XƏBƏR LENTİ

25 May 2019
24 May 2019

Digər Xəbərlər

09 Mart 2019 - 12:15

NASA ilk qadın ekipajın tərkibini açıqlayıb- Adlar

ABŞ-ın Milli Aeronavtika və Kosmik Tədqiqatlar Agentliyi (NASA) Beynəlxalq Qadınlar Günündə martın sonunda açıq kosmosa çıxacaq ilk qadın ekipajın tərkibini açıqlayıb.

AZƏRTAC NASA-nın saytına istinadla xəbər verir ki, açıq kosmosa çıxacaq zərif cinsin dörd nümayəndəsindən ibarət ekipajın iki üzvü – Enn Makkleyn, Kristina Kox Yerdən 400 kilometr yüksəklikdə Beynəlxalq Kosmik Stansiyada günəş batareyalarını dəyişəcəklər. Yerdəki idarəetmə mərkəzindən isə kosmik missiyaya daha iki qadın – Meri Lourens (uçuşun rəhbəri) və Ceki Keyqi (kosmik səyahətin idarəedicisi) nəzarət edəcəklər.

Məlumatda qeyd olunur ki, Makkeyn artıq ötən ilin dekabrından Beynəlxalq Kosmik Stansiyadadır, Kristina Kox isə martın14-də ona qoşulacaq. Həmin gün Birləşmiş Ştatlarda qeyr-rəsmi olaraq “pi” (3,14) Rəqəmi Günü qeyd olunur. Ona görə də “Soyuz MS-12” kosmik gəmisinin fəzaya buraxılma vaxtı da ABŞ-ın şərq sahillərindəki vaxtla saat 3:14-ə təyin edilib.

Enn Makkleyn və Kristina Koxun açıq kosmosa çıxması isə martın 29-da nəzərdə tutulub. Beləliklə, NASA bu missiyanı ABŞ-da elan edilmiş Tarixdə Qadın Ayı çərçivəsində başa çatdıra biləcək.