XƏBƏR LENTİ

18 Avqust 2019
17 Avqust 2019

Digər Xəbərlər

08 May 2019 - 20:17

VAŞİNQTON “RƏNGLİ İNQİLABLAR” USTASINI QAZAXISTANA GÖNDƏRİB: Mərkəzi Asiyada elitaların şüuru “qərbləşdirilir” – Müsahibə

Svetlana Qomzikova

svpressa.ru, 07.05.2019

 

Birləşmiş Ştatlar Qazaxıstan və Orta Asiyada Rusiya üçün xoşagəlməz sürprizlər hazırlayır. Qazaxıstanın tanınmış jurnalisti  İbraş Nusupbayev öz Facebook səhifəsində uyğun xəbərdarlıqla çıxış edib.

Müəllifin izah etdiyi kimi, onun qorxusu ABŞ-ın Qazaxıstandakı yeni səfiri, “rəngli inqilablar” üzrə mütəxəssis sayılan Uilyam Mozerin şəxsiyyətilə bağlıdır. Respublikanın indiki prezidenti Qasım-Jomart Tokayev onun etimadnaməsini martın sonunda qəbul edib. Nusupbayev qeyd edir – güman edildiyi kimi, “Ağ Ev bu təyinatla Orta Asiya ölkələrində Qazaxıstan və Orta Asiya vətəndaşları arasında etiraz əhvali-ruhiyyəsinin formalaşması üçün təbliğat-informasiya şəbəkəsinin qurulmasında fəal mərhələyə başlayıb”.

Onun yazdığı kimi, bunun üçün “sonradan öz ölkələrində təcrübəli amerikalı hamilərinin başçılığı altnda işləmək üçün ABŞ-da özəl kurslar keçməyə hazır olan jurnalsitləri dəvət edirlər”.

Yada salaq ki, 57 yaşlı Mozer ABŞ-ın Qazaxıstandakı dipmissiyasının başçısı kimi (onun namizədliyini prezident Donald Tramp təklif edib) bu postu 2015-in yanvarından tutan, amma 2018-də tərk edən Corc Krolu əvəzləyib. Yeni səfir 1984-cü ildən 34 ildir diplomatik qulluqdadır. Bu müddətdə Ukrayna, Misir, Surinam, Mali, Moldova və başqa ölkələrdə işləməyə macal tapıb.

Yeri gəlmişkən, Qazaxıstanda olduğu birinci dəfə deyil, çünki öz karyerasının müəyyən dönəmində ABŞ-ın Qazaxıstan səfirliyində energetika və iqtisadiyyat məsələləri üzrə attaşe olub.

Özlüyündə Amerikann çağdaş siyasi isteblişmentinin tam ənənəvi təmsilçisi… LGBT cəmiyyəti dəstəkləyir – 2013-cü ildə Moldovada səfir olarkən hətta Kişinyovun tarixində ilk gey paradına qatılıb. Korrupsiyanı pisləyir. Ukraynadakı dövlət çevrilişini isə “məzlum xalq kütlələrinin əsil demokratiyaya doğru” hərəkatı sayır.

Deyilməlidir ki, son illərdə ABŞ tərəfdən Qazaxıstana maraq gözəçarparcasına güclənib. Məsələn, Amerika jurnalisti Martin Bergerin öz məqaləsində qeyd etdiyi kimi, Vaşinqton öz yüklərinin tranziti üçün Xəzərdə Qazaxıstanın limanlarından istifadə etmək icazəsinə nail olub, bu yaxında isə respublikadakı dipkorpusu xeyli genişləndirib.

Yəni yeni səfirin qayğıları bəs edəcək. Özəlliklə onun birbaşa rəisi, ABŞ Dövlət Departamentinin başçısı Mayk Pompeonun bu yaxında Mərkəzi Asiyanı Ştatların, onun dediyi kimi, “Rusiyanın pisniyyətli fəallığını” pozacağı bölgələr sırasında sadaladığı da nəzərə alınmaqla. Büdcədən bu məqsədlərə 500 milyon dollardan çox ayırmaq nəzərdə tutulur.

Lakin amerikalıların Ukraynada oynadıqları ssenari üzrə antirusiya dönüşü Qazaxıstanda mümkündürmü?

-İstəyə gəlincə, əlbəttə, amerikalılar “Rusiyanın pisniyyətli fəallığını” Mərkəzi Asiyada da boğacaqlar, – Bölgəsəl Problemlər İnstitutunun baş direktoru, politoloq Dmitri Juravlyov durumu şərh edir. – Bax, nəticələr haqqında şübhə meydana çıxır…

Güman etmirəm ki, Qazaxıstan indi belə bir dönüşə hazırdır. Çünki bunu iki variantda etmək olar. Birinci variant – Ukraynadır. Mən buna çox da inanmıram, çünki, bir yandan, hər halda Qazaxıstanda yaşayış səviyyəsi Ukraynada qabaqlar olduğu qədər yüksək deyil. Yəni artıq sizin yaşayış səviyyəniz yetərincə yüksəkdirsə, fərdiyyətçiliyə, diktator hakimiyyətinə qarşı durmağa çağırış yaxşıdır.

Nazarbayev geri çəkilib, amma o qədər də uzağa getməyib. Əlbəttə, Qazaxıstan elitası vahid deyil, Ukraynadakı kimi iki konkret bölümə – Şərq və Qərbə parçalanmayıb. Odur ki, bu günki rejimi pozmaq və başqasıyla əvəzləməyin mümkünlüyünə inanmıram.

Başqa variant daha uzunmüddətli, amma daha effektlidir – elitanın özünün işarələrini, “qərbləşmək” yolunu dəyişdirməkdir. Son nəticədə Qazaxıstan ki həmişə xarici siyasətin çoxyönlülüyndən danışıb. Axı məsələ hansısa yönün ləğv edilməyində deyil, onu daha mənalı etməkdədir. Qazaxıstan elitasında Böyük Britaniyaya yön isə həmişə olub.

Başqa sayaq deyilsə, sadəcə elə etmək olar ki, Şərqdənsə Qərbə yön daha güclü olacaq. Bu daha incə, daha uzunmüddətli işdir. O, küçədə kütlə ilə yaradılmır, amma tam həyata keçirilə biləndir, əslində, Sovet İttifaqında belə də olub.

Bizim xoşbəxtliyimizdən amerikalılar birinci yolla getsələr (Pompeo isə zabit, tank batalyonunun komandiri olub), di Allah bilsin, onlar bilsinlər. Və Allaha şükür ki, onlar bir o qədər nəhəng resurslarla belə səfehdirlər.

-İzah edin.

-Sadəcə, onda Qazaxıstanda daha güclü şərq vektoru düzəldərlər. Çünki elita bu mənada vahiddir və çox gözəl anlayır ki, onu yıxıb sürüyücəklər. Onlar getməyə isə hazırlaşmırlar, deməli, birləşirlər. Ölkədə pozğunluq salmaq cəhdləri yekunda Rusiya nüfuzunun zəifləməyinə deyil, məhz güclənməyinə işləyir. Bax, daha incə yolla getməyə ağılları bəs etsə, onda problemlər mümkündür. “Şaxələnmə” – Qərbyönlü, yoxsa Şərqyönlü vektor – Qazaxıstanda həmişə olub. Amma seçim indiyədək Şərq yönü olmasa, Qərb yönünün işləmədiyini anlayan Elbasınınn mövqeyi ilə müəyyən olunub. İndi isə o, coşğun fəaliyyətdən aralanarkən Qazaxıstan elitalarının “qərbləşməsi” tamamilə mümkündür. Amma hər şeyə əsasən, amerikalılar birinci yolla gedirlər.

Sizcə, bəs biz özümüz amerikalırın indi artıq Qazaxıstanda daha bir mankurt nəsli tərbiyə etmək planlarına mane olmaqdan yana yetərincə iş görürükmü? Məsələn, həmin Nusupbayev dəfələrlə xəbərdarlıq edib ki, “Ukraynada 90-cı illərdəki proses Qazaxıstanda başlanıb”. “Sovet tarixinə, rus mədəniyyətinə nifrət doğuran” məqalələr daha çox dərc olunur, “aclıq qırğını” mövzusu fəal şəkildə şişirdirlir.

-Mən elə bundan danışıram. Buna – elitaların və mədəniyyətin “qərbləşməsi”nə – iyirmi il lazımdır. Əlbəttə, biz isə siyasətimizi necəsə fəallaşdırmalıyıq. Amma hansı mövqedən? Biz MDB ölkələrinə çox vaxt kiçik qardaşlar kimi yanaşırıq. Bax, bu mövqedən fəallığı – onlar bizdən harada gizlənəcəklərmiş – azaltmaq daha yaxşıdır, bu, bizə ziyandır. Eynilə Amerikanın fəallığı amerikalılara ziyan etdiyi kimi. Biz ki Ukraynda elə həmin mövqedə durmuşduq və odur ki, diplomat deyil, keçmiş sosial müdafiə naziri (Mixail Zurabov-red.) orada səfir idi.  Uzun illər boyu Ukraynada səfirimiz mühasib olub, çünki – “bizdən harada gizlənəcəklərmiş ki?”

Biz bu mövqeyi tutarkən qonşular bizdən uzaqlaşmağı çox istəyirlər – bizdən pis olmadıqlarını göstərmək üçün.

Bax, Qazaxıstanın müstəqil (əhalisinin üçdə birinin rus olduğu, Rusiya ilə çox böyük iqtisadi, sosial, tarixi bağları olan, amma müstəqil) dövlət olduğunu bir dəqiqəliyə də yaddan çıxarmadan özümüzü onlarla, məsələn, Almaniya ilə apardığımız kimi aparsaq, onda onları itirmərik. Amma bu “mədəni böyük qardaş”ın fəallığı olmamalıdır. Biz adamları bununla təhqir edirik – özü də rusları da, qazaxları da eyni dərəcədə.

-Bəs orada Rusiyanın düşmən obrazı yaradılarkən biz necə reaksiya verməliyik?

-Bizdə “Mir” TRŞ var. Qazaxıstanın daxilində informasiya resurslarına malikik. Bu meydançalardan yararlanmaq gərəkdir.

Qazaxıstan səfirliyinin bir məmuru rusların qazaxları necə istismar etdikləri barədə bu yaxınlarda mənə bir kitabça bağışlayıb. O, Qazaxıstanda çox populyardır. Özü də qazax deyil, rus dilinə çevrilib. Özününküylə nəsə etməlisən ki…

Diqqət edin ki, Elbası bir zamanlar “acından qırılmaq” haqda hər şeyi deyib: “Qazax xalqının acından qırıldığı olmayıb. Qəddar kollektivləşmənin gedişində rusların, qazaxların, ukraynalıların ümumi faciəsi var idi”.

-Amma, təəssüf ki, tarixi təhrif etmək və yenidən yazmaq olar ki, bu da həmin Ukraynada uğurla həyata keçirilir…

-Düzdür. Amma biz də onu bunun üçün yazmalıyıq. Onlarda mətnlərin yarısı ruscadır – ən azı, hələlik – kitabçalarımızı satmaqda bizə kim mane olur? Axı amerikalılar da öz mətnlərini bizə zorla yeritmirlər. “Ya bizim kitabçanı alarsan, ya da səni güllələyərik” prinsipi ilə deyil. Əhvali-ruhiyyəsi Rusiyayönlü olan jurnalistlərə Qazaxıstanda dərc olunmağa kim mane olur? Hələlik heç kim. Bir də deyirəm, poza alıb və qonşulara onların “bitli çukça” olduğunu və onları mədəniləşdirdiyimizi nağıl etmək lazım deyil. Bilirsiniz, ekspert mühitində təmasa girərkən belə şey tez-tez olur. Bizdə bu mənada indiyədək belədir. Biz daxilimizdə, öz-özlüyümzdə yenə də Sovet İttifaqında yaşayırıq. Bu hansısa mənada anlaşılan və aydındır. Amma biz artıq Sovet İttifaqında yaşamırıq – bunu anlamaq və qəbul etmək gərəkdir…

…-Deməli, amerikalıların belə fəallaşdığı nəzərə alınmaqla, əslində, biz Qazaxıstanda nəyi gözləməliyik?

-Nə gözləmək olar? Ziyalı və gənclərin həyəcanının kəskin güclənməsini – özəlliklə Qazaxıstanın ən varlı şəhəri Alma-Atada. Bunun əyalətlərə keçəcəyinə inanmıram. Amma eyni problem orada da var: Moskva Rusiya, Alma-Ata Qazaxsıtan deyil. Şərq vilayətləri – sosial baxımdan çox qəliz Qazaxıstan Sibiri var. Amma orada da nəsə olacaqsa, ancaq sosial zəmində olacaq. Amerikalılar indi qazaxların beyninə liberal ideyalar yeritməyə başlasalar, onda bu, yalnız varlı bölgələrdə olacaq. Qazaxıstan hökuməti bundan sonra bütün bunları əzəcək. Onlar ukraynalı deyillər, onlar gerçəkliyi özgə sayaq qavrayırlar. Buna görə də Qazaxıstanda mədəni iştirakımızı maksimal artırmalıyıq – iqtisadi baxımdan onsuz da yetərlidir. Qazaxıstan hökumətinin vəzifəsi isə qorunmaqdır, o bunun öhdəsindən gələr. Amerikalılar indi Qazaxıstanda dirsək görüb daha incə üsullara keçəcəyi başqa məsələdir. Onda pis olacaq. Elitaların şüurunun “qərbləşməsi” ləng, amma bütün Mərkəzi Asiyada, o cümlədən Qazaxıstanda gedir.

Tərcümə Strateq.az-ındır.

 

 





Yuxarı Əvvələ Ana Səhifə