Gündəm

  • " width="300" height="266" />
    Netanyahu Putinə zəng etdi, təkliflər verdi –Rusiya təyyarəsinin vurulmasına görə
  • " width="300" height="266" />
    Prezident İlham Əliyevdən cəbhədəki son hadisəyə reaksiya:"Əsgərlərimiz onlara elə dərs veriblər ki..."
  • " width="300" height="266" />
    Rəsmi Pekindən ABŞ-a “60 milyardlıq vergi” cavabı gəldi:"Qərarımız sentyabrın 24-də qüvvəyə minəcək"
  • " width="300" height="266" />
    Donald Tramp rəsmi Pekini hədələdi:"Biz iqtisadi cəhətdən sürətli və sarsıdıcı cavab verəcəyik”
  • " width="300" height="266" />
    İsraildən Rusiyanın hərbi təyyərəsinin vurulmasına rəsmi reaksiya:"Bütün məsuliyyət Suriyanın üzərindədir"
  • " width="300" height="266" />
    “Rusiya Suriyadakı hərbçilərinin təhlükəsizliyini təmin edəcək, bunu hamı görəcək” –Putindən bəyanat
  • " width="300" height="266" />
    Türkiyə Suriyaya əlavə qoşun yeridir:"İdlib terroçulardan təmizlənəcək"
  • " width="300" height="266" />
    Ekspertdən neftin qiyməti ilə bağlı təhlükəli proqnoz:"Yeni “neft şoku"nun yaranma riskləri güclənir”
  • " width="300" height="266" />
    Politoloqdan Ərdoğan-Putin razılaşmasına şərh:"Hər iki şərtin yerinə yetirilməsi Türkiyənin çiyinləri üzərinə düşəcək"
  • " width="300" height="266" />
    Rusiya müdafiə naziri Əsəd rejiminin adından da cavab verdi:"İdlibdə hərbi əməliyyatlar aparılmayacaq"

Müsahibə

  • " width="300" height="266" />
    PUTİNİN AZƏRBAYCANLI DOSTU:"Mənə hər hansı tapşırıq verilsə, onu həyata keçirməyi özümə borc biləcəm" - MÜSAHİBƏ
  • " width="300" height="266" />
    Rusiyalı təhlilçi Qriqori Trofimçuk:"Koçaryan hakimiyyətə idda etsə, ölkədə durum sabitsizləşəcək" - MÜSAHİBƏ
  • " width="300" height="266" />
    Keçmiş deputat Kərim Kərimov:“Naxçıvana - Heydər Əliyevin yanına gedənlər arasında Etibar Məmmədov da vardı”
  • " width="300" height="266" />
    Yaqub Mahmudov:“Nuru Paşa Azərbaycan ordusu ilə əməkdaşlıq etmədən tarixi vəzifələri yerinə yetirə bilməzdi” – MÜSAHİBƏ
  • " width="300" height="266" />
    DEPUTAT MƏLAHƏT İBRAHİMQIZI:“Bu yubiley tədbiri ermənilərə və onları dəstəkləyən qüvvələrə mesajdır”- MÜSAHİBƏ
  • " width="300" height="266" />
    Professor Cəmil Həsənli:"15 sentyabrı «Qurtuluş günü» adlandıra bilmirlərsə, «Paytaxt günü» desinlər"
  • " width="300" height="266" />
    Sülhəddin Əkbər:"Hazırda sionizm öz gücünün zirvəsindədir" - MÜSAHİBƏ
  • " width="300" height="266" />
    PROFESSOR XALƏDDİN İBRAHİMLİ:"Suriyada konsensus Qarabağ məsələsində də anlaşmaya yol aça bilər" - MÜSAHİBƏ
  • " width="300" height="266" />
    Zərdüşt Əlizadə:“Mümkündür ki, Bəşər Əsəd getsin...” – MÜSAHİBƏ  
  • " width="300" height="266" />
    Türkiyənin keçmiş xarici işlər naziri:"Bağlı qapıların arxasında Türkiyə ilə sərt danışılıb" (Müsahibə)

Qaynar Qazan

  • " width="300" height="266" />
    “STRATEQ BAXIŞI”nda QARABAĞ MÜZAKİRƏSİ:“Rusiya ilə indiki anda anlaşma bütün Azərbaycanı itirmək deməkdir" - VİDEO
  • " width="300" height="266" />
    Zəlimxan Məmmədli:"Görürəm ki, mənim mindiyim gəmi batır" - VİDEO
  • " width="300" height="266" />
    Dostu “Basqal Həsən” Əbülfəz Elçibəydən danışdı:“Dünyasını dəyişəndə elə bildim ki, həyatım dayandı”-VİDEO
  • " width="300" height="266" />
    Zəlimxan Məmmədli:“Gürcüstanın xoşbəxtliyi Azərbaycan, Türkiyə və Türk Dünyası ilə bağlıdır”-VİDEO
  • " width="300" height="266" />
    Zəlimxan Məmmədli Elçibəyə xəyanətdən danışdı:“Elçibəyin namizədliyinə əngəl olan hər kəs mükafatını aldı”-VİDEO
  • " width="300" height="266" />
    DEPUTAT FƏZAİL AĞAMALIDAN ZƏRDÜŞT ƏLİZADƏYƏ SƏRT CAVAB:“Elçibəyin əleyhinə ifadə verən onun atası Məmməd Mübariz olub” - MÜSAHİBƏ
  • " width="300" height="266" />
    ZƏRDÜŞT ƏLİZADƏDƏN QALMAQAL SALACAQ AÇIQLAMALAR:"Qapı açıldı və Vaqif Hüseynovla Əbülfəz bəy gülə-gülə çıxdılar...“ - VİDEO
  • " width="300" height="266" />
    Zərdüşt Əlizadədən ağır sözlər:"KQB ARXİVLƏRİ AÇILMADIĞINIDAN, BU GÜNDƏYİK"-VİDEO
  • " width="300" height="266" />
    Zərdüşt Əlizadə:“HEYDƏR ƏLİYEV GƏLƏNDƏN SONRA 12 İRAN GENERALI DA GƏLİB OTURMUŞDU BAKIDA” - VİDEO
  • " width="300" height="266" />
    “STRATEQ BAXIŞI”nda növbəti müzakirə:“İRAN VURULARSA, NƏLƏR OLAR?” - VİDEO

Qapalı Mövzu


Vəkil Bürosu

Qadın Sözü

Sentyabr 2018
BE ÇA Ç CA C Ş B
« Avq    
 12
3456789
10111213141516
17181920212223
24252627282930



XƏBƏR LENTİ

19 Sentyabr 2018
18 Sentyabr 2018

Digər Xəbərlər

27 Avqust 2018 - 19:40

Səməd Seyidov:“İlqar Məmmədovun buraxılması səfərin ab-havasına müsbət təsir göstərdi" – MÜSAHİBƏ

Milli Məclisin üzvü, Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin rəhbəri Səməd Seyidov Azadlıq Radiosunun suallarını cavablandırıb.

Strateq.az müsahibəni oxucularına təqdim edir:

– Səməd müəllim, Almaniyanın kansleri Angela Merkelin regiona səfəri başa çatdı. Bu səfəri necə dəyərləndirirsiniz?

-Merkelin, Avropa Birliyinin aparıcı ölkəsi olan Almaniyanın rəhbərinin regiona səfəri əlamətdar, vacib hadisədir. Bu, Azərbaycan-Almaniya münasibətlərinə müsbət təsir göstərəcək, o cümlədən də regionun iqtisadi, siyasi çəkisini artıracaq. Bunu artıq indidən görürük. Xanım Merkelin səfərindən sonra region haqqında məqalələr, regionda gedən proseslər haqqında şərhlər müsbət nəticə kimi özünü göstərməkdədir. Müsbət nəticə dedikdə, mən regiona olan diqqəti nəzərdə tuturam. Regiona diqqət nə qədər çox olsa, bir o qədər də burdakı həqiqətlər daha çox üzə çıxar, ən böyük ədalətsizlik – Azərbaycan torpaqlarının işğalı qabarıq şəkildə dünya ictimaiyyətinə çatdırılar. Bu bir. İkincisi, hesab edirəm ki, region içərisində Gürcüstan- Ermənistan-Almaniya münasibətlərini qiymətləndirərək biz Azərbaycan-Almaniya münasibətlərinə yenidən qiymət verməliyik. Bu səfərdə aparıcı ölkə Azərbaycan idi. Başqa ölkələrlə müqayisədə Angela Merkel Azərbaycanda daha az qalsa da, çəki baxımından Azərbaycan səfəri regiona səfərin zirvəsi oldu.

– «Zirvəsi» dedikdə nəyi nəzərdə tutursunuz, onu izah edərdiniz. Bir də, bəzi təhlilçilər ona diqqət çəkirlər ki, Bakının Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Merkeldən gözlədiyi bəyanat burda səsləndirilmədi. Halbuki o, Gürcüstanda Cənubi Osetiyanın və Abxaziyanın Gürcüstanın ayrılmaz hissəsi olduğunu açıq səsləndirsə də, Azərbaycanda fikrini daha yumşaq ifadə etdi deyirlər.

– Səhvdir. Xanım Merkelin sözlərinə diqqətlə qulaq assanız görərsiniz ki, bu məsələdə Ukrayna, Moldova və o cümlədən Azərbaycanın da adı çəkilir. «Almaniya bu münaqişənin həllində iştirak etməyə hazırdır» sözləri bizim düşündüyümüz məsələləri əks etdirir. Almaniya Azərbaycanın ərazi bütövlüyünü həmişə birmənalı şəkildə tanıyıb. Siz də şahidi oldunuz ki, Azərbaycan torpaqlarını qanunsuz ziyarət etmiş alman deputat nümayəndə heyətindən belə çıxarıldı. Merkelin səfəri isə baş tutdu. Bu, bir də ona dəlalət edir ki, Almaniya Azərbaycanın ərazi bütövlüyünü ən yüksək səviyyədə tanıyır. O ki qaldı, səfərin əhəmiyyətinə, mən səfərin gözəçarpan əhəmiyyətindən danışdım. Bu səfər çərçivəsində Azərbaycan xüsusi yer tuturdu. Biz bu gün yalnız özünün inkişafını, müstəqilliyini təmin edən, siyasi xəritədə təsdiqini tapmış ölkə olmaqla yanaşı, təbii ki, başqa siyasi oyunçulara da təsir göstərmək imkanında olan bir ölkəyik, xüsusən də enerjidaşıyıcılar baxımından. Azərbaycan layihələri onu dünyanın ən güclü və vacib enerjidaşıyıcıları ilə bir sıraya qoyur. Bu baxımdan, səfər çox önəmli idi.

– Bu səfər ərəfəsində insan haqlarından da çox danışıldı. Və elə Merkel gəlməzdən bir neçə gün öncə REAL Partiyasının sədri İlqar Məmmədov azadlığa buraxıldı. Bunun səfərlə bağlılığı vardı, yoxsa təsadüf idi?

– Səfərlə, başqa amillərlə bağlayırlar. Bu haqda Avropa İnsan Haqları Məhkəməsi, (Avropa Şurasının baş katibi Torbyorn) Yaqland, Avropa Şurası, Avropa Parlamenti, başqa təşkilatlar da fikirlər söyləyiblər. Azərbaycan hüquq-mühafizə orqanları, məhkəmə sistemi müstəqildir və bunun hansısa formada səfərlə bağlanması düzgün deyil. O ki qaldı bunun səfərin ab-havasına müsbət təsir göstərməsinə, təbii, bu belədir. Ancaq məhz səfərə görə sözügedən məsələnin həll olunması… Mən bunu belə şərh etməzdim.

– Gözləmək olarmı ki, yaxın zamanlarda siyasi motivlərlə həbs edilmiş, beynəlxalq qurumların siyasi məhbus kimi təqdim etdiyi digər ictimai-siyasi fəallar da azadlığa çıxacaq? Yaxın vaxtlarda Avropa Şurasının Azərbaycanda siyasi məhbuslar üzrə məruzəçisinin hesabatı da açıqlanmalıdır.

– Birincisi, Avropa Şurasında artıq bir neçə dəyişiklik baş verib. Təkcə adını çəkdiyiniz məruzəçi yox, o cümlədən Azərbaycan üzrə məruzəçinin də təyinatı faktdır. AŞ ilə əməkdaşlığımızı davam etdiririk. O məsələlər ki, obyektivdir, reallığı əks etdirir, Azərbaycan ona konstruktiv yanaşır. O məsələlər ki, ikili standartları ehtiva edir, obyektiv deyil, ondan müstəqil dövlətə qarşı təzyiq kimi istifadə edilə bilməz. Ona görə əminəm ki, həm Merkelin regiona səfəri, həm bu yaxınlarda azadlığa çıxmış İlqar Məmmədovun məsələsi, həm də Avropa Şurasında yeni simaların məruzəçi təyin edilməsi imkanları genişləndirir. Bir-birimizi dinləmək, başa düşmək imkanlarını nəzərdə tuturam. Bir tərəfin o birisinə diktə etmək yox, onların bir-birini başa düşmək imkanını genişlənir. Yeni məruzəçilər köhnə ab-hava ilə Azərbaycanla münasibət qursalar, heç bir effekt olmayacaq. Yox, dialoqa getsələr, bu məsələlərdə inkişaf da görə bilərik, Azərbaycan hər zaman dialoqun, konstruktiv müzakirə tərəfdarı olub.

– Cavab vermədiniz, yaxın zamanlarda siyasi məhbusların azadlığa çıxması gözləniləndirmi?

– Bu məsələdə məndən cavab ala bilməzsiniz. Mən hüquq-mühafizə orqanlarının nümayəndəsi deyiləm. Mən onların əvəzinə cavab verə bilmərəm. O, müstəqil bir hakimiyyət qoludur, onlardan cavabı alın.

– Son zamanlar Azərbaycanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına qoşulması haqda müzakirələr getdi və buna rəvac verən də həmkarınız Əli Hüseynlinin müsahibəsi oldu. Sizcə, bu, nə qədər ciddi məsələdir, Azərbaycan bu quruma üzv ola bilərmi?

– Bu həqiqətdir ki, hər bir şəxsin, siyasətçinin fikri, mövqeyi ola bilər. Burda qəribə nəsə görmürəm. Mən parlamentdə Azərbaycan-Amerika dostluq qrupunun rəhbəriyəm. Mən bu qrupun rəhbəri olduğumdan Amerika-Azərbaycan münasibətlərinin sıx inkişaf etdirilməsinin tərəfdarıyam. Bu fikrimi Əli Hüseynlidən də soruşacaqsınız ki, Səməd Seyidov Azərbaycan-Amerika münasibətlərinin inkişaf etdirilməsinin tərəfdarıdır, buna necə baxırsınız? Əli Hüseynli də Azərbaycan-Rusiya dostluq qrupunun rəhbəridir, bu da onun fikridir. Biz müxtəlif fikirləri niyə ümumiləşdirib bir fikir kimi ortaya qoymaq istəyirik? Bax, bu, mənə aydın deyil. Fikir müxtəlifliyi, fərqli istiqamətlərdə əlaqələrin genişləndirilməsi Azərbaycana həmişə xeyir gətirib. Biz heç vaxt güclü ölkəylə başqa ölkənin maraqlarını toqquşdurmamışıq. Əksinə, Azərbaycanda böyük dövlətlərin maraqlarını təmin etmişik. Bir qədər öncə ABŞ-ın və Rusiya hərbçilərinin ən yüksək səviyyədə görüşü Azərbaycanda keçirildi. Bu, təsadüf deyil. Onlar Azərbaycandan və ya Azərbaycan onlardan təhlükə görmür. Jurnalistlərdən biri də Merkelə Xəzərin altından boru kəmərinin çəkilməsi ilə bağlı sual verdi. Cənab prezident çox gözəl cavab verdi ki, biz öz layihəmizi həyata keçiririk, kim istəyər qoşular, xoş gəlir, səfa gətirir, kim də istəyər… Azərbaycanın öz maraqları var, öz layihələri var. Başqa maraqları tənin etmək üçün öncə öz maraqlarını təmin etməlisən, ancaq bu maraqlar da xalqın maraqları olmalıdır… Mən Əli Hüseynlinin fikrində qeyri-adi heç nə görmürəm, əksinə, KİV-lərin vasitəsi ilə bu məsələni bir balaca qabartmaq cəhdlərini görürəm. Əli Hüseynli bizim hörmətli komitə sədridir, deputatımızdır, Rusiya-Azərbaycan münasibətlərinin inkişafında çox böyük işlər görüb, Allah onun işinə xeyir verir, necə ki bütün başqa dostluq qruplarının da işinə.