XƏBƏR LENTİ

14 Noyabr 2018
13 Noyabr 2018

Digər Xəbərlər

02 Noyabr 2018 - 15:14

ABŞ-dan olan sabiq həmsədr Uorlik:“Qarabağ münaqişəsinin həlli üçün əlimdən gələni etdim” – MÜSAHİBƏ

 

ATƏT-in Minsk Qrupunun keçmiş amerikalı həmsədri Ceyms Uorlik  Hafiztimes.com a müsahibə verib. 

 Amerikalı diplomat şəxsi həyatı, Qarabağ münaqişəsinin həlli, ATƏT-in Minsk Qrupunun fəaliyyəti, sülh danışıqları barədə önəmli məqamlardan söz açıb:

 

  – İndi harda yaşayırsınız, hansı işlə məşğul olursunuz?

-Vaşinqtonda, D.C. ərazisində yaşayıram və  “Egorov, Puginsky, Afanasiev və tərəfdaşları” hüquq firması ilə əməkdaşlıq edirəm. Diplomat kimi 30 ildən artıq müddətdə çalışmışam. İndi isə böyük dəyişikliklər olub. Amma çətinlikləri sevirəm və çox şey öyrənirəm.

– Azərbaycan üçün darıxırsınızmı? Bakıda daha çox nə etməyi sevirdiniz?

-Mən Bakıya birinci dəfə ATƏT-in Minsk Qrupunun həmsədri kimi səfər etmişəm. Bakının gözəlliyi  və müasiriliyi məni çox təəccübləndirmişdi. Bakının köhnə bir Sovet şəhəri olduğu haqqında  hələ də yanlış bir fikirlər mövcuddur. Amma əslində bu bir faktdır ki, Bakı həm kosmopolit, həm də ənənələrinə sadiq bir ləl-cəvahiratdır. Həmişə dənizin sahilində gəzməyi və qədim şəhərin dar küçələrində yollarımın dolaşıq düşməsini sevirdim.

– Yenidən Azərbaycana gəlmək istərdiniz?  Bakıda yaşamaq, işləməklə bağlı planlarınız varmı?

-Bir il öncə həyat yoldaşım və mən birlikdə Bakıya gəlmişdik. Biz həqiqətən də şəhərdən çox zövq aldıq. Ümid edirəm ki, ora qayıtmaq üçün bizə peşəkar və şəxsi imkanlar yaranacaq. Mən Azərbaycanı daha çox kəşf etmək istərdim.

– Ailəniz haqqında bilmək istərdik. Gündəlik nə işlərlə məşğul olursunuz?  Sizin fikrinizcə ideal ailə necə olmalıdır?

-Mən iki oğlum və bir qızım ilə çox xoşbəxtəm. Onlar artıq yetişkindirlər və özlərinin peşəkar kariyeraları var. Bir ata kimi xoşbəxtəm və onlarla qürur duyuram. Bir-birimizi tez-tez görməyə  çox sevinirik. Həqiqətən də ailədən vacib heç nə yoxdur.

– Ceyms Uorlik necə bir ailə başçısıdır? Atalara hansı məsləhəti verərdiniz?

-Hər bir ailə fərqlidir. Amma hamsının arasında xüsusi bir bağ mövcuddur. Artıq yaşlandığım üçün ailəmlə birlikdə vaxt keçirmək mənim üçün vacibdir. Nə qədər məşğul da olsanız,  edəcəyiniz işlər çox mühüm  olsa da, sizin həyatınızda ən mühüm nədirsə ona diqqət yetirin.

– ATƏT-in Minsk qrupunun amerikalı həmsədri olduğunuz illəri necə xatırlayırsınız?

-Mən münaqişəyə son verə biləcək davamlı bir sülh və həll üçün əlimdən gəlini etməyə çalışdım. Xüsusi ilə Rusiya və Fransadan olan həmkarlarımla, həmçinin  ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi ilə səmimi əməkdaşlığımızı yüksək qiymətləndirirəm. Biz bütün Ermənistan və Azərbaycan xalqının maraqlarına uyğun olaraq çalışmaqla bağlı xüsusi bir öhdəlik götürmüşdük.

-ATƏT-in Minsk qurupunun amerikalı həmsədri kimi tamamlamadığınız işlər nələrdir?

-Əlbəttə ki, bizim məqsədimiz bölgəyə yeni bir sülh və rifah çağı gətirəcək davamlı həll yolu ilə bağlı danışıqlar aparmaq idi. Bu baş vermədi. Amma prezidentlər arasında müzakirələrin baş tutaması üçün əhəmiyyətli zəmin ortaya qoyduq.  Heç kəs geri çəkilməməlidir. Çünki sülh mümkündür.

– İndi Azərbaycandan kənardasınız. Xaricdən Azərbaycanı necə görürsünüz?

-Azərbaycan təbii sərvətlərə, yaxşı bilikli əhaliyə, güclü orta sinifə və bir çox etnik və dini qruplara malik cəmiyyətə sahib sahib olduğu üçün şanslıdır. Mənim ümidim budur ki, orada sülh olacaq. Və Azərbaycanın çoxlu müsbət aspektləri artacaq və inkişaf edəcək.

– Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqeyiniz necədir? Hər hansı bir dəyişiklik varmı?

-Mən qəti şəkildə inanıram ki,həll mümkündür. Amma sülhə nail olmaq üçün siyasi öhdəliklərin olmasına ehtiyac var. 20 ildən artıqdır ki,  liderlər danışıqlar yolu ilə həllə nail ola bilməyiblər. Amma mən  onları yenidən xoş niyyətli danışıqlara başlamağa çağırıram. Sülh bütün regionu daha yaxşı iştiqamətdə dəyişəcək. Və hər kəsə fayda verəcək.

– Niyə münaqişə tərəfləri bu problemi 30 ilə yaxındır ki, həll edə bilmirlər?  Sizcə, maneələrin qarşısını almaq üçün nə etmək lazımdır?

-Sülh yolunda çoxlu maneələr olub. Mən siyasi iradədən bəhs edəm. Mən də inanıram ki, region xalqı öz liderlərini bir həll yolunu tapmağa çağırmalıdırlar. Bu zaman ümid edirəm ki,  orada,  azərbaycanlı və ermənilərin bir nəsil öncə olduğu kimi sülh və təhlükəsizlik içində yan-yana yaşaya bildiklərini göstərən insani proqramlara uyğun, münaqişə riskini azaldacaq inamverici tədbirlər görmək olar.

– Dağlıq Qarabağ münaqişəsinin həlli prosesində irəliləyiş mümkündürmü?

-İnanıram ki, yalnız irəliləmə deyil, davamlı sülh mümkündür. Bir həllin şərtlərinin necə olacağını  ümumilikdə bilirik, liderlər bir neçə dəfə qarşılaşıblar. Sadəcə olaraq həlli müzakirə etmək  çətin olacaq. İndi zamanıdır.

-Cənubi Qafqazda işləmiş bir  diplomat olaraq regionun gələcəyi barədə nə deyə bilərsiniz? Nikol Paşinyanın “müharibə bəyanatları” barədə fikirləriniz necədir?

-İnanıram ki, həm Azərbaycan, həm də Ermənistan sülh istəyir. Mən həmsədr kimi heç vaxt buna şübhə etməmişəm. Əlbəttə ki, xoş niyyətli danışıqlar üçün lazım olan inam yarandığı təqdirdə liderlərin sözlərini diqqətli bir şəkildə işlətmələri önəmlidir.

-Ceyms Uorlikin gələcək planları nədir? Sonda oxucularımıza nə demək istərdiniz?

-Mən öz işimi özəl sektorda davam etdirməyi planlaşdırıram. Amma ümid edirəm ki, münaqişənin sülh yolu ilə həllinə kömək edə biləcəyim yollar mövcuddur. Mən davamlı sülhü qeyd etmək üçün bir yerə toplaşacağımız günü səbirsizliklə gözləyirəm.

                                      

Hafiz Əhmədov

 





Yuxarı Əvvələ Ana Səhifə