq, Minsk qrupuna yeni dövlətlər cəlb etmək lazımdır.