XƏBƏR LENTİ

12 Noyabr 2018

Digər Xəbərlər

02 May 2018 - 20:00

Çin milyarder qadın sayında da liderdir –Bu ölkənin ümumdaxili məhsulunun 41%-i qadınların payına düşür

 

Çinli qadınların iqtisadiyyatın inkişafında rolu artmaqda davam edir.

“Qaynarinfo” xəbər verir ki, Qlobal Makkinzi Universitetinin hesabatına görə, Çinin ümumdaxili məhsulunun 41%-i qadınların payına düşür. Bu cəhətdən Asiyada liderlik Çindədir. Dünyada öz hesabına milyarder olan 147 qadından 114-ü çinlidir. ABŞ-da bu rəqəm sadəcə 14-ə bərabərdir. “Apple”, “Samsung” kimi elektronika nəhənglərinə ekran istehsal edən “Lens Technology” şirkətinin sahibi Xao Kyunfey 9,8 milyard sərvətə sahibdir. Kasıb ailənin nümayəndəsi olmuş 48 yaşlı milyarder xanım dünyanın ən varlı 16-cı qadınıdır.

Çinli qadınların iş həyatındakı uğurları belə davam etsə, 2025-ci ildə ümumdaxili məhsulun dəyəri 2,6 trilyon dollar olacaq və 13% artacaq. Bu, Fransa iqtisadiyyatının həcminə bərabərdir.

Filippin və Hindistanda da qadınların iqtisadi həyatdakı rolu artmaqda davam edir. Filippin bu cəhətdən dünyada 7-ci sıradadır. Hindistanda isə 2025-ci ildə qadınların iqtisadiyyata xeyri 27%-dən 37%-ə qalxacaq və ümumdaxili məhsulun 18% artımına səbəb olacaq.