XƏBƏR LENTİ

15 Oktyabr 2019

Digər Xəbərlər

25 Aprel 2015 - 07:21

Novruz Məmmədov: “Çanaqqala zəfərinin qeyd edilməsi dünyaya sülh çağırışı deməkdir”

Novruz Məmmədov: “Çanaqqala zəfərinin qeyd edilməsi dünyaya sülh çağırışı deməkdir

“çanaqqala zəfərini qeyd etmək üçün 70-dən artıq ölkədən nümayəndə heyəti gəlmişdi. çanaqqala zəfəri vətəni, doğma torpağı sevməyin, onun uğrunda vuruşmağın və ölməyin müqəddəsliyini bir daha sübut etdi”.

APA-nın məlumatına görə, bu sözləri Azərbaycan Prezident Administrasiyası rəhbərinin müavini, administrasiyanın Beynəlxalq əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov özünün “Twitter” səhifəsinə yazıb.
N. Məmmədov qeyd edib ki, çanaqqala zəfərinin qeyd edilməsi, eyni zamanda bu gün gərginlik yaşayan dünyada sülh və barış çağırışı deməkdir.
Xatırladaq ki, aprelin 24-də Türkiyədə çanaqqala zəfərinin 100-cü ildönümü ilə bağlı beynəlxalq səviyyəli tədbir keçirilib. Tədbirə 21 dövlət başçısı, 70-dən çox ölkədən rəsmi şəxslər, beynəlxalq təşkilatların nümayəndələri qatılıblar. Mərasimdə Azərbaycan prezidenti İlham Əliyev də iştirak edib.



Yuxarı Əvvələ Ana Səhifə