XƏBƏR LENTİ

19 Noyabr 2018
18 Noyabr 2018

Digər Xəbərlər

16 Avqust 2018 - 23:25

Trampın xanımı kiber təhdidlərlə bağlı sammitə qatılacaq –Gələn həftə

Melania Tramp gələn həftə Merilend ştatında keçiriləcək kiber təhdidləri ilə bağlı sammitə qatılacaq.

Ağ Evin bildirdiyinə görə, birinci xanım sosial medianın gənclərə pozitiv və neqativ təsirlərindən danışacaq. Melania Trampın sosial media platformalarının təmsilçiləri ilə müzakirələr keçirəcəyi planlaşdırılıb.

Ağ Ev tədbirdə hansı sosial media nümayəndələrinin iştirak edəcəyi barədə məlumat verməyib.

ABŞ birinci xanımı “Be Best” təşəbbüsü kimi kiber təhdidlər əleyhinə kampaniyası aparır. Kampaniya opidodlərin təhlükəsi barədə maarifləndirmə və uşaqların rifah hallarının yaxşılaşdırılmasını nəzərdə tutur.

Xanım Trampın bu təşəbbüsü həyat yoldaşının “Twitter”dən istifadə edərək, rəqiblərini hədələdiyi üçün tənqidlər altındadır.

Amerikanın Səsi