XƏBƏR LENTİ

24 Aprel 2019
23 Aprel 2019

Digər Xəbərlər

06 Fevral 2019 - 12:40

RUS EKSPERT ABŞ-ÇİN TİCARƏT SAVAŞI HAQDA:“Savaş göstərdi ki, Çin iqtisadiyyatını, vur-tut, bir neçə aya aşırmaq mümkündür” – Müsahibə

rosbalt.ru, 05.02.2019

 

Rusiya Ali İqtisadiyyat Məktəbi Şərqşünaslıq Kollecinin rəhbəri, şərqşünas Aleksey Maslovun ABŞ-Çin ticarət savaşının nəticələri haqda Rusiya nəşrinə müsahibəsini Strateq.az-ın oxucularına təqdim edirik.

 

-İndiki Çin-Amerika sazişini necə dəyərləndirirsiniz?

-Aydındır ki, Çin və ABŞ ikitərəfli münasibətlərdə hansısa balans nöqtəsi tapıb. Danışıqlar başlamazdan qabaq Çinin mövqeyini belə şərh etmək olardı: “Bir az söhbətləşək və hər şey öz çevrəsinə qayıdacaq”. Çünki ABŞ son illərdə artıq birinci dəfə deyildi Çinə qarşı müəyyən tələblər irəli sürürdü. Başqa bir qütb – Amerika qırğılarının ticarət danışıqlarının yalnız bəhanəyə keçdiyi (yeri gəlmişkən, Rusiyanın bəzi ekspertlərinin də bölüşdükləri) mövqeyidir. Gerçəklikdə isə ABŞ Çini dünya ticarətində bloklamaq istəyir.

Ekspertlərin çoxu Çin və Amerika iqtisadiyyatlarının olduqca sıx qarşılıqlı yayıldığından çıxış edirdi. Aydındır ki, Çin iqtisadiyyatı indiyədək Amerika iqtisadiyyatıyla qarşılıqlı təsirə, Çin mallarının ABŞ-a tədarükünə və orada Amerika mallarının alqısına əsaslanır (və gedən danışıqlar bunu növbəti dəfə göstərdi). Amma ən başlıcası, əlbəttə ki, Birləşmiş Ştatlarla qarşılıqlı texnoloji təsirdir. Ameriaklılar da maraqlı deyillər ki, Çin bazarını yıxsınlar, çünki ÇXR bu gün ümumiyyətlə dünya ticarətininn sabitləşmə nöqtələrindən biridir.

-Bununla belə, çinlilərə çox ciddi basqıya girişilmişdi…

-Gəlin, baxaq, nə baş verib. Birincisi, ABŞ əlüstü bildirdi ki, bu, danışıq prosesidir, yəni söhbət ultimatumlardan deyil, məhz sövdələşməkdən gedirdi. Və Çinlə bağlı durum ABŞ-ın Rusiyaya münasibətdə siyasətindən bununla tam fərqlənir. Vaşinqton Pekinə münasibətdə heç bir siyasi tələb irəli sürməyib – yenə də Moskva ilə danışıqlardan fərqli olaraq… İkincisi, fikrimcə, Birləşmiş Ştatlar Çindən yalnız iki şey əldə etməyə nail olmaq istəyirdi: Amerika mallarının bu ölkəyə tədarükünü artırmaq və bununla da Amerika iqtisadiyyatını qorumaq. Deyilməlidir ki, Çin də Amerika mallarının, o cümlədən neft məhsullarının, qaz kondensatının, kənd təsərrüfatı məhsullarının alqısını (20%-dən 60%-ədək) genişləndirməyi vəd edərək özünün qabaqkı mövqeyindən aşkarca geri addım atdı.

Bundan savayı, Çin ötən il Amerikanın onun şirkətlərinə qarşı sanksiyaları fonunda başqa ölkələrlə ticari münasibətləri hiss olunası dərəcədə gəlişdirməyə başlayıb. O cümlədən Rusiya ilə də. Və yeri gəlmişkən, Rusiyanın bir sıra şirkətləri dərhal bu açılan imkanlar pəncərəsinə sarı götürülüb.

Söhbət, məsələn, Rusiyanın kənd təsərrüfatı məhsullarının bəzi növlərinin ÇXR-ə tədarükündən gedir. Misalçün, Rf-dən toyuq ətinin ÇXR-ə tədarükü 2005-dən bağlanmışdı, çünki guya o, Çin bazarının standartlarına uyğun gəlmirdi. Moskva və Pekin arasında bu mövzuda danışıqlar olduqca uzun müddət aparılıb və budur, Rusiya şirkətləri bu il yanvarın başlanğıcından Çinə toyuq ətini yenidən tədarük etməyə başlayıb.

Lakin ABŞ-ın indi ÇXR-ə özünün kənd təsərrüfatı məhsullarının tədarükünü artıracağı nəzərə alınmaqla başa düşürük ki, Çin bazarında rəqabət kəskinləşəcək. Çin bazarına soya və meyvə tədarük etmək niyyətində olan bir sıra üçüncü ölkələr, məsələn, Cənubi-Şərqi Asiya dövlətləri və Latın Amerikasının bəzi ölkələri indi ziyana düşəcək.

-Və siz yenə də Amerika-Çin ticarət danışıqlarının bu raundunun nəticələrini necə dəyərləndirərdiniz?

-Düşünürəm ki, o, bütünlükdə qarşılıqlı razılıqla başa çatıb, Çin pul sarıdan isə hətta özəl heç nə itirmir də. O, sadəcə, başqa ölkələrdən onun bazarına gələn müəyyən mal axınlarını yenidən ABŞ-a yönləndirəcək. Bu danışıqlardan başqa, daha kürəsəl nəticə bundan ibarətdir ki, Amerika bütün dünyaya göstərdi ki, Çinə təsir üsulları var və bunlar son dərəcə sərtdir. Məlum oldu ki, Çin iqtisadiyyatını hərfiyyən bir neçə aya aşırmaq mümkündür.

-Pekində bu durumdan hansı nəticələri çıxarıblar?

-ÇXR-də indi daxili bazarın fəallaşdırılmasilə bağlı bir sıra tədbirlər görürlər. Məsələn, kiçik və orta biznes üçün güzəştlərin görünməmiş dərəcədə artırılması başlanıb. Özü də Çin müəssisələrinin, demək olar, 90%-i buna düşür.

-Bu tədbilər məhz Amerikanın Çinə münasibətdə sanksiyalarının başlanmasilə bağlıdır?

-Bəli. Məsələ bundadır ki, ÇXR Amerikanın tədbirlərinə əvvəlcə çox da ciddi yanaşmadı. Amma 2018-in sonuna doğru aydın oldu ki, Çin malları məhz ABŞ-a tədarük edilmədiyindən Çin iqtisadiyyatında artım tempinin xeyli ləngiməsi başlanıb. Üstəgəl, son məhsulu Birləşmiş Ştatlara tədarükə yönəlmiş müəssisələrə öz məhsullarını tədarük edən zavodlar yerində saymağa başladığından Çinin daxili bazarının inkişafı ləngidi. Bundan savayı, Çində işgzar fəallıq indeksi aşağı düşdü. Və, bax, onda qət etdilər ki, daxili bazarı da şirnikdirmək gərəkdir. Bununla bağlı Çin müəssisələrinin çoxuna vergi tarifini ikiqat endirdilər. Yəni buna kimi dövlətə 24% ödəyirdilərsə, indi isə 12% ödənilir. Dövlət Şurası bu il yanvarın 9-dan isə vergi tarifinə daha bir azalma tətbiq edib – minus daha 20%.

Amma məsələ bununla da məhdudlaşmayıb. Çində vergilərə qoyulan minimum 3000 yuandan (445 dollar) 5000 yuana (741 dollar) qədər  yüksəldilib.

-Söhbət xırda iş adamlarına, yoxsa bütün çinlilərə yol verməkdən gedir?

-Çinin bütün vətəndaşlarına. O cümlədən  muzdlu işçilərə. Həm də bu vergi qoyulan minimum 741 dollar çinli yaşlı valideynlərinə qayğısı haqda, habelə uşaqlarının təhsilinə vəsaiti çıxandan sonra alınır.

ÇXR-də indi müəssisələr üçün də vergi qoyulan minimum bir milyon yuandan üç milyona qədər artırılıb. Çin bu qayda ilə öz daxili bazarını Amerikanınkından “açmağa” çalışır. Demək olar ki, baş verən hadisələr Çin rəhbərliyini daha gerçəkçi edib.

-Amma yenə də, ilk baxışdan ticarət savaşının bu mərhələsində ameriakılar qalib gəliblər. Tramp istədiyini elədi…

-Ümumiyyətlə, bəli. Mən də belə hesab edirəm.

Bəs bu, görünən gələcəkdə Çin iqtisadiyyatına necə təsir edəcək?

-Düşünürəm ki, Çin iqtisadiyyatı ümumi rəqəmlərdə ziyan çəkməyəcək. Amma amerikalılar onu ABŞ iqtisadiyyatından “açmağa” imkan vermədilər. Başqa məsələdir ki, çinlilər bütün bu sanksiyalar başlanana kimi bir qədər başqa problemlərin qayğısındaydılar. Yəni öz məhsullarını, habelə maliyyə resurslarını dünya bazarlarına çıxarmaqla. Bu onlar üçün bir nömrəli məsələydi.

Amma, budur, amerikalılar Çinə müstəqil hərəkət etmək imkanı vermədilər. Məsələn, Amerika maliyyə sistemindən aralanmağa. Diqqət yetirin ki, qarşılıqlı ticarətdə tamamilə yuana keçmək haqda Rusiya-Çin danışıqları yavaşıyıb…

Üstəgəl, amerikalılar bu iş altında Çin texnologiyalarına güclü psixoloji hücum keçirdilər. Bu məhz “Huawei” Çin nəhənginin ətrafında indi baş verənlərdir. Məsələ burasındadır ki, əslində, “Huawei”in irəlilətdiyi beşinci nəsil (5G) mobil rabitə şəbəkəsi bazarı ən yaxın illər üçün 10-15 milyard dollar civarında dəyərləndirilir. Üstəlik, bu, təkcə mobil rabitə deyil, həm də hərbi texnologiyalar və hərbi-strateji informasiyanın ötrürülməsidir. Amerikalılar indi “Huawei”-i yüksək texnologiyaların satışı bazarından sıxışdırmağı bacardırlar. Və mənim fikrimcə, bax, bu, Çin üçün maliyyə itkilərindən xeyli ciddi məsələdir.

Bundan savayı, ÇXR bu yaxınlara qədər ABŞ-ı satellitlərlə olmasa da, öz dostlarıyla tədricən çevrələyirdi. Məsələn, Pekin Afrikada, Latın Amerikasında çox fəal hərəkət edirdi və edir. Onun ideyası dedikcə sadəydi: öz istehsalını bu ölkələrə çıxarmaq. Amma indi ABŞ bu prosesi dayandıra və Latın Amerikasının tam bir sıra ölkələrini Pekinə qarşı kökləyə bilib.

Söhbətləşdi: Aleksandr Jelenin

Tərcümə Strateq.az-ındır.





Yuxarı Əvvələ Ana Səhifə