XƏBƏR LENTİ

16 Oktyabr 2019
15 Oktyabr 2019

Digər Xəbərlər

27 Aprel 2015 - 14:12

Sabiq nazir iqtidara mesaj verdi: “Oturub nəyisə gözləmək fikirindən uzağam…”

1999-2006-cı illərdə maliyyə naziri işləmiş Əvəz Ələkbərov iqtidara sətiraltı mesaj verib.

Strateq.az keçmiş nazirin Modern.az saytına müsahibəsini təqdim edir:

– Əvəz müəllim, hazırda nə işlə məşğulsunuz?

– Mənim həyatım, yaradıcılığım, dünyagörüşüm, gördüyüm işlər, indiki mövqeyim haqqında “İnterAz” TV “Antrakt” adlı film çəkir. Ona görə də bu işlə məşğulam. Bu sənədli filmi şənbə günü göstərəcəklər.

– Qarşıdan parlament seçkiləri gəlir. Hər halda, sizin müəyyən tərəfdarlarınız da var. Bunu nəzərə alıb deputatlığa namizədliyinizi irəli sürə bilərsinizmi?

– Açığını deyim, parlamentdə təmsil olunmaq üçün deputatlığa namizədliyimi irəli sürmək haqqında düşünməmişəm. Heç bu məsələnin üzərində dayanmıram və bundan sonra da belə olacaq.

– Keçmiş maliyyə naziri Fikrət Yusifov “Ekonomiks” Beynəlxalq İqtisadi Araşdırmalar Birliyi yaradıb və onun sədridir. O iqtisadi sahədə baş verən proseslərlə bağlı müxtəlif təhlillər verir. Sizin də belə bir qurum yaratmaq niyyətiniz varmı?

– Mənim hansısa təşkilat yaratmaq şansım daha çox idi. İstəsəydim, çoxdan belə bir təşkilat təsis edərdim. Təcrübəm, biliyim hər hansı təşkilat yaradıb onu idarə etməyə və təhlillər ortaya qoymağa imkan verir. Ancaq mən daha çox gəzməyə, dünyada baş verən prosesləri izləməyə, sağlamlığımı qorumağa üstünlük vermişəm. Kimsə nəsə yaradıbsa, Allah işini avand eləsin! Allah eləsin ki, bu cür təşkilatlar cəmiyyətə, xalqa, dövlətə faydalı bir şey versin. Yaratmaq asandır, amma əsas fayda verməkdir.

– Keçmiş maliyyə naziri kimi dolların manata nəzərən məzənnəsinin yüksəlməsinin perspektivi barədə proqnozlarınız nədir?

– Hökumət Mərkəzi Bankla birgə güclü çevik siyasət həyata keçirməlidir. Kənd təsərrüfatına ayrılan kreditlərin məbləği artırılmalıdır. Süni qiymət artımının qarşısı alınmalıdır. Rəqabət qabiliyyətli məhsulların artmasına önəm verilməlidir. Azərbaycanda kredit faizləri çox yüksəkdir. Heç olmasa, faiz dərəcələri 2 dəfə aşağı düşməlidir. ölkədə real iqtisadiyyata diqqət edilir, amma real sektora daha böyük diqqətin ayrılmasına ehtiyac var.

– İqtisadiyyat sahəsində xeyli təcrübəniz var. Məhz bu təcrübə və potensialınıza görə gələcəkdə hansısa dövlət vəzifəsinə təyin olunmağınızı gözləyirsinizmi?

– Həyatda hər şey ola bilər. Uinston çörçill görün neçə yaşında gəlib Böyük Britaniyanın baş naziri olub?! Xalqıma, dövlətimə, komandama iş qabiliyyətim məlumdur, lazım olarsa, hər şeyə hazıram. Mən özümü bu hakimiyyət komandasının bir üzvü sayıram. Amma oturub nəyisə gözləməklə bağlı fikirlərdən də uzağam.




Yuxarı Əvvələ Ana Səhifə