XƏBƏR LENTİ

14 Dekabr 2019
13 Dekabr 2019

Digər Xəbərlər

04 Sentyabr 2019 - 21:05

ƏRDOĞAN DAVUDOĞLUNU AKP-dən QOVDU:“ABŞ Ankaradakı adamını ikinci dəfə itirdi” – Müsahibə

Mira Həsənova

regnum.ru, 04.09.2019

 

REGNUM İA-nın suallarını Türkiyənin gündəlik “Aydınlık” qəzetinin baş redaktoru Mustafa İlker Yücel cavablandırır.

 

– Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (ƏİP) üzvləri keçmiş baş nazir Əhməd Davudoğlunu öz sıralarından çıxdaş etməyə çağırıblar. Bu qərarın səbəbi nədir?

– Doğrudan da, ƏİP-in rəhbər qurumu Davudoğlunun siyasi birlikdən çıxdaşı haqda tələbi intizam kollegiyasına göndərməyi yekdilliklə bəyənib. Prosedurun işə salınması haqda qərar partiyanın Mərkəzi İcraiyyə Komitəsinin toplantısından sonra qəbul olunub. Bu, keçmiş baş nazirin üzv olduğu partiyanın ünvanına son tənqidi bəyanatları ilə bağlıdır. Davudoğlunun xətti partiyanın baş xəttindən ayrılır. Problemin məğzini tutmaq üçün ƏİP-in iki dönəmə bölmək mümkün olan tarixinə səyahət etmək gərəkdir: birinci dönəm 2002-ci ildə yaradıldığı vaxtdan 2014-cü ilədək, ikinci dönəm 2014-cü ildən indiki ana qədər  göstərilir. ƏİP 2014-cü ilə qədər bölgədə ABŞ-ın siyasətinə tərəfdar idi, 2014-cü ildən sonra isə partiyanın müəyyənedici vəzifəsi Türkiyənin təhlükəsizliyinin təmini üzrə siyasət oldu. Davudoğlu isə ABŞ-ın “adamı” sayılıb və Amerikayönlü siyasətə tərəfdar idi. Hətta Amerikanın məşhur “Foreign Policy” nəşri Davudoğlunun istefasından əlüstü sonra yazmışdı: “ABŞ Ankaradakı adamını itirdi”. Amma qarşıdan gələn dövrdə Ankarada artıq ABŞ-ın adamı olmayacaq.

– Bəs partiyanın kursunu dəyişməyə nə səbəb olub? Və Davudoğlunun mövqeyi necə idi?

– Səbəblər çox idi. Türkiyənin vətənsevər gücləri MKİ-yə tabe FETÖ qüvvələri – ABŞ-da yaşayan Fətullah Gülənin Türkiyədə terrorçu sayılan, ən mühüm dövlət qurumlarına sızmış təşkilatı ilə qəti mübarizəyə başladılar. Onlar öz əməlləri ilə PKK-ı qidalandırıb və gücləndiriblər. Bu proses öz arasında  qarşılıqlı əlaqəli çoxlu amillərin cəmlənməsilə başlanıb. Partiya üçün bu yeni dönəmdə bu ərazilərdən gələn təhlükələri dəf etmək və ölkənin təhlükəsizliyini təmin etmək məqsədilə Türkiyə silahlı gücləri İraq və Suriyanın şimalına göndərilib, Türkiyə orada faktiki olaraq amerikalıların “yoluna çıxıb”. Türkiyə etnik separatizm mərkəzlərinə çevrilmiş yerli hakimiyyət qurumlarını PKK-nın nəzarətindən çıxarmağa, bununla öz əməliyyatlarını keçirmək imkanından məhrum olan FETÖ-ü tərki-silah etməyə nail olub. Davudoğlu isə əvvəlki siyasətə tərəfdarlığı davam etdirib, yeni proseslərin iştirakçısı olmayıb.

– Davudoğlu hakim partiyanın qurulmasının qaynağında durub, Türkiyənin baş naziri, buna qədər isə beş il boyunca xarici işlər naziri idi. Qulluq borcuna görə çoxlu “saray sirləri” ona bəllidir. Bu günlərdə də ictimaiyyət qarşısında “əski səhifələri açmaq” hədəsi gəlib. Davudoğlunun mümkün açıqlamaları Türkiyə hökuməti üçün nələr törədə bilər?

– Onun bəyanatı ƏİP daxilində kəskin reaksiya doğurub və məhz bu onun partiya sıralarından çıxdaşına yol açıb. Amma düşünmürəm ki, Davudoğlu açıqlama ilə çıxış etmək riskinə gedər. Çünki onun özünə cavab verə bilməyəcəyi ciddi suallar yarana bilər. Məsələn, Liviya “üsyançıları”na 300 milyon dollar həcmində maliyyə dəstəyindən danışıb. Hətta nağıl eləyib ki, pul təyyarə ilə göndərilib. Terrorçular isə bildiriblər ki, pullar az olub. Bəs çatmayan məbləğ hara yox olub, nəyə xərclənib?

Ya da, bax, bu – Suriya məmurları xatırladıblar ki, Davudoğlu Dəməşqdə danışıq masasının üzərinə ən mühüm nazirliklərin “Müsəlman qardaşlar”a verildiyi siyahı qoyub və bu siyahı Amerikanınkını eynilə təkrar edib.

Bundan başqa, Davudoğlu ABŞ-la məğzi ictimaiyyətə açıqlanmamış  danışıqlar aparıb. Suriya sərhədi məhz onun baş nazirliyi dönəmində terrorçular üçün açılmışdı, İŞİD, ən-Nusra üzvləri sərhədi sərbəst keçirdilər. Eyni zamanda MKİ o vaxtlar Qafqazdan və Çinin Sinszyan bölgəsindən terrorçu qruplaşmaları bu ərazilərə daşıyıb. Biz MKİ ilə sazişin ayrıntılarını belə də bilmədik. Bəs Rusiyanın vurulmuş təyyarəsi ilə bağlı əhvalat? Axı o zaman özü boynuna alıb: “Mən əmr etmişəm”. Rusiya-Türkiyə münasibətlərində ciddi gərginlik doğurmuş və Türkiyə iqtisadiyyatına ən böyük zərbə vurmuş bu qərarın alınma səbəbləri hələ də suallar doğurur. Nəticə: Davudoğlu təmkin və sükutu saxlamağa məcburdur, çünki postda olduğu dönəmdə izahı ona çətin olacaq qərarlar qəbul edib.

– Davudoğlu əvvəllər yeni siyasi partiya yaratmağı elan edib. Hakim partiyanın sıralarını tərk etmiş keçmiş ədliyyə naziri Sədullah Ərgün, baş nazirin keçmiş birinci müavini Bəşir Atalay, keçmiş təhsil naziri Hüseyn Çəlik, iqtisadiyyat məsələləri üzrə keçmiş nazir Əli Babacan eyni şeydən danışıblar, məlumat gəlib ki, keçmiş prezident Abdulla Gül də bu siyasi hərəkata qoşulacaq.

– Bu adların hamısı həmin operadandır. Onlar bunu birbaşa bildirməsələr də, görürük ki, FETO-dan qurtulmaq onlar üçün prioritet deyildi. Buna görə də onlar hakimiyyətdə olanda heç vaxt bu təşkilatın hədəfi olmayıblar. Düşünürəm ki, onlar gülənçilərlə mübarizəyə Türkiyə prezidenti Rəcəb Tayib Ərdoğanın şəxsi savaşı kimi yanaşırlar. Hətta istəyirlər ki, PKK-nın siyasi qanadı – Xalqların Demokratik Partiyası (HDP) siyasi arenada yer tutsun. Onlar partiyanın 2014-cü ilə qədərki bütün siyasətini düzgün sayırlar. Türkiyə silahlı güclərinin effektli mübarizəsini ardıcıl tənqid edərək deyirlər ki, “təhlükəsizlik siyasəti üstün gəlir”. Biz ABŞ və AB-nin Türkiyəni öz siyasətlərinə məcbur etdiyinə qarşı onların bəyanatlarının belə də şahidi olmadıq. Onlar demokratiya uğrunda mübarizəni qeyri-demokratik ünsürlərdən istifadə ilə aparır, bu zaman Türkiyənin əsas problemlərinə məhəl qoymurlar. Mən düşünmürəm ki, onlaırn hakim partiyadan çıxmaqları ƏİP-də ciddi disbalans, ya da parçalanma yaradar. Əksinə, belə istefalar milli yönlü siyasətçilərə yol açır. Əslində, bu proses partiya daxilində təmizlik, qabığı dəyişdirməkdir.

Tərcümə Strateq.az-ındır.




Yuxarı Əvvələ Ana Səhifə