Gündəm

  • " width="300" height="266" />
    Əfv üçün müraciət edənlərin adları Prezidentə təqdim edildi –Siyahıda 1100 nəfər var
  • " width="300" height="266" />
    XİN-dən Naxçıvanda əsgərimizin şəhid olması ilə bağlı bəyanat:"Məsuliyyət tam şəkildə Ermənistanın üzərinə düşür"
  • " width="300" height="266" />
    ƏRDOĞAN BOSNİYADA SUİ-QƏSD XƏBƏRİNİ TƏSDİQLƏDİ:"MİT xəbərdarlıq etdi, amma bunlar biz çəkindirməz..."
  • " width="300" height="266" />
    82 yaşlı Mahmud Abbas yenidən xəstəxanaya yerləşdirildi:"Ürəyində problem yaranıb"
  • " width="300" height="266" />
    AZƏRBAYCAN ORDUSU NAXÇIVANDA ŞƏHİD VERDİ:"Şəhidin qisası qısa müddətdə alınacaq"
  • " width="300" height="266" />
    HULUSİ AKARDAN YUNANLARA XƏBƏRDARLIQ:"Gözümüzü qırpmadan hərbi əməliyatlara hazırıq"
  • " width="300" height="266" />
    Millət vəkili 3 məşhur şəxsin adına universitet açmağı təklif etdi:"Ali təhsillilərin sayına görə region dövlətlərindən xeyli geri qalırıq”
  • " width="300" height="266" />
    Rusiya XİN Azərbaycanın tənqidinə reaksiya verib:"Moskvanın Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqeyi..."
  • " width="300" height="266" />
    Yeni nazir hərəkətə keçdi- Saxta əliliklə bağlı araşdırmalar başladı, həbslər gözlənilir
  • " width="300" height="266" />
    Məmmədyarov İstanbulda Trampın qərarını pislədi:"Bu addım ümidləri puç etdi, humanitar fəlakətə yol açdı"

Müsahibə

  • " width="300" height="266" />
    İsrailin Azərbaycandakı səfiri Dan Stav:"Qəzzada olanlara görə HAMAS məsuliyyət daşıyır" - MÜSAHİBƏ
  • " width="300" height="266" />
    Yaxın Şərq üzrə məşhur ekspert:“TRAMP VƏ NETANYAHU ÜÇÜN ƏSAS HƏDƏF İRANDIR” – Müsahibə
  • " width="300" height="266" />
    DEPUTAT QÜDRƏT HƏSƏNQULİYEV:"Son 30 ildə ilk dəfə Qarabağı almağımız üçün əlverişli şərait yaranıb" - MÜSAHİBƏ
  • " width="300" height="266" />
    Təhsil eksperti Kamran Əsədov:“Ölkədə ali təhsilli işsizlər ordusu yaranıb”  - MÜSAHİBƏ
  • " width="300" height="266" />
    Hikmət Hacızadə:“Qarabağ probleminin bütün açarları Moskvadadır” – MÜSAHİBƏ
  • " width="300" height="266" />
    PROFESSOR QULU MƏHƏRRƏMLİ:"Cəmiyyətin tör-töküntüləri ekrana daşınıb, dəyərlərimizə səlib yürüşü başlayıb” - MÜSAHİBƏ
  • " width="300" height="266" />
    Yaqub Məmmədov:“Karl Marks kimi nəhəngin heykəlini yıxıb yerində “benzinkolonka” tikiblər” – MÜSAHİBƏ
  • " width="300" height="266" />
    Tofiq Zülfüqarov:“Paşinyanın vertolyotuna tərəf atəş açılsaydı, pis olmazdı” – MÜSAHİBƏ
  • " width="300" height="266" />
    Aureliya Qriqoriu:“Ermənistandakı son hadisələr Dağlıq Qarabağ münaqişəsinə ciddi təsir göstərməyəcək” (Müsahibə)
  • " width="300" height="266" />
    Ərəb ölkələri üzrə ekspert Fərda Əsədov:“Artıq növbə İrana çatıb” – MÜSAHİBƏ

Qaynar Qazan

Qapalı Mövzu


Vəkil Bürosu

Qadın Sözü

May 2018
BE ÇA Ç CA C Ş B
« Apr    
 123456
78910111213
14151617181920
21222324252627
28293031  



XƏBƏR LENTİ

21 May 2018
20 May 2018

Digər Xəbərlər

22 Noyabr 2017 - 15:45

Eldar Mahmudov istintaqa gizli gəlmək istədiyini bildirib –Sabiq nazir niyə vəkilsiz ifadə verir?

 

Sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudov artıq iki dəfə Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində ifadə verib. Yayılan məlumatlarda qeyd olunur ki, idarədə E. Mahmudov  əmisi oğlu, köməkçisi, MTN-in Antiterror Mərkəzinin şöbə rəisinin müavini vəzifəsində işləmiş polkovnik-leytenant Vüqar Mahmudova açılan cinayət işi üzrə ifadə verib. 

Yada salaq ki, V.Mahmudova dövlət əmlakının mütəşəkkil dəstə tərkibində külli miqdarda mənimsəmə, ayrı-ayrı vətəndaşların əmlakını hədə-qorxu ilə tələb etmə, əməliyyat-axtarış fəaliyyəti haqqında qanunvericiliyin tələblərini kobud surətdə pozma, vəzifə saxtakarlığı, eləcə də tamahkarlıq və şəxsi maraqlarına görə qulluq mövqeyindən sui-istifadə əməllərinə görə ittihamlar elan olunub.

“Yeni Müsavat”a daxil olan məlumata  görə, Eldar Mahmudov istintaqa çağırılsa da, onun hələ Vüqar Mahmudovla üzləşməsi baş tutmayıb. Eyni zamanda əldə etdiyimiz məlumata görə, istintaq prosesində Eldar Mahmudovun hələ ki statusu da müəyyən edilməyib. Maraqlıdır ki, Eldar Mahmudovun istintaq idarəsinə nümayəndəsiz gəldiyi  bildirilir. Onun istintaq idarəsindən çıxdığı zaman görüntülənən fotolarında da bu, açıq şəkildə görünür. Elə fotolardan söz düşmüşkən, onu da qeyd edək ki, məlumata görə, Eldar Mahmudovu yayılan görüntülər çox narahat edib. Bu səbəbdən o bildirib ki, bundan sonra ifadə vermək üçün idarəyə yalnız gizliliyi təmin olunduqdan sonra gələcək.

Məsələ ilə bağlı “Yeni Müsavat”a danışan hüquqşünas Əsabəli Mustafayev bildirib ki, Eldar Mahmudova ittiham verilmədiyi üçün onun vəkilinin olmaması mümkündür: “Əgər ona ittiham elan olunmayıbsa, görünür, vəkilə də bir o qədər ehtiyacı yoxdur. Mətbuatda yazılan məlumatlara görə, Mahmudov istintaqda şahid qismində dindirilib. Belə olan halda isə vəkil yox, nümayəndə ola bilər. İstənilən adam nümayəndə kimi dindirilən şəxsin yanında gedə bilər. Ancaq bu da şəxsin öz istəyindən asılıdır. Əgər şəxs şahid kimi dindirilirsə və ehtiyac hiss edirsə, nümayəndə gətirə bilər. Eldar Mahmudov hüquq-mühafizə orqanlarında işləyib. Güman ki, hansısa nümayəndənin yanında olmasına ehtiyac duymayıb. Hələ ki məlum deyil ki, Eldar Mahmudova qarşı ittiham elan edilib, yoxsa yox. Sadəcə olaraq, söylədiklərim məntiqə əsaslanır ki, yəqin o, şahid qismində dindirilir. Əgər ona ağır cinayət elan olunsa və hesab edilsə ki, Mahmudov hansısa səbəbdən öz hüquqlarını müdafiə etmək qabiliyyətində deyil, o zaman ona dövlət hesabına vəkil təyin oluna bilər. Lakin bir çox hallarda şəxsə hətta ittiham elan olunduğu zaman belə o, düşünür ki, özü hüquqlarını daha yaxşı müdafiə edər. Ona görə də məcburi deyil ki, kiməsə mütləq vəkil təyin olunsun. Qeyd etdiyim kimi, bu, təqsirləndirilən şəxsin öz istəyindən asılıdır. Şəxsə məcburi vəkilin təyin olunması halları da var. Bu məqam isə qanunda birbaşa olaraq göstərilib. Lakin burada da Eldar Mahmudova xas  bir amil yoxdur. Qanunda qeyd olunur ki, şəxsin əgər fəaliyyət qabiliyyəti məhduddursa, özünü hansısa digər səbəblərdən müdafiə etmək qabiliyyətində deyilsə, o zaman məcburi nümayəndə təyin edilir. Şəxs bundan imtina etsə də nümayəndə təyin olunur. Eldar Mahmudov isə bu kateqoriyaya aid deyil”.

Hüquqşünas düşünmür ki, Eldar Mahmudov həbs olunacaq: “Düşünürəm ki, əgər onu həbs etmək fikirləri vardısa, bunu prosesin başlanğıcında edərdilər. Çünki onun tutduğu vəzifə, əlində olan vasitələrin istintaqa təsir etmək imkanları var. Hələ kənardan müşahidə etdikdə bu, açıq formada görünür. Anlaşılmazdır ki, onun rəhbərlik etdiyi şəxslər həbsdə olduğu halda, özü azadlıqda gəzir. Bu vaxta qədər həbs olunmadığı üçün bundan sonra da onu nəyin gözlədiyini söyləmək çox çətindir. Mənim şəxsi fikrimə görə, bu proseslərin də sonunda həbs olunmayacaq”.

Təhlükəsizlik üzrə ekspertlər də bildirirlər ki, Eldar Mahmudovun məhz indiki məqamda istintaqa çağırılması bir çox suallar yaradır. Xüsusilə də onun statusunun müəyyən olmaması, proseslərin hansı zəmində inkişaf edəcəyini bəlirləməyi çətinləşdirir. Ekspertlərə görə, Eldar  Mahmudovu qoruyan “əl” yenə də fəaliyyətdədir və onun həbs edilməsi bir o qədər real deyil.  Görünən budur ki, “MTN işi” üzrə həbs edilənlərin ardınca Eldar Mahmudovun Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinə çağırılması  və mətbuatda yazılanlara görə, 5 saat dindirilməsi prosesdə yeni mərhələnin başlanğıcıdır.