Gündəm

Müsahibə

  • " width="300" height="266" />
    Avropa İttifaqının Azərbaycan üzrə xüsusi nümayəndəsi:“Tərəflərin razılığı olmadan Qarabağ münaqişəsinin həlli mümkün deyil” – MÜSAHİBƏ
  • " width="300" height="266" />
    İrandan yenicə dönən VİP sədri seçkilər haqda:"Opponentliyimiz onları narahat edir" - Müsahibə
  • " width="300" height="266" />
    Rövnəq Abdullayev:“Xəzər dənizindən təbii qazın Avropaya nəql olunmasına bir addım qalıb” – MÜSAHİBƏ
  • " width="300" height="266" />
    General İvaşov:“2018-ci ildə Rusiyada inqilab qaçılmaz olacaq” – Müsahibə
  • " width="300" height="266" />
    İsrail politoloqundan qalmaqallı açıqlamalar:“Azərbaycan İrana hücum üçün ən əlverişli yerdir" – Müsahibə
  • " width="300" height="266" />
    PƏNAH HÜSEYN SEÇKİLƏRDƏN DANIŞDI:"İsa Qəmbər iştirak etsəydi, bu, başqa bir situasiya olardı" - MÜSAHİBƏ
  • " width="300" height="266" />
    Erməni siyasətçisi Aram Manukyan:“Ermənistan Qarabağa görə Qafqaz iqtisadiyyatında sıfırıncı yerdə durur” – Müsahibə
  • " width="300" height="266" />
    Avropa İttifaqının Azərbaycandakı səfiri:“Bizim üçün söz azadlığı çox vacibdir” – MÜSAHİBƏ
  • " width="300" height="266" />
    Müvəqqəti azadlığa buraxılmış dustaq jurnalist:"Əsas anamdan narahat idim..." - MÜSAHİBƏ
  • " width="300" height="266" />
    Suriyalı jurnalist:“Əsəd rejimi İdlib üçün “Qroznı ssenarisi” hazırlayır” – Müsahibə 

Qaynar Qazan

Qapalı Mövzu





Vəkil Bürosu

Qadın Sözü

Fevral 2018
BE ÇA Ç CA C Ş B
« Yan    
 1234
567891011
12131415161718
19202122232425
262728  

XƏBƏR LENTİ

19 Fevral 2018
18 Fevral 2018

03 Oktyabr 2017 - 17:22

General Novruzəli Orucovun oğlunun məhkəməsində videogörüntülər araşdırılacaq –Hakim qərar verdi

Binəqədi Rayon Məhkəməsində xuliqanlıqda təqsirləndirilən Rüstəm Orucov, Kənan Vəliyev və Pərviz Abbasovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. 

Hakim Rəşad Əliyevin sədrliyi ilə keçirilən prosesdə hakim bildirib ki, hadisə vaxtı avtobusdakı videogörüntülərin götürülməsi ilə bağlı 85 nömrəli marşrut avtobusunun məxsus olduğu "Xaliq Faiqoğlu" MMC-yə sorğu verilib.

 Bu sorğuya cavab gözlədikləri üçün proses oktyabrın 10-dək təxirə salınıb.

Qeyd edək ki, Bakı şəhər sakini Rüstəm Orucov sürücülük hüququndan məhrum olunmasına baxmayaraq, bu il iyulun 3-də idarə etdiyi “BMW” markalı, 10-OG-300 dövlət nömrə nişanlı avtomobillə yol hərəkəti qaydalarını pozduğuna görə ona əsaslı irad bildirmiş sürücü Sənan Səmədovun idarə etdiyi marşrut avtobusunu 8 dayanacaq təqib edib, sərnişinlərin narahatlığına və insanlarda vahiməyə səbəb olub, vətəndaşların gözü qarşısında bir qrup şəxslə həmin sürücüyə xəsarətlər yetirərək xuliqanlıq edib.

Faktla bağlı Binəqədi rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 221.2.1-ci (bir qrup şəxs tərəfindən xuliqanlıq) maddəsi ilə cinayət işi başlanıb.
 
Rüstəm Orucov piyadanın ölümünə səbəb olan yol-nəqliyyat hadisəsi törədib, hadisə yerindən qaçdığına üçün 2014-cü ildə 4 il müddətinə azadlıqdan məhrum olub, 2016-cı ildə isə şərti olaraq vaxtından əvvəl azadlığa buraxılıb.

O, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin həqiqi hərbi xidmətə çağırış üzrə sabiq müavini – Həqiqi hərbi xidmətə çağırış baş idarəsinin keçmiş rəisi, general Novruzəli Orucovun oğludur. N. Orucov hadisədən sonra tutduğu vəzifədən azad edilib.

APA