XƏBƏR LENTİ

24 İyul 2019
23 İyul 2019

Digər Xəbərlər

09 Fevral 2019 - 19:44

Rusiya politoloqu:“Moskva Maduro rejiminə dəstəkdən əl çəkməlidir ki, Venesuela Liviya ssenarisini yaşamasın” – Müsahibə

Dmitri Rodionov

svpressa.ru, 08.02.2019

 

Rusiya politoloqu, fizika-riyaziyyat elmləri namizədi, siyasət elmləri doktoru, M.V. Lomonosov adına MDU-nun professoru, Rusiya Federasiyası Təhlükəsizlik Şurası yanında elmi şuranın üzvü Andrey Manoylonun Venesuelada baş verən hadisələr barədə Rusiya nəşrinə müsahibəsini ixtisarla Strateq.az-ın oxucularına təqdim edirik.

 

-“Bloomberg” agentliyi “Kremlə yaxın qaynaqlar”a söykənərək yazıb ki, Moskvada Maduroya dəstəyin məqsədəuyğunluğundan şübhələnməyə başlayıblar. Agentliyin məlumatına inanmaq olarmı? Və mövqeyə yenidən baxılması Rusiya üçün nəyə dönüşə bilər?

-Əlbəttə, indiki durumda “Bloomberg”ə 100 % inanmağına dəyməz, amma yerləşdirilmiş məlumatı başdan eləmək də sadəlövh və arsız iş olardı. Məsələ burasındadır ki, “Bloomberg” istənilən (hətta məxfi) məlumatı əldə etmək və yoxlamaq üçün MKİ və FTB-nin agentura şəbəkəsilə tutuşdurulan, inkişaf etmiş agentura şəbəkəli, əzəmətli imkanlarilə (ABŞ-ın və bütün dünyanın ali çevrələrindəki qaynaqların “Bloomberg”lə anonimlik şəraitində işlədiyi) nəhəng media korporasiyasıdır. “Bloomberg”ə düşən istənilən məlumat dəfələrlə yoxlanılır və o cümlədən agenturanın yardımıyla bir neçə səviyyədə yenidən yoxlanılır və yalnız bundan sonra mətbu məkana keçir. Buna görə də özümüz üçün əlüstü aydınlaşdırmalıyıq ki, “Bloomberg”də bu və ya başqa məlumatın meydana çıxması artıq çox ciddi məsələdir. Buna görə “Bloomberg” “Kremldə belə əhvali-ruhiyə var” deyirsə, bunun olması ehtimalı yetərincə yüksəkdir. Bununla yanaşı, “Bloomberg” Kremlin Maduronu bundan sonra da dəstəkləməyə dəyib-dəymədiyindən şübhələnməyə başladığını bildirərək, ifadəsinə söykəndiyi qaynaqları açıqlamır, söhbət yalnız (anlaşılan səbəblərdən)  adının çəkilməsini istəməyən “Kremlə yaxın qaynaqlar”dan gedir. “Bloomberg”in reportyorları bununla da informasiya savaşları praktikasında çox məşhur “atılmış informasiyanın leqallaşdırılması” – “psevdorəsmi şəxlərin adından bəyanat” üsulundan yararlanırlar.

“Bloomberg” inandırır ki, bu məlumatı “Kremlə yaxın qaynaqlardan” alıb və məhz buna görə bu qaynaqlara çox inanmaq istəyirsən: onlar Kreml hökumətinə, doğrudan da, yaxındırlarsa, deməli, mötəbər, məlumatlıdırlar və tamamilə təsadüfən “Bloomberg”ə “sızmış” məxfi insayda malikdirlər. Və bir qayda kimi, heç kimin ağlına gəlmir ki, bu – anonimdir, çünki onların fiziki varlığına əmin olmaqda oxucunun qətiyyən heç bir imkanı yoxdur. Ola bilsin, onlar ümumiyyətlə dünyada yoxdurlar, amma bizə “naqqallıq edirlər” ki, onlar var.

Sadəcə, bu “qaynaqlar”ın varlığına inanmaqdan ötrü “Bloomberg”dən onları göstərməyi istəsəniz, agentlik sizi başdan edəcək… Bundan başqa, Kreml ağlagəlməz dərəcədə böyükdür (təkcə qüllələr otuz ədəddir, üstəgəl, mavzoley və s.) və ona yaxınlığı olan adamlar bir yığındır…

Agentliyin məlumatına görə, Moskvada anlama artır ki, Venesuela iqtisadiyyatının fəlakətli durumu  Maduronu vətəndaşlar arasında dəstəkdən tədricən məhrum edir. Bəs bunu qabaqlar başa düşmürdülər?

-Moskvada, o cümlədən prezident administrasiyasında gerçəkliyi boyamaqla məşğul olmayan, bu və ya digər siyasətçinin, bu və ya digər rejimin yaşama şansını real dəyərləndirən ağıllı adamlar yetərincə çoxdur. Maduro ilə bağlı “durumun yetişdiyi” qabaqlar da aydın idi: sərt uçuruma yuvarlanmış iqtisadiyyat, hiperinflyasiya, qərarsız ordu, ən yaxın çevrənin satqınlığı – bütün bunlar fəlakətin qaçılmazcasına yaxınlaşdığından xəbər verən, hamıya bəlli həqiqətlərdir. Sonradan ABŞ-ın dəstəyi ilə Maduronu ayı kimi mağarasında çevrələyən müxalifətin fəaliyyəti – bütün bunlar təsdiq elədi.

Başqa məsələdir ki, Rusiya rəhbərliyinin bəzi təmsilçiləri lap başlanğıcda hansısa bir dövrdə bu illüziyanın əsiriydilər ki, Maduro bu dəfə də duruş gətirəcək, axı ordu arxasındadır, xarici hesablarda isə silahlı qüvvələrin, məmurların və xüsusi xidmətlərin loyallığını təmin edə biləsi pul çoxdur. Sınaqda isə aydınlaşdı ki, ABŞ ordunun, ən azı, yarısını satın alıb (vaxtında Səddam Hüseynin generallarını çamadan-çamadan dollarlara satın aldığı kimi), ABŞ Maduronun xarici hesablarını isə “ölkənin yeni prezidenti” Huaydoya “vermək” bəhanəsilə geri aldı. Maduro AB ölkələrinin irəli sürdüyü ultimatumu saymayandan sonra indi onlar da eyni şeyi edirlər. Və bu, əvvəllər “Maduro bizim prezidentdir”, “Huaydo qoyundur”, “Biz özümüzünküləri atmırıq və Maduro Yanukoviçin taleyini heç vaxt təkrar etməyəcək” deyən bir çox siyasətçilərimiz üçün şoka çevrildi. Görünür, indi bu illüziya hadisələrin sarsılmaz basqısı altında yavaş-yavaş dağılmağa başlayıb…

-Məlumat verilir ki, Rusiya hökuməti Venesueladakı duruma təsir rıçaqlarınını az qaldığını anlayır: orada iqtisadi böhran o qədər güclüdür ki, onu düzəltməyə Moskvanın maliyyə imkanları artıq yoxdur. Bu, gerçəkdən belədir? Venesuela iqtisadiyyatını artıq xilas etmək olmaz?

-Hər şeydən göründüyü üzrə, bu, həqiqətdir: Maduronun həyatına təhlükə yaranacağı halda onu təxliyyə etməkdən savayı Maduro rejiminə heç bir yardım edə bilmərik. Çevrilişıin lap başlanğıcında ona böyük bir kredit vermişik – “dövlət aparatının işləkliyini saxlamağa” 3,7 milyadr $. Bu, kobud səhvdir: pullar Venesuela məmurları və hərbçilərinin ciblərində əriyir və heç vaxt Rusiyaya geri qayıtmayacaq. Çünki Huaydo hakimiyyətə gələn kimi hökmən bildirəcək ki, “Maduro rejiminin cinayətkar” öhdəliklərinə görə cavab vermir. Nəticədə birbaşa “Maydan”dan qabaq Yanukoviçə verilmiş 4 milyard dollarla bağlı hadisə təkrarlanacaq. Tarixin bizə niyə ibrət olmadığı (və siyasətçilərin devrildiyi və ölkədən qaçdığı  ərəfədə onları dəstəkləmək olmaz) əvvəlki tək çağdaş Rusiya siyasətinin ən böyük tapmacası olaraq qalır. Bu, sağlam düşüncə ilə heç cür bağlı deyil. Amma, ola bilsin, Maduronun lobbiçilərindən kimsə bu kredit hesabına tamamilə konkret “pay” alıb (pullar ki xalqındır, deməli, heç kimindir).

Amma Venesuela iqtisadiyyatının ən böyük problemi praktiki olaraq onun tam yoxluğudur. Neft hasilatı və emalı ABŞ energetika kompleksinə inteqrasiya olunub – əslində, onun əlavə çıxıntısıdır. Müəyyən həcmdə dağ-mədən sənayesi var. Bir də ABŞ və AB-yə hesabdan atılması mümkün olmayan kokain tranziti (yeri gəlmişkən, burada dərhal 2017-2018-ci  illərdə RF-nin Buenos-Ayresdəki səfirliyinin ərazisində aşkarlanmış “Argentina kokaini”nin əsil qaynağı haqda sual qarşıya çıxır). Burada onlara necə yardım edəsən?

-Bəs Çin necə? O, yardım edə bilərmi? Bəlkə, səylər birtəhər biləşdirilsin?

-Çin Maduroya yardım etməyəcək: sadəcə, baş verənləri seyr edərək onun devrilməsini gözləyəcək və sonra Venesuelanın yeni rəhbərliyi ilə “ağ vərəqdən” münasibətlər quracaq: dalğanın yalındakı Huaydo, ya da istənilən başqa siyasətçiylə. Bu planda ehtimal yüksəkdir ki, Çin belə “sərt tərəfsizlik” siyasətiylə öz aktivlərini və yatırımlarını qaytaracaq: axı Maduroya qeyd-şərtsiz dəstək və “Huaydonun boş yer”, “oyuncaq” və “heç kimdir və adı da yoxdur” olduğunu ifadə etməyib. Huaydonu, onun şəxsi işgüzar keyfiyyətlərini və prezidnet olandan sonra mütləq yada salacağı əxlaqi simasını elə bir boyalarda naxışlayan bizlərdən fərqli olaraq. Ona “boş adam” deyənlər Venesuela iqtisadiyyatına qoyulmuş aktiv və kreditlərin, heç olmasa, bir bölümünü qaytarmaq haqda mərhəmətli əfvinə sığınaraq o vaxt rəzilcəsinə onun ayaqlarına düşəcəklər.

-Moskvanın Maduroya dəstəkdən, doğrudan da, imtina edəcəyi variant varmı?

-Əlbəttə, belə bir variant var, o, acıdır, amma yeganə düzgün variantdır. Yada salmaq gərəkdir ki, Venesuelada baş verənlərin hamısı, qarışmaq haqqımız çatmayan və ancaq Venesuelanın özünün daxili işidir. Xalq Maduroya qarşı çıxış edirsə, deməli, bunda onun şəxsi günahı var və səhvlərinə, o cümlədən xüsusi təhsili olmayan keçmiş taksiçinin və avtobus sürücüsünün soxulmağına dəyməyəsi siyasətdəki oyunlarına görə cavab verməyinin vaxtı yetişib. Venesuela bir daha inandırıcı şəkildə göstərdi ki, dövləti hər aşbaz qadın yönəldə bilməz. Anlamaq önəmlidir ki, Nikolas Maduro heç də bütün Venesuela xalqı deyil, onun, vur-tut, azacıq bir bölümüdür. Bütün xalqla, o cümlədən indi Karakasın və başqa şəhərlərin küçələrində olanlarla dialoq qurmaq tezdir. Maduroya zəngdə ani hayp (ingiliscə: hay-küy-red.) yaxalamaq və onu atmayacağımıza inandırmaq (bununla ABŞ-ın burnunu və Boltonun bığlarını ovuşdurmaq) deyil, işlərin gerçək durumuna dönmək və yada salmaq gərəkdir ki, Rusiya öz xarici siyasətində öz-özünə yaranan simpatiyaları deyil, rasional kateqoriyalarda ifadə edilən milli maraqları rəhbər tutmalıdır. Və yadda saxlamaq gərəkdir ki, bu ölkədə bizim, xalqın burada və indi büdcəmizə (alimlər, hərbçilər, təqaüdçülər və kiçik biznesə) gərək olan 17 milyarddan 20 milyard dollara qədər pulumuz asılı qalıb. Və Çinin özünü bu çox qəliz durumda necə apardığına zilləşmək lazımdır.

Məmurlarımızın (maliyyəçilər, iqtisadçılar və b.-nın) “məmur turizmi” xətti üzrə Kakarasa uçuşlarını məhz buna görə dayandırmaq gərəkdir: onlar günlərin birində, sadəcə, geri uçmağa macal tapa bilməzlər. Hərbçilərimizin (həm dövlətinkilər, həm də özəllər) məhz buna görə bu ölkədə görməli işi yoxdur: kim “Reuters”in gözünə görünməyibsə, hətta orada deyilsə də, geri çağırılmalıdır. Və daha bir məqam: Maduro rejimiylə bağlı durum bütünlükdə 2013-2014-cü il Ukrayna hadisələrinin ssenarisini təkrar edir. Və 2019-cu ildəki siyasətimiz də 2013-dəki kimi qurulur… Bu gün Maduro ilə oynayaraq Venesuelanı (və ora doldurulan kreditləri) itirmək riskindəyik. Və hamısı tam üst-üstə düşən eyni bir ssenari üzrə…

Tərcümə Strateq.az-ındır.