Gündəm

  • " width="300" height="266" />
    Müdafiə naziri Zakir Həsənov göstəriş verdi:"2018-ci ildə qoşunların döyüş qabiliyyəti artırılsın!"
  • " width="300" height="266" />
    “Qüds gedərsə, Məkkə, Mədinə, İstanbul, İslamabad, Şam da gedər…” –  Ərdoğandan dünyaya xəbərdarlıq
  • " width="300" height="266" />
    ELDAR MAHMUDOV YENİDƏN İSTİNTAQDA! –Çovdarov sabiq nazirin əleyhinə ifadə verib! FOTOLAR
  • " width="300" height="266" />
    Bakıda Qətərin Milli Günü qeyd edilib –Kəmaləddin Heydərov tədbirdə çıxış edib - FOTO
  • " width="300" height="266" />
    Rəsmi Vaşinqton hədəfə kilidlənir:“İranın qarşısını almaq üçün koalisiya yaratmağımızın şahidi olacaqsınız”
  • " width="300" height="266" />
    Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə yeni səlahiyyət verildi –Detallar
  • " width="300" height="266" />
    Rəsmi Ankara Ermənistana sərt bəyanatla cavab verdi:"Əvvəlcə işğal etdiyiniz torpaqların, Xocalının hesabını verin..."
  • " width="300" height="266" />
    Ərdoğanın baş müşaviri istefa verdi –Yazılı şəkildə səbəbi açıqladı
  • " width="300" height="266" />
    Putinlə Sobçak mətbuat konfransında “atışdı”:"Küçələrdə "saakaşvililərin" qaçmasına imkan verməyəcəyik!"
  • " width="300" height="266" />
    TÜRKİYƏ HƏR AN “AFRİN ƏMƏLİYYATI”NA BAŞLAYA BİLƏR –- Müxalifət də bu əməliyyat üçün hazır vəziyyətdə gözləyir

Müsahibə

  • " width="300" height="266" />
    İLYAS İSMAYILOVDAN QÜDSLƏ BAĞLI MARAQLI AÇIQLAMALAR:"ABŞ dünyanı qlobal dini müharibəyə sürükləyir" - MÜSAHİBƏ
  • " width="300" height="266" />
    FAZİL MUSTAFADAN ELÇİBƏY HAQDA MARAQLI XATİRƏLƏR:"Heydər Əliyev Elçibəylə müttəfiqlikdən imtina etdi" - MÜSAHİBƏ
  • " width="300" height="266" />
    Səyavuş Aslanın oğlu:"Atamdan sonra ocağımız söndü, bir qab yeməyə möhtacam..."
  • " width="300" height="266" />
    Politoloq Armen Badalyan:“Ermənistanın Moskvanın təsirindən çıxması sürətlənir” – MÜSAHİBƏ
  • " width="300" height="266" />
    Elçin Şıxlıdan maraqlı açıqlamalar:"Mehriban Əliyeva öz komandasına rüşvətə meyli olmayan ağıllı şəxsləri seçir" – MÜSAHİBƏ
  • " width="300" height="266" />
    Məşhur fransız kəşfiyyatçısı Alen Rodye:“Qərbdə kim özünü dəyərə mindirmək istəyirsə, rus kəşfiyyatının onu izlədiyini deyir” – Müsahibə
  • " width="300" height="266" />
    70-ə ÇATMIŞ RƏSUL QULİYEV:"Unudulmadığımı və camaatın məndən hələ də nəsə gözlədiyini gördüm" - (MÜSAHİBƏ)
  • " width="300" height="266" />
    Heydər Əliyevin 27 il çap olunmayan müsahibəsi:"Ziyalıların gözləmə, yaxud tam bitərəf mövqeyi məni çox narahat edir..."
  • " width="300" height="266" />
    “VERGİ VƏ GÖMRÜK BİRLƏŞDİRİLİR, YENİ NAZİRLİK YARADILIR…” –İqtisadçıdan sensasion açıqlamalar
  • " width="300" height="266" />
    SÜLHƏDDİN ƏKBƏRDƏN MARAQLI PROQNOZLAR:“Hakimiyyət daxilində böyük müxalifət formalaşır” – MÜSAHİBƏ

Qaynar Qazan

Qapalı Mövzu





Vəkil Bürosu

Dekabr 2017
BE ÇA Ç CA C Ş B
« Noy    
 123
45678910
11121314151617
18192021222324
25262728293031

XƏBƏR LENTİ

16 Dekabr 2017
15 Dekabr 2017

29 İyun 2017 - 18:40

“O ev mənə yox, bacıma məxsus olub” –Beytulla Hüseynov MTN generallarının məhkəməsində ifadə verdi

Bu gün Sabunçu rayon Məhkəməsində ləğv edilmiş MTN-in sabiq baş idarə və idarə rəisləri Sübahir Qurbanov, Teymur Quliyev, Natavan Mirvətova, həmin qurumun vəzifəli şəxsləri Fizuli Əliyev, Zaur Məmmədov, Natiq Alıyev, Fərhad Atayev, Anar Şirəliyev, Eşqin Əliyev, Elşad Əzizovun barəsində olan cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

S. Qurbanovun vəkili İlkin Mustafanın verdiyi məlumata görə, iclasda şahid qismində Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin həbsdə olan sabiq baş direktoru Beytulla Hüseynov ifadə verib.

B. Hüseynov zərərçəkmiş Ağaisa Mahmudovun onunla bağlı verdiyi ifadəni təkzib edib. Bildirib ki, A. Mahmudovun barəsində danışdığı ev ona yox, bacısına məxsus olub.

Proses iyulun 4-də davam edəcək.

İş adamı Mahmudov Ağaisa Əflatun oğlu istintaq zamanı ifadəsində göstərib ki, 2002-ci ildən etibarən sahibkarlıq fəaliyyəti ilə əlaqədar “Bank of Azerbaijan” ASC-nin müştərisi olub: “Həmin bankın 1 saylı filialının müdiri Ələddin İbrahimovla münasibətlərim yarandı, təxminən 2012-ci ilin əvvəllərində Ələddin İbrahimov mənə zəng vuraraq bir nəfər müştərinin Bakı şəhəri, C.Hacıbəyli küçəsində yerləşən həyət evini banka girov qoyaraq kredit götürdüyünü, hazırda kreditlərini ödəyə bilmədiyi üçün evini satmaq istədiyini bildirdi. Həmin evə baxıb bəyəndim. Vaqif adlı şəxslə tanış oldum, o, özünü evin sahibi kimi təqdim elədi. Bir neçə gün sonra Ələddinin iştirakı ilə Vaqiflə “Bank of Azerbaijan” ASC-nin 1 saylı filialında görüşdük, görüş zamanı Vaqif evin ona məxsus olduğunu dedi. Evi 823.000 manata satmağa dair razılığa gəldik. Mən Vaqifə 423.000 manat pul verdim və Vaqifin banka olan kredit borcunu ödədim. Bir neçə gün ərzində Vaqifə təxminən 380.000 manat pulu hissə-hissə verdim, qalan hissəni isə sonra verəcəyimi dedim, işlərimlə əlaqədar Rusiyaya getdim”.

Zərərçəkən şəxs qeyd edib ki, təxminən 2013-cü ilin payız aylarında Bayram adlı bir nəfər şəxs onun ofisinə gələrək Ceyhun Hacıbəyli küçəsi 119 ünvanında yerləşən evi kimdən və neçəyə aldığı ilə maraqlanıb:

“Mənə dedilər ki, ev  Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin baş direktoru Beytulla Hüseynova məxsusdur. Həmin hadisədən təxminən 1 il sonra, yəni 2014-cü ilin payız aylarında özünü MTN əməkdaşı kimi təqdim edən Rüfət adlı şəxs zəng vurub məni MTN-ə dəvət etdi. MTN-ə gedərək Rüfət adlı əməkdaşla görüşdüm. Ona Beytulla Hüseynovun Vaqif və Murad adlı şəxslərin onu aldadaraq C.Hacıbəyli küçəsində yerləşən evini satması barədə ərizə yazdığını, bu məsələnin araşdırılmasının Eldar Mahmudov tərəfindən baş idarə rəisi Sübahir Qurbanova tapşırıldığını, Sübahir Qurbanovun da məsələni Beytullanın xeyrinə həll etməyə göstəriş verdiyini bildirərək onların heç nə edə bilməyəcəklərini söylədim. Baş verənlərlə bağlı ətraflı izahat yazıb getdim. Təxminən 1 ay sonra Rüfət yenidən  zəng vuraraq məni MTN-ə dəvət etdi,  “Sultan” kafesində görüşüb söhbət etdik, oradan ayrılıb getdikdən bir neçə gün sonra, 2014-cü ilin sonlarında Rüfət yenidən zəng vuraraq məni nazirliyə çağırdı, nazirliyə getdikdə giriş qapısının yanında olan qəbul otağının ikinci mərtəbəsində hündür boylu, bığlı, orta bədənli, özünün deməsinə görə Zabratda yaşayan bir şəxs məni qəbul elədi. Həmin vaxt Vaqif də orada idi, orada evlə bağlı Vaqiflə mübahisə yarandı, Vaqif həmin MTN əməkdaşına məndən 423 min manat pul aldığını, həmin pulu da Beytulla Hüseynovun Mehbalı adlı qohumuna verdiyini etiraf etdi. MTN əməkdaşı baş idarə rəisinə məruzə edəcəyini bildirib nazirliyin inzibati binasına gedib təxminən 1 saat sonra qayıdaraq,  mənim vicdanlı alıcı olduğumu, lakin Beytulla Hüseynovun Eldar Mahmudovla qohum olduğu üçün evin Beytullaya qaytarılması ilə bağlı Sübahir Qurbanovun təkid etdiyini bildirdi. Həmin ərəfələrdə Ələddin mənə müraciət edərək özünü sığortalamaq üçün evi bankın işçisinin adına rəsmiləşdirməyi təklif etdi, mənim razılığımdan sonra ev bankın işçisi olan İmran Abdullayevin adına rəsmiləşdirildi”.

İttihama əsasən, təqsirləndirilən şəxslər 2004-2015-ci illərdə mütəşəkkil dəstə tərkibində xidməti vəzifələrinin icrası ilə əlaqədar hakimiyyətdən və öz qulluq mövqelərindən sui-istifadə ediblər.

Dəstə üzvlərinin sahibkarların psixi və fiziki zorakılıqlara məruz qalmaqla xəsarətlər almaları, sərbəst buraxılmaları müqabilində tələb olunan vəsaitin əldə olunması üçün ayrı-ayrı şəxslərə və kommersiya banklarına qarşı külli miqdarda borc və kredit öhdəliklərinin yaranması kimi ağır nəticələrə səbəb olan, özlərinin və yaxın qohumlarının şəxsiyyəti üzərində zor göstərmə, tutma, həbsə alma və barələrində rüsvayedici məlumatlar yayma hədəsi ilə fiziki və psixi təsirlər göstərilməklə 162 zərər çəkmiş şəxsin ümumilikdə 18 milyon 437 min manat, o cümlədən 6 milyon 449 min manat məbləğində külli miqdarda pul vəsaitlərini, 5 milyon 693 min manat dəyərində zərgərlik məmulatları və daşınmaz əmlaklarını quldurluq və hədə-qorxu ilə tələb etməklə ələ keçirmələrinə, 5 milyon 295 min manat məbləğində nağd pul vəsaitlərini rüşvət kimi almalarına, həmçinin dövlət büdcəsindən xidməti vəzifələrinin icrası üçün ayrılmış 1 milyon manat məbləğində pul vəsaitlərini vəzifə saxtakarlığı ilə mənimsəmələrinə dair şübhələr müəyyən olunub.

Zərərçəkmiş şəxslərə vurulmuş ziyanın ödənilməsinin təmin olunması üçün məhkəmə qərarları əsasında təqsirləndirilən şəxslər Sübahir Qurbanov, Füzuli Əliyev, Zaur Məmmədov, Natiq Alıyev, Teymur Quliyev, Natavan Mirvətova və qeyrilərinə məxsus ümumilikdə 21 milyon 528 min manat dəyərində əmlak və pul vəsaitlərinin, o cümlədən 20 milyon 971 min manat dəyərində daşınmaz əmlak, 272 min manat dəyərində nəqliyyat vasitələri, 42 min manat dəyərində zərgərlik və digər qiymətli məmulatlar, 88 min manat, 88 min ABŞ dolları və 5 min Avro nağd pul vəsaitləri üzərinə həbslər qoyulub.

Onlara Cinayət Məcəlləsinin 145.3 (Qanunsuz azadlıqdan məhrum etmə ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda), 178.3.1, 178.3.2 (dələduzluq mütəşəkkil dəstə tərəfindən külli miqdarda ziyan vurmaqla törədildikdə), 179.3.1, 179.3.2 (Mənimsəmə və ya israf etmə mütəşəkkil dəstə tərəfindən külli miqdarda törədildikdə), 181.3.1, 181.3.2 (Quldurluq mütəşəkkil dəstə tərəfindən külli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə), 182.3.1, 182.3.2 (Hədə-qorxu ilə tələb etmə külli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə ), 228.4 (Qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən soyuq atıcı silahı əldə etmə, satma və ya gəzdirmə), 302.1, 302.2 (Gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş texniki vasitələrdən istifadə edilməklə əməliyyat-axtarış fəaliyyəti haqqında qanunvericiliyi pozma), 311.3.1, 311.3.2, 311.3.3, 311.3.4 (Rüşvət alma qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən hədə-qorxu tətbiq olunmaqla külli miqdarda və təkrar törədildikdə), 313 (Vəzifə saxtakarlığı), 320.1, 320.2 (Rəsmi sənədləri saxtalaşdırma və bilə-bilə saxta sənədlərdən istifadə etmə), 341.2.1, 341.2.2 və 341.2.3-cü (Bir qrup şəxs tərəfindən silah tətbiq olunmaqla hakimiyyətdən sui-istifadə etmə, hakimiyyət həddini aşma və ya hakimiyyətdən istifadə etməmə ağır nəticələrə səbəb olduqda) maddələri ilə ittihamlar irəli sürülüb. Onların barəsində cinayət işi ayrıca icraata verilib.

APA